Böhran, böhran...

Təxminən 2 aydır intensiv şəkildə ümumilikdə isə 2 ilə yaxındır qlobal maliyə böhranı müzakirələri davam edir. Həmişəki kimi, “ağsaç amerikalı daydaylar” çıxıb “mən 6 ay öncə filan olacaq demişdim” tipli “şok” açıqlamalarla gündəmə düşməyə çalışır. İqtisadiyatdan anlayan vəya ətrafına anladığını göstərməyə çalışan hamıı sözünə “qlobal böhran və onun dünyaya və ölkə iqtisadiyatına vurduğu zərər”lə başlayır. İndi iqtisadiyatdan anlayanmıyam, yoxsa anladığını göstərməyə çalışanmı bilmirəm. Amma onu bilirəm ki, hər zaman olduğu kimi tüğyan edən bu böhran fırtınası da quramadır. Əvvəla böhranın adı elə nəsə ləzzət eləmir – “qlobal maliyə böhranı”. Maliyə böhranı deyəndə hərhalda pulun azalması nəzərdə tutular. Ya da elmi dildə danışmaq istəyənlərcə “dəyərinin azalması”. Bu hərhansı ölkə vəya şirkət vəya şəxslə bağlı olsa anlaram. Əlindəki pul gedib yan tərəfə. Ona görə də böhran yaşayır. Ha indi bu qlobal olanda necə olur ki? Pulu gəlib yadplanetlilər Yupiterə aparıb?

Demək istədiyim, pul sadəcə əmtəə mübadiləsi üçün istifadə olunan bir şeydir. Nəticə etibarilə məqsəd yox, vasitədir. O olmadıqda da insanlar yaşayırdı. Zaman ərzində pulun başına min oyun açılsa (gümüş, qızıl, banknot, qiymətli kağız, devaluasiya vs.vi.) da, yenə funksiyası eyni olaraq qaldı – hamı vəya müəyyən bir ərazidə ortaq dəyər olaraq qəbul edilən obyekt. Belə olanda pulun dəyərinin artıb azalması niyə bu qədər böyük effekt doğurmalıdır ki? Səbəb məlumdu hərhalda. Bütün “pul”ların eyni dəyərə sahib olmaması. Yəni FOND BİRJALARI. Bax elə Azərbaycanın da bu böhrandan canını minimum itkiylə qurtarması fond birjamızın yox səviyəsində olmasına bağlıdır.

İndi qayıdaq “qlobal böhran” məsələsinə. Azərbaycana nə var axı qlobaldan?

Qlobal böhran olar – “su”dan, “enerji”dən, “qida”dan, “xammaddə”dən... Hər şeydən... Tükənən hər şeydən. Lap elə beyindən də... Amma nə nə... ağaclar yetişdiyi müddətcə, selluloza istehsal edilə bildiyi müddətcə çap edilə bilən pul ilə bağlı böhran... Olmamalıydı. Olmasının da təməlində məncə əsas səbəb nədir bilirsiz? Bayaqdan adını çəkdiyimiz əmtəələrə şişirilmiş qiymətlər qoyulması. Məsələn neftin bir barreli ötən il bu vaxtlarda yanılmıramsa 100 dolları ötmüşdü. Son 1 il ərzində 120 dollar civarına çıxdığı günlər oldu. Halbuki 5-6 il əvvəl bu qiymət 20 dollarlarda hərlənirdi. Nə dəyişdi ki? Bu müddətdə istifadə olunandan da artıq resurslar tapıldı, neftin alternativi olan enerji materialları inkişaf etdirildi. Məntiqi cəhətdən qiymət enməliydi hətta. Neft ən efektiv və geniş istifadə olunan xammaddələrdəndir. Onun qiymətlərinin (süni) art(ırıl)ması bütün qiymətlərə təsir etdi nəticədə. Beləcə ümumi olaraq bazarda süni qiymətlər fırlanmağa başladı. Valyutaların dəyəri isə azalmadı. Nəticədə bu natarazlıq bir müddətdən sonra fəsadlarını verməyə başladı.

