Aldanmış kəvakib

vəya... Hekayət-i Medvedyev-Şah

Siyasətdən zəhləm gedir. Təmiz siyasətin sadəcə xəyal olduğu üçün, mənə faydası toxunmadığı üçün, ətrafımda bir çox insan "mahir siyasi şərhçi" olduğu üçün və daha bir çox səbə üçün... Xüsusilə oturub Azərbaycanı və dünyanı "xilas etmək" uğrunda aparılan müzakirələri sevmirəm.

Amma dünən Rusiya haqqında oxuduğum xəbərdən sonra bir paralel keçdi beynimdən və bölüşmək istədim.

Rusiya son 5-6 ildə SSRİ-nin çöküşündən sonrakı enişi dayandırdı və böyük inkişafa nail oldu. Çoxları bunu Vladimir Putin fenomeninə bağladı. Amma tale onun yenidən prezident seçilməsinə imkan vermədi. O isə çıxış yolunu öz Medvedyevini prezident seçdirməkdə tapdı. Artıq Putin prezident deyil. Və dəhşət maraqlıdır ki, "Sən gedən gündən" "qara buludlar" Rusiyanın başının üstünü kəsdirib, ay Putin müəllim.

Böhranın ən çox təsir etdiyi ölkə yenə Rusiya oldu. Vəziyət heç xoş deyil və son illərdə nail olunan inkişaf geri qayıtmaq üzrədir.

Nədənsə bu olanlar mənə Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" əsərini xatırlatdı. Orda münəccimlər kəvakibə (ulduzlar) qulaq asıb deyir ki, ölkənin şahının başına bəla gələcək. Şah da deyilən tarixəcən sadə bir vətəndaş - Yusif şahı gətirir öz yerinə ki, bəla özündən ötüb ona dəysin. Yusif isə əlində döndüyüm yaxşı şahlıq nümayiş etdirir. Nəysə ki...

Əslində ulduzlar adına yalandan danışan münəccimlər sadə bir insanın edamına səbəb olur. İndi də nəsə bu Medvedyevin həmin Yusif şah kimi taxdan endirilməsi və bütün bəlaların səbəbkarı kimi göstərilməsi ehtimalı görürəm. Putin isə qara zolaqdan yan keçib "yenidən Rusiyanı xilas etməyə gələcək".


Siyasətlə aram yoxdu. "Aldanmış kəvakib"i də 9cu sinifdə oxumuşam. Səhvim olsa üzümə vurmayın, şərhdə yazın:)

3 yorum:

maNIKA dedi ki...

Əla bənzətmədi :D
həmişə belə əsərləri (yəni axırı pis bitən) əsərləri oxuyanda pis olurdum, amma indi reallıq da olsa vecimə deyil :D

p.s. - qəddar maNIKA :)

Adsız dedi ki...

Medvedyevin prezidentliyi Putinin emelleridir, o 3cu defe secile bilmediyi ucun oz adamini eledi president ve ozu bash nazir. Onsuz da her sheyi o idare edir. Bullar hamisi bir teatrdir, Putin sadece superman rolunu oynamaq isteyir.
Bu arada bizim konstitusiyada olan deyishikliklerden xeberiniz var?? 2 defeden cox president secilmek :)) cox gulmelidi, aciq aydin niye monarxiya elan etmirler ki? ;)
bayraminiz mubarek!

Adsız dedi ki...

"Xalq HƏ deyir".
bunu bir vətəndaş vəya Marketer-PRchi olaraq dəyərləndirməyə qalxsaq tamam başqa mövqelər əmələ gələcək.
2-ci ilə kifayətlənin məncə hələlik ;)