Marketinqsiz satış, satışsız marketinq

Bir həftədir ağlımda fıralanan bu cəzbedici başlığı yazıb oturmuşam. Son zamanlardakı adəti halım üzrə yenə giriş cümlələrini yazıb sildim. Ona görə də bu mənasız girişə görə üzrlü sayın.

Əslində bu yazıda yazmaq istədiyimi qismən başlıq sizə çatdırır.

Biri deyir olar, digəri deyir olmaz. Mənsə nə ona, nə buna qulaq asmadan istəyirəm ki, marketinqsiz də satışın gerçəkləşə biləcəyinə dair və satış gətirməyən marketinqin nə xeyri olduğuna dair mövzularda mülahizələrimi çatdırım.

Başdan deyim ki, doktoranturasını eləməklə deyil ki, marketinqin bir elm olduğu fikrinə qəti qarşıyam. Marketinq ticari bir fəaliyətdir. Daha dəb olan bir ifadə ilə - Şirkət funksiyasıdır. Sosyal və siyasi məqsədlərlə marketinq alətləri istifadə olunur... Bu ayrı bir mövzudur.

Amma elə dediyim kimi, ayrı və marketinqin ümumisi içində xırda bir mövzu...

O ki qaldı, marketinqin əsas məqsədinə... O şirkətin mənfəətini artırmaqçün edilən bütün işlərdir. O bu hədəfə istiqamətlənmiş yenilikləri, strategiyalar, haray-həşirlər, hamballıqlar vs. Hər şeydir...

Rəqabət artdıqca kompleksləşən və nəzarəti çətinləşən bir işdir.

Məsələyə buradan baxanda şirkət mənfəət əldə edirsə və satışları varsa deməli marketinq icra edilir...

Amma məncə...

Hər satış marketinqin nəticəsi deyil!!!

Həəə... Bəs onda satış göydən düşmürsə və müştərini bu addımı atmağa sövq edən zəmin hazırlanmalıdırsa yuxarıdakı cümləni necə açıqlayacayıq?

Belə görürəm bu cümləni azad və şəffaf bazar iqtisadiyatı yaşayan (nisbi olaraq – daha yüksək səviyədə) ölkələrdə açıqlamaq çətin olacaq amma adicə “monopoliya” şəraitində satış məsələsi var ki, heç kim monopoliyaya “kişi kimi” çatmağın mümkünlüyündən danışa bilməz. İstisnalar da ki, qaydanı pozmaz... Microsoft...

Odur ki, Porterin 5 rəqabət faktorunun/rəqabətçi gücünun (Five Force) əksik qaldığı rahatlıqla deyilə bilər. Bəs hökümət/dövlət?

Bu fikrimi dəstəkləyən misal vermək istədim... Sonra dedim ki, Azərbaycan belə misallarla doludu. Gözü açıq hər kəs bu misalları rahatlıqla görə bilər.

Əslində B2B-də marketinqsiz satış halları üstünlük təşkil edir. Hə bax, deyilsə ki, son istehlakçı ilə bağlı olan satışlar mütləq müəyyən marketinq fəaliyəti qarşılığı baş verir... Bununla razılaşaram. Amma o da tam deyil.

Di gəl ki, bu sahədəki, marketinqsiz satışlar da elə qaydanı pozmayan istisnalardandır.

Satışsız marketinq isə...

3 cür olur:

Biri yuxarıda bəhs etdiyim o sosial və siyasi motivli marketinq istifadəsidir ki, orada real bir satış olmasa da, nəticədə gözlənilən bir mənfəət var: siyasi nüfuz, seçicilərin səsləri, cəmiyətdəki davranış dəyişiklikləri, bilinclənmə vs.

Nəticədə bunlar gerçəkləşdikdə marketinq hədəfinə ulaşmış olur və satış gerçəkləşir.

