Bizim ölkələrdən niyə global marka çıxmır?

Afrikadan müşahidələr

Afrika ilə bağlı yazmağa davam edək...

Misirə endikdən və biraz gəzdikdən sonra başımın üzərindəki lampa işıqlandı: “İndi görürəm niyə bizim kimi ölkələrdən dünya markaları çıxmır”.

Bizim kimi ölkələrdən niyə dünya markalarının çıxmadığını kimə soruşsaz müxtəlif səbəbləri sıralayar... Hər biri də haqlı. Amma bu səbəblərin yekun içindəki payı mübahisə edilə bilər. Götürək elə özümü. Cavablarım belə olar:

- İnkişaf etmiş ölkələrdə bazarların daha inkişaf etmiş olması dolayısıyla, o ölkələrə məxsus markalar daha rəqabətcil olurlar və buna görə də qloballaşarkən daha rahat olurlar.
- İnkişaf etmiş bazarlar daha böyükdür və kar marjları daha yüksəkdir. Buna görə oralarda onsuz da daha yüksək kar əldə edən markalar bu sərmayə sayəsində digər bazarlara rahat girir.
- İnkişaf etmiş bazarlarda yer alan şirkətlər ən müasir texnologiya və marketinq fəndlərindən xali olurlar. Bu da onları güclü edir.
- İnkişaf etmiş ölkələrin “ölkə mənşəyi” effektindən (country if origin) istifadə edir. Halbuki bizim kimi ölkələrdə xalqın yerli markaya etimadı olmur.
vs.

Siyahını uzatmaq olar. Amma mən bu siyahıya çətin ki, hər kəs tərəfindən diqqətə alınan bir faktoru əlavə edəcəm.

Əvvəla bir türk şirkəti üçün özündən inkişaf etmiş ölkələrdə yer almaq elə rahat deyil. Birincisi yuxarıdakı faktorların da təsiri ilə bu bazarlarda o türk şirkətini “sındıracaq” kifayət qədər marka var. Özü də rəqabət bir yana, bu bazarlar doymuş vəziyətdə olur. Nəticədə “Şölen” Allah bilir nə şəkildə və hansı şərtlər, üstəlik də bəlkə də gəlirsiz olaraq “VVal-mart”ın rəflərinə daxil olanda bunu Türkiyədə PR vasitəsi olaraq istifadə edir. Özü də belə demək mümkünsə ildə 1-2 dəfə türk istehlakçısının “başına vururaraq”.

Geriyə qalır, inkişaf səviyəsi eyni və aşağı olan ölkələr.
Bax bu yerdə Qəribi ağlamaq tutur...

Çünki...

Afrika ziyarətimizdə diqqətimizi çəkən əsas məqam yerli və güclü biri ilə yaxın münasibət qurmadan bu işin alınmayacağı, təsəllimiz isə bu şəxsi tapmaq idi. Olmasa...

Bəli, geridə qalmış ölkələr çox açıq və sərfəli bazarlardır. İstehsalat lazımi səviyədə deyil, işçi qüvvəsi ucuzdur, digər xərclər aşağıdır vs.vi. Amma problem kapital qoyuluşunun güvənliyidir. Mədənilik və demokratiya baxımından Qana Azərbaycandan çox yuxarıda dursa da, (böyük təəssüf, acı reallıq) o ölkə üçün də yatırımın əminliyindən bəhs etmək olmur. Bizimçün də, Rusiya üçün də və bir çox ölkə üçün də... Birində mafiya, birində quldurbaşılıq edən dövlət, birində dövlətin diş batıra bilmədiyi dələduzlar, birində güvənə bilməyəcəyin personal.

Özün gücsüzsən, partnyorun da güclü deyilsə ümid qalır dövlətinə...

Bax elə o yerdə də son zərbəni yeyirsən. “Coca-Cola”nı demirəm heç. Misirdə iş görmək istəyən istənilən ABŞ, Fransa vəya İngiltərə şirkətinin ən böyük himayədarı dövlətləridir. O ölkədəki səfirliyi və digər əlaqədar instansiyalar. Çünkü onların Misirə (Misir bu tipli ölkələr arasında ən inkişaf etmiş və güclülərdən olduğu üçün misal çəkirəm) dövlətin əli ilə təzyiq göstərib aldadılmasını əngəlləyir, aldadılsa belə itkisini kompensasiya edə bilir.

Bizim kimi ölkələr isə bu dəstəkdən demək olar məhrumdur. Türkiyə son zamanlarda bu məsələdə ciddi addımlar atsa da, hələ ki Leman Samın bir mahnısında deyidiyi kimi “Daha gidecek çok yolumuz var”.

Bəli, markalaşma, maliyə gücü, qlobal marketinq, xidmət, keyfiyət... Bunlar bir tərəfə, işin pərdə arxası risklərlər dolu bir dünyadır. Riski paylaşmadan isə bu riskə girməyə ürək gərək... Bu isə biznesdir. Ürəklə deyil, beyinlə idarə olunur...

2 yorum:

DosT dedi ki...

Maraqli sualdir "Bizden niye qlobal marka cixmir?" Amma mence hele qlobali qoyaq bir kenara bizde hec olmasa daxilde kifayet qeder mohkemlenmish (esl bazar qanunlari esasinda mohkemlenmish bashqa faktorlarin hesabina yox) bir markamiz var ki hec? Ne daxilde ne de regional bazarda esl markamiz yoxdur bu halda nece ola biler ki qlobal marka arzusuna dushek. Markani bazar qanunlarinin ozu yaradir hem de kifayet qeder uzun bir zamanda.Ne qeder ki bizde mohkemlenmish esl bazar qanunlari ishlemir hele merkanin "Me"-sinden bele danishmaq tezdir.

Vüsal Qəmbərov dedi ki...

Markanın 'me'si olmur ki ay DosT? :)

Bizden qlobal marka çıxmasını keçmişem. Heç olmasa Türkiyeden çıxsın da bir neçesi. Başlıqda da yazdığım kimi. Bizim kimi ölkelerin hamısını nezerde tuturam.