Dəyər

Dünən Almaniyada bazarda satıcılıq edən Azərbaycanlı rəssam haqda xəbər oxudum. Elə ondan biraz əvvəl də Bekhemin, sonra isə Əmrənin az qala futbol oynamadıqları halda milyonlar qazandığı haqda digər ikisini. Sonra düşündüm: Əmrə vəya Bekhem nə edirlər ki milyonlar qazanırlar? Da Vinçinin “Mona Liza”sı nədir ki milyonlara dəyir? Bəs o rəssamın nəyi əksikdir ki alver edib çörək pulunu çıxarır?


Qəliz suallardır bilirəm.

Bu sualları burada qoyub keçək bir digər tərəfə. Xüsusilə 90-cı illərdən sonra marketinq bir fenomenin ətrafında fırlanmağa başladı. Elə bir fenomen ki, az qala bütün markaların reklam mesajı, mövqeləndirməsi, PR-ı, CRM-i, daha nələri nələrinə daxil oldu. Bu fenomen DƏYƏRdir. Ağzını açan “müştəriyə dəyər verməkdən”, “istehlakçıya dəyər təqdim etməkdən” dəm vurdu. Hələ də vuranlar var. Keyfiyətin inkişaf etmiş və bir “softwear” geydirilmiş halı mı desək, marketinqin oyunu mu desək?.. Amma onu bilirəm ki, “dəyər” fenomeninin dəyərini aşağı salacaq qədər istifadə olundu və türklər demiş “ayağa düşdü”. Amma nəticədə ədəbiyat və qavram olaraq istifadə bir kənara, reallıqda “dəyər” çox dəyərli bir şeydir. “Dəyər” təqdim olunan mal vəya xidmətin qiymətləndirilməsinə və tələbatına birbaşa təsir edir. Cəmiyətdə qəbul olunan “ali normalar”ın “dəyər” adlandırılması da boşuna deyil. Məsələn, Azərbaycan cəmiyətində “ata xeyir duası” deyilən şey çox dəyərlidir. Onu əldə etmək üçün övlad çox çalışır və çabalayır. Az qala “atasının etimadını doğrultmağı” həyatının məqsədi elan edir. Halbuki qərblilər üçün bu mənasız bir işdir.

Qayıdaq yuxarıdakı suallara. Bekhem zamanında əla futbol sərgiləmiş, Avropanın 3 böyük liqasının ən yaxşı klublarının formasını geymiş (İspaniya – “Real”, İngiltərə - M.Y., Fevraldan etibarən İtaliya tarixinin 1 nömrəsi “Milan”da da oynayacaq), seks-simvol, dünyanın ən arzuolunan qadınlarından biri – Viktoriya Adamsla evlənmiş bir şəxsdir. Əslində nə onun cərimə zərbəsi, nə saçının telləri, nə də arvadı insanlara funksional “dəyər” təqdim etmir. Amma beləcə o Tailandda tanrılarla yanaşı dura bilmişdir. Məsələn futbolçulardan daha çox əziyət çəkən ağırlıqqaldıranların heç vaxt bu qədər pul qazanacağını gözləməyə dəyməz.Azərbaycan cəmiyətində müğənnilik anlayışı çox fərqli şəkillərə çəkildi. Artıq kişi müğənnilərə rast gəlmək demək olar mümkün deyil. Niyə? Çünkü sənət ifa edənlər bizdə dəyər ifadə etmirlər. Çünkü onları anlayacaq kütlə demək olar yoxdur. Bəlkə də faiz etibarilə dünyanın hər yerindən daha yüksəkdir. Amma o kütlə Əzizə Mustafazadəni Azərbaycanda yaşadacaq imkana sahib deyil. O kütlə onu ancaq 2 ildə bir Azərbaycana gətirə bilir. Bax Rafət vəya Çelik isə ilin yarısını burada keçirə bilir. Çünkü Əzizəni “dəyərli” saymayanlar onlara dəyər verir. Bizdə müğənnilər toyda oxuya bildikləri ölçüdə dəyərlidirlər. Bu qədimdən də belə olub. Qarabağ haqda sənədli film seyr edən olubsa Cabbar Qaryağdını eşitmiş olar. O dahi sənətkar həmişə bəylərin məclislərini dolaşıb və o zənginlərin “mərhəməti və diqqəti” sayəsində yemək-paltar alıb. Rəmiş hər zaman ac vəziyətində ona maşın vəya ev bağışlayan fanatlarından bəhs edir. Çünkü o insanlar Rəmişin əməyini bu qədər böyük hədiyəyə layiq bir “dəyər” sayır.


