Məntiq hardadı?


Marketinq dəryadı. Onu nə qədər sevdiyimi məni görən hamı hiss edir. Amma ona nə qədər nifrət etdiyimi bilirdiz?.. Bəli bu qədər sevdiyim marketinqə, dəhşətli dərəcədə nifrət edirəm. Amma burada nifrətimin səbəblərindən deyil, başqa bir mövzudan bəhs edim sizə. Ondan da danışacam yaxında…

Bu dəryada yeni yeni maraqlanmağa başladığım sahil – qiymətqoyma… vəya original versiyada – Pricing. Qiymətqoyma istər ədəbiyatda, istər tətbiqdə ən az diqqət yetirilən məqamlardandı. Deyəcəksiz malların seqmentini qiymətlər müəyyən edirsə bunun kənarda qalması mümkün deyil. Xeyr… Qiymət endirmə, artırma, uçurma, oynatma vs. üsullarının effektləri hələ də müəmma olaraq qalır. Məsələn, endirim zamanı istehlakçılar uçuşurlar mağazaya. Niyə? Çünkü qiymət endirimi müvəqqətidi. Burada bir önəmli məntiq var. O ankı qiymətin sonradan yüksələcəyi düşünüldüyündən mağazaya axın olur. Əvvəlki qiymətdən ucuz olduğu üçün deyil. Sözümün canı odu ki, qiymət üzərindəki oyunların nələrə qadir olduğu aşkarlanmamış qalır. Onun şüuuraltına verdiyi mesajlar vs. Sadə bir sual – BMW lüks markadı, Toyota isə deyil. Amma BMW’dən daha bahalı Toyota modelləri var. Məntiq hardadı?

Son vaxtlar marağımı cəlb etməyə başlayan (deyən ola bilər ki, “ay Vüsal sənin də marketinqdə maraqlanmadığın mövzu qalıb?” – cavabı düşünüm iczənizlə) pricing fenomeni haqqında deyəsən hələ çox danışacağıq. Bir kiçik araşdırma elədim. Bu araşdırmada mənə köməkçi olan digər V.A.Q’a da təşəkkür…

Əvvəlcə Bakıda Həzi Aslanov metrosunun yaxınlığında yerləşən “Qrand” mağazasındakı Ülkər məhsullarından 15’nin qiymətlərini götürdüm (qiymətlər yenidi, təxminən 1 həftə öncə göndərdilər), ardından burada evimizi yanıdakı “Emin” mağazasına daxil olub onları tutuşdurdum. Və nəticə… Gözlədiyim kimi çıxdı. Bakıda Ülkər məhsulları əsasən İstanbuldan ucuzdu. Məntiq hardadı?

Bunu tarixin ən önəmli marketinq professoru Tamer Çavuşgilə soruşsam cavabını təxmin edirəm. Məqaləsində də dediyi kimi, vəziyətə görə gedilən ölkə daha kasıbdırsa qiymətlər aşağı ola bilər. Amma yenə də… Mənə çox maraqlı gəldi…

Rondo 30q = 35s = 43k < 52k
Rodeo 27q = 32s = 39k < 41k
CocoStar 20q = 24s = 30k > 27k
Dido 25q = 30s = 37k < 45k
Hobby 15q = 18s = 22k < 25k
Piko 20q = 24s = 30k = 30k
Çokonat 20q = 24s = 30k < 45k
Metro 20q = 24s = 30k < 41k
Albeni 20q = 24s = 30k < 41k
Biskrem çubuq 17q = 20s = 25k < 42k
Haylayf 25q = 30s = 37k < 47k
Petitbör 175qr 45q = 53s = 67k < 95k
Petitbör 450qr 95q = 112s = 137k << 235k
İkram 32q = 38s = 47k < 67k
Biskrem 40q = 47s = 57k < 85k

Burada q – qəpik, s – sent, k – kuruşdu. Önce “Qrand”dakı qiyməti, ardından bunun sentlə ifadəsi, daha sonra isə kuruşla ifadəsi. Sonuncu isə “Emin” mağazasındakı qiymətdi. Bu iki mağaza seqment və tərz olaraq eynidi. Demək olar böyüklük də. Ətraf binaların sakinlərinə hesablanmış, orta və üzəri səqmənt bir supermarket. Assortiment və dizayn da yaxındı…

P.S. Yazı boyunca düşündüm və maraqlanmadığım marketinq sahəsi tapammadım. Heyf…

P.P.S. İlk dəfədi ki, öncədən anons: Gələn yazı Lateral Marketinq olacaq…

P.P.P.S. Rüstəm, Ülkər istəyirdin. Bu da Ülkər! Mən qiymətdən yazdım, sən də dağıtımdan yaz indi:)

10 yorum:

Rüstəm Məmmədov dedi ki...

Mentiq Ulkerin Pazarlama&Satish&Dagitim departmaninda....

