Afrikadan müşahidələr...
Çox bəyəndiyim bir Çin filminə baxandan sonra Çinlilərin tarixini, bugününü və ehtişamını düşünüb “axı bizim kimi millətlər nə üçün var” sualını vermişdim özümə. Düzdü biz türkük. Bu bizimçün yetərli kimlikdir. Amma sağ olsun Türkiyəyə Türkiyə adını qoyanlar bizim türk adını sahiblənməyimizçün böyük bir əngəl gətiriblər. Böyük millətin parçası olsaq da, bir parça olaraq özümüzü o puzzle-a yerləşdirməyə çətinlik çəkirik...
Afrikaya 4 nəfərlik bir komanda olaraq getmişdik. 2 Türkiyə vətəndaşı, 1 Danimarka vətəndaşı iraq türkməni və bir Azərbaycan vətəndaşı.
İndi düşünürəm ki, “3 ölkədən 4 nəfər necə bir araya gəlib” sualını verən afrikalılar heç haqsız deyil. Amma əsas problem heç də bu olmadı. Qahirədə Danimarkalı yoldaşımızı problemsiz ölkəyə buraxdılar. Misirlilərin Avropa heyranlığı özünü göstərdi. Türkiyəli “qoca”ların pasportu yoxlanışa getdi və qısa müddətdə qayıtdı. Bax məni – Azərbaycan vətəndaşını isə Niger səfirliyindən bir nəfər tanışı olduğumu desə də, digər 3 nəfərlə birgə gəldiyimi bilsələr də, hətta biraz “hörmət” edilsə də... Xeyli çək çevirdən sonra buraxdılar içəri. Dedilər Azərbaycan problemdir. Bilmədim niyə...
Haşıyə çıxıb qeyd edim ki, vizaları İstanbulda alsaydıq belə problem yaşanmazdı. Niyə alınmadığı isə tamam başqa aləmdir.
Nəysə ki, Qanada polis qarşıladığı üçün bizi heç bir problem olmadı. Bax Toqo və Beninə keçərkən kiçik ölkə olmağın mənfi cəhətlərindən birini gördüm: məmurlar pasportun məxsus olduğu Azərbaycan Respublikasını tanımırdılar. Danimarka və Türkiyə üçün problem olmasa da, Azərbaycan bu ölkələrdə tanınmadığı üçün sərhədlərdə başağrı yaşandı. Bizi qonaq edən səfir Türkiyəyə gələrkən pasportunu əlinə alan məmurun Niger deyə bir ölkə olduğunu bilmədiyin deməsindən danışdı. Yəqin ki, bunlar məni təsəlli etmək üçün idi. Amma həqiqətdir. Dünyanın qalanının fikrincə Misir, CAR, Tunis, Mərakeş, Liviya, Əlcəzair və futbolun xatirinə Nigeriya ilə Kamerun xaricində bütün Afrika bir ölkədir. Bu ölkələrin var olduğunu belə bilməyənlər də kifayət qədər çoxdur. Bu barədə daha sonra.
9 gün ərzində Həsən bəyə Azərbaycanı əməllicə tanıtdım. Diplomat adamdır, kimlərləsə üzbəüz gələ bilər və söz bizim ölkədən açılsa səhv bilinən məqamlara düzəliş edər. Məsələn elə o özü ölkəmizin xristian olduğunu zənn edirmiş. Kiçik ölkə, kiçik ölkə...
Kiçik ölkə olmağın mənfi cəhətləri, insanı “sındıran”, komplekslər əmələ gətirən cəhətləri bununla bitmir təbii ki. Amma inanın o anı yaşayanda, “Mən fəxr eliyirəm ki, Azərbaycanlıyam” dediyin kimliyin elə o Azərbaycan və yan-böyüründən kənarda tanınmadığnı görəndə... Fəxr etməməyə başlayırsan...
Müstəqil amma kiçik Azərbaycan əvəzinə, nəhəng və qüdrətli Sovet İttifaqının vətəndaşı olmağı arzu edənləri başa düşürəm...
Etiketler: Müşahidələr
Kaydol:
Kayıt Yorumları (Atom)
1 yorum:
Vusal, Sizi yaxshi basha dushurem ve dushduyunuz veziyyet de hec urekacan olmayib. Amma "kicik" sozu ile hec de razilashmiram. O menada razilashmiram ki mesele bizim erazi ve ya ehali cehetden kicik olmagimizda deyil. Meselen Avropada erazi ve ehali baximindan Azarbaycandan kicik ve ya beraber olkeler var amma onlarin hamisi dunyada kifayet qeder taninir. Baltikyani olkeleri, yaxin sherqde İsraili goturek onlarin da Azerbaycandan erazi ve ehali ustunluyu yoxdur. Mence bir olkenin dunyada taninmasi ucun erazi ve ehali gostericiler ve hetta dunyanin hansi hissesinde yerleshmesi bele hec bir ehemiyyet dashimir. Olkeler dunyada siyasi-iqtisadi-herbi fealligi ile ozlerine yer ve nufuz tuturlar. Bunun ardinca da gelir diger meselleler. Azerbaycan ozunu dunyaya pazarlamagin yollarini axtarib tapmalidir, amma once pazarlanacaq bir sheylere de sahib olmalidir. (neftle olke tanitmaqdan sohbet getmir bu iqtisadi guc getire biler sadece.)
Yeri gelmishken bu "heroqlifperestler" Rustemin blogunu zebt elemishdiler indi de dadaniblar deyesen sizin bloga. Bunlarin yazilarinin qabagini almaq haqqinda dushunmek lazimdir sizlerin yerine men esebileshirem :)
Yorum Gönder