Digər ikisi isə uğursuz marketinq fəaliyətidir. İstifadə olunduğu hal üçün keçərli olmayan marketinq addımlarının sınanması. Burada ya hədəf kütlə o fəaliyətlərə hazır olmamış olur ki, bu hal bizim kimi yetişməmiş bazarlarda əcnəbi təcrübənin uğursuz adaptasiyasına aiddir. Digər halda isə köhnəlmiş üsullar sınana bilir. Bu isə gecikmiş kopyalama hallarıdır.

Bəzən isə bu uğursuz marketinq addımları nə plagiat, nə adaptasiya, nə də imitasiya olur. Sadəcə yenilik doğru yer və zamanda ortaya atılmamış olur.

Ona görə də, marketinq əslində satışa gedən yolları “ayırtlamaq” və “asfaltlamaq”, ayrıca “eskalator çəkmək”, hətta “kənarlarına ağac əkmək” fəaliyətləri olsa da, artıq bunlardan dərinə enibdir. Ona görə də baş çıxarmaq çətinləşibdir. İndi ağacın pöhrələmə prosesini və asfaltın tərkib hissəsini bilmədən marketinqdə uğurlu olmaq olmur.

Di gəl ki, bir tərəfdə bu qədər qarmaqarışıq proseslər yaşansa da, digər tərəfdə ibtidai mübadilə üsulları ilə milyardların döndürüldüyü çarxlar mövcuddur.

Ona görə marketinqsiz də satış olur. Amma nəsə o satışdan əldə olunan pul biraz “əl çirki” olur. Ehtiyatlı olmaq lazımdı. Allah qorusun! Sonra o çirk bizimlə bərabər o tərəfə getməsin...

p.s. Təmiz marketinq – halal qazanc!

22 yorum:

Karim Mammadov dedi ki...

Eshi Vusal, sen goresen adi is heyatinda xususiyle idareetmede satis ustundur yoxsa marketing davalari nece gedir. :)))))

O deyir marketing, bu deyir satis... O deyir satis bu deyir marketing... Amma menim tecrubeden kecirdiyim odur ki, birinci satis girir baslayir satmaga. O ki, her seyi satis gurdu bitirdi. Onda marketing dusur ortaya baslayir mehsullarini teriflemeye, uzerinde deyisiklik etmeye. Duzdur bu isleri paralelde gormek olar. Ve eslinde gorulmelidir de, amma kim gucludur, kim ustundur o bu ve ya bu onu idareetmelidir...Men razi deyilem, sen ne fikirlesirsen?

Vüsal Qəmbərov dedi ki...

Marketinqə qurd yağı sürtüblər ay Kərim. Gələn üstünlük taslıyır, gedən "səndən önəmliyəm" deyir:)

Məncə hamısı kompleks nəticəsidir. Axı süpürgəçi ilə aşpazı müqayisə eləmək qədər məıntiqsiz bir şeydi bu. Hərə öz işini görməlidi. Və hər kəsin işi sistemin bir parçasıdır.

O ki qaldı marketinq-satış münasibətinə. Əvvəlcə satış, sonra marketinq məsələsiylə qəti razı deyiləm. Məncə tam tərsinədi. Əvvəlcə marketinq yaxşı bir marka formalaşdırır və müştərini pərakəndə nöqtəsinə çəkir (vəya sifariş vermək üçün faks yollamağa məcbur edir:)) satış isə `işi bağlıyır`.

Bu ideal şərtlərdi. Amma elə yazıda demək istədiyim kimi, bəzən birinin uğuru digərilə əlaqəli olmaya da bilir.

Nəhayət o kompleks qoxan mübahisələrlə bağlı sual. Səninlə tam razıyam ki, bunları müqayisə eləmək, kimin üstün olduğunu qərarlaşdırmağa çalışmaq əbəsdir.

Marketinq satışla birgə işləməlidir. Marketinq eqonu bəsləməkdən o tərəfə getməyən və satış gətirməyən kreativləri və strategiyalarını gözə soxmamalıdır. Satış isə min bir əziyətlə formalaşdırılan imici səhv davranışlarla məhv etməməlidir.

Sadəcə hər iki tərəfi qıcıqlandıran şeylər var: Satış marketinqin əziyəti nəticəsində qazanılan imici satır və bonus alır, satış isə müştəriylə üzləşməyin çiləsini çəkir amma hörmət görmür. Pul mu, hörmət mi? Hansına önəm verdiyiniz müəyyənedici olur.

