Dünən TV-dən Türkiyənin Beynəlxalq Valyuta Fonduna (IMF) yenidən borc üçün müraciət edəcəyi və buna bənzər “böhran söhbətləri” gedirdi. Bu yerdə IMF-in kimə aid olduğu və hansı ölkənin maraqları üçün çalışdığı müzakirəsi başlandı.
Amerika deyildi... Fəqət, Amerika özü də bir məqsəd üçün var axı...
Əslində bu tipli dünyanı sümürən hər bir qurum və ya fondun başında “500 ailə”nin olduğu məlumdu. Düzdü, baxır kimə...
Müxtəlif mənbələrdən bu haqda bilgilər əldə etmiş olarsız. Böhranda ərəblər və ruslar sarsıldı. Amma başda Rokfellerlər olmaqla maqnatlar qazandı... Bilderberq qrupunun toplantıları... vs. Vi.
Adətən belə söhbətlər açılanda düşünürəm:
Axı bu gücə və sərvətə sahib olmaq üçün ciddi əziyət çəkmək və güc sərf etmək lazımdı. Üstəlik bir şey də var ki, bu gücə yiyələnmək üçün 3-5, 15-20 il yetməz. Bəlkə 30-40 il çalışacaqsan və bu səviyəyə çatacaqsan.
Bəs əgər bu işlərə 10-12 yaşında belə başlamış olsa 50 yaşında belə böyük hökmranlığa sahib olmaq nə məna kəsb edir? Tutalım bundan sonra daha 30 il yaşadın. Nəticədə, vaxt gəlir və sənin də qapını döyür... ölüm...
Sonra?
Bu suallar bizim şirkətin sahibi və departamentin dul (qadın) müdürünü də görəndə ağlımdan keçir.
Sadəcə uşaqlara daha yaxşı bir gələcək buraxmaq üçün mü?
Xeyr!
Onunçün 60 yaşında belə gecəni gündüzünə qatmağına ehtiyacı yoxdu. Çünkü onun bundan sonrakı 20 nəsli təmin olunub. Bununçün idarəetmə manyakı və dul qalacaq qədər sərbəstlik arzusuna da dəyməz.
İkinci misaldan bu dünyada çoxdu və bu güc çox limitli olduğu üçün “eqonu razı salmaq” faktoru yetir. Amma “500 ailə”nin etdikləri və gücü bu faktorun sərhədlərini çox çox aşır.
Üzərində düşünməyə dəyər...
Biraz düşündüm və əminəm ki, qısa bir ömürlə sərhədləndiriləcək bir əziyət deyil bu. Bu zəhmət ancaq ölümdən sonra da işinə yarayacaq bir şey üçündür. Daha da genişləndirim...
Məncə insanı bu qədər zəhmətə motivasiya edə biləcək yeganə şey DİNİ İDEOLOGİYAdır. Bir missiya...
Nə eqonun trilyon dollarlara və dünyada böhran çıxardıb özündən geridə qalan hissəni iflic duruma salmağa ehtiyacı var, nə də varislərinin... Eqonu razı salmaq üçün mədhiyələr eşitmək yetər, uşaqları razı salmaq üçünsə 100 milyon dollar. Daha bunlarçün kino, musiqi, idman, media, xəbər, kitablar, seriallar, markalar və ağlınıza gələ biləcək hər yoldan öz missiyasını dünyaya nüfuz etdirmək lazım deyil.
Nəticədə bu gücə sahib insanlar 30-40 il əziyət çəkib, öz əziyətlərinin meyvəsini dadmasalar da, başlarını yastığa qoyarkən böyük bir missiyanı yerinə yetirməyin həzzini dadırlar. Buna görə də, hər bir millət və onun fərdi müəyyən missiyaya köklənməlidi ki, ciddi uğurlar əldə etsin.
Bax bizdəki bu əksiklik önümüzü kəsir. Futbolçularımızın ildə bir neçə yüz min dollar maaşı gördükdən sonra oyunundakı enişin əsas səbəbi fokusun idman yox, qurduğu biznesə yönəlməsidir. Müğənnilərimizin 22 yaşında nə isə 33 yaşında da o olmasının və püxtələşməməsinin səbəbi o səviyəsi ilə toylardan kifayət qədər pul qazanmasıdır... Çünkü onlar bu işi pul üçün görür... Daha da dəqiq bəsit fiziki ehtiyaclarını ödəmək üçün... Bax Hollivudun sənətçiləri isə o idelogiyanın ən başlıca daşıyıcılarıdır...
Hələ də çox dar düşüncələr ilişib qalmışıq...
Etiketler: Həyata dair
Kaydol:
Kayıt Yorumları (Atom)
1 yorum:
Bu "missiya"da mena gormurem, chunki omur gedir ve bu "missiyani" yerine yetirmek ise bezen butun omru alir ve senden sorushanda ki, sen neler etmisen, cavab ise "shohret uchun chalishmisham butun omrum boyu" ve bu chox da menali olmur. Yani men her 2 terefden baxanda bu ideologiyada, bu missiyada mena gormurem.
Axsham bashini yastiga qoyarken gun erzinde "kimese yardim etdim", "kimese komek etdim" deye dushunme, "men bu gun milyonlara daha da yaxinlashdim" dushuncesinden daha rahatlaticidir.
p.s. azeri herfleri ile yazmadigim uchun uzr isteyirem. Seliqesizlik etdim :)
Yorum Gönder