Bu ishin eslinde chox muzakire olunasi terefi var. Maden sen avtomobilden numune vermisen, el biri de menden VW Phaeton-daki mentiq ne idi? bu grupun ki, Audisi var...
Mentiq eslinde yene de, deqiq olaraq o grupun icherisindedir, ancaq cholden baxanda gorsenen mentiq sadedir, markaya destek....

Ulkerin ucuzluq meselesi ise istehsal xercleri ve aliciliq qabiliyyeti ile elaqelidir mence...ondan daha ashagi qiymete de Ulker onsuz da qazanacaq ve belke de vergiye gore orada ucuz satsa da buradakina nisbetde mal bashina daha chox gelir elde edir..Bilmirem...

Diger terefden bezi mallar sirf markanin yayginligini ve bazaradki payini nezerede tututularaq orada saxlanilir. meselen men deqiq bilirem ki, Citroen Turkiyede C3 modellerinden gelir elde etmir, anvcaq onu bazarda tutur, satmaga chalishir. iki sebebi var, bir bazarda payini artirmaq ve markanin umumiyyetle hercur ehtiyaca gore avtomobili olmasini nezere chatdirmaq (bu avtomobilde chox onelidir) ikincisi ise uzun donemde servis ve ehtiyat hisseden gelir...Neyse,

Mentiqi deqiq yazin oyrenek...

Hormetle,

Aygün İslamzadə dedi ki...

Ela..
Indi men bashqa terefini deyim meselenin, siz ele bilirsiz burdaki marketdeki Ulker ile Emindeki Ulker eyni keyfiyyetdedir??
Etide choxdan gorduyum ULkerde ise yeni meydana gelen bir hali deyim, burdaki mehsullarin keyfiyyeti ashagidir. Ele misal versiyiniz Albeni ve ya LUna ULkerin bir neche il evvel burda teklif olunan eyni mehsullarina defelerle uduzur keyfiyyetde? hele Turkiyeden alinanlari demirem. Etinin burdaki mehsullarindan ise hech danishmaga deymez, berbaddirlar. Hetta turk bloqunda oxuyandaki onlar bir-birine reqibdirler bir xeyli teeccublenmishdim ki, Ulker hara, Eti hara. Kechen il Turkiyeden getirilen Eti mehsullari ile meselenin ne yerde oldugunu anladim.
Acinacaqli olan da ele budur. Mentiqi de burada axtarin.

Afulya76 dedi ki...

Salam hamiya. Ushaqlar, dogrudan Azerbaycan ucuz olkedir?

Vüsal Qəmbərov dedi ki...

Salamlar hamınıza helem helem öz yazımın 4cü şerhini yazdığımı xatırlamıram. Br dene Ssftede bele br şey olmuşdu. O da qırğın vaxtlar idi. Ona göre. Qarşıdan ondan da qırğın 3 ay gelir. Uje başlıyıb. Bundan sonra bloga yazı çatdırsam sevinecem...

Keçek şerhlern şerhine?...

Rüstem menim Phaeton'la bağlı düşüncelerim tamam ferqlidi. Sennen ele teze danışmışıq Vetical Extension meselesini. Amma çox uzun uzadı olar burda. Birce meseleni qeyd eliyim. Toyota'nın Avalon'u da ele hemin şeydi. Onlar markaya çox da yaxın buraxılmır ve kütlevileşmir. Esas mentiq yeqin ki bununla elaqelidi orada...

Ülker'in mallarının keyfiyeti mövzusunda Aygün sennen qismen razıyam. Bütün mehsulları eyni keyfiyetde olmasa da, eyni dadı verenler de var. Burda herhalda köhnelmiş malın bize getirilmeyi kimi perdearxası meqamlar ola biler. Amma yene de deqiq bilmirem. Azerbaycanda veya yaxın bir yerde istehsal var mı? Mence yox.

Meselen Dimes'in qırmızı meyveler suyunu yayda Bakıya gelmeden burda digerlerinden 2 defe baha qiymete görüb Bakıda standart 1 manatdan alanda düşünmüşdüm bunu. Sonra qulağıma ses geldi ki, Dimes qutularını gönderir Bakıda istehsal gedir daxili bazar üçün. Amma şübheli bir melumatdı...

Neyse... keyfiyetde de ferq var, ona nisbetde qiymetde de...

Afet xanım 4 sözle ele sual verdiz ki gel cavab tap da :))) Mahiyetce ucuzdu, amma qiymet cehetden artıq deyil. şeklinde bir cavabı qebul edersiz?:)))

Rüstəm Məmmədov dedi ki...

Men Phaetonu qıymet meselesıne gore mentıqe tabe tutmamıshdım:) Ama, bu umumiyyetle chox muzakireye achiq bir shey olduguna gore ve dogurdan da genishlemeye chox gozel bir case olduguna gore yazmishdim..seninle avalon ve.s yanashmanda tam raziyam:)

Ulkerin mallarinin keyfiyyetsiz olmagini aygun demishdi, hech aglima gelmirdi yoxlayam. Eger hushumda qalsa (mende biraz hushsuzluq choxdur) burada Ulker mallari alib aparacam ordakilarla muqaise uchun....