Aygün İslamzadə dedi ki...

Razı deyiləm. Bunu dəfələrlə yazdığıma görə xirdalamayacam yenə. Marketinqsiz satış necə ola bilər ki, satış axı marketinqin bir hissəsidir?

Vüsal Qəmbərov dedi ki...

Bu marketinqçilərə imkan versən bütün biznes prosesini marketinqin işinə çevirəcək e:)

Kim deyir ki satış marketinqin bir hissəsidir Aygün? Bunu necə əsaslandırmaq olar ki? Təbii ki, müasir dünyada dəyərlər o qədər elastik olub ki, istədiyin fikri ifadə və ardından müdafiə edə bilərsən.

Amma sadəcə 100 il öncə "satışın işini asanlaşdırmaq" üçün ortaya çıxan bir mövhuma "əlinə nə düşsə calaşdırmağı" düzgün saymıram.

Bax bir məsələ var ki, biznes prosesi birsəsli getməlidi. Hamı bir məqsədə yönəlməlidir. Son məqsəd təbii ki, hər zaman "yüksək mənfəət"di. Əmma ki, bunun üçün fokus seçilməlidi. Bu fokus sektor və şirkətin böyüklüyünə görə dəyişir. Bir də ən müəyyənedici faktorlardan biri kimi rəhbərliyə görə.

Bax müasir və əsasən istehlakçı bazarlarına işləyən şirkətlərdə bu fokus MARKAdır. Bunu formalaşdıran işin adı da MARKETİNQ. Ona görə marketinqçilər özlərini bu qədər böyük görürlər:)

Marketinqlə satışın münasibətinə bir bənzətmə edim razılaşmayan fikrini desin:

Marketinçi ilə satışçı restoranlardakı aşbaz ilə qarson kimidir. Aşbaz (marketinqçi) böyük həvəslə gözəl bir yemək (marka) bişirir (yaradır) və bunu müştəriyə təqdim etmə işini qarson (satışçı) görür. Bax o prosesdə yemək mətbəxin qapısından keçib salona daxil olduqdan sonra aşbaza sadəcə qarsonun gözəl təqdimat edəcəyinə ümid etmək qalır.

Yuxarıda da yazdığımı kimi, ad sanı daim aşbazın olur, amma çaevoylar qarsonun:)

Bir sözlə marketinq hər şey deyil. Marketinq hər şeyi gözəl göstərmək və prosesləri yönləndirmək üçündür. Amma mübadilənin geçəkləşdiyi o an ki, var... onu satış yerinə yetirir.

Aygün, satış işi görmək lazımdır:)

Aygün İslamzadə dedi ki...

Rəsmən satıcı olub getmisən ha..
Mənə görə ibtidai icma quruluşundakı belə bütün mübadilə proseslərində marketinq vardı.
Gəl belə deyək, marketinqin əsası nədir?
4P -- məhsul varsa, qiymət varsa və ya qiymət əvəzinə mübadilə zamanı veriləcək nəsə varsa, satilan real və ya virtual yer varsa və üstünə üstlük kimsə satılacaq maldan danışırsa ki, buna da təşviqat demək olar - demək marketinq var. Prosesslər bəzən adlandırılmağa gecikirlər.. amma bu o demek deyil ki, onlar yoxdu.

Aygün İslamzadə dedi ki...

Hə.. Unutduğum bir məsələ də vardı. Porterin bostanına bir daş atıb əksik tərəfini elə göstərmisən ki, elə bir sənin ideyandı. O yazıq bunu demishdi də sonrakı çalışmalarında. Kotlerdən sənə iy dəyib?:)

Vüsal Qəmbərov dedi ki...

Satıcı olmamışam e. Sadəcə məsələyə satışçılar tərəfdən baxmağı öyrənirəm.
Hətta PRçılar tərəfdən də:)

O haqda da yazsam yəqin üzümə baxmazsan:))

Bu arqumentin heç inandırcı gəlmədi. Tamamilə satışla əlaqəli olan bir şeyə marketinq deyirsən. Necə razı olum axı? Bu yanaşma Türkiyədəki pazarlama anlayışına oxşayır daha çox.

