Düşüncə və anlayış...

...və 1 il!

İndi danışacağım məqamla ilə həyatda qarşılaşmamış insan ola bilməz. Çünkü bu yazının mövzusu olan, başlıqdakı fenomenlər də həyatda tarazlıq faktorlarından ikisidir və ən əsası yanaşı addımlayır.

Daim düşünmüşəm, “çətin insan” nə deməkdir?”, “insanlar niyə yola getməz?” vs. Belə sualların hamısının cavabı bir və vahid deyil təbii ki. Vəziyətə və şəxsə görə dəyişir. Amma ikili münasibətdə əsas rolu oynadığını düşündüyüm məqam məhz “düşüncə”-“anlayış” proporsiyasıdır.

“Düşüncə” insanın müxtəlif məqamlarda nüansları qaçırmaması və belə demək mümkünsə qarşıdakını və vəziyəti oxuya bilməsidir. Anlayış isə qısaca ifadə edəsi olsaq “düşüncəsizliyi” bağışlaya bilməkdir.

Maraqlıdır ki, Azərbaycan cəmiyətində ikisinin cəminə “ponyatka” deyilir. Amma gənclərin əlində silaha və bayrağa çevirdiyi “ponyatka” biraz fərqlidir. Belə demək mükünsə - düşüncədir, amma anlayışsızlıqdır. Yəni prinsipə görə gərək hər şeyə düşüncən yetsin. Amma əvvəla hamı eyni təlimə, tərbiyəyə və çevrəyə sahib deyil. Bu da o deməkdir ki, hamı üçün dəyər mühakimələri eyni deyil. Üstəlik, nəzərə alınmalıdır ki, insan hər an eyni dərəcədə gözüaçıq, rahat və dolayısıyla “düşüncəli” ola bilmir.

Bax elə onsuz da, “anlayışlı” olmaq bu mərhələdə lazım olur. Çox məqamlarda dostlar tərəfdən düşüncəsiz davranışa tuş gələ bilirik. O an, türk qardaşlarımız demiş “erdem”, yəni “böyüklük” və “müdriklik” anlayış nümayiş etdirməkdir.

Biraz incə mövzudur. Moizə oxumaq rahatdır, amma iş tətbiqə gələndə balansı qorumaq həqiqətən çətin olur. Allah hamıya sözünüz həqiqi mənasında “ponyatkalı” olmağı və “ponyatkalı” çevrə nəsib eləsin!..


Düşüncə və anlayış ikili münasibətin qidasıdır


P.S. Bu “ponyatka”nı xırdalamırlar. O bütöv halda daha böyük dəyərə sahibdir.

P.P.S. “bir şey və digər bir şey” tipli yazılar davam edə bilər:)

P.P.P.S. Bu gün blogumun ilk yazısının qələmə alınmasından 1 il ötür. Azdan-çoxdan yazdım, sizlər də oxudunuz. İndiyə kimi bloguma baş çəkən və şərhləriylə aktiv iştirak edən hamıya dərin təşəkkürlər!!

6 yorum:

Adsız dedi ki...

Salam Vüsal!
Mübarəkdir bir ili!!! Neçə neçə belə illərə çıxasız, sən və bloqun))))
Uğurlar!!!

Rüstəm Məmmədov dedi ki...

Vüsal blogun qəşəng blogdur. İnşallah uzun ömürlü olar.
Yazmağa davam elə ki, o da yaşamağa davam eləsin.

rsh dedi ki...

Təbriklər :)

Vüsal Qəmbərov dedi ki...

TƏŞƏKKÜRLƏR...

Adsız dedi ki...

ela.maragli movzudu hetda super dusunce terzi var...

Vüsal Qəmbərov dedi ki...

Təşəkkür edirəm! Türk qardaşlarımız demiş `yine bekleriz`...