Böhran, böhran...

Təxminən 2 aydır intensiv şəkildə ümumilikdə isə 2 ilə yaxındır qlobal maliyə böhranı müzakirələri davam edir. Həmişəki kimi, “ağsaç amerikalı daydaylar” çıxıb “mən 6 ay öncə filan olacaq demişdim” tipli “şok” açıqlamalarla gündəmə düşməyə çalışır. İqtisadiyatdan anlayan vəya ətrafına anladığını göstərməyə çalışan hamıı sözünə “qlobal böhran və onun dünyaya və ölkə iqtisadiyatına vurduğu zərər”lə başlayır. İndi iqtisadiyatdan anlayanmıyam, yoxsa anladığını göstərməyə çalışanmı bilmirəm. Amma onu bilirəm ki, hər zaman olduğu kimi tüğyan edən bu böhran fırtınası da quramadır. Əvvəla böhranın adı elə nəsə ləzzət eləmir – “qlobal maliyə böhranı”. Maliyə böhranı deyəndə hərhalda pulun azalması nəzərdə tutular. Ya da elmi dildə danışmaq istəyənlərcə “dəyərinin azalması”. Bu hərhansı ölkə vəya şirkət vəya şəxslə bağlı olsa anlaram. Əlindəki pul gedib yan tərəfə. Ona görə də böhran yaşayır. Ha indi bu qlobal olanda necə olur ki? Pulu gəlib yadplanetlilər Yupiterə aparıb?

Demək istədiyim, pul sadəcə əmtəə mübadiləsi üçün istifadə olunan bir şeydir. Nəticə etibarilə məqsəd yox, vasitədir. O olmadıqda da insanlar yaşayırdı. Zaman ərzində pulun başına min oyun açılsa (gümüş, qızıl, banknot, qiymətli kağız, devaluasiya vs.vi.) da, yenə funksiyası eyni olaraq qaldı – hamı vəya müəyyən bir ərazidə ortaq dəyər olaraq qəbul edilən obyekt. Belə olanda pulun dəyərinin artıb azalması niyə bu qədər böyük effekt doğurmalıdır ki? Səbəb məlumdu hərhalda. Bütün “pul”ların eyni dəyərə sahib olmaması. Yəni FOND BİRJALARI. Bax elə Azərbaycanın da bu böhrandan canını minimum itkiylə qurtarması fond birjamızın yox səviyəsində olmasına bağlıdır.

İndi qayıdaq “qlobal böhran” məsələsinə. Azərbaycana nə var axı qlobaldan?

Qlobal böhran olar – “su”dan, “enerji”dən, “qida”dan, “xammaddə”dən... Hər şeydən... Tükənən hər şeydən. Lap elə beyindən də... Amma nə nə... ağaclar yetişdiyi müddətcə, selluloza istehsal edilə bildiyi müddətcə çap edilə bilən pul ilə bağlı böhran... Olmamalıydı. Olmasının da təməlində məncə əsas səbəb nədir bilirsiz? Bayaqdan adını çəkdiyimiz əmtəələrə şişirilmiş qiymətlər qoyulması. Məsələn neftin bir barreli ötən il bu vaxtlarda yanılmıramsa 100 dolları ötmüşdü. Son 1 il ərzində 120 dollar civarına çıxdığı günlər oldu. Halbuki 5-6 il əvvəl bu qiymət 20 dollarlarda hərlənirdi. Nə dəyişdi ki? Bu müddətdə istifadə olunandan da artıq resurslar tapıldı, neftin alternativi olan enerji materialları inkişaf etdirildi. Məntiqi cəhətdən qiymət enməliydi hətta. Neft ən efektiv və geniş istifadə olunan xammaddələrdəndir. Onun qiymətlərinin (süni) art(ırıl)ması bütün qiymətlərə təsir etdi nəticədə. Beləcə ümumi olaraq bazarda süni qiymətlər fırlanmağa başladı. Valyutaların dəyəri isə azalmadı. Nəticədə bu natarazlıq bir müddətdən sonra fəsadlarını verməyə başladı.