Amma orası dəqiqdi ki, vəziyətə görə marketinqdən və hətta satışdan qəsd edilən anlam dəyişir. Ona görə də, kimsənin qınamaq düz deyil.

Amma... böyüklük və üstünlük taslamaq hər zaman konfliktə səbəb olduğu üçün və son illərdə marketinq bunu tez tez etdiyi üçün (PRa qarşı, Satışa qarşı, digər şirkət funksiyalarına qarşı) həmişə konflikt subyekti və obyekti olur.

Rüstəm Məmmədov dedi ki...

Vüsal, qatma da bunları bir-birinə. Sən durub artıq tərifi və çizgiləri müəyyənləşmiş marketinq və satışa tərif verirsən.

Satış olaraq sənin dediyin şey ele marketinqin içərisnə daxildir. Buna istıəyirsən sırf satış tərəfindən bax, istəyirsən marketinq. Əgər sən fikirlərini təxminən 50-ci illərin sonu demək olar ki, dövrü bitən Satış konsepsiyasına dayandırırsansa, orada da hətta marketinq taktikalarından (reklam və birbaşa satış) istifadə edərək hər məhsulun satılabiləcəyindən danışılırdı. Gördündüyü kimi, marketing vasitələrindən istifadıə edilir. Bu marketinq vasitələrindən biri də sənin indi adını satış qoyub, marketinqdən ayırdığın mı deyim, marketinqdən yuxarı qoyduğun mu deyim, direct salesdir. Satış deyilən şey, mübadilənin reallaşmasıdır. Reallaşma vaxtı baş verən prosesdir. İstər B2B, istər B2C nəzərindən bax, o reallaşmaya qədər olan hissə və reallaşmadan sonrakı after sles yenə də marketinq fəlsəfəsi içərisndə dəyərləndirlir.

İkinci tərəfdən yanaşsan, IMC cəhətdə, kommunikasiyaların siyahısında Direct sales deyilən bir termin var ki, sən Satış deyib onu fikirləşib yazmısan bu yazını.

Sən özün indi satışdasan və sizin marketinq departmanı marketinqlə məşğul olmur deyə, sən ona aid bəzi işləri də görürsənsə bu o demək deyil ki, sən satışla məşğulsan və heç marketinq deyilən şey deyil bu.

Sənin də mənim də maraqlandığım avto sektorda bunun Model T kimi yaxşı nümunəsi var. Ford sırf satış konsepsiyası ilə yanaşırdı və fikirləşidi ki, yaxşı satışçı satacaq bunu (tk ford deyil, ümumiyyətlə satış konsepsiyasında kobud desək fikir budur ki, yaxşı stışçı, dilə felə basıb nə olsa satar), ancaq elə deyil axı. Müştərinin seçimi var və o istdəyini seçmə imkanına sahibdir.
Bax bu marketinqdir.

Lap axırda yekunlaşdırsaq ki, bu marketinq nədir ki, satışı da alır içinə?

Ehtiyacın öyərnilməsi, ona görə məhsulun istehsalı, o məhsulun tanıdılması və sonra da satılmasını əhatə edən prosesdir ki, ən son nöqtə satışdan sonranı ölçüb, başa dönmədir.

Vüsal Qəmbərov dedi ki...

Əvvəla mənim fikirlərimin mənbəyi ilə bağlı mülahizələrinə qatılmayacam Rüstəm.

Prinsipn odu ki, burada marketinqçilər yığışıb "marketinq yekdir" nöqteyi nəzərindən yanaşmaq yerinə biraz məsələyə fərqli aspektdən yanaşıram.

Satışı heç bir şəkildə marketinqdən üstün qoymuram. Əgər şərhlərim elə bir izlənim verirsə ki, məncə vermir. Amma yenə də elə anlaşılıbsa xəta məndədir.