Afet xanim, Azerbaycan chox baha olkedir, chox baha..Her menada chox bahadir...

Hormetle,

Vüsal Qəmbərov dedi ki...

Rüstem Phaeton mövzusunda düşüncelerim başqadı deyende senden ferqli olduğunu demirem. Yeni çoxşaelidi bu mesele. Üstelik de ki, sen olan yerde mene maşından danışmaq düşmez:)

Bir dene fikrim var, hetta gülmeli bele seslene biler:) - Dünyanın en böyük şirketleri içinde çoxlu maşın şirketi var. Onlar sahibleri de sağlıqlarına qismet:), yaxşı imkanlı olur:) Amma di gel ki istehsal eledikleri maşın adlarına layiq deyil:) Meselen Passat hara VW CEO'su hara? :) Ona göre de başqa markanın modellerine minmemek üçün xüsusi bir model istehsal elemek lazımdı.
Burda zarafat payı yüksekdi. Amma düşünmek de olar bu meseleni:)

Rüstem men bir defe müqayise elemişem. Ferqli olanlar da var olmayanlar da... Ona göre yanında böyük assortiment götürmelisen:) Bir dene ipucu verim şokoladlarda ferq xüsusile sezilir. Amma meselen Ramstore'da bezi mehsulları originalı kimidi. Amma qiymet meselesinde ferqlilik yene yoxdu. Qymetlerin bele artdığı bir yerde Ülkerin qiymetlere toxunmamağı mene qeribe gelir e...

mismayilov dedi ki...

Men seher bu yazini acib oxuduqdan sonra dedim belke gece yuxu gorurmusem. Eslinde bloglara bagliligim onlarin yuxuma girecek derecede de deyil. Demeli, mene ele gelirdi ki bu movzu ile elaqedar dunen gece yuxuma haram qatib serh yazmisam. Ancaq gunduz o serhi gormedikde dedim walla uje qocaliram. Yuxu ile realligi ayira bilmirem daha:)
Neyse ki, teze basa dusurem ki men serhi, marketoblogda deyil, millimarketing blogunda yazmisam.
Vusal da sagolsun ora da bir cavab yazim, neyse sohbeti uzatmayim ora yazdigim yazini copy edim bura..


Muzeffer dedi ki...
Demeli Vusal muellim, men bunu 4-5 il bundan önce keşf elemişdim. Bunun texmin etdiyim bir nece sebebi var. Birincisi ixracat qiymetleri umumiyyetle yerli satisdan daha ucuz qiymetlendirilir. Bunun da özünün sebebleri var.
İkincisi Turkiye ixraci desteklemek meqsedi ile, ixrac olunan mallarim KDVsini yeni Ulkerin mehsullarinda bu -% 18-dir. Bunu ixracart edene yada istehsalçiya geri verir. Buna gore de istehsalci ixrac etdiyi mehsulu daxili bazara satandan en az 18% asagi satir.
Ucuncusu, Azerbaycanda bu mehsullari satanlar elave olaraq 4 % KDV (EDV) hesablayirlar (esasen). Turkiyede ise +18 %, maliyet avtomatik yuksek olur.
Dorduncusu ise, tamamile marketingle elaqedardir. Bu da lokasiyaya ugun qiymetlendirmedir. Ki, bunu cox sirket tebiq edir. İcinde olunan lokasiyadaki reqabetin siddetine, reqiblerin qiymetine alicilarin aliciliq qabiliyetine gore ferqli qiymetlendirme mumkundur. Burada bir mentiqsizlik yoxdur mence.

mismayilov dedi ki...

Bunlara bir 5-ci sebeb de elave edebilerem bele ki, Ulkerin turkiyeden basqa yerlerde o cumleden Qazagistanda da fabriki var. Olabilsin ki, ucuz olan mehsullarin bir qismi ordan getirilebiler.
Ancaq bu qiymet ferqi sadece Ulkere aid deyil, Ele ETİ-nin de mehsullarinda ferq var..

Asiri ucurum olan ferqler de var... Yeni Turkiyede 1 bizde 5 olan :)

Rüstəm Məmmədov dedi ki...

Muzafferin sherhleri ela.Men birce onu elave edim ki, logistik maliyetler baximindan inmiram ki qazaxstan daha uygun variant ola...

Hormetle,

Vüsal Qəmbərov dedi ki...

Men de ordakı şerhin esas hissesini qoyum da bura madam ki Müzeffer bele eledi:)

Gözel fikirler demisen. Ümumi olaraq bu tipli bir ferqin indiye kimi 12 sebebini ele Çavuşgil sayıb. Böyük ehtimal 3nün de tesiri var. Yazının esas menbeyinden Aygün maraqlı bir şey qeyd edib. İstiyirsen bu şerhini de ora elave et... Çox deyerli meqamlara toxunmusan. Müzakire olunardı...

5cinin qiymeti ne qeder düşürmesi meselesinde men de Rüstem kimi şübheliyem.

Amma şerhlerin tutarlılığına söz yox... Ela