Nəticədə demək olar ki, səbəb əslində dünyada 10 manatlıq mal olduğu halda ona 20 manat qiymət qoyulmasıdır. Ortalıqda isə 30 manat pul gəzir. 30-20=10 manat olan pul ”qlobal maliyə böhranı” adı qoyulan “xortdan” sayəsində havaya uçdu. Bax ona görə də deyirlər ki, dünya 2 ay ərzində 3 trilyon dollar pul itirib. Düşünün ki, Azərbaycan kimi 300-400 ölkə yox olub. Bu 10 manata bir açıqlama daha vermək olar. Belə ki, birja və banklarda əslində olamayan “ruh pul”lar dolaşır. Necə? Məsələn, bankın əslində x milyon pulu var kassasında amma müştərilərinin hesablarını üstüstə gələndə bunun iki qatı rəqəm alınır. Elə ona görə də deyirlər ki, bütün müştərilər bankdan pulunu çəkmək istəsə o iflas edər. Bax elə buna görə “qırmızı siqnal” verən bank 2-3 günə iflas edir. Çünkü qorxulan başa gəlir. Möhkəmliyi şübhə altında olan bankların və maliyə qurumlarının böhranda çökməsi/səndələməsi də bu kimi amillərlə bağlıdır.

Mövzu çoox qarışıq və bolca danışılabiləcək mövzudur. Son zamanlarda böhranla bağlı çox şey oxumağa fürsətim olmadı. Yoxsa daha dərindən araşdırılmış bir yazı təqdim etmək istərdim sizlərə. Hələlik bunu qəbul edin yaxında böhranın marketinqə təsiri. Bu dövrdə necə davranılmalı gərəkdiyi kimi suallarla bağlı şərhimi yazmağa çalışacam.



Yeni iş dolayısıyla blogu ziyarət etməyim çətinləşib. Amma bu müddətdə buralara gələnlərə təşəkkürümü bildirim - 1, artıq iş rejimimi formalaşdırıram və gündüzlər imkan olmasa da, axşamlar yazılar yayınlayacam və şərhlərinizi oxuyacam - 2. İnşallah. Bu arada növbəti yazı da demək olar hazırdır. Mövzu isə yuxarıdakı abzasın sonunda qeyd etdiyim deyil:)

Amerikanın marketinqi

Gecə saat 04.49...

Yayda Bakıya gəlmədən öncə Chryslerin əfsanəvi vəya daha doğrusu əfsanələşdirilmiş CEO-su Li Yakokkanın (Lee Iacocca) bir kitabına giriş elədim. Kitabı biraz keçmişdim ki, ürəyim darıxdı və yarım saxladım. Çünkü Li müəllim də adəti “American dream” işlərdən birini görmüşdü. Onsuz da italyan əsilli amerikalı bu quru “Amerikan xülyası” “şar”ının əsas nəfəs mənbələrindən biri olub karyerası müddətincə. Daim Amerikançılıq və bənzəri ideyalarının öndərliyini edib. Anlamaq olar. Nəticə etibarilə vətəndaşı olduğu ölkənin təbliğatı ilə məşğuldur. Bundan təbii nə ola bilər? Bizim kimi ölkənin içində belə anti-Azərbaycançılıq etməkdən çox daha yaxşıdır.

Amma amerikalıların özlərinə aid hər şeyi bu qədər marketinq etməsi və dünyanın ən vacib məsələsi kimi mövqeləndirməsi heç xoşa gələsi şey deyil. Elmi marketinq məqaləsi oxuyanlar diqqət edib mi bilmirəm. Minlərlə, bəlkə milyonlarla araşıdrma var təbii ki. Əksəri də ABŞ-da olunur. Bundan əlavə Böyük Britaniya, Fransa, Almaniya... Adəti üzrə inkişaf etmiş avropalılar... Yaponlar və Çinlilər hələ ki, bu mənada öyrənilməmiş və mühafizəkar “xam bazar”dır. Təbii ki, bir çox başqa ölkədən də araşdırmalar olur. Araşdırma ABŞda aparıldıqda “limitations” qisminə görə bilməyəcəyiniz bir qeyd digər istənilən ölkədə aparılan araşdırmanın bu bölməsində olur: “Araşdırma sadəcə filan ölkədə (hətta Alamaniya, Fransa olsa belə) aparıldığı üçün qlobal deyildir”. Amma Amerikada olanda qlobaldır. Bu “qlobal” hər nədisə elə deyəsən Amerikanın təkəlindədir. ARTIQ DEYİL!

Amerikan düşməni kimi göründüm sizə? Aşağıdakıları da oxuyun bir...