Hə ki, əgər o izlənimi verirsə səbəb yuxarıda yazdığımdır. Hazırda məsələyə marketinqçi kimi baxmamağa çalışmağımdandı.

Satışı marketinqdən üstün görmədiyimi isə hər gün "satış işi istəmirəm, marketinq istəyirəm" sözlərimi eşidən adamlar təsdiqlər:) Çünkü satışı çox dar çərçivəli sayıram.

Bu tərz yanaşmağımın bir səbəbi də hər şeyin gətirilib marketinqin içinə doldurulmağına qarşı çıxmağımda görə bilərsiz. Satış konsepsiyası və marketinq konsepsiyasının məsələyə dəxli yoxdu. Dünyada marketinqin və biznesin seyrini və ədəbiyatını PG, Toyota, HP kimi bir çox mərhələni aşmış şirkətlər müəyyənləşdirsə də, nəzər alın ki, bütün sektorlar və şirkətlər bu prinsiplə idarə olunmur. Hətta MARKA və MARKETİNQ MƏRKƏZLİ prinsipə hazır olmayan bazarlar da çoxdu. Bu o deməkdi ki, "köhnəlmiş" satış konsepti kimisi üçün köhnəlmiş və 50-ci illərdə qalmışdır, kimisi üçünsə işlək və aktualdır.

Biraz da belə qəribimə gəldi e:) İllərdi ədəbiyatın içində üzürəm. Hərhalda "ideal marketinq"in istehlakçı mərkəzli, "ideal biznes"in marketinq mərkəzli olduğunu yaxşı bilirəm. Sadəcə iş reallığa gələndə dəyişir.

Bəli, sizin kompyuter və maşın alıcınız marketinq tryuklarıyla gətirilir mağaza vəya şouruma. Amma filankəsin Aydıncık bələdiyəsinə satdığı və milyonlar qazandığı boruların mübadilə prosesində marketinq işləmir, Dəmir kişinin əlaqələri işləyir. Ha indi desəz ki, bu da marketinqdi... Nə deyim onda?

Vüsal Qəmbərov dedi ki...

Əvvəla mənim fikirlərimin mənbəyi ilə bağlı mülahizələrinə qatılmayacam Rüstəm.

Prinsipn odu ki, burada marketinqçilər yığışıb "marketinq yekdir" nöqteyi nəzərindən yanaşmaq yerinə biraz məsələyə fərqli aspektdən yanaşıram.

Satışı heç bir şəkildə marketinqdən üstün qoymuram. Əgər şərhlərim elə bir izlənim verirsə ki, məncə vermir. Amma yenə də elə anlaşılıbsa xəta məndədir.

Hə ki, əgər o izlənimi verirsə səbəb yuxarıda yazdığımdır. Hazırda məsələyə marketinqçi kimi baxmamağa çalışmağımdandı.

Satışı marketinqdən üstün görmədiyimi isə hər gün "satış işi istəmirəm, marketinq istəyirəm" sözlərimi eşidən adamlar təsdiqlər:) Çünkü satışı çox dar çərçivəli sayıram.

Bu tərz yanaşmağımın bir səbəbi də hər şeyin gətirilib marketinqin içinə doldurulmağına qarşı çıxmağımda görə bilərsiz. Satış konsepsiyası və marketinq konsepsiyasının məsələyə dəxli yoxdu. Dünyada marketinqin və biznesin seyrini və ədəbiyatını PG, Toyota, HP kimi bir çox mərhələni aşmış şirkətlər müəyyənləşdirsə də, nəzər alın ki, bütün sektorlar və şirkətlər bu prinsiplə idarə olunmur. Hətta MARKA və MARKETİNQ MƏRKƏZLİ prinsipə hazır olmayan bazarlar da çoxdu. Bu o deməkdi ki, "köhnəlmiş" satış konsepti kimisi üçün köhnəlmiş və 50-ci illərdə qalmışdır, kimisi üçünsə işlək və aktualdır.

