Kasıbın olanından - 1
Zaranı hazırladıqdan sonra bu rubrikanın ilk yazısını yazdığımı düşünürdüm. Sonradan aydın oldu ki, Zara `bizdə yoxdu`. Nəhayət Azərbaycanda mövcudluğundan əmin olduğum bir markadan danışım. Hyundai… Niyə Hyundai? Maşın dünyasının əcaibliklərini izləyənlər biləcək. Son zamanlarda ən çox yüksələn markalar Toyota, Audi, BMW, Mazda,,, bir də Hyundai. Digərlərinin bu yüksəlişi normaldı. Ənənə sözünü deyir. Amma Hyundai… Drive eliyək də öz yolumuzu, yəni yazımızı…
Əvvəlcə qısa bir tarixi ekskursiya. Bu Koreya “ot”unun hansı “kök”lər üstündə bitdiyini görməkdə fayda var. Yoxsa ki, dəvri qədimdən mənim tarix dərsiynən də heç aram olmuyub. Di gəl ki şirkətlərin tarixi maraqlı məqamlarla zəngin olur…
Hyundainin qurucusu Ju-Yung Chung adında bir şəxsi möhtəmrəmdi. Tanımıram. Adını da birinci dəfə yazı üçün araşdırma edəndə eşitdim. Deyirlər 2001’də vəfat edib. Koreyada böyük hörmətlə yad edilir. Şirkəti 1946’da qursa da Hyundai Motor 1967’də dünyaya gözünü açıb. Ford’un Koreyanın Uslan şəhərində istehsalını gerçəkləşdirmək üçün. Yavaş yavaş maşın istehsalı təcrübəsinə bürünən şirkət 1975də ilk modeli Hyundai Pony’ni satışa çıxarıb. Beləliklə ilk Hyundai’nin istehsalından cəmi 33 il keçir. Bu bir maşın markası üçün çox-çox qısa bir müddətdi. Bu müddətdə Hyundai’nin gəldiyi nöqtə isə özünə qarşı hörmət tələb edir.
Chaebol’ların tarixinə baxanda 1984’də ilk 5likdə olmayan Hyundai’nin 1996’da Koreyanın ən böyük şirkətinə çevrilməsinin səbəbi maraqlı gəlmişdi mənə. Maraqlandım və 3 məqamla qarşılaşdım… Adəti üzrə:
- - Yeni model – Excel’in bazara buraxılması
- - ABŞ’a giriş
- - Reklamlara start
- Haşiyə: Chaebol - Koreyanın transmilli holdinqlərinə deyilir. Chaebol’lar bir neçə sektorda fəaliyyət göstərən milyard dollarlıq korporasiyalardı. Hazırda Koreyada 30 chaebol’un olduğu deyilirdi bir mənbədə…
1989’da Sonata və ardınca bir-birindən uğurlu digər modellər… 2001’də SUV’a Santa Fe ilə daxil olan Hyundai son 10 ilin ən parlaq avto markalarındandı. Dinamik, dəyişikliyə hazır, istehlakçının ehtiyacını görən və ödəyən.
İndi sıra gəldi Rüstəmin olduğu yerdə danışmaq üçn ürək istəyən qismə… Ürəkli olduğumu deyə bilməsəm də, bugün cəsarət gəlib. Yazacam…
Hyundai son 10 ildə imicini “ən serfəli maşın”dan (most affordable car) xeyli dəyişib. Bunun üçün görülən işlər isə marketinq cəhətdən çox dəyərlidi. Özlüyündə modellərdə görülən dəyişiklik və inkişaf hər şeyin başlanğıcıdı. Elantra, Accent, Santa Fe, Sonata… hər bir model çox inkişaf etdi. Ucuz maşın imicindən qurtulmaq üçün mühəndislərə böyük iş düşürdü ki… Onlar bunun öhdəsindən layiqincə gəldi. Hyundai Dünya Çempionatının baş sponsorluğunu alaraq bəlkə də tarixinin ən önəmli maketinq adımlarından birini atmış oldu. Bu yarışın imici Hyundai’nin keçmək istədiyi orta seqmentə xeyli uyurdu…
Vertical extension’a yönələn Hyundai yavaş yavaş orta çizgini keçən modellər buraxdı bazara. Sonata Azera/Grandeur’un kölgəsində qaldı. Genesis isə Hyundai’nin ucuz imicinin sonu oldu. Son Super Bowl’da iki reklam yeri alan Hyundai 5 milyon dolarla iki Genesis reklamı yayımladı. Veracruz ilə bu dəyişim tamamlandı. Hyundai’nin bu modelini Lexus RX330 ilə müqayisə etməyi və hər yerdə də bu müqayisəyə nail olmağı böyük bir uğurlu adımdı. Lexus ilə müqayisə edilib çox kritik tərəfindən üstün elan edilmək Hyundai’nin qələbəsidi.
