Azərbaycanlı bloqçular arasındakı “Sıra Səndə” oyununun ikinci dalğası marketoblogun sahillərinə də gəldi çıxdı. Əslində çoxdan gəlib çıxıb e. Azərbaycanda hər şeyin gömrükdə biraz gözlədiyi kimi bu dalğa da mənim gömrüyümdə gözləməli oldu. Səbəbi isə... Deyəcəm son iki postumdan bəllidir... həvəssizlik... bəlkə də düz olmayacaq. Məncə elə bu vəsilə ilə şöhrətpərəstliyim üzə çıxdı. Müsahibəni tezliklə realizə etmişdimsə bəzi məşhur adamlar kimi “uşaqlıq sirlərim”i paylaşmaqda yaman simic və təmbəl davranıram. Amma gecə əsl etiraf vaxtıdır. Getdik...Ramin, buyur bu da sirlərim...
***
Uşaq vaxtı əsl terrosit olmuşam. Kəndə gedəndə hər həftə bir toyuq öldürürdüm. Özümüzkülərdən tapmayanda, qonşularınkından. Sonra faciənin adı olurdu “faili məchul cinayət”. Çox vaxt da çaqqallar qarğış yeyəsi olurdu. Bakıda yaşadığım məlumdur hərhalda. Metroya minəndə yanımda mütləq qələm olurdu və kefim hara gəldi yazılar yazırdım. 3cü sinifəcən 4 müəllimi dəli eləmişəm... STOP!
İnandız?
Qoyun, bu olsun 3 GOP! Keçək real nominasiyalara
3 sitat
- Bakıda yaşasaq da bələkdəykən nənəmə əmanət edilmişəm və artıq dilim türklər demiş “pabuç boyda olanda” ata-anama qaytarılmışam. Bax elə nənəmin məni evə gətirdiyi ilk gün, özü kəndə geri qayıdandan sonra qapıya söykənib bu tarixi ifadəni işlətmişəm: “əmi, mən nənəmə istiyirəəəəəəəm”... əmi=atam!
- indi hamı yaxşı yaddaşım olduğun deyir... Amma 3 yaşımdaykən “bibi, bibi, sən kim bibisən?” sualı məndən çıxıb. Bunu uzun müddət bərabər yaşadığım bibimə demişəm özü də.
- Uşaqlığımın ən məşhur ifadəsi “sakit olun çlon yatır” (slon yox haa) olub deyirlər. Bir dənə deşikli baraban içində filim var idi. Xatırlayıram. Axşam olan kimi onu yatağa qoyub 1 otaqlı evi camaata dar edirmişəm ki bəs, “sakit olun filim yatır”. Deyirəm Greenpeace bilsə məni mükafatlandırar e. Plastik filə bu qədər dəyər verən insan yəqin canlısını öpüb alnına qoyar da.
2 dələduzluq
- Uşaq vaxtı əcaib bir xasiyətim olub. Səbəbini hələ də kitablarda axtarıram. Yunqla Froyd gəlsə çözəbilməz hərhalda. Deməli mənə verilən oyuncaqların cəmi 1 həftə ömrü olurdu. Onları sındırmaq üçün çox kreativ ideyalarım olub hər zaman. Ən axırda tamamilə dəmirdən sərt fiqurlar aldılar ki bəlkə biraz dözə. Onları da balkonun qapısının arasına qoyub sıxmışam. Nəysə... çox məsrəfli olmuşam bu mənada.
- Yemək oğurluğundan danışım? Yoxsa bu mövzu çürüdü? Üstəlik də ki, şəkillərimdən bəlli olur da. Day indi mən nə yalan deyim ki, yemək oğurlamamışam? :) Amma öz aramızdı mən konfet filan oğurlamırdım aa... :)
1 mırt
- mırt da odur ki, rəhmətlik babamı 8 yaşımda ikən itirsək də, onunla bağlı özümə maraqlı bir xatirə foralaşdıra bilmişəm. İndiki kimi yadımdadı ki, oturdurdum divanda. Özüm də otururdum çiyinlərində yalan olmasın saatlarla qulağın oynadırdım. Qulağı ətli idi. Digər nəvələri tamah salanda da dalaşırdım. Deyirəm qulağım babamın qulağına yaman oxşayır. Nəvələrim kişinin acığını çıxacaq hə məndən? :)
p.s. sizə bir dənə də məzə danışım. Deməli uşaq vaxtı hər yay kəndə gedirdim. Orda da yaşıdım sayılacaq əmi-bib uşaqlarıynan “takılırdıq”. 3ü məndən böyükdür. Hə ki, bir dəfə atamın bibisi gilə getmişik. Rəhmətlik Asiya nənə səs-küyün ortasında dönüb deməz mi ki “Misal bala, sən böyüksən e onlara baş qoşma”? Nəysə yazıq arvad hardan bilsin ki, “hər şey göründüyü kimi deyil”? :)
p.p.s. deyilənə görə mən də kimisə dəvət etməliyəm. Aygün, Rüstəm, Makla, Ruxsarə xanım... Hansınızda həvəs varsa buyurun. İsrar etmirəm. Mən ki, yazmaq üçün 10 gün gözlədim :) Nurlan da blogunu bağlayıb e. Yoxsa onu çağırardım :) Viskonsin-Medisonda oxumaq asan iş deyil :)
4 yorum:
Gülməli oldu Vüsal çox sağ ol! "Filim yatıb" lap güldürüdü)))) Oyuncaq sındırmaqda qardaşıma oxşamısan ki))))
:)) maraqlıydı...
Vusal abicim :)) necesiz? hele de ist-da?
Ha,bu arada Nurlanın blogu niye bağlıdır ki?xeberiniz yoxdur? :)
Təşəkkür dostlar!
Şükr yaxşıyam. Və İstanbuldayam :)
Nurlandan heş xəbərim yoxdur e...
Yorum Gönder