Böyük şirkətlərin ürəkbulandıran marketinq problemləri

Marketinq 1960`cı illərdən etibarən şirkətin idarəetməsində ən önəmli funksiya olmağı, hətta daha dərinə getsək tamamilə ələ keçirməyi iddia etdi. Robert J. Keith’in məşhur The Marketing Evolution məqaləsi (1960 yanvar) ardından da coşan marketinq yazaları və çalışanları nə qədər dəyərli bir işin qulpundan yapışdıqlarını fərq etdilər. Yoxsa oyandılar daha mı yaxşıdı? Keith’in 60cı ildə öz şirkətləri – The Pilsburry – haqqında dediklərinə baxanda, marketinqin indiki dövrüylə müqayisə eliyəndə adamın lap gülməyi gəlir. Bir şirkətdə maketinqi necə yavaş yavaş ən önəmli funksiyaya çevirdiklərini yazır. Amma bir də dönüb özümüzə baxanda… Onda da ağlamaq istəyirsən. Necə olar ki, Keith’in indi komik səslənən fikirlərini biz hələ də tətbiq edə bilmirik ölkəmizdə? Səbəb bəsitdi… Nəysəə…

Marketinq ki, Amerikada 1950-60’cı illərdə yaşanan istehlak partlamasından sonra şirkətin ən önəmli funksiyasına çevrildi (istehsalçılar, maliyəçilər və insan resurslarıçılar bağışlsasın da daha). Bu isə marketinq departamintini böyütdükcə böyütdü. O da zamanla parçalandı, qollandı-budaqlandı. İndi isə bəzi şirkətlər deyir biz ümumiyətlə marketinq bölməsinə ehtiyac duymuruq. Çünkü biz bütünlüklə bir marketinq şirkətiyik. Bəs bu böyümə marketinqi şişirmək və məşhurladırmaqla bərabər heç fəsad doğurmadı? Doğurdu əlbət… Gəlin mən onlardan biri – böyük şirkətlərin qarşılaşdığı ürəkbulandıran marketinq problemlərindən danışım…

Bu yazını yazmağa Marketinq Araşdırmaları kitabını oxuyarkən qərara gəldim. Bu fikrə reklam vəya PRla (artıq bu sözdən qorxmağa başlamışam – müzakirə qoxur:)) bağlı bir kitab oxuyanda da gəlməyim mümkün idi. Çünkü böyük şirkətlərin bu vəya digər marketinq fəaliyətindən danışan bütün kitablarda həqiqətən də ürək bulandıran marketinq problemləri ilə qarşılaşırsan.

Heç şübhəsiz bunların başında digər departamentləri qısqanclığı gəlir. Marketinqin hökmranlığını qəbul edə bilməmək vs. vi. Bunun da nəticəsində maliyə reklam xərclərindən qısır, istehsal marketinq şöbəsinin təklif etdiyi paketləməni qəbul etmir, insan resurslar daxili PRın mənasız bir şey olduğunu iddia edib “performans ölçməyə və maddi stimullaşdırıcılara davam!” deyir. “A kişi istehlakçı da, işçi də, biz də bezdik eyni şeylərdən, fərqlilik lazımdı” deyəndə də deyirlər “biz bu şirkəti bu üsullarla böyütmüşük, yaşasın “qalib heyyət dəyişilmir” prinsipi!!!”

Nə bilim sonra, araşdırmanı daxildə edəndə pul xərlənmədiyi üçün dəyəri az olur, “saqqalı olmadığı üçün sözü keçmir” (gəlin bunu əlaqələndirək də, Türklərin “sen bana bir sakal bırak” ifadəsi beh vermək mənasına gəlir… Biraz arada əlaqələndirmə işi qaldı, onu da özünüz edin də…). Bir agentliyə etdiriləndə isə nəticlələr Quran ayətləri səviyəsində qəbul olunmasa da, yüksək etimada səbəb olur… Büəəə!!! (ürəyimin bulandığını göstərirəm, bağışlayın…)

Sonra ən böyük problemlərdən biri. Daha doğrusu şirkətin ən böyük problemi – müdür. Vəzifə olaraq da ən böyük odu, kreslo olaraq da, problem olaraq da. Deming belə deyir ki, bu kursa (nə kursu olduğu qalsın sonraya) 2. və 3. səviyə idarəçilərin iştirakı məna kəsb eləmir. Gedin VIPiniz gəlsin. Yəni marketinqin sərbəstliyi müdürün dünya görüşü və səviyəsi qədərdi… Aktiv, həyəcanlı, inkişaf etmək istəyən, ambisiyalı marketinqçilər isə belələrinin yanında 1 ilə muma dönür və olur onların tayı… Heyf…

Bəli. Problemlər çoxdu. Bunlarla da bitmir. Qeydiyat dəftərçəmdə varıydı 1-2 dənə də qalıb evdə. Onlara da baxıb şərhlərdə deyərəm…

P.S. Marketinq özü ürəkbulandırmağa başlayıb, gəl ki problemləri olsun…

8 yorum:

nurlan dedi ki...

Marketinqchiler, size maraqli shey tapmisham, baxin:)
http://www.ourawesomeplanet.com/awesome/2008/02/gary-vaynerchuk.html

Vüsal Qəmbərov dedi ki...

Nurlan heqiqeten elaydı sağ ol. Amma bunun esl yeri Aygünün axırıncı yazısının şerhleridir. Ele bil düz mövzuya uyğun seçmisen...

Rüstəm Məmmədov dedi ki...

KISS-dən kənar...

