Bizdə niyı yoxdu?– 1
Axırı ki, şirkətlərdən danışmağa başlaya bildim. Blogda tarixi vəya bugününü vəya hərhansı bir şəkildə case olaraq incələyəcəyim şirkətləri iki başlıq altında toplayım dedim: Azərbaycana giriş edənlər və etməyənlər. Təbii ki, qloballaşdığı deyilən dünyada özünə hörmət edən şirkətlər də bütün ölkələrə yayılmaq istəyir. Amma bu ölkə Azərbaycandısa mənə hələ də “Bizdə niyə yoxdu?” başlığı altında yığmağa material qalacaq…
Bizdə olanlardan başlayası oldum. Daha doğrusu ela konkret Zaradan. Bir məsələ daha var. Bəzi tanışlar Zaranın Azərbaycanda olduğunu hətta bu linki versə də, saytın çox uzun müddətdir güncəllənməməsi məni şübhəyə saldı. Nə isə. Deməli ilk markanın Azərbaycanda olmağı ilə olmamağı arasında demək olar fərq yoxdu:).
“Niyə Zara” sualının cavabı isə burada…
Zara İspaniyanın ən böyük şirkət qruplarından olan Inditex’in ən böyük markasıdı. Bu qrupun tərkibində daha 7 şirkət olsa da (Stradivarius, Bershka, Zara Home vs.) dövriyyəsinin 70%ni Zara markası təşkil edir… Belə texniki bilgilər mənlik deyil… Bunları başqa yerlərdən də öyrənə bilərsiz… Keçim Zaranı marketinq üçün və onu qələmə almaq üçün cazib edən məqama…
Zaranın marketinq uğurunu bir cümlə ilə ümumiləşdirəsi olsam belə deyərdim: Logistikanın tekstildəki əhəmiyyətini anlayan şirkət…
Bəli logistika yazı üçün çox maraqsız bir mövzudu. Reklam filmləri və şirkətin PRını edən insanlar daim göz önündə olsa da, usta logistiklərdən elə də tanınanı yoxdu. Çünkü bu texniki bir məsələdi. Çoxuna elə gəlir ki, burada yaradıcılıq yoxdu. Amma Zara bütün bu iddiaları alt-üst etmiş bir şirkətdi…
Başlayaq əvvəldən… Zaranın qurucusu Amancio Orteganın nişanlısı bir mağazanın vitrinində gözəl bir gecəlik görür və bunun eynisini tikməyi ondan xahiş edir. Ortega da eləmə təmbəllik nişanlısının xətrinə bu paltarı tikir… Paltar o qədər bəyənilir ki, Ortega bunun bənzərlərinin istehsal edərək satmağa başlayır. Beləcə ucuz, amma şıq və keyfiyyətli qadın paltarları işinə girişmiş olur… 1975’də ilk mağazasının açır və sevdiyi bir film qəhrəmanı olan Zorba’nın adını mənimsəyir. Sonradan bu adın hüquqlarını satın ala bilmir və hərflərdə dəyişiklik edərək “Zara”da qərar qılır… Burada Zorba adını ala bilməməsinə görə Ortega nə qədər şükr eləsə azdı:)… Həqiqətən də Zara çox daha eqzotik səslənir…
1980’ci illər Zaranın şəbəkələşməsi ilə yadda qalır və nəhayət 1989’da Portuqaliyanın Oporto (vəya Portu) şəhərində açılan ilk mağazayla İspaniya xaricinə qədəm qoyur. Çox böyük sürətlə inkişaf edən Zara Paris, Nyu York, Barselona və beləcə davam edir… 1998’də Londonda baş tutan ilk mağazanın açılışı isə tarixi bir uğurla keçir. Bütün media Zaradan danışır…
Bəs nə edib Zara? Nədi Zaranın fərqi? Ortega kimdi?