Nəticədə demək olar ki, səbəb əslində dünyada 10 manatlıq mal olduğu halda ona 20 manat qiymət qoyulmasıdır. Ortalıqda isə 30 manat pul gəzir. 30-20=10 manat olan pul ”qlobal maliyə böhranı” adı qoyulan “xortdan” sayəsində havaya uçdu. Bax ona görə də deyirlər ki, dünya 2 ay ərzində 3 trilyon dollar pul itirib. Düşünün ki, Azərbaycan kimi 300-400 ölkə yox olub. Bu 10 manata bir açıqlama daha vermək olar. Belə ki, birja və banklarda əslində olamayan “ruh pul”lar dolaşır. Necə? Məsələn, bankın əslində x milyon pulu var kassasında amma müştərilərinin hesablarını üstüstə gələndə bunun iki qatı rəqəm alınır. Elə ona görə də deyirlər ki, bütün müştərilər bankdan pulunu çəkmək istəsə o iflas edər. Bax elə buna görə “qırmızı siqnal” verən bank 2-3 günə iflas edir. Çünkü qorxulan başa gəlir. Möhkəmliyi şübhə altında olan bankların və maliyə qurumlarının böhranda çökməsi/səndələməsi də bu kimi amillərlə bağlıdır.

Mövzu çoox qarışıq və bolca danışılabiləcək mövzudur. Son zamanlarda böhranla bağlı çox şey oxumağa fürsətim olmadı. Yoxsa daha dərindən araşdırılmış bir yazı təqdim etmək istərdim sizlərə. Hələlik bunu qəbul edin yaxında böhranın marketinqə təsiri. Bu dövrdə necə davranılmalı gərəkdiyi kimi suallarla bağlı şərhimi yazmağa çalışacam.



Yeni iş dolayısıyla blogu ziyarət etməyim çətinləşib. Amma bu müddətdə buralara gələnlərə təşəkkürümü bildirim - 1, artıq iş rejimimi formalaşdırıram və gündüzlər imkan olmasa da, axşamlar yazılar yayınlayacam və şərhlərinizi oxuyacam - 2. İnşallah. Bu arada növbəti yazı da demək olar hazırdır. Mövzu isə yuxarıdakı abzasın sonunda qeyd etdiyim deyil:)

Amerikanın marketinqi

Gecə saat 04.49...

Yayda Bakıya gəlmədən öncə Chryslerin əfsanəvi vəya daha doğrusu əfsanələşdirilmiş CEO-su Li Yakokkanın (Lee Iacocca) bir kitabına giriş elədim. Kitabı biraz keçmişdim ki, ürəyim darıxdı və yarım saxladım. Çünkü Li müəllim də adəti “American dream” işlərdən birini görmüşdü. Onsuz da italyan əsilli amerikalı bu quru “Amerikan xülyası” “şar”ının əsas nəfəs mənbələrindən biri olub karyerası müddətincə. Daim Amerikançılıq və bənzəri ideyalarının öndərliyini edib. Anlamaq olar. Nəticə etibarilə vətəndaşı olduğu ölkənin təbliğatı ilə məşğuldur. Bundan təbii nə ola bilər? Bizim kimi ölkənin içində belə anti-Azərbaycançılıq etməkdən çox daha yaxşıdır.

