Amerikanın marketinqi

Gecə saat 04.49...

Yayda Bakıya gəlmədən öncə Chryslerin əfsanəvi vəya daha doğrusu əfsanələşdirilmiş CEO-su Li Yakokkanın (Lee Iacocca) bir kitabına giriş elədim. Kitabı biraz keçmişdim ki, ürəyim darıxdı və yarım saxladım. Çünkü Li müəllim də adəti “American dream” işlərdən birini görmüşdü. Onsuz da italyan əsilli amerikalı bu quru “Amerikan xülyası” “şar”ının əsas nəfəs mənbələrindən biri olub karyerası müddətincə. Daim Amerikançılıq və bənzəri ideyalarının öndərliyini edib. Anlamaq olar. Nəticə etibarilə vətəndaşı olduğu ölkənin təbliğatı ilə məşğuldur. Bundan təbii nə ola bilər? Bizim kimi ölkənin içində belə anti-Azərbaycançılıq etməkdən çox daha yaxşıdır.

Amma amerikalıların özlərinə aid hər şeyi bu qədər marketinq etməsi və dünyanın ən vacib məsələsi kimi mövqeləndirməsi heç xoşa gələsi şey deyil. Elmi marketinq məqaləsi oxuyanlar diqqət edib mi bilmirəm. Minlərlə, bəlkə milyonlarla araşıdrma var təbii ki. Əksəri də ABŞ-da olunur. Bundan əlavə Böyük Britaniya, Fransa, Almaniya... Adəti üzrə inkişaf etmiş avropalılar... Yaponlar və Çinlilər hələ ki, bu mənada öyrənilməmiş və mühafizəkar “xam bazar”dır. Təbii ki, bir çox başqa ölkədən də araşdırmalar olur. Araşdırma ABŞda aparıldıqda “limitations” qisminə görə bilməyəcəyiniz bir qeyd digər istənilən ölkədə aparılan araşdırmanın bu bölməsində olur: “Araşdırma sadəcə filan ölkədə (hətta Alamaniya, Fransa olsa belə) aparıldığı üçün qlobal deyildir”. Amma Amerikada olanda qlobaldır. Bu “qlobal” hər nədisə elə deyəsən Amerikanın təkəlindədir. ARTIQ DEYİL!

Amerikan düşməni kimi göründüm sizə? Aşağıdakıları da oxuyun bir...

Dərinə enəndə Amerika mərkəzli hər şey məşhur “amerikan xülyası”na xidmət edir. Kinolar o məqsədlə çəkilir, kitablar o məqsədlə yazılır. Elə həmin kitabda da Yakokka israrla amerikan ailə mədəniyətini davam etdirməkdən, yaşlılara hörmətdən, anaya sevgidən, qızlarının xoşbəxtliyinin bu qədər kareyera uğuru olan biri üçün belə ən dəyərli xatirə olduğundan danışır. Amerika bunu yaşamır, amma amerikanın simaları belə görünməyə, bu atmosferi formalaşdırmağa çalışır. Düzdü bir də Paris Hilton, Lindsey Lohan və Britni Spirz kimi tiplər də var ki, onlar da bu xülyanın digər üzüdür.

Modern marketinq məhz buna xidmət edir. Bir dəqiqə... Modern etmir axı elə bil. Son illərə qədər edirdi deyək. Çünkü həqiqətən də medianın gücünü itirməsi, web 2.0`ın peyda olması, şərqin həm maddi, həm də zehin mənasında yüksəlişi, marketinq içində amerikalıların monopoliyasının bitməsi, hətta liderliyi az qala Yaponlara verməsi kimi faktorlar “yeni dünya”nın planlarını pozur. Hələ bir buna şərq filmlərinin Hollivuda narahatçılıq verməyə başlaması və bestsellerlər arasında “Yaşasın Amerika” əvəzinə “Yankee go Home!” tərzinin yerləşməsini də əlavə edə bilərik.

