Marketinqin evi yıxılsın

Bütün tanışların marketinq aşiqi və dəlisi kimi tanıdığı biriyəm. Elədi həqiqətən də. Amma 2 yazı bundan öncə etiraf etdim marketinqə olan sevgimlə bərabər daşıdığım nifrəti. Səbəbini açmağa da söz vermişdim. Əslində marketinq yazığı qısqanan kim, söyən kim, döyən kim, nifrətə edən kim. Hamısı qarışıb bir-birinə. Amma elə onu böyüdən, dəyərini və aktuallığını artıran da budu. Di gəl ki, indi deyəcəyim özəlliklərinə görə marketinq nifrəti hiqəqətən haqq edib…

Bu sətirləri yazmağa bir “ihraç fazlası” mağazasından aldığım köynəkdən sonra qərar verdim. Sonra da, Elçin Zara yazısının cavabında İstanbuldakı Zarar dükanındakı bir köynəyin qiymətini deyincə… 10 dollarlıq əla keyfiyətli köynək ilə, 300 dollarlıq sadə Zara köynəyi arasındakı fərqin nə olduğunu düşünməyə başladım qara qara…

Sonra da Nike’ın Türkiyədə istehsalı ilə məşğul olan sexlərdən danışılanlar düşdü yadıma. Nike özünə tədarükçülər seçir. Modeli gətirir verir onlara, onlar da tutalım 5000 sifarişi yerinə yetirib 7-8 dollardan pulu alıb qoyur cibinə. Sonra isə Nike həzrətlərindən icazə çıxır ki bu modeli fasonlaya bilərsən. Amma marka, logo mənimki olmayacaq. Get harda istirsən, neçəyə istirsən sat… Eyni dəzgah və ustanın əllərindən çıxan eyni keyfiyətli iki mal – biri Nike’ın İstiklal Caddesindəki dükkanında 150 dollar, biri də Tahtakaledə 10 dollar… Fərq nədədi?... Nike markasında… O Swoosh’da… Reklamlarda… Ronaldinhonun gülücüklərində… Pompalanan populyar mədəniyyətdə… Və beləcə əslində insanlıq adına faydasız şeylərdə…

Marketinq şirkətlərə ticarətlərini (modern ifadə ilə bizneslərini) sistemli aparmaq və rəqabət üstünlüyü təmin etmək üçün bir alətdi. Marketinq istehlakçını tanımaq üçün bir köməkçidi. İdeal cəmiyətdə marketinq vasitələri və instrumentləri insanlara xidmət üçün var. Kapitalizmin lokomotivlərinin “qara camaat”ı soyması üçün yox!

Bu marketinqdi də, insanlar köynəyini çöldə qoyduğu halda, şalvarın içinə yerləşdirmədiyi halda cinsin üstündəki Levi’s emblemi görünsün deyə dərindən-qabuqdan çıxardan. Sadəcə o yerində köynəyi şalvarın içinə yerləşdirtdirən. Alt paltarındakı Armani logosu görünsün deyə şalvarın belini qurşaqdan xeyli aşağı buraxdıran. Hətta hərdən bir dartındıran. İnsanların bir-birinin yanında özünü dartmasını təmin edən. Və daha nələr nələr…

Nə bilim bəlkə günah Maslow’dadı. Onun insanların ehtiyacları hiyerarxiyası cədvəlində. Artıq dünya doyub və status dərdindədi. Şirkətlər də əccəb eliyib bundan istifadə edirlər. Amma inanın acından ölən də o hiyerarxiyanın dibindən başlayır ehtiyacların ödənməsinə… Nahaq yerə demirlər ki, Maslow’un ehtiyaclar hiyerarxiyası tərsinə çevrilib…

Marketinqin evi bilirsiz ən çox nəyə görə yıxılsın? İnsana istehlakçı deyib, onu gic-gic seqmentlərə ayırdığı üçün… Onun beynini “prospect” – mədən elan etdiyi üçün... Bir yandan müştərinin krallığından danışıb, diger yandan sərfəli olmayan isthlakçını (oxu: insanı) məkanından uzaqlaşdırmağın yollarını da araşdırdığı üçün... Yəni insanı adam yox, istehlak edən maşın gördüyü üçün… MAALESEF…

P.S. Rüstəm o kəsdiyin 5 xalın cavabını verməyə doğru gəlirəm yavaş-yavaş…

P.P.S. İnsana dəyər verən marketinq xəyalı ilə…

12 yorum:

Rüstəm Məmmədov dedi ki...

