...Evdə yır-rığışdır
Azərbaycan fəxr edəcəyi dəyərləri çox olan, - demək olar bircə üzərində yaşayan insanlarından başqa, bir məmləkətdir. İnsanlar da son vaxtlarda özünü itirir. “Müstəqillik sərxoşu” olduq desəm o da deyil. Əslində sıravi Azərbaycanlı heç bir baxımdan müstəqil deyil. Amma bu yazıda toxunmaq istədiyim mövzu bu deyil. Ümumi götürəndə dilə gətirəcəyim problemin altında məhz “bu” dursa da.
Hər bir ölkə əlində olan dəyərləri özünün tanıtımı və marketinqi üçün istifadə etməyə çalışır... vəya çalışmalıdır. Çalışanlar məlumdur. Çalışmayanlar isə məlum deyil. Məlum deyil çünkü çalışmır, özünü məlum etmək cəhdi göstərmir. İlqar Muradovla Brilyantın gedib Skruk qrupu ilə alboma çıxarması, hər olimpiyadadan 1-2 medalla qayıtmağımız və kompleks qoxan xırda-para sistemsiz addım xaricində Azərbaycanın marketinqi naminə heç bir iş görmürəm ortalıqda. Halbuki bir az əvvəl dediyim kimi çox “dəyərli dəyərlərimiz” var. Onları saymağa başlamayım.
Artıq turizm dövrüdür. Reklamımızı çəkdik nə gözəl... Amma gəl ki, bir ingilis CNN-də gördüyü reklamdan cuşa gəlib illik məzuniyətini Azərbaycan səfəri ilə keçirmək istəsə nə edəcəyik? Hava limanında enib keyfiyyətli bir otelimizə yerləşmək yetməz ki. Həmin Hyattdan çox güman onun Birmingemində də var. Azərbaycan ona gəzməli yerlər və qayıdanda şəkillərini dost-aşnaya fəxrlə göstərəcəyi məkanlar təqdim etməlidir. Elə biabırçılıq yollarımızdan başlar ki. Bakıda hər gün yeni sürpriz var. Hətta hər saat. Günorta keçdiyin yol axşam artıq tikinti üçün bağlanmış olur. Xüsusilə pik saatlarda məcbur olmadığı halda yola çıxana dəli deyirlər bizdə. “İstanbul yalan olub” deyənləri gördüm. Liman şəhəri olsaq da, dənizimizdən mədəni şəkildə istifadə etmə şansımız yoxdur artıq. Xəzər üfunətdən özü boğulur. Gəl ki, sahilində gəzmək istəyənlər. Çimərliklərimizin təmiz olduğunu demək heç mümkün deyil.
Tarixi yerlər ya baxımsızlıqdan haldan düşüb, ya da... yoxdur artıq. Söküb yerinə 200 il sonra tarixi adlandırılacaq binalar tikiblər. İçəri şəhərə belə toxundularsa daha nə demək olar. NA`nın laboratoriyasında çatdırdığı xəbərdə Sebasian Burgerin Bakı zərgüzəştlərini gördüm. Bir “Botanika bağı”mız vardı o da çox pis hala düşüb. Üstəlik Burgerin də yazdığı kimi turistlərin “yaşıl şəhər” görmək ümidiylə gəldiyi Bakı artıq çoxdan “boz”dur.
Qısası, Azərbaycana turist çağırılmasını anlamıram. Axı onlar vətənlərinə geri qayıdanda Bakını tanıdıqları insanlara çətin tövsiyə etsinlər. Hazırda Azərbaycan turistə hazır deyil. Bəlkə... Bəlkə 5 il sonra olar. O da sistemli iş getdiyi və bunun qeydinə qalındığı halda...
Etiketler: Milli marketinq
Kaydol:
Kayıt Yorumları (Atom)
8 yorum:
Ay Vüsal, bizim biyabırçılığımız ele hava limanına enenden başlayır.. insanın sinir sistemini alt-üst eden bir hava limanımız var!
Düzələr, düzələr! Narahat olmayın..Yavaş-yavaş olacaq. Düzdü çox dah yaxşı ola bilərdi bügünə qədər, indi də işlər getdiyi sürətdən daha yaxşı gedə bilər, ancaq yenə də şükür ki, nəsə gedir.
Ancaq, düzəlməyən xarakterlər, davranışlar, yozlaşmalar və anlayışlardır...
Hörmətlə,
ehh, men de optimist olmaq istirem alinmir:( yollardan danishmiyin, biabirciligdi. 3mkr kruqunda yeni salinmis korpunun asfalti ucub tokulur, cemi bir il kecib belke de az, amma artig 'dozumlu' yollarimiz mehv olur. bir muddet sonra ora yene de temir ucun baglanacag ve belece tixac dovru recycle olacaq.
Duzdu, turistler hele gelmeseler yaxshidi. Ne dushunce ne de sistem deyishir. O gun bir Nigeriyadan telebe ile danishiram, deyir "bura gelenden sonra meyus oldum. Orda bize burani cox teriflemishdiler, ama artig qayitmaq istirem". Aman, Nigeria!! neise, men de birazdan Tanzaniyaya kocub gederem:))
Turistlərə tut arağı ilə xaş yeməyi öyrətmək lazımdır, səhər saat 6-da özü də. Yoxsa bizdə turist qalmaz, bir dəfə gələn təkrar gəlməz:)
Adam oxuduqca hər saniyə unutmaq istədiyi hallar yadına düşür. amma bu reallıqdı.... Məsələn, bu gün evə gederkən yenə nə olacaq, yenə yağış yağsa kanalizasiya xətlərimiz olmadığından yollar göl olacaq ve yenə də mən evimizə yaxın yerdə artıq neçə aydı hansısa boruların qoyulması üçün qazılmış yolda amma hələ də onu sadəcə basdırmağa vaxt tapmamış işçilərimizin "əməyinin" nəticəsi üzündən yolda qalacam və s. :(.....
p.s. İlk dəfədir yazıram deyə, xeyirli olsun sözünü mən də deyim....
Bunun axırı hara gedir? Turist gelsin deyirik amma ele hey eşidirem ki, kimse ya bura köçüb gelir, ya Rusiyaya gedir, ya da bexti getirenler Avropa-Amerikadan birine. Urek ağrısıdır vallah!
Bexti getirenler yox bunun üçün çalışanlar.
Bashqa neyneye bilerik? individual olaraq vurushaq calishaq, axirda da bashimizdan bassinlar ashagi ki camaatin gozunu acma, qoy hele yatsinlar...ona gore de hami oz sakit heyatini yashamaq ucun uz tutur bashqa diarlara :(
Yorum Gönder