Bu suallara isə qısaca belə cavab vermək olar: Zara fason (yəni kopiya) istehsalda dünyanın ən uğurlu şirkətidi. İstənilən bir modeli ən gec 1 həftə içində kopyalayaraq vitrinə qoya bilir. Hətta belə bir zarafat var ki: Milan və Parisin moda divləri səhər vitrində sərgilənəcək modelləri gecədən ora qoymağa qorxur ki, Zara kopyalayıb onlardan qabaq satışa verə bilər… Zara dəlicəsinə işləyən bir logistika şəbəkəsinə sahibdi.
Zara mağazaları mövzusunda da da fərqli siyasət yürüdür. Hər bir Zara mağazası fərqli konseptdə dizayn edilir(!!). Amma istənilən mağazasının da Zara olduğunu anlamaq çətin deyil. Bu həqiqətən inqilabdı. Hər biri fərqli konsept, amma Zara imicini əks etdirən mağazalar… Bu təbii ki, böyük mağazaları üçün keçərlidi…
Zaranın sahibi və ümumiyyətə bulirkət çox sirrli-sehirlidi. Onlar barəsində məlumat almaq mümkün deyil. Həqiqətən də deyil. Orteganın mediada danışdığını görən olmayıb. Amma yaşının 60ı aşmasına rəğmən hələ də qollarını sıvayıb işçilərlə bərabər zəhmət verdiyini, görənlər bizə çatdırır… Zaranın
Zaranın ortanın üzəri uyğun qadın geyimi seqmentindəki iki əsas rəqbib H&M və Mango hazırda `Zara ilə rəqabətdə uduzur` demək olar. Onlar arasında ən ciddi fərq seçilən strategiyadır. Daha doğrusu önəm verilən P… Zara marketinqin `Place` ünsürünü maksimum səviyyədə tətbiq edir. H&M fərqli və sadə dizaynıyla `Product’a güc vermişkən, Mango son vaxtlarda Penelope Cruz’u da reklam siması edrərək `Promotion’la rəqbət üstünlüyü təmin etmək istəyir… Amma ən uğurlusu hərhalda elə Zaradı…
P.S. Rüstəmin blogndan Elçinin sözləri: Vüsal ezizim Zaranın bütün fason üretiminin %60 bizim şirketdedi.Yeni bu başarının arxasında bizim de payımız var.:))
P.P.S. Zara barədə məlumat almaq çətin olsa da, deyiləsi və yazılası şey çoxdu… Burada onların hamısını vermək isə mümkün deyil heyf ki…
P.P.P.S. Və ən əsası… Linkə görə Aygün ve Afət xanımlara təşəkkür…
17 yorum:
ZARA şirkəti "fenomen şirkətlər" siyahısına daxildir. Bu şirkətlər sırasına Wal-Mart, Singapore Airlines, Nike, IKEA kimi şirkətlər daxildir.
ZARA biznes məktəblərində ən çox keys mövzusu olan şirkətlərdən biri sayılır. ZARA-nın ən böyük xüsusiyyəti demək olar ki, heç reklamdan istifadə etməməsidir. Bu barədə IKEA ilə çox oxşarlığı var. Eyni zamanda ZARA istehsaldan müştəriyə birbaşa çatdırtığı üçün arada heç bir vasitəçi olmadığı üçün bütün dəyəri özü götürür. Ətraflı buradan oxumaq olar.
http://hbswk.hbs.edu/archive/4652.html
Bakıda olan brend butikləri demək olar ki, jurnal və outdoorlarda ən böyük reklamverənlərdən biridirlər. Görəsən ZARA strategiyasından istifadə etsələr satışlar düşər mi?
Shared xoş gördük...
Zara barədə məlumat almaq çətin olsa da, deyiləsi və yazılası şey çoxdu… Burada onların hamısını vermək isə mümkün deyil heyf ki…
Bezi eksikleri tamamlamısan - sağ ol...
Zara'nın Milan, Nyu York ve Paris'in ambargosunda olan sektorda özünemexsus şekilde öne çıxması mene de maraqlı gelmişdi.
Bu sirr-sehir Zara'nı daha çox öyrenme hevesi verir adama...
Link üçün sağ ol....
