Lateral marketinq

Böyük pop ve top ulduzlarının gözlənilən gəlişləri kimi bu “Lateral marketinq” də “gəlirəm ha gəlirəm” ilə bezdirdi blogumun azsaylı, amma dəyərli oxucularını…

Lateral düşüncə tərzi haqda ön yazıdan bir şey anlaşılmadı bilirəm. De Bononu bu düşüncə tərzi konseptini ortaya qoyduğuna peşman elədim bəlkə də. Amma Laterala hələ 1-2 dəfə qayıdacağım üçün üzürlü hesab eləmək olar.

Lateral düşüncənin marketinqdə istifadəsi, yəni “Lateral marketinq”ə keçmədən öncə bir şey deyim. Lateral düşüncə tərzi önəmli və faydalı, hətta efektiv bir şey olsa da, Deming və Juran’ın düşüncələri əsasında formalaşan “Yalın düşüncə” (Lean thinking) və Ludwig Von Bertalanffy’nin “Sistem düşüncə”siylə (System Thinking) müqayisədə daha səthidi… Bu mövzuda mənə qatılmayanlar da ola bilər. Hörmət edirəm… Elə imkan düşmüşkən onlar haqda da bəhs edəcəyimi əvvəlcədən deyim… Amma… Allah bilir nə vaxt:)

Lateral düşüncəylə tanış olandan sonra bunun marketinqdə böyük yeri olduğuna qərar verdim. Hətta o anca elə yazıda toxunacağım bir çox case’i bu düşüncə tərzi ilə əlaqələndirdim. Dedim Marketinqə hər sözü qoşub termin düzəldirlər. Mən də “Lateral Marketinq”i atım ortaya… “quru”lanım:) Yəni guru olum da…

Bu eyforiya ilə yazının planlarını qurdum, hətta artıq konseptimin PRını edirdim. Söhbəti açdığım bir dəfəsində isə qrup yoldaşım Kotlerin arıq bu konsepti formalaşdırdığını dedi… və başımdan bir vedrə su tökdülər elə bil. İnsanın əlinə quru olmaq şansı bəyəm elə tez tez düşür? Nəysə… O an bildiyim söyüşlərin əksəri (çox söyüş bilmirəm a…) keçdi ürəyimdən. Dedim ay qadan alım insan 70 yaşından sonra da kitab yazar? İmkan ver gənclər də qabağa getsin… Gördüm ki kitabı tək yazmıyıb… Fernando Tiras de Bes adlı bir katalanla bərabər qələmə alıb. Şəkillərində cavan olduğunu demək mümkündü… Bağışladım…

Kitabı əldə etdim. Oxumaq üçünsə bu yazını gözləyirdim. Fikirlərimə təsir etməsin deyə. Amma oxuduqdan sonra yenidən qayıdaram hərhalda bu mövzuya…

Əslində modern marketinq anlayışı elə lateral düşüncə tərzi üzərində qurulmalıdı. Çünkü hamının getdiyi istiqamətə gedərək, və hamının tətbiq etdiyi üsullardan yapışaraq uğur əldə etmək mümkünsüzləşir. Düzdü bizdə hələ də, nə rəqabət, nə bazar belə radikal dəyişiklikləri labüd edəcək səviyyədə deyil. Amma artıq Amerikada yeni bir marka formalaşdırıb onu tanıtmaq üçün 150 milyon dolların lazım olduğu deyilir. Fərqlilik isə xərcləri xeyli dərəcədə azalda bilər…

Lateral yanaşma göstərilən nümunələrdən deyim sizə. Mənim o an ağlıma gələn Volkswagen’in Beetle’i olmuşdu. Maşınların böyüdükcə böyüdüyü, “küçə mənə dar gəlir” məniqinin hökmran olduğu. Amerikada insanların statusunu maşınının “zırpılığının” müəyyən etdiyi bir dövrdə “kiçik, şirin, kompakt, amma əslində çirkin və zövqsüz” Beettle “Think small” ilə Detroit’un 3 nəhənginə meydan oxudu. Tarixdə 20 milyon satış ədədinə çatan ilk model oldu. 1970’lərə damğasını vurdu. Bu həm də Volkswəagen’in yükdəlişinin başlanğıcı oldu.

Avis’in (maşın kiralama şirkəti) məşhur “Biz ikinciyik, ona görə də çox çalışırıq, bu isə bizimlə olmağınız üçün real səbəbdi” kontekstli reklamları da əsl lateral düşüncə tərzinin tətbiqidi. Hamının özünü Hertzlə müqayisə elədiyi, köhnəlmiş üsullarla müştəri yaxalamağa çalışdığı dövrdə Avis çəkinmədən 2’liyini elan etdi və bu sayədə əslində digər şirkətlərin də xəyal etdiyi 2’liyi ələ keçirdi.

Maraqlıdı ki, hər iki reklam mətni DDB’nin işidi…

Son dövrlərdəki ən gözəl nümunəsi isə Omo Braziliya üçün 2003’də hazırlandıqdan sonra bütün dünyada istifadə edilməyə başlanan “Kirlənmək gözəldir” (Dirt is good) kampanyasıdır. Bütün yuyucu toz reklamlarının eyni şablonla hazılandığı, artıq bunların bezdirici və qeyri-efektiv olduğu haqda şikayətlər nəhayət yerinə çatdı. Omo “xortdan” olaraq mövqələndirilən patların kilənməsi məsələsinə lateral yanaşdı və onu sevdi, sevdirdi. Üstəlik reklamlardan uşaqların əylənməsi, öyrənməsi, inkişafı kimi valideynlər üçün stratejik əhəmiyyət daşıyan məsələləri bu “kirlənmə” fenomeninə bağladı. Super!!!