Artıq Amerikanın marketinqi zəifləyir və Amerikan Marketinqi mövqeyini itirir. Artıq marketinq Amerikanın deyil. Artıq Kotlerin sözü ehkam deyil. Artıq... düzəlir. Amerika marketinqin qloballaşması adıyla öz sistemini yerləşdirə bilmir.

Hər nə qədər amerikan xülyasını millətlərə qəbul etdirmə fəaliyələri illərdi nəticə versə də, hələ də birilərini cəlb etsə də, artıq Amerikaya getmək, Amerikan həyat tərzini dadmaq daha az gənc üçün “həyatının məqsədi”dir.

P.S. Əslində mövzuyla bağlı deyiləcək söz və gətiriləcək misal çoxdur. AC Nielsen bütün araşdırmalarını Amerikada edir və hooop... “Dünya bunu edir!” Etmir qardaşım. Həqiqətən sağlam, 35-40 ölkəni əhatə edən araşdırmalar gerçəkləşdirməyə hünəriniz var buyurun. Yoxdur çəkilin yoldan! Avto sektorunu ən çox buna görə sevirəm. Amerikalıların biabırçılığı göz qabağındadır orada. GM də Ford da geriləyir. Layiq olduqları yerə...

P.P.S. Deyirəm bəlkə səfirlikdə başa düşüblər bu fikirləri daşıdığımı ona görə verməyiblər vizanı :)

7 yorum:

Adsız dedi ki...

Amerikada indi her shey gerileyir, ona gore de marketingleri de zeifleyib. Amma Li-nin kitabda gosterdikleri deyerler Amerikanlarin gormek istedikleridir, amma her gormek istediyimizi gore bilmediyimiz ucun onlar da bunu ede bilmirler. Amerika marketinqi (hetta her sheyi) qloballasdhirdi, amma indi American Dream artiq actual deyil ve her olke oz local marketingini qurmaq isteyir.
P.S. bele yazidan sonrda hec visa haqda dushunemyin:))

Rüstəm Məmmədov dedi ki...

Yazı əladır. Yanaşma da əladır. Fikirlə isə razı deyiləm biraz. Yanaşma əladırsa, fikirlə necə razı deyiləm?

"Amerikan marketingi" ölür demək üçün əsas göstərilməyib axı. GM və Ford zəifləyibsə, Google ki, yüksəlib. Başqaları ki, yüksəlib. Amerikada ümumi mənada bir silkələnmə varsa bunun marketingin zəifləməsi və ya çökməsi ilə əlaqəsi nə qədərdir? Əslində burada bir sual çıxır ortaya? marketing elmidr mi? Əgər Marketingin bilimin bir budağı olduğunu qəbul ediriksə, onda amerikada Marketing hələ də dünyada ən əsas məktəbdir. Çünki, dünyanın ən mötəbər business school-ları ABŞ-dadır. Həmçinin, dünyada yazdıqlarını tamamilə öz üstündə tətbiü edərək inanılmaz dərcədə böyük uğur qazanan Kotler və onunla bərabət %95 marketoloqlar oralıdır və ya orada işləyir.
Amerikanı mən görməmişəm, Ruxsara xanım görüb, o daha yaxşı bilər, ancaq mənim danışılanlardan eşitdiyim odur ki, o ölkədə elə bizə "dream"kimi gələn marketing əla işləyib. Bir şeyi də yaddan çıxarmayaq ki, azərbaycan istehlakçısı Amerikan istehlakçısına bənzərlik göstərir, Avropa yox. Bunu da akademik karyera edən qardaşlar ölçüb biçsin. Bundan gözəl tez mövzusu??!!

Hörmətlə,

Adsız dedi ki...

Amerika markalari hemishe marka retinglerinde onde olurlar. CocaCola, McDonald's, Google, HP ve digerleri globalisationun yaradicilaridir. Mehz bu mehsullar american markalari olaraq butun olkelerde istifade olunur. Amma Amerikanin olke kimi imageninin dushmesi, artiq 'dream'in realliqa cevrilmesi bu mehsullara da munasibeti deyishe biler. Ona gore de bir coxlari saglam qida behane edib deyishiklikler etmeye calishirlar.

Shared Folders dedi ki...