Ucuz seqmentdən lüksə doğru səbrlə və inalda keçən, bu müddətdə dinamikliyini və marketinq strategiyasını qoruyan Hyundai artıq arzusuna çatmaq üzrədi… Arzusu nədir? Orta seqmentdə yer almaq. Modern maşın bazarı orta seqmentin əlinə keçib. Onlar ucuzdan da lüksdən də “oğurlayır”. Üstəlik Çinin öz “həşərat”larıyla ortalığa çıxmasını gözləmədən orta seqmentə yönəlmək Hyundainin ən yerində adımlarındandı.
Son olaraq bu bir-birindən uzaqlaşan Atos-Getz-Accent Veracruz-Grandeur-Genesis qütblərini birləşdirib şəxsiyətin və imicin formalaşmasını tamamlamaq lazımıydı. Bunun üçün isə Hyundaiİİİ… İ…
İ seriyasına keçid başladı. I30’la başlayan dalğa… Getz’in I20’yə, Atos’un I10’a, Sonata’nın I40’a dönüşməsi ilə Hyundai uğura doğru daha bir addım atır.
P.S. Bir sözlə “Öz yolunu seçən” Hyundai’yə eşq olsun!!!
10 yorum:
Indi birinci şərhi mən yazım??:)
Bu şerh olmadı axıı :)))
Ele men de birinci sherhi yazmamaq uchun sherh yazmamishdim...
Men ne yaza bilerem axi...Bir shey deyim..
men HYUNDAI-da ishe bashlamamishdan bir ay evvel dayimi Santa Fe almaga qoymadim. Hech maraqlanmadigim ve beyenmediyim marka idi.
Ishe bashladim ve ishin ancaq mentiqi terefini qavramaga chalishdim. Servis imkanlari genish, option sayisi ucuz ve chox olduguna gore Azerbaycanda teze hyundai almaq kohne mercedes almaqdan chox yaxshidi deye inanmaga bashladim. dah dogrusu ozumu bele ishe adapte eledim. Hele il kechmeyib, amma artiq sevmeye de bashlamisham, ish tek mentiqde deyil..
Icherisinde olanda hiss edirsen ki, dogurdan da xeyli inkishaf var. dogurdan da affordable olmaqdan chixib ve ciddi ugurlara imza atir.
Top Picks-de iki modeli ile adi chekilmek boyuk ugurdur. Santa Fe ve Elantra siniflerinde en yaxshilardan sechildiler....Men helelik bu qeder yazim..Amma, mence hele ardi gelecek...
Esas problem kohne imici silmek ve yenisini berpa etmekdi..
Kechen defe mushterilerin yanindaydim yene..Bir dayday " Esshhii bu nedi ee. Bizim garajda ne mashinlar var. Bu onlarin yaninda hech nedi" dedi. Garjlarinda olan mashin PRADO imish... Men de bashladim teriflemeye Pradonu...Uzun sohbetin axirinda dedim indi bunu almaq agilli fikirdi yoxsa onu? Kishi dedi "bunu"...:)
Indi esas mesele "Essshi Hyundai hara Toyota hara" fikrini deyishdirmekdi...