Efekt ve ROI’dən çox da xəbərim yoxdu. Amm Omo’nun artıq digər yuyucu tozlardan fərqli bir imic və şəxiyati formalaşıb. Bu çox uzun dönəmli bir yatırımdı.

Bunlar ilk andaca ağlıma gələn misallardı. Həl çox misal gətirmək olar. Üstəlik söhbət sadəcə marketinq komunikasiyası və reklam üsullarından da getmir. Paketləmə lateral düşüncə üçün əla bir məkandı. Dimes südü qırmızı paketdə təqdim etdi. Effekt? Deyirlər yaxşıdı. Və beləcə marketinqin hər yerində lateral düşüncəyə yer var. Sadəcə o işi görənlər bu düşüncə tərzini mənimsəmiş olsun…

P.S. Hələ davam edəcəyik…

6 yorum:

Aygün İslamzadə dedi ki...

Bono sonraki kitablarindan birinde lateral marketinqe aid qesheng misal verib. 1984-cu ilin LOs Anjelesdeki olimpiadasinin teshkilatchisi Piter Yuberrout Olimpiya oyunlarinin 250 milyon dollar gelir getirdikden sonra musahibesinde lateral dushunceden istifade etdiyini yazmishdi.
Umumen sen demish lateral dushunce daha sethi olsa da her kesin istifade elemeli oldugu bir sheydir. Chunki shablondan chixmaq lazimdir.. Ele senin sozlerin yadima dushdu, insanlarin zovqleri bayagilashir.. Zovqler ve istekler ele dushunce kasadladigindan bayagilashir. O ki ola marketinq.. Marketinq digerlerinin zovq ve isteklerinin aparici quvvesi oldugu uchun yenilikchilik burda mutleq lazimdir.

Vüsal Qəmbərov dedi ki...

Eslinde Aygün bir şey etiraf eliyim. Lateral Marketinqi düşündüm desem de. mene mentiqsiz gelir bu ifade. Lateral marketinq yox belke Marketinq lateral olmalıdı :) (Pişiyin ağzı ete çatmayanda...:))

Yeni artıq marketinqi lateral düşünceyele heyata keçirmek vaxtıdı:)

Rüstəm Məmmədov dedi ki...

Axir ki, axir ki bu lateral marketingin orta yazisina chaydiq. Indi de gozleyirik, axirini:)

Neche gundur nete gire bilmirem deye, indi oxuyuram.

Lateral marketingde ana fikir ferqli dushunmedirse, onda ele bunun esasi differentiation meselesine dayanir..Ya bu beledir, ya da men sehv basha dushmusehm. Chunki, LD-de ana fikir, her hansi bir ferqli yolla, adinin xaricine chixmaqdirsa, onda differentiation, ele bunun anasidir. Duzdur deye bilersiniz ki, "lateral dushunce heyatin butun sahelerine ve elece de Marketinge aid olan her shey aid edile biler, reklamlara, satishin teshkiline, analizlerde belke de yeni metodlara ve.s, amma differentiation strategic bir anlayishdir", deseniz de men bununla razilashmaram:) Gerek isbat edesiniz. Chunki ferqlendirme (ferqlenme) tamamen bir5 birini destekleyen dushunce ve herekat planinin toplusudur eslinde. Indi menim basha dushmediyim bu oldu ki, xronoloji elaqe necedir ve Kotler kitabinda buna toxunub mu? Kitabi oxuyandan sonra da cavab yaza bilersen Vusal, amma mende hovsele yoxdu, tez o sehifeleri tap bir shey yaz zehmet olmasa:))

ELA!!!

Hormetle,

Vüsal Qəmbərov dedi ki...

Rüstem seni internete ulaşan bir şekilde görmek ne xoş :)

Lateral düşüncenin ana fikri her hansı problemde hell yolunu hamının baxdığı, axtardığı yönde deyil ferqli bir yönde görmekdi. Yeni bir sual verilse her kesin ağlına gelecek ilk veya ikinci üsulda (bax bunda üsulun mahiyeti eyni ola biler amma ferqlileşme de ede bilersen) deyil, özgün bir üsulda qerar qılmaq.

Her cür ferqlileşme LD mehsulu deyil. Amma LD ferqlileşme getirir. Çekdiyim misallarda fikir verirsense o an o sektorda yerleşmiş bir şablonu qırma var.

LD düşünce qeşeng şeydi bir söznen:) Men buna en çox her hansı bir mövzuda tıxanma olduğunda meseleye yeni boyut, yeni nefes qazandırma gözü ile baxıram...

Rüstəm Məmmədov dedi ki...

Aha, indi başa düşdüm.
Biraz gec çatdı:)

Biraz yaradılışdan gəlmə qabiliyyət lazımdır axı eləbil:)

Vüsal Qəmbərov dedi ki...

Rüstem bunun verdişle qazanılması da mümkündü... Ümumiyetle insana çox şey öyredile biler... Mence tekce senetkarlıq anadangelme olmasa xeyri yoxdu...

Şekillerden Omo reklamına diqqet etmediz?

murdarirea este buna...

Yeni kirlenmek gözeldir. Buna herhalda bueno'nun portekizcesidi. Murdar ise kirlenmeyin :) Lap bizdeki kimi :)