Niyə dil?

Türklərin bir qəşəng sözü var: “Bir lisan, bir insan!”

Bu sözün dərinliyini düşünəndə fərqli dilləri bilməyin necə dəyərli bir şey olduğu ortaya çıxır. Dil ilə bağlı maraqlı yanaşmalar var. Yəqin ki, hər kəsə maraqlıdır ki, bütün insanoğlu Adəm peyğəmbərin nəslindən gəldiyi halda niyə belə fərqli irqlər və ən əsası fərqli dillərdə danışan insanlar mövcuddur...

Bu mövzuda müxtəlif fərziyələr mövcud olsa da, onları hələlik saxlayaq. Gələk ona ki, dil bir millətin xəmirini yoğuran ən vacib faktoların da ən vaciblərindəndir. Hər bir millət öz həyat tərzini, mənliyini və mentalitetini öz dilində daha yaxşı anlayır, qavrayır və açıqlayır.

Dilin tərkibində mövcud olan/olmayan sözlər belə o millətin necəliyi ilə bağlı ipucları verir.

Deməli belə...
Buraya qədər hər millətin mənliyinin ifadəsi olan və ona məxsus olan dildən bəhsetdik. Daha doğrusu dilin kimlik bildirən və ayırıcı xüsusiyətindən. Amma bir də dilin ünsiyət vasitəçiliyə də var axı.

Yəni millətləri bir-birindən ayırıb müəyyən coğrafiyada yerləşən kütlənin ortaq nöqtəsi olduğu kimi, məsələyə qlobal yaxınlaşdıqda da fərqli millətdən olan insanlar bir-biri ilə dil vasitəsilə ünsiyətə keçir.

Burası da aydındı.

İndi yuxarıda yazılan bilgilərə biznes və marketinq cəhətdən yanaşaq.

İnsanlar dil vasitəsilə ünsiyət qurur. Milliyətindən və ana dilindən asılı olmayaraq bunu yerinə yetirmək üçün məhz danışıq lazımdır, mimika və jestlər yetməz. Amma insanların özünü ən yaxşı ifadə etdiyi dil ana dilidir. Ya da... Ana dili qədər səlis istifadə etdiyi başqa bir dil.

Buradan son vaxtlarda Azərbaycanda və hətta hər yerdə işəgötürmə zamanı ingilis dilinin niyə belə əhəmiyətli sayılmağına doğru gələ bilərik. Əminəm ki, tələblər arasına əcnəbi dil əlavə edənlər “bir mühasibin ingilis dili nəyinə lazım axı” sualını özlərinə vermir də. Amma top menecment deyilən səviyədəki insanlara bu lazımdır. Ona görə yox ki, dəb belədir. Ona görə ki, artıq biznes dünyasının dili bu olub. Biznes isə çox qloballaşıb. Elə bunu demişkən əlavə edim ki, 2 il ərzində ingilis dilini 2 yazışmada istifadə edəcək olan işçidə “fluent english” axtarmaq və hələ buna görə 200 manat artıq maaş vermək ağılsızlıqdır... ki, bazarda bu səhvi buraxanlar xeylidir.

Yaxınlarda Davosda Tayyib Ərdoğanın çıxışını hamı gördü. İngilis yox, məhz türk dilində danışırdı. Məhz də bu səbəbdən. Fikirlərini daha səlis və rahat ifadə etmək... Onun ingilis dili bilgisi həmin nitqi ingiliscə səsləndirməyə də imkan verir amma...

Bax bu yerdə tərcüməçilərin rolu ön plana çıxır. Ən ali rütbəli menecer səlis bildiyi dildə fikirlərini ifadə edir və bilir ki, o qarşı tərəfə lazımi şəkildə çatacaq. Bu da biznes.

Çin dilinin aktuallığının artması mütləq yada salınmalıdı. Çinin hər küçəsində emalatxana var. Və orada bir sahib və 30 fəhlə var. Onların işi modeli görüb ən qısa vaxtda minlərlə kopyasını istehsal etməkdir. O sahib əksərən ancaq çin dilini bilir. Orada bir də komisyonerlər var. İngilis dili bilirlər və əcnəbilərin o emalatxanalarla anlaşmasını təmin edirlər. Dolayısıyla əcnəbi sifarişçi çin dilini bilsə emalatxanayla birbaşa əlaqə saxlayıb xərtcləri minimuma endirə bilər.

Son zamanlarda ən dəbdə olan dillər arasında çin dilindən savayı ərəb, rus və ispan var. Çünkü bu dilləri danışan insanlarda çoxlu pul və perspektiv var.

Dünya belə dünyadı... Pul və güc kimdədisə onu dilində danışır...

6 yorum:

Adsız dedi ki...

en yaxshisi 5-6 dili selis bilmekdi ki hamini yaxshi basha dushesen :)) Amerikada hami Ispan diline qacir, bu da melumdu niye. Bizde ise neinki ingilis, rus dilini de bilmek telebdir. Her yerde, lazim oldu olmadi rus, ingilis ve azeri dillerinde bilmek teleb olunur. Eger bir ishci ingilis dilli mushterile elaqede olmursa neyine lazimdi e bu dil. Hamisi imic ucundu, desinler ki filan shirketin ishcileri 3 ve ya iki dillidiler :)

Vüsal Qəmbərov dedi ki...

