Halal Olsun!!!

Halal islama xas sözdü. Dünənki finala Azərbaycan xristian inancını əks etdirən motivlərdə bir səhnə dizaynı və mahnı ilə çıxsa da, uşaqlara halal olsun!
Bütün şərhlərdə Azərbaycanın Elnur-Samir cütlüyünün bəyənildiyi görünür. Opera, rok, pop, muğamdan bir "mix"lə Avropanın önünə çıxdılar və olduqca qənaətbəxş şəkildə də səhnədən endilər. Samirin muğam oxuyaraq şeytandan mələyə dönməsi və o yerində muğamı planlaşdırılandan uzun tutması nəyə desəz dəyərdi. Açığı yarı-qürbət Türkiyədə bunu beynəlxalq bir mənbədən seyr edəndə tüklərim biz biz oldu.
Digərlərindən Norveç və Serbiyanın əlahiddə gözəl mahnıları 4 Eurovison şou"nun gerisində qalsa da, o yerləri belə tutması yaxşı haldı. İlk 4də 3 postsovet ölkəsi var və bu artıq Eurovision üçün adi hala çevriləcək yavaş yavaş.Hamı Eurovisionla bağlı siyası şərhlər etsə də, ilk10dakı mahnılardan bircə Bosniyanın orada nə məzhəbə qulluq etdiyi bəlli deyil. Digər mahnılardan isə bircə Kalomiranın o cır səsiylə ifa etdiyi iyrənc mahnını kənara qoymaq lazımdı. Onun da PRı bəs edərdi.
Əslində marketiqin gücünə şahid olduq bir daha. Macarıstanın 12 xalını elan edəndə elə bil qurbağa gölünə daş atdılar. Zaldan səs gəlmirdi. Həə... Macarıstanın 12 xalı... Ramil Səfərov yada düşdü bu yerdə. Görəsən bu səsləri macar əhalimi verib, macar idarəçilərmi? Çoox siyasi oldu e bu...

Ən gözəli Türkiyə və Azərbaycanın 1ci yerləri bir birinə təqdim etməsi oldu. Bu olduqdan sonra, qalanı ikinci dərəcədə əhəmiyyət daşıyır. Elə sonucda da qardaşlarımız 7ci, biz 8ci olduq. Yəni biz 7 və 8ci yerləri götürdük. Ukraynanın 10 xalı əla nəticədirsə, Rusiyanın 10 xalından məmnun deyilik.
Ruslar qalib gəldi nəhayət ki. Dima Bilan artıq gələn il gəlməsə də olar. Alla Puqaçova, Alsu və Tatu kimi dünyaca məşhur ulduzların edə bilmədiyini Yevgeni Plyuşenko edə bildi. Axırda da dedi ki, mənim Olimpiya çempionluğumdan sonra daha bir titulum var! Eurovision! Sağlığına qismət.

Biz isə ilk dəfədən 8ciliyin qürurunu yaşayaq və gələn il milli motivli bir layihəylə nələr edə biləcəyimizi düşünək. Ya da çıxardaq AGBankın reklamındakı ayaqları ora, biraz da shake etsinlər Kalomira kimi qələbəyə ümidimiz artsın.

P.S. Əsas məsələ az qala yadımdan çıxırdı. Sizə ŞOK ŞOK ŞOK xəbərim var. Yarımfinalda kimin kimə nə xal verdiyini arayıram 3 gündü saytlarda. Nəhayət açıqlandı. Və ən maraqlı sual... ermənilərlə qarşılıqlı neçə xal vermişik... İnana bilməyəcəksiz amma biz "sevdiyimiz" erməni gözəlinə heç nə verməmişik. Amma ermənilər sevdikləri AZƏRBAYCAN kişilərinə 2 xal verib.

13 yorum:

Adsız dedi ki...

çox sağ olun post üçün.
bəli,çox şükür 8ci olduq.ancaq ermənilər çox çox yüksəkdədirlər:(

dünən sevinim mi ağlayım mı heç bilmədim.
nə isə..
Türkiyədən ermənilərə gələn xal isə 10 idi:(((

hər yerdə ermənilərlə qarşılaşırıq.


Macarıstandan gələn 12 xal əla idi,heç inana bilmədim.

İnşaAllah Azərbaycanımızı hər yerdə xeyirli işlər görərək tanıdarıq.amin.


Hörmətlə,

Adsız dedi ki...

Düzdür, Azərbaycanın yarşmada özünü tamam başqa cürə təmsil etməsini istərdim. Amma, bunun artıq heç bir mənası yoxdur. Kimin nə istəyib, nə istəməməsi ilə deyil. Yarışma oldu, Azərbaycan çıxış etdi, 8-ci yerlə nəticələndi- Şükr olsun. Məncə bu, yəni onluğa düşmək heç də pis nəticə deyil.Belə götürsək, Azərbaycan orda birinci dəfədir iştirak edir, inşallah gələn illərdə istədiyi nəticəni alar.

Türkiyədən Ermənistana verilən səslər isə birinci dəfə deyilki belədir. Bu sadəcə, necə deyərlər- "siyasətdir". Yəni Türkiyədə Erməni əhli heç də az deyil və o səslərin çoxu bundan irəli gəlir. Eləcə də digər ölkələrin səs yığımı. Əsas odur ki, onlardan yüksək bal bizə, bizdən isə onlara verildi.
Nə isə hər zaman uğurlar diləyi ilə...
Çox sağ olun, Vüsal.