Hormetle,
Men ne yaza bilerem axi...
:))))))))))
Yazdığın ortada qadası...
Hele bu yazabileceyinin ondan biri deyil eminem...
Indi esas mesele "Essshi Hyundai hara Toyota hara" fikrini deyishdirmekdi...
Hee. Rüstem bu fikrin deyişmesi uzun prosesdi. Amma Hyundai bu temple davam elese olacaq...
Toyota maşın dünyasının "altın çocuğu"du eee... Onnan müqayise oluna bilmek böyük uğur olar Hyundai üçün...
HYUNDAI xususen de 2000-ci ilden sonra ("Quality Policy" qebul edildikden sonra) xeyli inkishaf bashlayib. Shirket Affordable-dan yuxari ondan sonra qalxmaga bashlayib bele demek olar.
Men biraz da tenqid edim olar mi?:)
Esas problem hele de tam olaraq Production oriented olmaqdan chixib marketing Oriented ola bilmeyib.. En esa problem budur. Ve bununle beraber gelen bezi problemler...
Avtomobillerin texniki gostericileri ve owerall quality xeyli artib. Bu bashqa mesele, amma Marketing noqte-i nezerinden bezi problemler yene de var. ama, elbette bu cholden baxmaq gorunmesi chox da asan olan sheyler deyil...
Hormetle,
Rüstem gel bele deyim de.
Maşın şirketleri içinde product oriented olmayanı eslinde çox azdı. Bir de bu sektor o qeder dinamikleşib ki, ikisini beraber daşımaq lazımdı. Amma her kişinin işi deyil de bu:)
Hamı Honda veya Toyota ola bilmir. Bir de herhalda BMW ile Audi bu menada uğurludu. Yoxsa marketing oriented olmaq isteyen Mercedesi gördük de:) Product orientedden çox marketing oriented olaraq yükselen men birce Porsche'ni görürem.
Yeni Hyundai'ni qınamalı deyil. Hem bazarda mövqeyini möhkemlendirmesine hele var, hem de yeqin ki enene ve tecrübe sözünü deyir. Amma çox süretlidi bele şeylerde Hyundai. Tez uyğunlaşır. Mence 10 il içinde bu problemi de aşar.
Bir dene bu Tucsonu deyişse :))
Businessweek-de bir meqale yayinlanmishdi bu yaxinlarda. Bu movzu ile bagli chox yaxshi yazi idi. Duzdu amerika bazarini baz alaraq yazilmishdi, ancaq yene de ela idi. Baxacam, men de olmalidir, olsa bu yaziya bir shekilde calamaq olar..
Product oriented olmaq ele marketing oriented olmagin bir parchasidir menim fikrimce. (P-yle bashlayan hersheyin marketinge dexli var deyesen:)) Sadece bezileri production oriented olurlar.
Bunun da heyatda esas menim gorduyum ferqi budur: Marketing oriented shirketler Gillette kimi her shey ince ince hesablayir ve ehtiyaca ve telebe gore uretimi teshkil edirler. Production Oriented olanlar da ne qeder ehitiyaci telebi oyrenseler ve hetta ortaya chixartsalar da yene de butun bunlari istehsala qurban vere bilerler. Bu da ele movzunun bash rolundaki Hyundai-in sirf istehsal sebeblerine gore Tucsonu bu qeder gecikdirmesidir. Baxin, men istehsal deyende isthsal tutmu ve qabiliyyetinden danishmiram, sirf maliyet-istehsal yonumlu baxishi nezerde tuturam.
Hormetle,
Heee...
Deyesen bir yanlış anlama olufdu... Qeşeng söbbetdi. Amma maşın şirketlerinin işi heyqeten çetiindi. Hyundai hele yaşıdı çox mövzuda...
Düzdü, Hyundai artıq həm də güvənilir avtomobil olur. Həm qiyməti əla, həm də ki adamı yolda qoymur
Nurlan deyesen Wisconsinde Sonata ya da Grandeur sürür :))
Yorum Gönder