Çöldə öyrən, evdə tətbiq et...

Nədi bu? Tapmaca deyil təbii ki...

Marketinqimiz. Bütün marketinqçilərin yaralı yeri. Yenə başlamayacam `marketinq ağıları`na əşi. Əlimi üzmüşəm onlardan. Xeyir eləmir. İndi mən başqa bir şeydən deyəcəm. Hətta nəticədə ən yaxşı marketinq elə vətəndəkidi nəticəsi belə çıxa bilər. Yəni Gi dö Mopassan misalı sürpriz nəticəyə hazır olun.

Azərbaycan şirkətlərinin işəgötürmə siyasətləri, daha doğrusu siyasətsizlikləri dəli edib həmişə məni. Bəziləri İngiltərə, Amerika görmüş kim var kim yox şnelinin altına yığır, bəziləri min bir əziyətlə yetişdirdiyi kadrların başqa şirkətlərə keçməsiylə fəxr edir, bəziləri dizayner də götürsə, mühasib də götürsə ingilis dilini bilsin deyir. Yəni bir sürü məntiqsizlik. Adam yetişmiş kadr götürəndə baxmaz bunu sağına soluna, `qoden do`suna ay qadan alım? Nolsun ki İngiltərədə bir il eynək satıb supermarketdə?

Baxan da deyəcək işə götürmürlər deyə acıq çıxır. Yox vallah...

Yazını yazmağımın səbəbinə gəlirəm sadəcə. Yəni əslində nəsə uzun-uzadı bir məqalə ortaya qoyası bir şey də deyil. Hə ola bilər ki fikrim kiməsə məmtiqsiz gəlsin, onda şərhlər qismində müzakirə edərik. Yoxsa ki...

Marketinqçi üçün iki `həyat mənbəyi` var: iş təcrübəsi və digər insanlar və şirkətlərin təcrübəsi. İkinciyə el arasında `ədəbiyat` da deyirlər. Sektora girənlər anında başlayırlar təcrübə yığmağa. Amma ən vacib mövqedə olanlar belə oxumurlar, inkişaf etdirmirlər biliklərini. Azərbaycanda marketinqin nəzəriyəsini, ədəbiyatını öyrənmək də asan deyil. Düzdü artıq internet deyilən nemət dünyanın bilgisinə çatdırır bizi. Amma marketinq öyrənməyin də bir yolu-yordamı var. Şükr. Gəlib çıxa bildim sözümün canına. Marketinqi Azərbaycandan kənarda öyrənsin gərək marketinqçilərimiz imkan varsa. Xaricdə o sistemin içində olmaq fərqli bir təcrübədir. Azərbaycanda qala qala xarici sistemi görmə şansları da var. Heç olmasa onları istifadə etmək lazımdı.

Amma təhsilini harada alırsan al, iş tətbiqə gələndə AZƏRBAYCAN... Məcburən burada qalmalı olacam bu il dərslərdən sonra da, o da deməkdə ki, burada işləməliyəm. Çoxuna müsbət hal kimi gəlir. Bəli müsbət yönləri var. Amma mənim insanıma yönləndirilmiş marketinqin effektli olması üçün mən onu elə Azərbaycanda tətbiqini görməliyəm.

Bu qədər yaxın belə olsa Türkiyə və Azərbaycan vətəndaşı, cəmiyətləri arasında fərq elə böyükdü ki, burada tətbiq etdiyin marketinq orada yararsızdı.

Nə isə. Uzun sözün qısası: İmkan varsa marketinqi xarici ölkədə öyrənək, amma Azərbaycanda tətbiq edək...

4 yorum:

Aygün İslamzadə dedi ki...

Ela yazidir, Vusal.
Gel bele edek de, sen orda ishle, bizle bolush, biz de burda ishleyib seninle bolushek, belelikle bu iki olkenin marketinqini de oyrenmish olariq.

Rüstəm Məmmədov dedi ki...

Heee,

Bu olkede birgun elbetde Marketing de "adam" yerine qoyulacaq... Olmayacaq deye shey yoxdur ki. Turkiyede hele indi indi oturur gop olmasin:)

Burda da hemchinin...Amma, en esas derd odur ki, kimin aglina ne geldi edir ve bezen de agla gelen shey o qeder axmaq olur ki, yanirsan, partlayirsan...

Amma, duzler inshallah...Yavash yavash tehsili de yuksek olan yoldashlarin mudaxileleri ile duzelecek...

Hormetle,

Vüsal Qəmbərov dedi ki...

Aygün mən burda işləməyə məcbur olacam. Amma bilmirəm marketinqdə yoxsa zəhləm getmiş `dış ticarət` dünyasında :)) Amma təcrübədən əlimdən nə gəlsə ötürərəm. Azərbaycan təcrübəsi isə maa mütləq lazım olacaq.

Rüstəm sən də bəsdi bədbin bədbin. Azərbaycanın elə özü də çiçək kimi olacaq marketinqi də. Buna şübhəniz olmasın. Sən demiş. Düzələr İNŞALLAH...

Əcnəbi məmləkətdə marketinq öyrənib Azərbaycanda uğurla tətbiq edənlərə ən böyük nümunə sənsən. Sən də şikayət eləsən daha heç nə ;)

Adsız dedi ki...

Salam Vusal ve diger marketingchiler:)

Marketingciler size ishim dushub.

Marketingde Shlyapali Qadinlar termini haqqinda mene biraz melumat lazimdi.
ne qeder tez olsa o qeder yaxshidi.

bu email ela olar, ngurbanov@gmail.com