“Azercell” pioner olmağı sevən və məncə də Azərbaycan şərtləri daxilində bunu bacaran bir şirkətdi. Fakturalı xətt abonentləri üçün hazırladıqları “Sabit Paket”ə çəkilmiş reklam sənət, hədəfi tapma, mesaj vs. bir çox cəhətdən tənqid edilə bilər, ya bilməz... O öz yerində. Amma bu 35 saniyəlik iş “Azercell”in növbəti pioner addımıdır. Necə?
Azərbaycandan qayıtdığım gündən kompyuterimin masaüstündə “Marketinq bilinci” adlı vvord faylı içinin dolmağını gözləyir. Hətta ilk dönəmlərdə bu haqda o qədər düşünürdüm ki, yazmaqda qərarım qəti idi. Amma alınmadı...
“Azercell”in reklamı bir anda o düşüncələrimi bərpa etdi. Həmin fayl hələ də, boş şəkildə köhnə yerində qalsa da, mövzuyla əlaqəli keys təhlili maraqlı olardı.
Məlum reklamda “Azercell”in işçilərinin fakturalı xətt abonentləri üçün yeni kampaniya axtarışı və beyin fırtınası təsvir olunub. Biraz karikatur görüntülərlə verilsə belə, kampaniya və məhsulların hansı metodlarla ərsəyə gəldiyinin bir reklamda təsviri Azərbaycan üçün vərdiş elədiyimiz bir hal deyil. Əvvəla şirkətlər hamının xəbərdar olduğu proseslərini belə o qədər gizlədirlər ki, bu sürpriz oldu. Üstəlik, sovet ruhunu unuda bilməyən və hələ də, kapitalizmə keçə bilməmiş Azərbaycan istehlakçısı biznüs mühitindən çox xəbərdar deyil. Ona görə də Azərbaycan istehlakçısı ilə “marketinq bilinci inkişaf etmiş” şəxslərə uyğun kommunikasiyalar hazırlamaq çoxuna absurd gələ bilər.
Marketinq bilinci yazımın tərkibinə toxunmamaq və tükətməmək üçün yazını burada sonlandırıram. Amma “Azercell”in reklamı marketinq ədəbiyatı üçün dəyərli bir işə çevrilə bilər.
4 yorum:
Rejissor işi xoşuma gəlməsə də, ümumilikdə bəyəndim və eyni sənin fikrindəyəm.
Şəxsən mənim xoşuma gələn isə reklamın elə karikatur formada çəkilməsidir.. Düzdür üstündə bir az da yaxşı işlənsəydi lap yaxşı olardı, amma, yenə də uğurludur.. O ki qaldı fikirlərə vallah marketinglə susmağı tərcih edirəm. Bu sənlikdir))
Şəbnəm, karikatur formada çəkilməsinə iradım yoxdu. Əslində bu prosesi elə belə də təqdim etmək lazım idi. Yüngül və əyləncəli.
Amma Rüstəm demiş rejissor işində biraz da yaxşılaşdırma mümkün idi. Çox dayaz görünür. Reklam adamı özünə dartmır. Halbuki, daha cəlbedici olmalıdır.
Men de sevinmisdim ki, sohbet menim BizKlub ucun dusunduyum sloqandan gedecek :)
Yorum Gönder