Dərinə enəndə Amerika mərkəzli hər şey məşhur “amerikan xülyası”na xidmət edir. Kinolar o məqsədlə çəkilir, kitablar o məqsədlə yazılır. Elə həmin kitabda da Yakokka israrla amerikan ailə mədəniyətini davam etdirməkdən, yaşlılara hörmətdən, anaya sevgidən, qızlarının xoşbəxtliyinin bu qədər kareyera uğuru olan biri üçün belə ən dəyərli xatirə olduğundan danışır. Amerika bunu yaşamır, amma amerikanın simaları belə görünməyə, bu atmosferi formalaşdırmağa çalışır. Düzdü bir də Paris Hilton, Lindsey Lohan və Britni Spirz kimi tiplər də var ki, onlar da bu xülyanın digər üzüdür.

Modern marketinq məhz buna xidmət edir. Bir dəqiqə... Modern etmir axı elə bil. Son illərə qədər edirdi deyək. Çünkü həqiqətən də medianın gücünü itirməsi, web 2.0`ın peyda olması, şərqin həm maddi, həm də zehin mənasında yüksəlişi, marketinq içində amerikalıların monopoliyasının bitməsi, hətta liderliyi az qala Yaponlara verməsi kimi faktorlar “yeni dünya”nın planlarını pozur. Hələ bir buna şərq filmlərinin Hollivuda narahatçılıq verməyə başlaması və bestsellerlər arasında “Yaşasın Amerika” əvəzinə “Yankee go Home!” tərzinin yerləşməsini də əlavə edə bilərik.

Artıq Amerikanın marketinqi zəifləyir və Amerikan Marketinqi mövqeyini itirir. Artıq marketinq Amerikanın deyil. Artıq Kotlerin sözü ehkam deyil. Artıq... düzəlir. Amerika marketinqin qloballaşması adıyla öz sistemini yerləşdirə bilmir.

Hər nə qədər amerikan xülyasını millətlərə qəbul etdirmə fəaliyələri illərdi nəticə versə də, hələ də birilərini cəlb etsə də, artıq Amerikaya getmək, Amerikan həyat tərzini dadmaq daha az gənc üçün “həyatının məqsədi”dir.

P.S. Əslində mövzuyla bağlı deyiləcək söz və gətiriləcək misal çoxdur. AC Nielsen bütün araşdırmalarını Amerikada edir və hooop... “Dünya bunu edir!” Etmir qardaşım. Həqiqətən sağlam, 35-40 ölkəni əhatə edən araşdırmalar gerçəkləşdirməyə hünəriniz var buyurun. Yoxdur çəkilin yoldan! Avto sektorunu ən çox buna görə sevirəm. Amerikalıların biabırçılığı göz qabağındadır orada. GM də Ford da geriləyir. Layiq olduqları yerə...

P.P.S. Deyirəm bəlkə səfirlikdə başa düşüblər bu fikirləri daşıdığımı ona görə verməyiblər vizanı :)

Şirkətlərimizlə işiniz olmasın!

Rüstəm öz blogunda təzəliklə Azersunun süd məhsulları bazarına daxil olması haqda yazdı. Düzü ondan Azersun ünvanına daha tənqidi fikirlər yazmasını gözləyirdim. Amma yenə də nəticədə sözünü deyib. Mənsə çoxlarının təəccübünə səbəb olacaq bir mövqe sərgiləmək istəyirəm.

Azərbaycanda marketinqin içində olan, top menecmentini edən, kənardan baxan, sektorla əlaqə içində olan hər bir kəs şirkətlərimizi tənqid edir. Xüsusilə marketinqə yanaşmalarını. Elə o tənqid edənlərdən biri də özüməm a. Amma bir gün də məsələyə onlar tərəfdən baxaq deyirəm.

Azərbaycanda tənqidlərdən ən çox nəsibini alan bəlkə də Azersundur. Səbəb? FMCGnin çox göz önündə olan sektor olması, markaların və məhsulların çox olması, Azersunun şirkət olaraq böyüklüyü, monopoliya formalaşdırmasının insanları qıcıqlandırması vs. daha da sıralamaq olar.

Azersunun illik 150 milyon dollardan artıq satışı olmalıdır mən bilən. Əslində Azərbaycanın pərakəndə dövriyəsi üçün yüksək rəqəm saymaq da olar. Amma Azersun bunu artıra da bilər. İndi gəl də. Həm monopoliya olmasın deyirik, həm də bu dövriyə azdır. Marketinqə və personalın inkişafına kifəyət qədər pul xərcləyirlər. İndi burada önəmli bir məsələ çıxır ortaya. Rəhbərlik pulu ayırır deməli. Amma məsələn Azersunun böyük bir kadr siyasəti xətası var: işçiləri yetişdirir, sonra onları əlində saxlamağa cəhd göstərmir. Özü də fəxr edirlər ki, sektor üçün personal yetişdirirlər. Axmaqlıq deyirlər buna!