Və beləcə hər şey haqda yuxarıdakıları demək olar. Pampers ortaya çıxdıqda heç kim üçün dəyər ifadə etmirdi. Birdəfəlik istifadə üçü olan uşaq əskilərinə pul ödəmək... İşgüzar ev qadınlarına soruşsaz bu axmaqlıqdır. Halbuki modern dünyada qadınların vaxtı azdır – 1, artıq onlar belə işləri görməyəcək qədər inkişaf ediblər (!!!) – 2. Əslində isə təmbəlliyin qılıfıdır bu. Qəhvə İtaliyada böyük bir dəyərdir, bizdə isə çay; “Adidas” Türkiyədə böyük bir dəyərdir, bizdə isə parıldayan dəst; blinçik Rusiyada böyük dəyərdir, bizdə isə qutab... vs.

“Dəyər” məhsulun funksional və emosional faydalarının cəmidir. Dəyər marketinqin ən böyük vasitələrindən biridir.


“Dəyər”li olmayan bir şeyi satmağa çalışmaq çətindir. Amma onu müəyyən bir cəmiyətdə dəyərli qılmaq marketinqin işidir və nəticəsi böyük uğur deməkdir. Məsələn I-Pod artıq böyük bir dəyərdir. Apple dişlənmiş almasının böyük dəyər olmasından istifadə etdi və I-Phone haqda da eyni qavramanı yaratdı.


Azərbaycanda müəllimlərin dəyəri haqda danışmadan mövzunu bitirəmməzdim. Onlar məktəbdə yox, evdə “abituryent hazırlayarkən” dəyərlidirlər. Maaş 100 manat, aylıq qazanc 2000 manat.


Əslində o qədər geniş və ən əsası kompleks mövzudu ki, yazmağa cəsarət etmirdim. Ümid eliyirəm nəysə dəyər ifadə edən bir şey çıxıb ortaya.

5 yorum:

Rüstəm Məmmədov dedi ki...

Vüsal əvvəla səhv etmirəmsə blogunda ilk dəfə yazı aralarına rəsmlər qoymusan və yaxşı da alınıb. Əla.

İkincisi də mövzu qəşəngdir. Düzdür mən axırda biraz ipin ucunu qaçırdım. Qutab və iPhone dəyərdir? Dəyərdirsə niyə? Bu səninlə razılaşmamaq deyil ha, doğurdan qarışdırdım məsələni.

Hörmətlə,

Vüsal Qəmbərov dedi ki...

Gör yay tətili nə qədər təsir edib e. Yox ay Rüstəm ilk deyil. Sadəcə 2009un ikinci yarısı ərzində cəmi iki yazıya şəkil qoyduğumçün elə gəlib sənə. Ondan əvvəl maşınla bağlı tez tez yazırdım və hər dəfə də şəkillərlə bəzəyirdim yazını.

İpin ucunu olsa olsa mən qaçırmış olaram qadası:) qutab sözün gəlişi idi. I-Phone məsələsini də bir örnəklə belə izah edim.

Bir dostum var I-Phone`un Türkiyədəki qiyməti qədər maaş alır. Kənardan dəstəyi də yoxdu. Yəni maaşıyla özünü dolandırır. Onda I-Phone`u görəndə çaşdım. Dedim xeyir ola sən də risovkalıq eliyirsən? Dedi ki, müştərilərlə qarşılaşanda sənin telefonunu və saatını süzsünlər sən də gör niyə almışam bunu. Biraz razı olmasam da bu fikirlə, nəticədə I-Phone mənim o dostuma heç də lazım deyil. Amma I-Phone onun şirkətinin müştəriləri tərəfindən "dəyər" olaraq qəbul edildiyi üçün biraz qalırsan belə... Belə...

Buna I-Phone üçün Apple`ın Nyu-Yorkdakı mərkəzi mağazası önündə 24 saat gözləyən gənclərin halını da əlavə etmək olar. Onlar üçün I-Phone böyük dəyərdir.


Qarşılıqlı hörmətlə,

rsh dedi ki...

Əllərinə sağlıq qardaş.. Maraqlı yazı idi.

YG Bakıda niyəsə iphone dəyər kəsb etmir artıq :P

Arte, Carbon, Rolex, Vertu olsa yenə nəsə :P

Rüstəm Məmmədov dedi ki...

Qardaş deyəsən axı ortada məvhumlar qarışıb axı.

Dəyər=Prestij..?

Vüsal Qəmbərov dedi ki...

prestij də bir dəyər deyil Rüstəm?

Allah razı olsun Makla. Oxunmasa belə maraqlı olmaz;)