Adsız dedi ki...

Açıqcasi ermenilerin mahnisi ve perfomansi menim daha çox xoşuma geldi.
Day after day yox bir

Vüsal Qəmbərov dedi ki...

Şəbnəm xanım bloga xoş gəlib, səfa gətiribsiz. Eyni qənaətdəyəm.

amitaf, fikir eləmə. İlk dəfədir və buna baxanda 8ci yer də yaxşıdı, ermənilər favorit idi, biz isə şans verilməyən tərəf. Bunu nəzərə alanda da arada ciddi fərq olmadı

Türkiyənin 10 xalını isə türklər vermədi təbii ki, erməni diasporası aldı. Əsas odu 12 bizim oldu.

Azərbaycanı sənin kimi istedadlar harada lazımdı təmsil edəcək inşallah.

Pəviz sənin də o mahnını və performansı bəyənməyin normaldı da qadası. Mahnı Azərbaycan mahnısıdır (ermənilərin hər şeyi kimi). Kişilərimiz də erməni axçilərini onsuz da bəyənir. Üstəlik də Azərbaycanlıya oxşayır yaman bu Siruşo. Qanında var deyəsən :)

Vüsal Qəmbərov dedi ki...

Bir də dəyərli dostlar, sizin P.S. qismiylə bağlı fikriniz maraqlıdır mənə. Ermənilər necə olub bizə iki xal verib?? Hələ də inanmağım gəlmir e

SoNa dedi ki...

Bir balaca gulunc cixsa da mence bu oz "milletine", oz "dovletine" olan nifretin tezahurudur. Yeni hemin o 2 ermeni bu hereketlrile oz alemlerinde bir balaca da olsa nifret etdikleri cemiyyetden "qisas" almish olublar... deye dusunurem.
Açığı men buna hec de teeccublenmirem. Ermeniler tarix boyu bele riyakar olublar.

Pero, mence Siruşonun ifasi Ukrayna, Yunanistan ve s. xatirlaya bilmediyim bir iki olkenin temsilcileri ile cox oxsar idi. Ve hetta onlarin "poddelkasi" kimi gorunurdu de demek olar.

Bizimkiler ise ... pis deyildiler. Ama daha yaxsi nese teqdim eleye bilerdik. Yegane esas xosuma gelmeyen sey Samirin saclari idi. Saci uzatmaq olardi ama kisisayagi uzadilsaydi daha normal ve estetik gorunerdi.

Bir de menimcun qaranliq qalan 1 meqam oldu.Bizimkiler cixişdan sonra yeni sesverme zamani hara buxarlandilar?

rsh dedi ki...

Həqiqətəndə bizimkilərin green roomda olmaması çox maraqlı məsələydi..
Hamı ordaydı hamı yalnız bizimkilərdən başqa.

Macarıstanın 12 balıda maraqlıydı görəsən bununla Macarlar nə demək istəyirdilər?

YG Kalomiranı sevirəm ;)

Vüsal Qəmbərov dedi ki...

Həəə. O maraxlı oldu. Yaqın deyiflər kimdi e bizə 12 xal verən ki, göstərsinlər də hələ bir :)

Sona xanım o iki xal üçün olan açıqlamanız az ağlabatan deyil. Amma əcnəbilərin səs vermiş olması ehtimalını düşünürəm mən. Yenə də çox maraqlıdı. Ölkəmizdə ermənilər də yaşayır axı, necə onlar heç səs verməyib?

YG Makla, Kalomiranın bundan xəbəri var? yoxsa platonik eşqdi? ;)

rsh dedi ki...

Bakıya gələndə qarşılaya bilməsəmdə gedəndə yola sala bildim. :)

SoNa dedi ki...

Men olkemizde olan ermenilerin ses gondermesine inanmiram. Onlar az qala kolgelerinden de qorxurlar. Bele bir risk elemezler.
Burdaki ermenilerin yaninda neinki ermenistan gurcustanin bele adini cekende allergiya tutur.

Adsız dedi ki...

Xoş gördük, Vüsal bəy!

Nədənsə mən cavablaya bilmirəm o ermənilərdən bizə gələn 2 səsi. Və ya niyə bizdən onlara səs verilməməsi. Bir az qaranlıq məsələdir. Bəlkə ermənilərin yeniyetmələridir, hansılar ki, bizim mələyin və şeytanın oxuduqlarını yaman bəyəniblər və ay siyasətdi, ay düşmənçilikdi, əşi nəyimizə gərək deyib, bunları bir kənara qoyub haydı alıblar əllərinə telefonu ))). Nə bilim hər kəs bir versiya irəli sürəcək, amma, hansı nə dərəcədə doğrudr onu bir o səs verənlər bilir, birdə ki, Allah. Yəqin ki, heç kim bunu dəqiq cavablaya bilməyəcək.
Amma, necə olub ki, ermənilərə səs verilməyib, maraqlıdır..

rsh dedi ki...

http://monster.azeriblog.com/2008/05/28/day-after-day-12-milyon-avro

Vüsal Qəmbərov dedi ki...

Deyirəm nə yaxşı qatıldıq e bu Erovisiona. Hara baxırsan bunun müzkirəsi gedir. Hamı bundan yazır, bundan danışır :)