“Bizdə niyə yoxdu” sualının əsl yeridir

İstanbulun Cevahiri

Sizə kimdən deyim, nədən danışım. İstanbulun göbəyində yerləşmiş bir Alışveriş mərkəzindən – Cevahir. Dünyanın ikinci ən böyük, Avropanın isə eləcə ən böyük AVMsi. Bir sözlə zırıltı bir məkan, milyonlara başa gəlmiş, az qala milyarda – 750 molyon dollar – satılmış bir pul maşını.

Statistikalara nəzər salsaq 67 min kvadrat metr əraziyə yerləşmiş, 6 mərtəbəli (üstəgəl 4 mərtəbə avtodayanacaq) toplam 420 min kvadrat metrlik, onu da 82 mini alışverişə əlverişlə bir yer. İçərisində Avropanın ən böyük qapalə əyləncə mərkəzi Atlantis var. Atlantisə girəndən çıxan onsuz da birtəhər olursan. Bir kinoteatr, 2 teatr, bonus olaraq da kukla teatrı var.

6 mərtəbə elə gözəl bölüşdürülüb ki. İlk iki mərtəbə gənclərçün. İkinci mərtəbədə gənclərlə yanaşı ev üçün ləvazımatlar. 3-4 cib yandıran dükanlar, 5-6 ağız yandıran təamlar. Dondurma da yeyib üstündən yanğını söndürə bilirsən.

Alışveriş mərkəzi həyat tərzi pərakəndəçiliyinin zirvəsi sayılır. Bu başlayır ticarət küçələri ilə ki, bizdə ən gözəl nümunə məşhur Torqovıydı. İkinci halqa butiklərdir. Dənizkənardında düzülüblər Bakıda. Ermengildo Zegnadan tut Versaceyə, ondan da Swarovskiyə... Butiklər birləşib Depatment Store – yəni bu Azərbaycan varinatı Universal Mağazalar – olur. Son halqa isə AVMdir. Bizdə hələ də modern AVM xəyalı qurulur. İndilik ticarət küçələrininən primitiv halı olan Talkuçkalar və adını Yarmarka qoyduğumuz məkanlarla yetinirik.

Amma Türkiyədə...

Əvvəlcə pərakəndəçiliyin vəziyəti Türkiyədən xeyli irəli olan Yunanıstanda ilk AVMnin 2006da açıldığıbı söylədikdən sonra hazırda sadəcə İstanbulda 200ə yaxın AVM var deyim və vəziyət aydın olsun. Tükiyədə toplam 2000ə yaxınlaşırmış. Üstəlik il sonuna kimi AVMlərin sayının İstanbulda iki qat artması gözlənilir. Analoqu olmayan inkişaf!

Cevahir kimi bir AVMni xəyal edirəm düzü. Nə vaxtsa təbii ki, bizdə də olacaq. Amma bunun üçün əhalini müəyyən maddi rəfaha çatması və həyat tərzi alışverişi və asudə vaxtın dəyərləndirilməsinə qarşı tutumun dəyişməsi lazımdı.

15 yorum:

Adsız dedi ki...

İyiki hatırlattın :) Uğramam lazım oraya,anneme hediye alcaktım,Javeline de uğrarım ;)

Bakıda Cevahirmi? xeyal ede bilmirem nedense.. Olsa da batar.

Adsız dedi ki...

İyiki hatırlattın :) Uğramam lazım oraya,anneme hediye alcaktım,Javeline de uğrarım ;)

Bakıda Cevahirmi? xeyal ede bilmirem nedense.. Olsa da batar.

Vüsal Qəmbərov dedi ki...

:))

MetroPort, Galeria, Capacity daha elçatan yerdedi axı ele bil? :))

Olmadı da. Bizim xeyallarımızı niye yıxırsız? İstanbulda bu qeder var. Sizin işiniz rahatdı. Bes Bakıdakılar nenesin? :)

Adsız dedi ki...

çox qəşəngdir.
Niyə Bakını pisləyirsiniz:(axı burada da qəşəng yerlər var.Niyə belə düşünürsünüz ki?
Hələ şəkilləri çəkim görərsiniz:D
Bəlkə də gəzməyə Türkiyə əladır,amma Vətənə çatan heç bir ölkə ola bilməz.

amitaf.net dedi ki...

çox qəşəngdir.
Niyə Bakını pisləyirsiniz:(axı burada da qəşəng yerlər var.Niyə belə düşünürsünüz ki?
Hələ şəkilləri çəkim görərsiniz:D
Bəlkə də gəzməyə Türkiyə əladır,amma Vətənə çatan heç bir ölkə ola bilməz.

Vüsal Qəmbərov dedi ki...

Cevahirin sehri nə yaman tutub sizi? şərhlər çifter çifter gəlir :))

Mən Bakını pisləmirəm. Xanımlar özünüz həlledin bu məsələni :)

Amma həqiqəqtən də amitafın vətən sevgisi qibtə ediləcək səviyədədi. Hər an müdafiə edir Azərbaycanı. Halal olsun!
Yeni şəkillər gözləyirik :)
Bu arada ilk şəkillə son iki dənəni özüm çəkmişəm amitaf. Yaxşı çəkəcəyimə ümidimi saxlayım hələ? :)

Adsız dedi ki...

