Axı bazar elə də pis şey deyil

Bir qohum (savadlısı) belə bir şey demişdi: “Marketinq doktoranturası oxuyursan elə mi? Onda sənə “bazar həkimi” demək olar ki”. O an qəribə gəlsə də, zarafat kimi qəbul edib yan keçdim. Artıq həmin qohumla razılaşmayaq üzərəyəm. Çünkü marketoloq elə “bazar adamı” deməkdi. Doktorantı da elə deyilən... Necə?


2 gün öncə Afrikanın 8 ölkəsindən “Investment Authority”, yəni, “yatırım agentlikləri”nin nümayəndələrini İstanbula yığan TUSKON bizi də toplantıya dəvət etmişdi. Afrikalı qonaqlarımız həvəslə Afrikanı öydü, yatırım cəlb olunmalı yerlər olduğuna inandırmağa çalışdı bizi. Deyilən o idi ki, Afrikanı yanlış tanıyırıq və gərək araşdıraq. Həqiqətən də qlobal biznesin içində olanlar Afrikanın son dövrlərdə yüksələn trend izlədiyini və inkişaf edən bazar olduğunu təsdiqləyər. Əl qərəz, qonaqlarımız bizə özlərini tanıtdı və sonra təkbətək görüşlər təşkil edildi. Oturub hər biriylə söhbət etdik. Düzdü türk şirkətlərinin təmsilçiləri içi mən qarışıq orada Afrikalı qonaqları məmnun edəcək məqsədlərdən ötürü yer almırdı. Yatırım etmək üçün Afrikanın hansısa Mavrikisi çox riskli bir yerdir. Gərək tanıyaq, 1-2 xırda iş görək, özümüzə partnyor tapaq vs. Uzun sözün qısası gərək əvvəlcə onlar bizə nəsə təqdm etsin.


İndi vəziyəti analiz edək.


Afrikadan 20 nəfər dövlət adamı durub gəlib Türkiyəyə ki, ölkəmizə yatırım edin, Afrikanın bu zavallı ölkələri əslində çox münbit bir bazardır. Yəni, gəlin! Yəni Afrikalı qonaqlar Grand Cevahir Otelə ölkələrini satmağa gəlmişdi. Bir ara ikili görüşmələrə diqqət etdim. Adi bazardan nə fərqi var ki? Orada da satıcılar öz masalarını qoyur və məhsullarını tanıdaraq satış etməyə çalışır. Alıcılar isə gəlib o masaları gəzir və bəyəndikləri məhsulu satın alırlar. Bu açıqlama həm o təkbətək görüşlərdəki mənzərəni, həm də bazardakı mənzərəni bizə verə bilirsə deməli o an, o məkan elə bazar idi.


Bəli! Ortada 2 tərəf var. Biri ölkəsinə yatırım çəkmək istəyir. Bundan əldə edəcəyi isə ölkədə dəyər yaradan işlərin görülməsi, Afrikanın zavallılarının sadəcə xammaddə və onu da su qiymətinə satan ölkələr olmaqdan xilas olması və məşğulluğun artmasıdır. Yatırım edəcək şirkətlər isə xammaddəyə, ən gözəlinə, yaxın yerdə, ucuz işçi qüvvəsiylə istehsal edib, elə yaxın ölkələrdə satış edə biləcəyini düşünür. Deməli hər iki tərəfçün şərtlər də məmnunedici olduqdan sonra bir araya gəlmək sərfəlidir. Amma hərəsi öz evində otursa bu sövdələşmənin baş verməsi mümkün deyil. Yuxuda biri gəlib qulaqlarına nəsə deyəsi deyil hərhalda.

Bax bu yerdə araya “bazar” girir. TUSKON-u və ümumiyətlə community-ləri bu qədər dəyərli edən məhz bazar rolunu oynamasıdır. Çünkü ümumi olaraq bazar 3 tərəfin olduğu ticari münasibətlər üçün “hub” rolunu oynayır. Bütün münasibətlər bazarlar üzərindən davam etdirlir. 3 tərəf isə istehsalçı, istehlakçı və tədarükçüdür. Yəni birinin əlində original qum var, biri stəkan istəyir, biri də stəkan bişirməyi bacarır. Stəkan bişirən qumu tədarükçüsündən almaq üçün bazarlardan (sərgilər, yarmarkalar, biznes toplantıları, müasir dövrdə isə internet, telefon) istifadə edir, satmaq üçün də yenə bazarlara (bazarlar, mağazalar vs.) yönəlir. Bu üç tərəfdən bir biriylə ünsiyyətə girənləri o məkanda bir-birini tapacağını bilməsə münasibət də gerçəkləşə bilməz.


Yəni bazar hər cür biznes münasibətinin qurulmasının candamarıdır. Ha indi müasir biznes dilində buna kanal deyirlər o başqa məsələdir. Çünkü texnologiya bazarları internet və digər media vasitələrindən geriyə atıbdır. Ona görə də buna daha bazar yox, kanal deyirlər. Yəni bilgi və əmtəə gediş gəlişinin aparıldığı vasitə.

Buradan düşündükdə marketinqçinin işinin əlindəki məhsul və xidməti satmaq üçün kanalları (oxu: bazarları) effektiv şəkildə istifadə etməkdən ibarət olduğunu demək mümkündür. Yaxınlarda marketinq strategiyamızdan danışarkən də müdür marketinqin nədən ibarət olduğunu soruşdu. Cavab isə o qədər də sadə deyil. Gərək bu suala cavab verilsin son: “Kimin üçün? Hansı şirkətin marketinqi?”.


Çünkü normalda mənimçün marketinq konsept formalaşdıraraq bütün strategiya və kommunikasiyanı ona görə formalaşdırmaqdır. Bu konsept ətrafında mövqeləndirmə etmək, bazarın bu konsepti hansı şəkildə qəbul edəcəyini müəyyən edib ona görə davranmaq vs.vi. Yəni “kreativi nəticəyə fokuslu tətbiq”. Amma söhbət bizim şirkətdən gedirsə məsələı fərqlidir. Məsələ məhz kanalların istifadəsidir. Alıcımız ola biləcək insanlara aparan kanalların effektiv istifadəsi. Potensial müştəriləri tapıb, onların baş beynini aparmaq. Əldə olanları isə daim əldə saxlamaq vs.vi.


İsmayıl hoca demiş: Bazar olsun!


Amma mən başa düşə bilmirəm bu qədər faydalı şey olan bazar haqqından pis assosisiyalar var...

2 yorum:

Rüstəm Məmmədov dedi ki...

Mən hər halda Çıtlıyor almayacam. Səbə isə, ambalajlarıdır. Qurudulmuş xiyar satılır sanki içərisində, ayçiçək yox. Zərrə qədər də kuruyemiş ambalajına bənzətməyiblər. (Bu aşağıdakı yazının şərhi):))

O ki qaldı buna, bazar yaxşı şeydir. Pis assosiasiyalar isə yavaş-yavaş ortadan qalxacaq. Market, əvəz edir onu yavaş-yavaş. Market sdöze ilə bazar sözü arasında algılamalarda nə kimi fərq var Vüsal?

Adsız dedi ki...

KT
批發

seo

網路行銷