Afrika səyahətindən müşahidələr
9 günlük Afrika səyahətindən “bir kisə” təəssürat və müşahidə ilə qayıtdım. Səfər gözlədiyimdən də maraqlı və dolu keçdi. Ona görə də müşahidələrimi və səfərdən mənə qalanları xırda xırda bloqda yazmağı düşünürəm. Bu müşahidələr iş ilə, marketinq ilə, həyat ilə, düşüncələr ilə bağlı olacaq. Əvvəlcədən deyim ki, fikirlər çox qarışdığı üçün ardıcıllığı gözləyə bilməyəcəm. Sıra özlüyündən əmələ gələcək, üstəlik bəzi məqamlar təkrarlana bilər. Üzrlü hesab edin.
Qanaya çatdığımızın ertəsi şəhərdə gəzərkən ilk müşahidəm məhz bu oldu: insanlara xidmət etmək ilə nəfsinə xidmət etmək arasında nə qədər böyük fərq var. Təbii ki, bu ikisi arasında ciddi fərq olduğunu demək heç də fəxr ediləsi bir şey deyil. Amma gündəlik və hərəkətli həyatın bizi düşünməkdən nə qədər uzaqlaşdırdığını nəzərə almayanlar o qədər çoxdur ki. Bu isə insanların əzbərdən ifadə elədiyi sözləri dərindən duymasının ən böyük əngəlidir. Afrikada sakit və həzin həyat bu müddətdə bəhs elədiyim fərqi real olaraq müşahidə və təfəkkür şansı verdi. Qərblilərin illər boyunca qara qitənin zənginliklərini, sakinlərinin isə beynini necə sümürdüyünü görmək rahat idi. Tenxiki mənada. Duyğusal anlamda isə çox çox çətin. Bax elə insanlara xidmət etmək ilə nəfsinə xidmət etmək arasındakı fərq də bundan ibarətdir. Fransız, ingilis, kanadalı vs. vi. barbar qərblisi Afrikada bu izi qoyur və üstəlik dönüb qaradərili zavallılara baxanda əsəri ilə fəxr edir. Bir də üstünə utanmazcasına şərqə insanlıq, mənəviyat dərsləri verməyə çalışır. Müsəlman türklər isə Afrikanı əl üzadılması gərəkən, xidmət edilməsi lazımlı yer olaraq görür. İnsanın dərdini dərdi sayır. Bunqalolardakı fağırları görüb müsəlmanlığından utanır.
Bu mənzərələrdən sonra hələ də, qayıdıb İstanbulda biznesin çiçəklənməsi və şirkətin böyüməsi üçün tər tökmək o qədər mənasız və qeyri dürüst bir iş göründü ki... Həqiqətən iş, güc, hərəkət, trafik deyib təfəkkürü unutmuşuq. Başqa insanların dərdini. Qanadan Toqoya keçmək üçün sərhəddə sənəd işlərini gözləyəndə bir gənc qadın əlində bəzi paketlərlə gəldi və bizə bir şey satmaq istədi. Müdür onun Türkləri tanımamasını bəyənməsə də, təxminən 70 qəpik qarşılığı olan 1 Qana Sedisi veribmiş. Sonra bizi qonaq edən möhtərəm daha bir sedi uzatdı qadına ki, bu qonağımdan qəbul et. Ürəyi dözməyən və qadının halını görən müdür bu dəfə 10 sedini qadına uzatdı. O ankı mənzərə isə dəhşət idi. Əvvəlcə qadın ona 10 sedi verildiyinə inanmadı. Sonra zarafat elədiyimizi düşünüb əlini uzatmamaq istədi. Amma müdürün ciddi olduğunu anlayıb şok vəziyətdə pulu götürdü. Bundan sonra isə indiyəcən eşitmədiyim qədər dua eşitdim və həyatımda qarşılaşdığım ən xoşbəxt simanı gördüm. Qadın dünya onunmuş kimi sevinirdi. Cəmi 8 manat üçün. “Cəmi 8 manat”. Halbuki bəlkə də o həmin qadının aylıq qazancıdır. Maşın tərpəndə və qadın hələ də arxamızca baxıb heyrətlə təşəkkür eliyirdi. Biraz bəddi alındı. Amma onsuz da nağıl kimi bir təcrübə idi.
O məkanlarda insan insanların nə qədər möhtac olduğunu görür. Bu möhtaclıq içində mədəni səviyəsi və hörmət hissini necə qoruduğunu... Biz isə qayıdıb öz şəhərimizdə yenə nəfsimizə xidmətlə məşğuluq...
Ardı var...
4 yorum:
Çox sağol təəssuratlarını bizimlə bölüşdüyün üçün Vüsal.
Sən sağ ol yazdığıma vaxt ayırıb oxuduğunçün, Rüstəm.
Afrikaya məndən əvvəl getdiyini eşidəndə paxıllansamda yazdıqlarının mənim üçün əvəzsiz təcrübə olacağı üçün məmnunam.
Yazın maraqlı idi. Ardını və daha uzun olmasını arzulayıram.
Uğurlar.
Əlimdən gəldiyincə müşahidələrimi bölüşəcəm. Çox şey var yazılası və deyiləsi. Hələ bu harasıdır? :)
Təşəkkürlər!
Yorum Gönder