:))
çox sağ olun..
ancaq
EsmaNur balanın anası ilə işim yoxdu :D
sadəcə ümid etmək lazımdır axı,yoxsa heç bir işdən ləzzət ala bilmərik.
Düzdü indi Bakının hər yeri dağınıqdır,amma ümid edirəm ki İnŞaAllah düzələcək,qəşəng yerlər olacaq filan.eh yaşayıb görəkdə...
nə isə .... :)

Şəkilləriniz isə məncə çoxda bəlli olmur.yəni qəşəng çəkirsiniz.
sadəcə adamları tam çəksəniz əla olar və bir də çəkəcəyiniz yerin əyri olmamasına diqqət edin;)

Adsız dedi ki...

Məncə Azərbaycanda da bu cür ticarət-əyləncə mərkəzləri olacaq. Hər şey birdən-birə olmur ki. Rusiyada hal-hazırda bu cür mərkəzlər çox olsa da, amma yenə də artım var. Sankt-Peterburqda ticarət-əyləncə mərkəzləri demək olar ki, hər metro stansyasının yanında var. Amma yenə də tikirlər. Biznes-ofis mərkəzləri də həmçinin. Vaxtında Rusiyada bu işə girişən tikinti şirkətləri hazırda artıq xarici ölkələrin də (Qazaxstan, Belorusiya, Ukraina və çərqi Avropa ölkələri) tikinti bazarlarına çıxıblar. Azərbaycanda isə bu proses başlayırsa da çox ləngiyir və lazımi səviyyəyə çatmayıb.

Adsız dedi ki...

Men Azerbaycanımı Cevahirsiz de sevirem :)

Adsız dedi ki...

Hay daaa.. bu Cevahirde nese var.. :) Üstdeki yorum menimkiydi :)

Vüsal Qəmbərov dedi ki...

Hamınız haqlısız inanın :)

amitaF - Azərbaycan olduğu kimi gözəldir. Daha yaxşı olması üçün çalışacağıq daim

Ramin - bir inkişaf gedir. Amma həqiqətən də bilmək olmur hansı sürətlə. Bu arada Azərbaycanın tikinti şirkətləri də xaricə yönəliblər.

EsmaNurun anası xanım - Deməyin onu heç. Həyəcandan şəkilləri belə əyri çəkmişəm :)
amitaf öyrədəcək yaxşı çəkməyi ;)

Azərbaycanda Cevahirdən də böyük AVM açılacaq inşallah. Onda da bir yazı o haqda olar

Aygün İslamzadə dedi ki...

Artiq sahilde iri AVM-in tikintisine bashlayib. Bulvarin en gorkemli yerinde alish verish merkezi olacaq az sonra. Konseptinimi deyim, layihesinimi deyim gormushdum. Goruntulere gore Cevahirdem geri qalmaz. Amma, mence bulvarimiz Cevahirsiz, Krokussuz vve s. chox gozeldir.
Yeri gelmemishken, Cevahir chox gozel ve ugurlu addir mence. Kim tapibsa... yox..Esas mesele bu naming necheye basha gelib goresen.. Exxx
Sıxılıram

Adsız dedi ki...

amaaaaaaaaaaaaaaaaaaaaaaaaannn....

SoNa dedi ki...

Vusal bey, evvela sene bele gozel sekillerle ve etrafli melumatlarla zengin meqaleye gore tesekkurler. Gedib canli gormeye imkanimiz olmasa da senin vasitenle biz de Cevahiri gezdik.

Melumat ucun deye bilerem ki, Bakida Tbilisi prospektinde "hi-tech" uslubunda 2 eded (yeni qosha)40 mertebeli bina tikilir. Hansi ki, ilk 20 mertebesi AVM diger 20 mertebesi ise yasayis erazisi olacaq.
Umid edek ki, hemin o AVM-ler de en azi Cevahir qeder mohtesemliyi ile bizim de umidlerimizi dogrultsun.

Vusal bey, bloqunuzdaki butun yazilarinizi her zaman maraqla izlesem de bu menim sizin bloqunuzda ilk sherhimdir.(sehv elemiremse)

UGURLU OLSUN!!!

Vüsal Qəmbərov dedi ki...

Aygün Cevahir adını uğurlu göməzdim. Daha sən deyirsənsə gərək düşünək :) Hətta onların SWOTuna da əl gəzdirmək lazım olacaq :)

Sona xanım əvvəla belə gözəl sözlər və bloga diqqət üçün təşəkkürlər :)

Cevahiri yerində gəzəsiz inşallah. Mənim alaçiy şərhimlə tanımaq azdır :)

Belə görürəm bizdə alış veriş yerlərinin tikintisi davam edir. İnşallah biri də modern AVM olar. Amma üstü yaşayış yeri altı AVM qəribə gəldi nəysə. O səsküydə yaşamaq ola? :)

Sona xanım, bəli bu blogda ilk şərhinizdi. İnşallah to be continued olar :)