Bu da Əla! Dalbadal bloglarda əla yazılar gəlir. Çay məsələsi, qodin haqq-hesabı və indi də müşküllər....

Əslində bəlkə də saysaq problemlər daha çox olar. Sənin saydığın əsa mövzular isə, bunların anasıdır. Bir vaxtlar marketing pilgirmde, yoxsa hardaydı yadımdan çıxıb bir karikatura yayınlamışdı. Şirkət sahibləri müzakirə edirlər, il ortası yekunlarını. CEO "Wall Street-in bizim üçün yazdığı finansal hədəfləri tutdura bilmirik, təcili reklam xərclərini azaldın. Raportda, hədəflərimizi tutdurdugumuzu göstərməliyik". Burada həm Wall Street-in iş anlayışına, həm də şirkətlərin əslində axmaqlığına vurğu var idi. Kriz dövrlərində reklam xərclərini təxirə salmaq elə sənin yazdığın o problemlərin nəticəsidir əslində.

Bu təkcə Azərbaycanda deyil, bir çox ölkədə bu problem var. Nədənsə mənə həmişə elə gəlir ki, bu problemlərin ən az olduğu ölkə ABŞ-dır.

Şirkətlərdə ən asan bilinən iş Marketing hesab olnur. Məhz buna görə də bir çox rəhbər, ən çox müdaxiləni marketingin işinə edir. Sanki bu üfürükdən təyyarədir, üfürdükcə şişir, uçur.

Bəsdi, uzun oldu..Başqaları da müzakirəyə qoşulsun mən yazacam. Ürəyim doludur. Fikirləşsəm, hələ yaxşı real nümunələr də tapa bilərəm :)) Amma, son vaxtlar ümumiyyətlə fikirləşmə qabiliyyətim itib:))

Aygün İslamzadə dedi ki...

Heyif ki, yazdiqlarin heqiqetdi..:(
Rustem duz buyurub, en az ish marketinqdedir bilirler.. Bundan elave, men de tez tez deyirem, bir hekimin ishidir, bir de marketoloqun, hami burnunu soxmagi ozune borc bilir. Hami da zerleri eline alanda ozunu nerd taxtanin krali hesab eden kimi ele bilirler ki, bir menasiz meslehetle her shey duzelecek. HR-dan tutmush texnike qeder gerek nese bir meslehet versin.

Vüsal Qəmbərov dedi ki...

Sağ olun e vallah...

Bu menim indiye kimi olan marketinq yazılarım içinde en beyenmediyim idi. Sağ olsun ele bir şerh yazıb ki Rüstem KİSS olmasa da, kiss elemek lazımdı alnından bu şerhe göre:)))

Şerhleriniz yazının biabırçılığını örtür:))
Amma bir köhne jurnalist kimi de deyim ki mövzu daha önemlidi burda. Bezen sıxıcı görünen mövzunu da çatdırmaq lazımdı...

Marketinqin bu problemlerle qarşılaşmağının sebeblerinin çıxış nöqtesini ikiniz de ela qeyde elemisiz ona göre onu çevirmeye ehtiyac duymuram...

Vüsal Qəmbərov dedi ki...

Men o defterçediki problemlerden birini de deyim:) Demarketing eşitmiş olarsız. Marketinqçiler üçün çiledir. Şirket satışlara çatdıra bilmediyi üçün veya bazarda görünmez olduğu üçün marketinq fealiyetlerini azaldır ve büdceni qısır. Bizim ise qısılmaqdan nese heç xoşumuz gelmir...

Rüstəm Məmmədov dedi ki...

Aygün əla yazıb burnunu soxmaq məsələsini.Heç başqa sözə yer qalmayıb.

Mən davam edim qısqanclıqdan..
Bu da ən böyük problemlərdən biridir. ən böyük problem isə finansla yaşanır. Tələbələr arasında da çox mübahisə gedir, Marketing yoxsa Finans daha əhəmiyyətli funksiyadır şirkət üçün. Hətta zarafata salıb, "Finans pul verməsə Marketing nə qədər fikirləşir, plan cızır cızsın" da deyirlər. Marketing də deyir ki 2 Plan olmayandan sonra, nə qədər pulun olursa olsun, artmaz azalar". Bunlar təbii ki, sadəcə ilişmə üsullarıdır. Ciddi deyil. ancaq, bu qısqanclıqlar ciddi problemi o vaxt yaşadır ki, finans idarəchiləri özü kimi fikirləşməyə yönləndirir. Və pul məsəsləsi hər şirkət sahibinin yaralı yeri olduğu üçün Finansın arxasınca getmə halları olur. Beləcə şirkət sahibinin MÇarketingin əhəmiyyətini başa düşçmədiyi və hamının özünü marketolog hesab etdiyi şirkətlərdə yazıq Marketolog qalır çaşbaş!

Düz demirəm?

Vüsal Qəmbərov dedi ki...

Düz deyirsen özü de 110 faiz... 10 faiz de menden:)

Rüstem senin üreyin doluymuş ki qardaşım bu mövzuda. Yaz yaz görek neler oluyor hayatta:)

Finans pul vermir heç vermesin:) Getsinler banka qoysunlar orda da batsın:) Zarafat bir yana marketinqçilerin "küçük bütçelerle, parlak fikirler" terzli qehremanlıqları besdi ele hamısına:)))

Amma dünya bunları aşıb mence... Bizik hele oralarda sürünen... Bu deyqe dünyada marketinq bölmesi adından sui istifade gedir e ele bil artıq...