Az evvel Dushunen bloga tek kelimeyle ela yazdigim uchun bura yazmiram, amma ureyimden kechen budur.

Son vaxtlar butun bloglarda oxudugum en gozel yazilardan biridir.

Blogda ne qeder bezi meseleleri arashdirib sirv MARKETING haqqinda melumat olsun deye yazsaq da, urekden kechenleri yazmagin hem oxuyan, hem de yazana lezzeti choxdur. Mene gore daha dogrusu.

Teoriyani ve Google-da search verib tapa bileceyim her sheyi oxumaq o qeder de cazib deyil, o sadece oyredicidir. Ancaq, blog yazarinin ve ona sherh yazan chox deyerli insanlarin fikirlerini, ureklerinden kechenleri oxumagin oz lezzeti var...

Heqiqi menada lezzet, chunki bunu hiss edirem.

Sagol bu yaziya gore..Ureyimden arxasina bir iki cumle elave etmek kechdi, amma sonra yazmadim.
Qiymetin 100, bundan yuxarisi yoxdur, axi..kechen defe kesidyim qiymeti de qaytardim ozune:)

Hormetle,

Vüsal Qəmbərov dedi ki...

Amma men deyecem... Şerhin tek söznen ela... Cümleleri muncuq kimi düzmüsen e... :)

Mene gore daha dogrusu.
mence de Rüstem... Düzü araşdırıb yeni bir bilgi sunanda da lezet eliyir. Amma özünden bir şeyler yazdığını bilmek xoşdu... çox xoş... bir de bele deyerli bir insandan bele gözel sözler eşitmek...

O 1-2 cümleni gözlürem... Reng qatarsan bloga...

Hörmet ve izzetle...

nurlan dedi ki...

Vüsal sənin yazınnan təsirlənib, gedib Zara mağazasının şəkillərini çəkdim, içindəki malları incələdim :D amma əlim gəlmədim nəsə alım:D Reklamsızlıq adamı qoymur almağa :)

PS: bir yazı tapmışam, vaxt elə oxu bunu :)
http://www.metu.edu.tr/~ulubay/hayvankaynaklari1.htm

Aygün İslamzadə dedi ki...

Bala, ne gormusuz axi bu marketinqde.. Geden bir dash atir, gelen bir dash atir, marketinqe atmayan da deyir adinda marketinq var deye marketobloqa dash atim.
Gozel yazmisan, Vusal. Belke de chox baxishdan dogru sozler de demisen. Amma bu marketinq yetim de mushteri ehtiyaclari uchun nezerde tutulub da. Maslou piramidasi tersine donmeyib eslinde, chunki ozunu tesdiqin Maslou nezerde tutdugu formasi ile ozunu camaata gostermek kimi besit isteklerin tipi ferqlidir. Marketinq de imkani daxilinde ehtiyac odemeye chalishir, ne qeder ki, bu tip insanlar var, marketinq de yashayacaq. Meni hech kes inandira bilmez ki, evvel insanlarin ozunu gostermesi deyil de, marketinq dogulub. Buna ehtiyac vardi, kimse agilli olub dushub ortaya. Kimse Ronaldinyonu ekrana chixarir, xercini chekir, bunun da neticesin gormek isteyir. Insanlar ferqlidir, birilerini alt paltarinin Armaniden oldugu zovq verirse, marketoloqlarin borcu da bunu temin etmekdir, birisi ise ola bilsin ki, Kechmishden partlayish filmindeki kimi baxsin - o bashqa kishinin alt paltarini niye geyinib deye dushunsun.
Men marketinqi sevirem.. Ishiniz olmasin, qardashlar!:)

Vüsal Qəmbərov dedi ki...