Amma amerikalıların özlərinə aid hər şeyi bu qədər marketinq etməsi və dünyanın ən vacib məsələsi kimi mövqeləndirməsi heç xoşa gələsi şey deyil. Elmi marketinq məqaləsi oxuyanlar diqqət edib mi bilmirəm. Minlərlə, bəlkə milyonlarla araşıdrma var təbii ki. Əksəri də ABŞ-da olunur. Bundan əlavə Böyük Britaniya, Fransa, Almaniya... Adəti üzrə inkişaf etmiş avropalılar... Yaponlar və Çinlilər hələ ki, bu mənada öyrənilməmiş və mühafizəkar “xam bazar”dır. Təbii ki, bir çox başqa ölkədən də araşdırmalar olur. Araşdırma ABŞda aparıldıqda “limitations” qisminə görə bilməyəcəyiniz bir qeyd digər istənilən ölkədə aparılan araşdırmanın bu bölməsində olur: “Araşdırma sadəcə filan ölkədə (hətta Alamaniya, Fransa olsa belə) aparıldığı üçün qlobal deyildir”. Amma Amerikada olanda qlobaldır. Bu “qlobal” hər nədisə elə deyəsən Amerikanın təkəlindədir. ARTIQ DEYİL!

Amerikan düşməni kimi göründüm sizə? Aşağıdakıları da oxuyun bir...

Dərinə enəndə Amerika mərkəzli hər şey məşhur “amerikan xülyası”na xidmət edir. Kinolar o məqsədlə çəkilir, kitablar o məqsədlə yazılır. Elə həmin kitabda da Yakokka israrla amerikan ailə mədəniyətini davam etdirməkdən, yaşlılara hörmətdən, anaya sevgidən, qızlarının xoşbəxtliyinin bu qədər kareyera uğuru olan biri üçün belə ən dəyərli xatirə olduğundan danışır. Amerika bunu yaşamır, amma amerikanın simaları belə görünməyə, bu atmosferi formalaşdırmağa çalışır. Düzdü bir də Paris Hilton, Lindsey Lohan və Britni Spirz kimi tiplər də var ki, onlar da bu xülyanın digər üzüdür.

Modern marketinq məhz buna xidmət edir. Bir dəqiqə... Modern etmir axı elə bil. Son illərə qədər edirdi deyək. Çünkü həqiqətən də medianın gücünü itirməsi, web 2.0`ın peyda olması, şərqin həm maddi, həm də zehin mənasında yüksəlişi, marketinq içində amerikalıların monopoliyasının bitməsi, hətta liderliyi az qala Yaponlara verməsi kimi faktorlar “yeni dünya”nın planlarını pozur. Hələ bir buna şərq filmlərinin Hollivuda narahatçılıq verməyə başlaması və bestsellerlər arasında “Yaşasın Amerika” əvəzinə “Yankee go Home!” tərzinin yerləşməsini də əlavə edə bilərik.

Artıq Amerikanın marketinqi zəifləyir və Amerikan Marketinqi mövqeyini itirir. Artıq marketinq Amerikanın deyil. Artıq Kotlerin sözü ehkam deyil. Artıq... düzəlir. Amerika marketinqin qloballaşması adıyla öz sistemini yerləşdirə bilmir.

Hər nə qədər amerikan xülyasını millətlərə qəbul etdirmə fəaliyələri illərdi nəticə versə də, hələ də birilərini cəlb etsə də, artıq Amerikaya getmək, Amerikan həyat tərzini dadmaq daha az gənc üçün “həyatının məqsədi”dir.

P.S. Əslində mövzuyla bağlı deyiləcək söz və gətiriləcək misal çoxdur. AC Nielsen bütün araşdırmalarını Amerikada edir və hooop... “Dünya bunu edir!” Etmir qardaşım. Həqiqətən sağlam, 35-40 ölkəni əhatə edən araşdırmalar gerçəkləşdirməyə hünəriniz var buyurun. Yoxdur çəkilin yoldan! Avto sektorunu ən çox buna görə sevirəm. Amerikalıların biabırçılığı göz qabağındadır orada. GM də Ford da geriləyir. Layiq olduqları yerə...

P.P.S. Deyirəm bəlkə səfirlikdə başa düşüblər bu fikirləri daşıdığımı ona görə verməyiblər vizanı :)