Vüsal bəzi faktlardan yola çıxaraq məncə yanlış nəticələrə gəlib çıxır. Biraz daha soyuqqanlı analizlər lazımdır.
Amerikan dəyərləriinin düşüşə keçməsi faktı doğru olsa da, konkret olaraq faktlar yanıltıcıdır. Konkret olaraq avtomobil markalarının geriləməsinin Amerikan dəyərlərinə marağın vəya bağlılığın azalması ilə deyil, tamamilə iqtisadi və idarəetmə faktorları ilə bağlıdır.
GM və Ford kimi markaların satışlarının geriləməsi daha çox Amerikada baş verir.
Marketinq cəhətdən isə sərbəst bazarın Amerikadakı kimi teoriyaya yaxın işlədiyi başqa bir ölkə vəya region yoxdur. Ona görə də inkişaf etditilən iqtisadi və marketinq konseptləri daha çox Amerikan misalları üzərindən izah edilir.
Amerika dəyərlərinin müzakirəsi isə fərqli mövzudur.

Vüsal Qəmbərov dedi ki...

Amerikanın indiye qeder etdiyi en böyük iş özünü pazarlamaq idi. Bunun sayesinde qloballaşmanı tekeline keçirdi, en böyük markalar oradan çıxdı vs. İndi ise bu sömürücülük anlayışı formalaşdırılan Amerikan xülyasını bitirir. Hazırda qlobal Amerika şirketleri yene önde olsa da, amerikan xülyası onları nece yükseltdise, enişi de süquta aparacaq. Ne qeder müddetde? Deqiq demek olmaz. Yavaş yavaş olacaq bu.

Yazıda en çox öne çıxartmaq istediyim mesele marketinqin Amerikanın tekelindeymiş kimi gösterilmesidir. Burada ingilis dilinin ehemiyeti böyükdür. Başqa faktorlar da saymaq olar. Edebiyata düşen marketinqin Amerikada tetbiq olunmasında qeyri adi heç ne yoxdur. Çünkü kitablar Amerika tecrübelerinden yazılır. Bele olanda da kitablardakı marketinq en çox Amerikada işe yarayır. Kitablar bu ilden Yaponiya ve Almaniya tecrübesine göre yazılsın onda mesele tamam deyişer. Marketinq inkişaf etmiş olması olduqca nisbi anlayışdır. Şexsen marketinqin zirvede olduğu ölkeler Yaponiya, Türkiye, Almaniya ve Çini sayıram.

Yaponiyanın keyslerini Harvardda tebii ki görmeyeciyik. McKinsey ise tebii ki Harvardın mezunlarına üstünlük verecek. Neticede en güclü MBA sayılacaq Harvard. Her şey Amerika üçün!!!

Dediyim ise odur ki, her bir axımın ve dövrün sonu olduğu kimi Amerikan dream bitir. Green Card paylanması bunun en önemli simptomlarındandır. Amerikan dream hem sıravi Amerikalını narahat edir (ispanından erebine, rusundan polyakına, çinlisinden hindine amerikanı bürüyüb), hem de menim kimi düşünenleri.

Adsız dedi ki...

Vusal, adlarini qeyd elediyin qeyri amerika olkelerindeki shirketlerdeki marketerler haranin yetishmesidir ve sence hansi kafayla dushunurler? amerika mence narahat deyil, beyinleri amerikalashdirib artiq. yani senin turkiyedeki "alameti farikan" eslinde amerikadaki ogilvy muellimin kitabini oxuyub bele olub. arada bir "think gobal act local" qaydasina emel edirler, hansi ki, ele ozu de qerblilere mexsus qaydadir :) bir de marketing termini kohnelsin, tezesini yene de bu julikler fikirleshecek ve yene onlardan oyreneceyik ...

nur_aleyna dedi ki...

Blogger kapatıldı Vusal abi,haberin var herhalde

gizlen.net den vs giriliyor ama.

bu konuda imza topluyoruz, sen de katıl lütfen

http://www.bloghareketgunu.com/imza/bloguma-dokunma/index.php


yemekyemek.azeriblog.com