Şirkət qursam 2-3 dənə lal adam götürəcəm.

Qoy desinlər ki, filan şirkətdə işçilər var danışammırlar. Amma dünyanın 250 fərqli dilində susa bilirlər:)))

Karim Mammadov dedi ki...

Eslinde balaca olkelerin agibeti odur ki, onlar adeten bashgalarin dilinden istifade edir. Yeni ki, elmin inkisafina edeceyi investisiyani bir kenara goyub dilini mueyyen seviyyeye geder goruyur. Ondan sonra ise xarici dile ustunluk verir. Bu model skandinaviya, malta kimi olkelerde genis sekilde tetbig edilir. Boyuk dovletler de ise tam eskine xarici dili bilenler problemlidir. Yeni, Turkiye, Almaniya, Braziliya, Cin ve Rusiyaya nezer saldigimizda gore bilerik ki, onlarda xarici dilde danisanlarin sayi azdir. Hetda xarici sirketler bundan sikayet edir. Bunun yaxsi ve ya pis olmasindan danismag istemezdim... Amma atalarimizin sozu var yorganina gore ayagini uzat, bizim de bazar kicik oldugu ucun xarici bazarlara cixmag kimi mecburiyyetimiz var. Onu da ilkin novbede ozumuze gonshu olan bazarlara cixmagla genisletmek imkani oldugu ucun onlarin dilini bilmek bize straje ustunluk vere biler. Deyesen :)))))

Adsız dedi ki...

Salam Vüsal. Maraqlı mövzu və maraqlı yazıdır.

Məncə dil bilmək yaxşıdır və lazımdır. Mən özüm bunu xoşlayıram, di gəl ki tənbəllik, vaxtsızlıq və imkan mənə bunu reallaşdırmağa hələ ki, imkan vermir. Yəni mən özüm istəyirəm ki, hardasa 4-5 dilə yiyələnim. Vallah əlimdə olsa bütün dilləri öyrənərəm. Həqiqətən də bunu çox istəyirəm. Amma, yəqin ki, bu mümkün deyil, ya da çox çətin olar.

İnsan öz dilində səlis, rahat danışıb və başa sala bilər. Bu çox yaxşıdır. Başqa bir dildə öz bacarığından əmin olmayıb, "əşi, birtəhər başa düşərlər" deyib, hətələm-pətələm:) vurmaqdansa, özünü gülünc hala salmaqdansa, öz dilində danışmaq daha da baş ucalığı gətirir.
Marketing, biznes bir yana..Azərbaycanda fikir versəniz, özünə qarşı diqqət cəlb etməyə çalışanlar("risovkalanma")özlərini süni aparırlar. Məsələn rus dilində bilmədiyi halda yenə də necə gəldi danışırlar və bu da gülüşə səbəb olur. Acı bir gülüşə.((

Vüsal Qəmbərov dedi ki...

Deməli Kərim, nəticədə biri "aşağılık kompleksi"ndən əziyət çəkir, biri "böyüklük kompleksi"ndən.

Amma öz dilinə hörməti olan ölkələrin fərdləri də ingilis dilindən xəbərdardı. Sadəcə onu gündəlikdə istifadə etməyi sevmir. Deməzdim ki, Türkiyədə ingili dili bilinmir. Amma orası düzdü ki, burda "çok iyi" deyilən ingilis dili Azərbaycanda bilməkdən belə sayılmır.

Bizdə həqiqətən səlis istifadə olunur. Amma bilmək olmaz ki, bu yaxşı şeydir yoxsa pis...

Şəbnəm, bir dil öyrənmək böyük bir güc və zaman istəyir. Əgər o öyrənilən dil insanın işinə ciddi mənada yaramayacaqsa və bu dili başqa bir dil ilə iqamə edə bilirsə onda o əziyət də boşunadır və elə əslində "risovkalıq"dır.

Marketinq üçünsə müəyyən mənada ingilis dili yetərlidir. Amma dərinə endikcə daha 3 dilə ehtiyac duyulur... Məncə..

Azərbaycanlıların rus dili bilməsi böyük üstünlükdür. İngilis dilli ədəbiyata daxil olmayan və bu dil sayəsində izlənə bilməyəcək üç ölkə var - Rusiya, Çin, Yaponiya. Buralarda tətbiq olunan marketinqi mənimsəmək üçün öz dillərinə yiyələnmək lazımdır.


Bunun təsirini Türkiyədəki ədəbiyatda rahatca görmək olur. Sadəcə ingilis dili bildikləri üçün bu ölkələrdən keyslərdən xəbərsizdirlər.

Üstəlik buralarda tətbiq olunan marketinq də çox dəyərlidir.

Vüsal Qəmbərov dedi ki...

Bu arada, Kərim bloguma xoş gəlib səfa gətiribsən:)