Marketinqi gözü götürmeyen çoxdu Aygün... Marketinqden olmayanlar meselen:)

Biz de bu işin içindeyik ve bilirik ki marketinq nece istifade edilir. Amma sen demiş e madam insanlar bunu isteyir marketinqçiler de ecceb eliyir... Bunu ürek ağrısıynan deyirem aaa... Amma ki beledi... Görek de "deyer marketinqi" - value marketing - söhbetleri hara gedib çıxacaq...

Bunu da deyim ki Aygün şerhinden bir yazı çıxdı.. :)
Hyundaiden sonra...

Nurlanın verdiyi linke de baxın meslehetdi...

Unknown dedi ki...

Vusal, ay qaqa neyniyirsen sen? guc bala ile marketingin ehemiyyetini artirmaga calishiriq bizim cemiyyetde, sen bizi baltaladin :) qesheng yazi idi amma bir az tez yazdin.

hormetler,

Vüsal Qəmbərov dedi ki...

Memmed sen heç narahat olma. İnsanlar bu terz düşündüyü müddetce marketinq yükselecek. Marketinqin ehemiyetinin artışını önlemek mümkün döyül. Amma söz verdiyim kimi bir yazı da marketinqçilerin üreyinden olacaq şekilde gelir... :)

Yazı oxuyanın gözünde qeşengdi... Sağ ol...

Hörmetle,

Rüstəm Məmmədov dedi ki...

Hersheye chox professional yanashmayin, sixici olar heyat:):):)

Meslen, bize bizim insanlarin avtomobil satin alma davranishlari chox xoshdur, profesional menada, ancaq insan olaraq urek agridandir hetta...

Marketing ancaq var olan ehtiyaclari temnin etmir ve hem de ehtiyac yaradir (baxin teleb yaradir demirem, ehtiyac yaradir deyirem). O, marka deyilen anlayishi insanlarin aglina soxur ve bunun istek yox, ehtiyac olduguna iandiri insanlari...Bunun numuneleri choxdur..Belelikle Marketing dogurdan da hemishe insani olmur, o tebii prosesin parchasi da olmur, ozu prosesler cjhixarir ortaya, prosesleri yonlendirir, ehtiyac formalashdiri ve onlari yonlendirir...

Belelikle Vusalla yuz faiz raziyam...

Hormetle,

Vüsal Qəmbərov dedi ki...

Rüstem bunu etiraz edenler de bilir eee... Sadece qebul elemek istemirik. Axı biz insanları aldatmırıq. Onlara xidmet edirik :)

Marketinq de "xortdan" deyil tamamile tebii ki... İnsanlara xidmet etmek üçün ortaya çıxıb, gedeceyi yer de odu... Amma indi keçid dövrüdü. İstehlak çılğınlığı ve HEDONİST:) yanaşma bitmelidi ki bu da keçsin de insani obraza...

"Yaşasın Marketinq!!" yazısı artıq hazırdı. Hyundaini gözlüyür. Rüstemin son şerhin bezi yerlernen tam zidd nöqteler var. Mene maraqlı geldi indiden müzakireler :)

Rüstəm Məmmədov dedi ki...

"Marketinq de "xortdan" deyil tamamile tebii ki" :))

Gəlsin görək, gəlsin yazı baxarıq:)

Hormətlə,

Afulya76 dedi ki...

Rustem, Mamed taniyir, refiqelerim mobil operatorla zengim, flirt, gic-gic sevgi mesajlarin satishi ile meshgul olan shirketde ishleyirler. Normal, agilli, intellektli adamlardirlar. Her defe onlara baxanda ve onlarin yazdiqlarindan kimlerin ve nece istifade etdiyini gorende fikirleshirem ki, dogrudan da marketinqin evi yixilsin. Chunki evveller bele sheyler qadagan olundugundan ve ya olmadigindan qaqashlar, maskalar, tin ushaqlari onlari kutle arasinda ishletmeye utanardi, chekinerdi...

Vüsal Qəmbərov dedi ki...

Afet xanım evvelen hazır olmasa da xeyirli olsun blog:)))

Sharedden götürdük o yazını, inşallah tezlikle sizden de götürerik...

Marketinq düzelecek... Bele qalmayacaq ki. Amma bizde hele indi indi evi yıxılası kıvama gelir. Biz çox gözlüyeciyik yeni ki.. :)