Marketinq şeiri

Biraz əylənək deyirəm. Necə baxırsız? Rahat və məzəli bir yazı yazmaq keçdi ürəyimdən.

Aldı görək nə dedi?

Bu yazının etimologiyasın deyim əvvəlcə. Bir hörmət elediyim marketinqçimizlə söhbət edəndə söz düşdü ki, internet insanı huşsuzlaşdırır. Mən də şükr ki, indiyə kimi “huşsuz” sifətinə layiq görülməmişəm. Dedim bəlkə çox internetlə “mehriban olmaq” məni də huşsuzlaşdırar. Həmsöhbətim bir dənə qəşşəng zarafat elədi. Dedi dur ayağa bir dənə Füzuli şeri ya da Kotlerdən 389cu səhifəni oxu elə otur bilginisayarın başına. Dezinfeksiyta üçün… Həə bu yerdə aşıq dedi ki… Gəl biz Kotler babaynan Füzulini bir araya gətirək… Efekt də güclü olar. Üstəlik bu qədər vacib bir məsələdi marketinq. Biz də şe’r millətiyik. Bir dənə marketinqə həsr edilmiş şe’rimiz varmı gör? Madam ki litseydə dərin hörmət bəslədiyim Soltan müəllim mənə Füzulişünas deyib, elə ondan gəlsin şe’r. Deyirəm rəhmətlik indi yaşasaydı “Məni candan usandırdı”nı belə yazardı… (??)

Məni candan usandırdı, CRMdən müştəri usanmazmı?

Kanallar yandı ahimdən marketinq ROİm `yanmazmı`?


Deyildim mən sənə mövqelənmiş, sən oldun hədəf kütləm

Mənə tən eyləyən rəqib, pulunu görcək utanmazmı?


Rəqabətdən yanar canım, tökər qan çeşmi finansım,

Oyadar CEOnu əfğanım, satışlarım oyanmazmı?


Gülü seqmentimə qarşı gözündən qanlı axar diret marketing,

Müştərim fəsli 14 fevraldır bu, bazarım xod getməz mi?


Qamu şirkətlərə canan kütləvi alış edər ehsan

Nəçün gəlməz mağazama, məni marka sanmaz mı?


Marketoblog rindü şeydadı (marketinq dəlisi) həmişə xalqa rüsvadı,

Sorun kim bu nə sevdadı, bu sevdadan usanmazmı?

USANMAZ!!!


Bahoo… Bu da oldu Füzulini yad etmək? Yazığın sümükləri sızlayacaq:)…

İndi dü ciddi ciddi Məni candan usandırdı…


Məni candan usandırdı, cəfadan yazr usanmazmı?

Fələklər yandı ahimdən muradım şəmi yanmazmı?


Deyildim mən sənə mail, sən etdin əqlimi zail

Mənə tən eyləyən qafil, səni görcək utanmazmı?


Şəbi hicran yanar canım, tökər qan çeşmi giryanım,

Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?


Gülü rüxsarına qarşı gözündən qanlı axar su,

Həbibim fəsli güldür bu, axar sular bulanmaz mı?


Qamu bimarinə canan dəvayı dərd edər ehsan

Nəçün qılmaz mənə dərman, məni bimar sanmaz mı?


Füzuli rindü şeydadı, həmişə xalqa rüsvadı,

Sorun kim bu nə sevdadı, bu sevdadan usanmazmı?


P.S. Əzbərdən yazmışam. Yerləri səhv ola bilər. Hətta sözlərdə belə…

Ən sevdiyim şairimizə dərin hörmətlə…

5 yorum:

Afulya76 dedi ki...

:)))))))) Super!!! Amma sen bu sheirle tekce Sharedin dashini gozmuncugu kimi saxlamaqla kifayetlenme. Tecili bu cume axshami get Ayasofya mescidine, bash imama Fuzulinin ruhuna bir Yasin oxutdur, belke rehmetlik kechdi gunahindan.

Aygün İslamzadə dedi ki...

Bir sozle ...mukemmel..

Vüsal Qəmbərov dedi ki...

Mersi xanımlar Mersi...

Afet dediklerinin planlarını çızıram... Bu deyqe de dua eliyirem Allah kişini yuxuma getirsin :)) Orda halallaşaq :)

Rüstəm Məmmədov dedi ki...

Matım mutum qurudu menim:)

ELA!!!

Vüsal Qəmbərov dedi ki...

Sağ ol Rüstem. Amma gel biz şer zad yazmıyaq e... Ele blog yazıarımız yaxşıdı...
Menim yazdığım göz önünde... Füzuli görse ürekden gederdi :) Sen de bu matım mutumu deyesen ele bugün Dubrovnikde öyrenmisen :)))