Məsələn banklar. AGBankın reklamına 100 min dollar ayrılıb. Amma o yöndəmsiz reklamı ki, marketinq vəya reklam departamenti təsdiqləyir. Eynən də TVni basmış mənasız reklamların hamısı. Azərbaycanda şirkət sahibləri müasir iş prinsipləri ilə işləməyə hazır deyil, bilirəm. Amma bazarda dəyişikliklər var rəqabət aparmaq üçün peşəkarlaşma gərəyi duyulan dövrə yaxınlaşırıq. Bəzi menecer də direktorlar bunu şirkətlərini shaiblərinə anlata bilibsə deməli mümkündür. Azərbaycanlı marketinq menecerlər əsasən məsuliyəti boynundan atmaq üçün tənqid edir yuxarıları. Düzdür kənardan baxıb ehkam kəsmək asandır. Amma işləmək bunu tələb edir. Işləyənlər sübut edirlər.

Hər şey bir kənara, Azərbaycanda çörəyini yediyi quruma türklər demiş “babayiğitler” kimi sahib çıxan neçə marketinq menecer/direktor tanıyırsız? Bax belələri həm qabağa gedir, həm də şirkətini inkişaf etdirir. Hətta biraz da artıq çalışanlar sahiblərin anlayışında inqilab beləı edə bilirlər. Bütün dünyada kapital adətən işdən anlamayan adamlarda olur. Di gəl ki, onlara peşəkar işin əhəmiyətini əvvəlcə fikirləri sonra, əməli ilə sübut edən PEŞƏKARLAR lazımdır!

Azersunun personalına qarşı anlamsız yanaşması böyük xətadır. Amma hələ bu ən böyüyü deyil, monopoliyasının əbədi olacağını düşünməkdir. Bir də buna əlavə olaraq hazırda imicinin çox pis olduğunu bildiyi halda idarəçilərin heç bir addım atmamasıdır. Nəticədə anlamaq lazımdır ki, Azersun Holdinq üçün “Bizim Tarla”, “Final” vəya “Pasha” hər şey deyil. Bu imici də Qafqaz Konserv vəya Final Çayın marketinqçiləri düşünməlidilər.

Hara fırlatdım xeyri olmadı. Problem marketinqçilərimizdədir. Şirkətləri tənqid etməkdənsə işləsələr daha doğru olar. Bir dostum forumda “filakəsin işlədiyi şirkət nədir ki, Bakcelli, Azersunu tənqid edir, özü nə edib axı indiyə kimi” demişdi. Düzü ilk refleks olaraq müdafiəyə keçsəm də görürəm ki, o dostum haqlıdır.

İşləmək lazımdır, bəyənməmək ən asanıdır!

P.S. ümumiyətlə bizdə özünə aid olmayan heç nəyə sahiblənmək və ona dəyər vermək anlayışı yoxdur. Ona görə də dövlətə aid olan hər bir şey səhv yöndə istifadə olunur. Şəhərlərarası qatarlarda oturmalı deyil. Küçələr zibil içində üzsə də, evimizin içi təmiz olsun. Amma di gəl ki, başqalarını tənqid etmək və ağıl verməyə gələndə bizdən yaxşısı da yoxdur.

İndi də Ramin məni işə saldı :)

Azərbaycanlı bloqçular arasındakı “Sıra Səndə” oyununun ikinci dalğası marketoblogun sahillərinə də gəldi çıxdı. Əslində çoxdan gəlib çıxıb e. Azərbaycanda hər şeyin gömrükdə biraz gözlədiyi kimi bu dalğa da mənim gömrüyümdə gözləməli oldu. Səbəbi isə... Deyəcəm son iki postumdan bəllidir... həvəssizlik... bəlkə də düz olmayacaq. Məncə elə bu vəsilə ilə şöhrətpərəstliyim üzə çıxdı. Müsahibəni tezliklə realizə etmişdimsə bəzi məşhur adamlar kimi “uşaqlıq sirlərim”i paylaşmaqda yaman simic və təmbəl davranıram. Amma gecə əsl etiraf vaxtıdır. Getdik...Ramin, buyur bu da sirlərim...

