Ötən il iki fəlsəfəçi ər-arvadın dərsində çox gözəl bir şey öyrənmişdim: emik və etik baxış. Yəni daxildən və xaricdən. Emik baxış subyekti daxildən analiz etmək, emik baxış isə onu kənardan analiz etmək mənasına gəlir. Marketinq bölümü üçün qonaq gəldiklərindən müəllim bir sual verdi: “Marketinqçi şirkətə etik baxmalıdır, yoxsa emik baxmalıdır?”
Cavabım özümə də maraqlı gəlmişdi: “Daxildən baxıb çıxıb xaricdən şərh etməlidir”.
Niyə? Bir formada analiz yetərsizdir?
Məncə hə.
Çünkü hər bir baxışın gətirdiyi bir miyopluq var. Yəni bu baxışlardan hər biri insanı yanılda biləcək xasiyətdədir. Bu marketinqdə də çox kritik bir məqam ilə bağlıdır.
Daxildən baxış şirkətin imkanlarını lazımından artıq dəyərləndirmək, daxildə olan inanclara ilişib qlobal prosesləri analiz edə bilməmək, işin müəllifi olaraqdan öz əksikliklərini görməmək və/vəya görmək istəməmək vs. bir çox problemlərə səbəb olur. Qısası Levittin 1960-da “marketinq miyopluğu” adlandırdığı şey məhz budur. Təbii ki, ümumi götürəndə daxildən baxışın səbəb olduğu miyopluğun əhatə dairəsi Levittin nəzərdə tutduğundan daha genişdir.
Daxildən baxış insanları yuxuya verir.
Xaricdən baxışın təsiri isə fərqli olur. İnsanlar hər şeyi görmədən, bilmədən, analiz etmədən şərh etməyə tələsir. Daxildə olan proseslər və bəzi bilgilərə sahib olmadan fikir bildirmək insanı səhvlərə aparır. Ona görə də ən azından müəyyən bilgi bazasına sahib olmaq lazımdır. Azərbaycanda düzgün marketinq ədəbiyatının yazıla bilməməsinin əsas səbəblərindən biri də məhz budur. Şirkətlər ən bəsit bilgiləri belə dəmir qıfıllı sandıqlarda saxlayır. Halbuki, Harvard Universiteti professorları və onların dost-tanışları olan konsultantların “açıq mənbələrdən əldə olunan bilgilər ilə” yazdıqları case-lərə baxanda qəribsəməmək olmur. Görəsən bizim şirkətlər o bilgiləri daxilində bölüşür mü heç?
Yəni daxildən baxıb, xaricə gözünü qapamaq və xaricdən baxıb daxildəkindən bixəbər fikir bildirmək iki miyopluğa səbəb olur. Marketinq aləmində sektor nümayəndələri adətən birincidən, akademik cəbhə isə ikincidən əziyət çəkir. Məsləhətçilərin şirkətlər üçün bu qədər əhəmiyətli olmasının təməlində də məhz bu durur.
Əslində məsələyə daxildən və xaricdən baxıb yanılmalar sadəcə marketinqə xas deyil. Dərinə endikdə insanlar arasındakı münasibətlərdə ən kritik məqamlardan biri məhz budur. Sadəcə bir misal: Biri öz doğrularına könüldən inanır, öz doğruluğundan əmindir, amma özünü ifadə etməyi bacarmır. Digəri isə onu tanımadan, araşdırmadan, fikirlərini öyrənməyə çalışmadan o “daxili miyop”lə bağlı hökm verir.
Qısası daxildəki proseslər və göstəricilərə aludə olmaq nə qədər təhlüklidirsə, xaricdən durub bilgisiz və anlayışsız şəkildə hökm oxumaq da o qədər təhlükəlidir.
p.s. Bu qısa antrakt idi. Afrikadan müşahidə yazıları davam edəcək inşallah.
3 yorum:
Vusal, yaziniza daha genish yanashsaq insan heyata ele emik baximdan miyop gelir ve cox nadir insanlar kamillesherek bu miyoplugu aradan qaldira bilir.
Insanlarin heyati baresinde dini noqteyi nezerden baxsaq bele deyilir : "İnsanlar onlarin heyatinda bash veren cetinliklere sebrle yanashmalidirlar. her bir ishde xeyir var. Her neqeder insanlar bunu daxilden gore bilmeseler de. Xoshagelmez hadiseler bele gelecekde bizim ucun planlashdirilmish daha yaxshi hadiselere aparan bir yoldur. Biz sadece bu hikmetden xebersizik." Bu o demekdir ki hamimiz oz heyat yolumuzu izleyerken mueyyen qeder miyopuq :) Sadece her sheye etik baxa bilirk, emik baxish imkanindan mehrumuq.
DosT şərhinizdən xoşum gəldi. Razıyam. İnsan nə qədər daxilə baxsa da, heç vaxt tam görə bilmir. Hətta öz həyatı və personası ilə bağlı olsa belə.
Amma emik baxışdan məhrumuq deməzdim. Sadəcə emik baxsaq da, baxmağa çalışsaq da buna tam nail ola bilmirik.
Insanlarin problemi kenardan oz daxillerini gormemekdir. Daxilden ozunu qiymetlendirmek bacarigi ve bunun xaricden nece gorunmesinden asili olmayaraq anlamaq ve qebul etmek ucun mudrik olmaq lazimdi. Daxilden anlasaq da bir cox hallarda xaricden onun sehv qarshilanacagini dushunerek ozumuzu sehv qiymetlendiririk ve ya daxilde oldugumuzdan fergli oluruq. Hadiselere tam daxilde dushunduyumuz kimi yanasha bilmirik. Bize hemishe xaricden baxish muhum sayilir, amma menim heyat felsefemde esas daxili baxishlardi.
p.s yazi maraqlidi
Yorum Gönder