Biraz da belə qəribimə gəldi e:) İllərdi ədəbiyatın içində üzürəm. Hərhalda "ideal marketinq"in istehlakçı mərkəzli, "ideal biznes"in marketinq mərkəzli olduğunu yaxşı bilirəm. Sadəcə iş reallığa gələndə dəyişir.

Bəli, sizin kompyuter və maşın alıcınız marketinq tryuklarıyla gətirilir mağaza vəya şouruma. Amma filankəsin Aydıncık bələdiyəsinə satdığı və milyonlar qazandığı boruların mübadilə prosesində marketinq işləmir, Dəmir kişinin əlaqələri işləyir. Ha indi desəz ki, bu da marketinqdi... Nə deyim onda?

Vüsal Qəmbərov dedi ki...

İlk dəfə deyil deyirəm, son dəfə də olmayacaq: Bu iki mövhumun münasibəti sektora və şirkətin böyüklüyünə görə dəyişir.

Bir də ki, marketinq və satış haqqında çizgilərin tam müəyyənləşdirildiyini heç düşünmürəm. Məncə dünya durduqca da müəyyənləşməyəcək:)

Rüstəm Məmmədov dedi ki...

Dəmir kişinin münasibətlərinin satışın reallaşmasında təsiri varsa bu yüz faiz marketinqin təsiri ilədir, başqa da heçnə deyil.

Özün öz fikirlərini çürüdürsən.

Aygün İslamzadə dedi ki...

Vusal temamile haqlisan, sektordan asili olaraq chox deyishir.
Meselen B2B marketinqi en duzgun yazanlardan birincisi Uebsterin (yeqin ingilisce Webster olar) deyirdi, B2B sektorda marketinqi vezifeleri darlashir ve yalniz satisha qeder ene biler.

Vüsal Qəmbərov dedi ki...

A kişi Dəmir kişinin münasibətlərinin təsiri ilə olur yox e. Dəmir kişi flan dövlət qurumunun müdürünün oğlunu işə götürür və ondan sonra bütün sifarişlər onun şirkətinə gəlir.

Bunun marketinqə nə dəxli var ki?

Vüsal Qəmbərov dedi ki...

Aygün məni anladı:)

Təşəkkürlər bacı!:)

Rüstəm Məmmədov dedi ki...

Aygün səni anlayıbsa sən də Aygünü anla daa nolar ki?:)) Səhv olduğunu bilə-bilə dirənmə...

Vüsal Qəmbərov dedi ki...

Aşığın arqumenti qurtardı? :)

Rüstəm, B2Bdə işlə biraz görəcəksən. Özü də Türkiyə vəya Azərbaycanda:))

p.s. "Mənim təcrübəmdən" tərzli bütün yanaşmalara nifrət edirəm. Amma məcbur eliyirsən e qadasın alım:)

Unknown dedi ki...

satishdaki adamlar marketingci olsaydi, sizi 100% emin edirem marketinq sozu birazdan yoxa cixardi. evvel satish olub, sonra reqabet, sonra reklam, sonra reklamlarin reqabeti sonra? sonra imic, sonra sonra sonra bunlari marketinqin altinda birleshdirme cehdi, ve ugurlu netice, sonra marketinqin ichini doldurma cehdi PR,IMC,gueilla merilla, .... ve yeniden ayrilmaya ehtiyac .... Azercell-in satish elemanindan sorushurlar qiymetleri niye endirmirsiz, eli ile meni gosterir ve deyir bunu bizim marketinqi temsil eden shexsden sorushun ;)

Rüstəm Məmmədov dedi ki...

Məsələni dağa-daşa dırmandırmağın mənası yoxdur. Bunun təcrübə ilə də əlaqəsi yoxdur. Hazırda işlədiyimiz şirkətlərlə də. Satışı marketinqdən necə ayıra biləriyi fikirləşmək də, hər halda fikirləşmə üçün ayrılan vaxtlar içərisində ən çox heyf olajn vaxtdır.

Məsələ, terminoloji ayırmadan və ya kimlərinsə düşüncəsindən də getmir ki, siz kiminləsə razı olub, kiminləsə olmayasınız. Kotler deyib deye, satış marketinqə daxil deyil, satish ele marketinqin bir hissəsi olduğuna görə Kotler deyib ki, satış marketinqə daxildir.

