Nəzəriyə v(ə)(s)(.) Praktika

Marketinqlə maraqlanan gündən nəzəriyə ilə praktikanın qarşı qarşıya qoyulduğunu görürəm. Elə hey “həyat nəzəriyədə yazılan kimi deyil, praktika vəziyət başqadır” ifadəsini eşidirəm. Kimi haqlıdır, kimi sadəcə “risovkalıq” eliyir və əslində praktikadan dəm vursa da, kitabdan cümlələrlə danışır, kimi ondan-bundan eşitdiyi şablonu dilə gətirir vs.

Həmişə tərəfində olduğum mövqe isə nəzəriyə ilə praktikanın bu qədər zidd cəbhələr kimi qələmə verilməməsi gərəkdiyi olub. Nəticə etibarilə nəzəriyə praktikadan süzülmüş olur. Ən azı bu menecmentlik üçün belədir.

Mənə həmişə maraqlı gələnsə “madam ki, nəzəriyə belə mənasızdır, onda niyə yazılır” sualının cavabı olub. Çünkü eşitdiyim mövqelər az qala “nəzəriyə oxuyub başınızı xarab eləməyin” şəklində olub. Amerikanlar demiş - “bull-shit”!!!

Bəli nəzəriyəyə aludə olmaq və reallıqlardan uzaqlaşmaq olmaz. Çünkü kitablarda verilən istiqamət həmişə “ceteris paribus” vəya normal şərtlər üçündür. Praktikanın ən vacib qatqısı mənfi təcrübələrdən öyrənilən şeylərdir ki, kitabların bunu verməsi maaləsəf mümkün olmur. Di gəl ki, nəzəriyə praktikanın dar sahəsindən çox daha genişdir. Bu üstünlüyü isə iş prosesinin hərhansı bir mərhələsində imdadımıza yetməyə qadirdir.

Məncə nəzəriyə yiyələnmək, yəni təhsil şərtdir. Bu təcrübəyə keçmədən öncə tamamlanılması gərəkli olan bir mərhələdir. Nəzəri cəhətdən buraxılan boşluqları müəyyən müddətdən sonra doldurmaq olmaz. Halbuki düzgün bilgi öyrənilmiş olsa, formalaşmış iş aparma tərzindəki səhvliklər daha az olardı. Nə demək istədiyimi iki müqayisə ilə çatdırmağa çalışım.

Nəzəriyə ilə təcrübə arasındakı əlaqəni iki fərqli örnəyə bənzətdim nədənsə.

1. Bir dili bilmək iki cəhətdən olur: qrammatik və danışıq. Türkiyədə olduğum müddətdə gördüm ki, qrammatikanı doktorant olan türklərin belə çoxundan yaxşı öyrədiblər bizə. Eynən də bir çox dostum əla qrammatik bilgiyə sahibdir. Amma di gəl ki, öz fikrini ifadə etməkdə Türiyə türkcəsindən buranın yerliləri qədər məharətlə istifadə etdiyimi deyə bilmərəm. Çinlilər TOEFL-da 640-650 xal yığıb ən super universitetlərə yol tapdılar. Sonra məlum oldu ki, onlar sadəcə “dilin nəzəriyəsi”ni öyrəniblər. Və danışıqda çox zəifdirlər. Yəni kitablardan minlərlə söz öyrəniblər. Amma Floridada bazarda duran qara ingiliscə axıcı danışır. Sadəcə 500-600 söz ona bəs edir. Bax burada nəzəriyəyə yiyələnən əcnəbi ilk başda danışıqda problem yaşayır. Vaxt ötdükcə o bazardakında inkişaf olmasa da, əcnəbi təcrübənini içinə daxil olduqca (ingilisdilli cəmiyətdə yaşadıqca) danışığını da mükəmməlləşdirir, hətta elmi yazılar yaza bilir.