***

Uşaq vaxtı əsl terrosit olmuşam. Kəndə gedəndə hər həftə bir toyuq öldürürdüm. Özümüzkülərdən tapmayanda, qonşularınkından. Sonra faciənin adı olurdu “faili məchul cinayət”. Çox vaxt da çaqqallar qarğış yeyəsi olurdu. Bakıda yaşadığım məlumdur hərhalda. Metroya minəndə yanımda mütləq qələm olurdu və kefim hara gəldi yazılar yazırdım. 3cü sinifəcən 4 müəllimi dəli eləmişəm... STOP!

İnandız?

Qoyun, bu olsun 3 GOP! Keçək real nominasiyalara

3 sitat

- Bakıda yaşasaq da bələkdəykən nənəmə əmanət edilmişəm və artıq dilim türklər demiş “pabuç boyda olanda” ata-anama qaytarılmışam. Bax elə nənəmin məni evə gətirdiyi ilk gün, özü kəndə geri qayıdandan sonra qapıya söykənib bu tarixi ifadəni işlətmişəm: “əmi, mən nənəmə istiyirəəəəəəəm”... əmi=atam!

- indi hamı yaxşı yaddaşım olduğun deyir... Amma 3 yaşımdaykən “bibi, bibi, sən kim bibisən?” sualı məndən çıxıb. Bunu uzun müddət bərabər yaşadığım bibimə demişəm özü də.

- Uşaqlığımın ən məşhur ifadəsi “sakit olun çlon yatır” (slon yox haa) olub deyirlər. Bir dənə deşikli baraban içində filim var idi. Xatırlayıram. Axşam olan kimi onu yatağa qoyub 1 otaqlı evi camaata dar edirmişəm ki bəs, “sakit olun filim yatır”. Deyirəm Greenpeace bilsə məni mükafatlandırar e. Plastik filə bu qədər dəyər verən insan yəqin canlısını öpüb alnına qoyar da.

2 dələduzluq

- Uşaq vaxtı əcaib bir xasiyətim olub. Səbəbini hələ də kitablarda axtarıram. Yunqla Froyd gəlsə çözəbilməz hərhalda. Deməli mənə verilən oyuncaqların cəmi 1 həftə ömrü olurdu. Onları sındırmaq üçün çox kreativ ideyalarım olub hər zaman. Ən axırda tamamilə dəmirdən sərt fiqurlar aldılar ki bəlkə biraz dözə. Onları da balkonun qapısının arasına qoyub sıxmışam. Nəysə... çox məsrəfli olmuşam bu mənada.

- Yemək oğurluğundan danışım? Yoxsa bu mövzu çürüdü? Üstəlik də ki, şəkillərimdən bəlli olur da. Day indi mən nə yalan deyim ki, yemək oğurlamamışam? :) Amma öz aramızdı mən konfet filan oğurlamırdım aa... :)

1 mırt

- mırt da odur ki, rəhmətlik babamı 8 yaşımda ikən itirsək də, onunla bağlı özümə maraqlı bir xatirə foralaşdıra bilmişəm. İndiki kimi yadımdadı ki, oturdurdum divanda. Özüm də otururdum çiyinlərində yalan olmasın saatlarla qulağın oynadırdım. Qulağı ətli idi. Digər nəvələri tamah salanda da dalaşırdım. Deyirəm qulağım babamın qulağına yaman oxşayır. Nəvələrim kişinin acığını çıxacaq hə məndən? :)

p.s. sizə bir dənə də məzə danışım. Deməli uşaq vaxtı hər yay kəndə gedirdim. Orda da yaşıdım sayılacaq əmi-bib uşaqlarıynan “takılırdıq”. 3ü məndən böyükdür. Hə ki, bir dəfə atamın bibisi gilə getmişik. Rəhmətlik Asiya nənə səs-küyün ortasında dönüb deməz mi ki “Misal bala, sən böyüksən e onlara baş qoşma”? Nəysə yazıq arvad hardan bilsin ki, “hər şey göründüyü kimi deyil”? :)

p.p.s. deyilənə görə mən də kimisə dəvət etməliyəm. Aygün, Rüstəm, Makla, Ruxsarə xanım... Hansınızda həvəs varsa buyurun. İsrar etmirəm. Mən ki, yazmaq üçün 10 gün gözlədim :) Nurlan da blogunu bağlayıb e. Yoxsa onu çağırardım :) Viskonsin-Medisonda oxumaq asan iş deyil :)

Yazmağa həvəs yoxdur


Üzrlü hesab edin.
Elə düşüncə blogu da buna görə sakit qalıb :(

Blogumu heç vaxt tək qoymayan Şəbnəm Həsənəlizadənin istəyi üzərinə şərhi açıram.