Bizim işlədiyimiz şirkətlərdə bu sadəcə olaraq sistemin daha düzgün idarə olunması və kontroluna görə ayrılır, bəzilərində isə ayrı olmağına baxçayaraq marketinqin satışa nəzarəti söz konusudr.

Şirkət içərisinə girməyim mən ki, yenə şirkətlərə baxaraq satışı marketinqdən ayırmağa başlamayaq.

Mamed, əvvəlini yaxşı gətirib əslində, axırda yenə də qayıdıb səhv olan başa. Balam, bu tamamilə tarixi inkişaf ilə əlaqəli olan məsələdir. İnsan inkişaf etdikcə proseslər də inkişaf edib, insan dərinləşdikcə, proseslər də dərinləşib. Bu adına indi satiş deyib, ayırdığımız bir şey, sadəcə mübadilədən ibarət olaraq qaldığına və mübadilə yerinə qədər olan və mübadilədən sonra olan proseslərə başqa ad verdiklərinə görə satış deyilən şey qalıb marketinqin tərkibində. Yəni ki, marketinq komkleks fəaliyyətdir və prosesdir. Bu prosesin içərisinəd çox əhəmiyyətli bir yer var ki, onun da adı satışdır. Axırdan bir evvelkı prosesin adıdır hetta (detalına grsək, axırdan iki əvvəlki ola bilər).

Niyə axı, zorla hoqqa çıxarıb "quru~laşmaq istəyirsiniz?

Aygün İslamzadə dedi ki...

Vusal, sen de mi??
Onsuz da bu realliq ayri, nezeriyye ayri deyenlerden yigmisham cana.. heyf ki, yeddi- sekkiz ay bu realliqla uzleshme seni de aldi bizim aramizdan:)))
Nezeriyye ondan otrudur ki, ay camaat..onu tetbiq edesen. yastigin altina qoyub, sonra da ozunden keshvler etmek uchun deyil!

Vüsal Qəmbərov dedi ki...

Rüstəm, yuxarıda yazdığın bu blogdakı ən aqressiv şərhdi. Hətta `akademik marketinq`dəkindən belə:)

Bir prosesdə marketinqin də nəzarətinin olması o işi marketinqin tərkibinə daxil etməz ki. PG bütün işlərini marketinq nöqteyi nəzərdə görür. Hətta RD və istehsalatı belə.

Sənin sektora və şirkətin böyüklüyünə görə dəyişiklik olduğu fikrinə qarşı çıxamağının məğzini başa düşəmmirəm. Halbuki, belə olduğunu bildiyindən əminəm.

Mamed yaxşı bir şey dedi: Yenidən ayrılmağa ehtiyac.

Marketinqin 1950dən sonra başlayan "əlinə nə keçsə tərkibinə qatan" anlayışının sonu çatıbdı. Artıq "həqiqətən marketinq" nədir sualının cavabı axtarılır. Ona görə "ayırtlama" başlayıb.

Yaxında Kotlerin dövrü bitəcəyi kimi, onun fikirlərinin də dövrü bitəcək. Bu da cabası:)

Biraz sentimental səslənə bilər. Ona görə səsli oxumayın:)

Fəlsəfə dərsindən yaxşı öyrəndiyim bir şey var: heç bir konsept-qavramın mənasına mütləq mənada budur demək olmaz. Xüsusilə sosyal elmlərdə qavramın tərkibi və mahiyətini şəxslərin fikirləri və elmi metodologiya formalaşdırır - gözləmlər və təcrübələr və... onların şərh olunması... yenə subyektiv olan mövhumlar.

Vüsal Qəmbərov dedi ki...

Qətiyən Aygün! Sadəcə fəlsəfə eliyirəm:)

Amma həqiqətən iç prinsipləri o qədər fərqlidi ki, satışın marketinqin tərkib hissəsi olduğunu qəbul edə bilmirəm.

Ona görə də yazının məğzi ondan çıxır: marketinqsiz də satış olur.