Meqaleni endirmek indi mümkün olmasa da, bir teher tapıb burda link vermeye çalışacam. Ne de olsa HBR'dandı :)
Sualın cavabına gelince. Zara üçün esas imicdi kimi reklamsız imic ve awareness formalaşdırmaq üçün Zara seviyesinde bir iş görmek lazımdı. Mence Azerbaycan bazarına girişde her markanın qısa dönem bir aqressiv communication'a ehtiyacı var. Sonra ise bunu wom'a dönüştürecek işlerle davam etdirmeye...
Zara haqqinda xeyli oyrenmish olduq. Her oglan sevgilisine bir paltar tikse ve bu marka olsa, kef olar:)
Zara-nin hech reklam vermemesi sozu, chox maraqli geldi mene. Indiye kimi ZARA ile bu qeder derin maraqlanmamsiham, ancaq men Istanbulda xeyli reklamlarini xatirlayiram. ola bilsin TV reklami istifade etmirler. Starbucks-da istifade etmemeishdi bugune qeder, ancaq sehv etmiremse 2007-nin ya Noyabri idi ya Dekabri onlar da TV reklamina bashladilar ve bu boyuk ses kuye sebeb oldu.
Lojistik cehetden ikinci en ugurlu movzu hamimizin da bildiyi uchun Olker ola biler Vusal. Bunu da yaza bilersen Vusal. Yazmasan men yazacam haa:))
ZARAzerbaycanda hardadir yerini bilmirem, ancaq men eminem ki, ZARA burda orta qiymetli marka kimi satish etsin...
Hormetle,
Her insan Ortega deyil de Rüstem. Qaqaş senetkardı. Hele de qoca yaşında koşturur Türkler demiş:)
Zara outdoor verir. Men bilen TV reklamı olmamalıdı. Amma Starbucks kimi onlar da bir defe çıxardıb sensasiya eliye biler. Amma artıq reklamsız böyüyen şirketler artıb. Belke onlarda yene 1-2ini burda gördük;)
Zara'nın bu deyqe Azerbaycanda varlığı yoxluğu belli deyil. Ona göre de deyirem onlara bir aqressiv tanıtım lazımdı. Amma butique'ler bunu özlerine sığdırmır ekseren...
Ülker ise senin elinden daha gözel alınar Rüstem. Gözlüyeciyik :)
Bizim EMBAWOOD-da reklamsiz boyumek isteyenlerdendir deyesen...Allah axirin xeyir elesin.
Vusal, ne teshekkuru?? Biz sene teshekkur etmeliyik, o choxdandir ozun demish tezelenmeyen link qarshiligi bele gozel yazi oxuduq. Zara haqqinda hech bilgim yox idi, teshekkurler.
Embawood yeni ilde reklam verdi, duzu reklam da demek olmaz ona.. Neyse..Bir sheyler eledi.
Şirkətlər barədə danışmaq yaxşı ideyadır. Azərbaycan dilində bu barədə informasiya xüsusilə azdır.
Aygün Zaranın Azerbaycanda olduğunu sayenizde öyrendim. Teşekkür borcumdu...
Yazını beyendiyinize sevindim hamınızın. Zara haqda yene nese tapsam belke ardını yazdım. Çox gözel mövzudu...
Embawood'un strategiyasını bilmirem. Amma ki Azerbaycanda reklamsız böyümek mümkündü. Bunun sadece bir menfi ceheti var o da marka imicini idare elemeyin çetinliyi...
Yoxsa ki startegiya reklamsız communication'a hesablansa ümumiyetle qeti qorxusu yoxdu:)
Elde etdiyimiz son melumatlara göre Zara'nın Bakıdakı mağazası bağlanıb.
İnşallah Zara ile bağlı teze bilgiler elde edencen açılar:))))
Belə başa düşdüm Zara Bakıda açılsa burda bir sevinc əhval ruhiyyəsi olacaq :D
Açan franchise pulunu verəcək, gələcək Bakıda "şapkasını" verəcək açacaq mağazanı.
