Rəngbərəng dünya...

Marketinqin rəngi yarışması elə təzəcə başa çatdı. Məqalaləri oxudum. Bəyənmədiklərim bir kənara. Onların olması normaldı. Çünkü yarışma tələbələr arasında təşkil edilmişdi. Di gəl ki, çox gözəl yanaşmalar da var idi. Burada onların xülasəsini təqdim etmək də istərdim əslində. Amma bu dəfə öz yanaşmamdan danışım. Düzü, Mak Forum`da mövzu açılan kimi “Marketinq göy qurşağıdı” demişdim. Hələ sonradan öyrəndim ki, Aygün də yarışma fikri ortaya atılan günlərdə (ötən il olub bu hadisə) bu variantı səsləndirib.

Məsələyə geniş yanaşanda Marketinqin bir rəngi ola bilməz. Rəngbərəng bu dünyanı anlatmaq üçünsə ən yaxşı termin elə “göy qurşağı” dı.

Bu variantda israr edirəm şübhəsiz ki. Amma bu yazıda biraz fərqli yanaşma göstərəcəm.

Marketinq şəffafdı - ...dı mı? Əslində olmalıdı. İndi riayət edilməsə də, ideal marketinq şəffaf olmalıdı...

Marketinq ağ-qaradı – Ağ-qaranı hansı mənada nəzərdə tutduğumu yəqin ki təxmin edən olmaz... Ağ gəlinlik və qara bəy kostyumu... Məsələyə nə dəxli var? Artiq dövr merger və acquisition dövrüdü... Yəni şirkət evlilikləri...

Marketinq yaşıldı – Marketinqin işi pul qazandıqmaqdı. Pul da ki, yəni dollar, yaşıldı da... Hərgah dollar son vaxtlarda hörmətini itirir. Yerini də tutmağa ən real namizəd Avrodu. O da rəngbərəng olduğuna görə, marketinq yenə göyqurşağı çıxır...

Marketinq rəngsiz-ruhsuzdu – Bu bizim milli marketinqimizə aiddi heyf ki...

Marketinq qırmızıdı – Qırmızı ən parlaq, diqqət çəkən rəng olduğu üçün yox ha... Sadəcə qırmızının Azərbaycandakı mənasının “sifət”, “üzlü” olması dolayısıyla... Marketinqçi 5 dəfə qovulduğu qapıya altıncı dəfə gedə bilmədisə o nə marketinqçidi?..

Marketinq... Hər rəngdədi. Bunu istəsən Fəxri və Afətin dediyi kimi buqələmun adlandır. İstirsən Aygün və Vüsalın dediyi kimi göy qurşağı. Marketinq olmayan rəngləri belə özündə birləşdirir. Deməli marketinqin rəngi yoxdu. Amma bütün rənglər də marketinqindi. Postmodern bir nəticəyə gəlsək də... Marketinqin rəngi mövzusunda çətin ki nəticəyə varılsın...

Yazının sloqanı belə var: UNITED COLOURS OF MARKENG...

P.S. Sevginin əsl rəngi tapılsa yəqin elə o da marketinqin rəngi olacaq... Çünkü marketinq bir eşqdi... Gördüyün işə və insanlara...

3 yorum:

rsh dedi ki...

Bütün yazı bir yana məqalənin P.S. hissəsi lap ləzzət elədi :)

Əla yazı idi. Əlləriniz dərd görməsin ;)

Vüsal Qəmbərov dedi ki...

Sənin şərhin də mənə ləzzət elədi Makla :))

Çox sağ ol.

Adsız dedi ki...

P.S.-dən də ləzzətli yeri: "Marketinq qırmızıdı – Qırmızı ən parlaq, diqqət çəkən rəng olduğu üçün yox ha... Sadəcə qırmızının Azərbaycandakı mənasının “sifət”, “üzlü” olması dolayısıyla... Marketinqçi 5 dəfə qovulduğu qapıya altıncı dəfə gedə bilmədisə o nə marketinqçidi?.."
Vüsal, sadəcə və sadəcə möhtəşəm müqayisə!!!

Fuad