2. Müharibə zonalarından həmişə xəbərlər alırıq. Bəlkə yüzlərləsini oxuyuruq. Amma bircə dəfə orada olmağın “toxunuş”u hamısından dəyərli olur. Di gəl ki, hər şey bitdikdən sonra zonaya gedənin bilgisi gördükləri ilə sərhədlənmiş olur. Kənardan bütün mənbələri izləyən isə anbaan analizləri oxuduğu üçün bütünə baxa bilir, fərqli mövqeləri qarşılaşdıra bilir. Sadəcə bir anlıq orada olması isə bütün deyilənləri süzgəcindən keçirməyə yetərli olacaqdır. Di gəl ki, isti zonaya getmiş olsun. Yoxsa bilikləri elə “nəzəriyə”dən ibarət olacaq.

Demək istədiyim odur ki, nəzəriyə insana fərqli mülahizələri süzgəcindən keçirib öz fikrini və tərzini formalaşdırmağa, daha çox bilgi əldə etməyə, daha geniş yanaşma qazanmağa vs. kömək edir. Amma mütləq təcrübədən keçməsi lazımdır. Bax o zaman nəzəriyədən uzaq qalanlardan üstün mövqeyə keçə bilir. İstedad da varsa mütləq bilikləri iş prosesində qarşısına çıxır və qərar vermə zamanı daha efektiv ola bilir. 3-4 il artıq oxumaqdan ziyan gəlməz. Yetər ki, təhsil təhsil olsun.

3 yorum:

maNIKA dedi ki...

2-ci kursda Ceteris Paribusla etdiyimiz araşdırma yadıma düşdü :)

hə, əslində hər ikisi eydi dərcədə lazımdır. Nəzəriyyəsiz heç bir şey edə bilməzsən nə qədər qoçaq olursan ol. Bəzən nəzəriyyədən tam baza yığanlar da praktikada bunu tətbiq edə bilmirlər. 2 səbəb olur, ya bu nəzəriyyəyə ehtiyac olmur, lazım olsa da bir qismi və illərlə yığılan bu baza getdikcə insan beynində əriməyə başlayır, ya da onlar nəzəriyyə keçərkən onlara bu nəzəriyyəni necə və harada tətbiq etmə üsullarını yaxşı başa salmırlar, yəni buna bir növ "əzbərçilik" də demək olar.

hörmətlə...

Rüstəm Məmmədov dedi ki...

"Nəzəriyyə boş şeydir, nəzəriyyə ilə heç nə olmaz" deyənlər sadəcə olaraq nəzəriyyəni bilməyən və bu bilgisizliyini qürürla basdırmağa çalışanlardır Vüsal məncə. Normalda, nəzəriyyəni yaxşı bilənin praktikada imkanları çox daha geniş olur. xüsusən də, finans kimi daha həssas sahələrdə bu tamamilə belədir. Şirkət daxilində hətta HR da belədir. HR oxumuş ilə, oxumamiş arasında fərq hiss edilir.

Nəzəriyyə marks bunu dedi, Adam belə dedi, Kotler bunu yazdı deyil əlbəttə. ABC analizi də nəzəriyyədir və bunu oxumayan çətin bilə. Boş söhbətdi nəzəriyyəsiz PROFESSİONAL iş olmaz.

Hörmətlə,

Vüsal Qəmbərov dedi ki...

Elə əsas məsələ də odu. Nəzəriyəsiz peşəkarlıq mümkün deyil. Nəzəriyənin nə olduğunu, bir də nəzəriyənin hansı hissəsini tətbiq edəcəyini düzgün müəyyənləşdirmək lazımdır. Bir də nə olur olsun oxuduqların səni ələ almamalıdır.

Nəzəriyənin bu qədər "yozlaşması"nın əsas səbəbini yuxarıda dediyim o yazıda yazacam. Bu səbəbi bir məqalədə də yazmışdılar. Səhv eləmirəmsə Şelbi Hant yazmışdı.

Hər ikinizə təşəkkür və hörmətlə,