Hamı da gəlib baxacaq, əgər bahalıdısa olacaq xodgedən, ucuzdusa da heç kim gəlmiyəcək ora. Bu qədər sadə:D
Xətrinizə dəyməsin, amma maa heç maraqlı gəlmir. Dünyada milyon dənə bizdə olmayan şirkət var duraq ona sadə quraq? :D
Ortegadı kimdi, görür Azərbaycanda tanınmamış(reklamsız) markalara yer yoxdu, gəlmir :D
Onnsa Azərbaycanın öz paltar istehsalı haqqında yazaq görək nə yerdəyik. Özünə brand alanlar onsuz da təyyarəyə oturub yarım saata Dubaydan alıb gəlir :D
Zara Bakıda açılsa men sevinerem açığı. Bayram olmasa da, yaxşı iş olar. Çünkü markaların ölkeye gelmeyi ölkede alıcı potensialının olmağı demekdi. Zara kimi şirketler işlerini heç vaxt şansa buraxmır. Bazarda telebat varsa gelirler...
Bir de ki Zara heç heaute couture demirem, semi couture bele deyil. Premium da sayılmır. Ortanın üstü segmentidi. Azerbaycana gelse tebii ki o qiymetler bizde bahalı sayılacaq. Ve belke de bazarda en önemli marka olacaq. Amma Zara üçün markanın imici her şeydi. Bunu Bakıdan qazanacağı 5-10 manat üçün zedelemez...
Eslinde men de fikirleshirdim ki, Zara Bakiya ucuz qiymetle gelmeyecek. Her halda ozunun Avropadaki hormetinde olmayacaq. Parisde onun qiymetleri Naf-nafla eyni seviyyededir. Mango ise ondan bir azca ashagi. Tesevvur edin ki, Bakida Naf-naf adama "gelme, dishdiyerem" deyir. Bir de onlar oz avropa qiymetleri ile gelseler (yeni ucuz), burada Turkiyeden ve ya yeri namelum - vergiden gizlenen Azerbaycan sexlerinden gelen, od qiymetine satilan paltarlari kim alacaq? Metro kechidinde adi zibile oxshar parchadan platyeni 25 manata satirlarsa, yetim Zara bu olkeye hansi qiymetle gelmelidir? 25 manata Parisde Zara platyesi almaq olar.
Afet xanım, evvela xoş geldiz. İkincisi, Zara platyeni heqiqeten 25 manata almaq olur Firengistanda?
Amma yazıda qoyduğum şekildekinnen olmaz:)) O superdi. Platyeni deyirem a, başqa şey başa düşülmesin:))
Qiymet qoyma ya da ecnebilerin diliynen desek Pricing eslinde marketinqin qara qutusudu. Nelere qadir olduğu hele ki tam aşkarlanmayıb. 4Pnin diqqet merkezine düşen sonuncu nümayendesidi:)
Mango Bakıda od qiymetine sattığı malların yanına 3 dene "demode" köyneyi 15 manata qoyub satanda birden bire mağazada çaxnaşma düşür. Amma gelenler neleri alıb çıxır... Ona baxmaq lazımdı. Yeni qiymet meselesi deryadı...
Zaranin acilmasina hele bir az var
Evis kredit kredit sirk?t siz? baslamaq lazimdir h?r hansi m?bl?g borc haziriq
Sizin s?xsi is. biz d? ?g?r, 3% faiz d?r?c?si il? kredit verm?k biz d? ev satmaq bil?r ayliq öd?nis evi almaq ist?yir?m
S?n. bel? Xahis k?nd t?s?rrüfati k?nd t?s?rrüfati kredit üçün müraci?t. Siz kredit lazimdir ?g?r
, Evisloanfirm@gmail.com çox s?b?bl?ri niy? ola bil?r: bizim e-poçt ?laq?
gözl?nilm?z avtomobil v? ya ev t?mir - Siz b?zi ?lav? pul ?ld? etm?k lazimdir
Sizin toy v? ya xüsusi bayram üçün öd?nilm?si. Lakin, bunun üçün lazim n?
Yuxaridaki 100.000 ABS dollari $ 5000 ABS dollari arasinda borc zaman.
Sirk?tin ixtisaslasma.
1) 3% faiz d?r?c?si kredit verir.
2) Biz d? sizin h?r hansi bir siz seçdiyiniz bir ev ala bil?r
yer.
Yorum Gönder