Azərbaycan blog aləminə yeni bir bomba düşübdü. Biz Azəriblog sistemində olmasaq da, Aznetin bloglarından sayılırıq. Nəysə. Deyilənən görə EsmaNurun anası bir dalğanın əsasını qoyub. Suallar tərtib olunubdu və onları cavablayıb növbəti şəxsə ötürmək lazımdı. Bu növbəti şəxsə suallar printerdən çıxarılıb əldən ötürülmür. Ona görə də həmin şəxsin blogu olsun gərək ki.
Nəysə... Sıra Səndədə sıra Nurlana gələndə bildim elə bu cavan oğlan məni işə salacaq. Onda şikayətlənməyi dayandırıb hələ bir üstünə təşəkkür də eliyib keçək cavablara. Məndən sonrakılara yeni suallar da töfhə olunur. Ona görə...
1. Adın və Soyadın
Vüsal Qəmbərov. Yəqin bu qədəri yetər...
2. Təvəllüdün
Bu yaxınlarda 25 yaşımı qeyd elədiyimə görə...
3. Nə ilə məşğulsan (sənət, peşə..)?
25 illik həyatımın 19u tələbə kimi keçib. Hərdən deyirlər mən elə ömür boyu tələbə qalacam :) Hazırda PHD ilə maşğuluq...
4. Harada yaşayırsan və hansı şəhərdə yaşamaq istərdin?
İstanbuldayam. Bakıda yaşamaq istiyirəm, deyəcəm deyəcəklər sünilik eliyir. Amma Rüstəm gedib gələndən sonra Dubrovnikə (Xorvatiya) tamah salmışam düzü...
5. Yaşam fəlsəfənizi təşkil edən sözərdən, cümlələrdən biri?
Əvvəlcə eşitdiyim cümlələr yadımda qalmır çox da. Ona görə özümdən bir şey uydurum gərək. Məsələn belə olar - Nə tapdın öyrən, kimi tapdın öyrət.
6. Sənin üçün blog nədir?
Blog nədi? Bütün gün oxumağa məcbur olan biri üçün camaatın necə səfehliklərlə Professor olduğunu görüb də sinəndə partlayan sözləri əks elətdirəcəyin yer. Təkcə ona görə də dəli olmur təbii ki insan. Amma şəxsən dolduqdan sonra bir şeylə yazmağa 19 yaşımda qəzetə girdikdən sonra adət eləmişəm. Elə o vaxt bu vaxtdı haralardasa yazıram.
7. Bloq həyatında nə qədər və necə bir yer tutur?
Düzünü deyim blog açmağımın da baiskarı Rüstəmdi. Amma artıq blog hər gün 5-6 dəfə ziyartə etdiyim bir əsərimdi...
8. Nəyə görə blog yazırsan?
Yuxarıdakılara əlavə bircə şey deyim. Blog yazmaq maraqlıdı və yeni insalar tanıdım bu sayədə...
9. Fərz edək ki, Allah sənə öz xalqının konkret bir xasiyyətini əlindən almaq qüdrəti verdi. Onun hansı cəhətini ləğv edərdin?
Tənbəllik və başqasının uğurunu gözü götürməmək.
10. Sizcə, hər bir insan öz cütünü axtararkən gələcək həyat yoldaşından daha çox nə umur?
Qarşılıqlı anlayış!!!
11. Öz həyatınızdan nəyi çıxarmaq və nəyi əlavə etmək istərdiniz?
Bu kompüteri çıxarmaq istərdim, çox vaxt alır
(Nurlandan aldım. dəyişmirəm :))
12. İndiki ağıl və dünyagörüşü yeniyetməlik vaxtı olsaydı, o zaman hansı peşəni seçərdiniz?
Yəqin indi peşman olduğum bircə şeyi edərdim.
Əvvəlcədən akademik karyera üçün çalışardım.
13. Sizcə, pulun hansı yolla qazanılmasının fərqi varmı?
Halal olsun, necə qazanılır qazanılsın. Amma beyin gücüylə pul qazanmağın yeri var
14. Master Yoda kimdir? Ona münasibətiniz
Tanımıram. Amma müəllimlərlə aram yaxşıdı. Mənə bir hərf öyrədənin 40 il köləsi olmağa razı olan insanlardanam. Faydalı elmə qapımız həmişə açıqdı.
Nurlan sağ ol bir daha. Özümü tanıdım e. İnsan gərək hərdən özünə belə sualla versin. Elə öyrəşmişik nə var nə yox Google"dan soruşmağa. Ay qadan alım belə görürəm birazdan google bizi bizdən yaxşı tanıycaq e. Onda elə google"çular siz davam edin.
Təzə təzə isti isti halalca suallara gəldi sıra...
15. Millət olaraq Tarix dərsindən nəsə öyrəni bilirik mi?
16. Azərbaycan furbolunun inkişafının reseptini bilirsənmi?
17. Hansı millətin nümayəndəsi olmaq istiyərdin? Niyə?
Atalar üçdən deyib. Amma mən daha əlavələr edərdim.
Bu arada sualların hamısına cavab vermək şərt deyilmiş
Mən topu ötürmək istiyirəm Hər şeydən yazan Ramin Həsənəlizadə və bu aralar heç nədən yazmayan Aygün İslamzadəyə. Birinci Azərbaycan blog sisteminə yeni daxil olsa da, maraqlı yazır və aktivləşməsi yaxşı olardı. İkincini isə özündən dinləyək...
10 yorum:
Vüsal, topa tutdun da məni:)))
cavabladim bunu.. yaxşı ki, xəbərdar da etdin, ikinci top imiş mənə atılan..Üzüm utanır ee...
Vüsal bey,maraqlıydı :)
İstanbulda?! harda?harasında? :)
Salam Adaş!
Hamı bizim aramızda qalmasından gileylənir :)
Sənun də haqqında xeyli yeni şey öyrəndim.
Cavablara görə sağ ol.
Belə görürəm bu top nəsə düşərli olmadı. Aygün, KİSSHOT BLOG bu suallara cavablarla fasiləyə çıxdısa biz üzüldük. Amma təbii ki, sən ürəyindən gələrək yazsan biz də həvəslə oxuyarıq. Ona görə gözləyəcəyik blogundakı növbəti yazını. Hətta buradan elan da edəcəm...
Ayşə Nur xanım İsntanbulun göbəyindəyik :) Libadiye, Göztepe deyek... Bəs siz demirsiz ki blogda elə bir birindən ləziz yeməkləri təşhir edirsiz bu İstanbuldakı tələbələrimizin nəfsi çəkə bilər? :) Evdə növbətçinin bişirdiöyi fasulye, mercimeknən hara qədər e? :)) EsmaNurun elə ancaq şəkillərini mi görəciyik biz? :)
Adaş Nurlan düşdü qabağa. Deyir arzu da tutubmuş ürəyində. Allah çin eləsin :)
Dəyməz. Hər bir suala cavab verməyə hazırıq. İmtahan suallarından başqa :) Bezmişik daha onlardan :)
Salam rəis :)
Təbrik eləyirəm, maraqlı cavablar yazdın. Amma gərək indi mən sənə də siz-nənmüraciət eləyim? O boyda Ph. D tələbisəni adnan çağırsam deyəcəklər Nurlan mədəniyyətsizdi :)
Arzuya görə də sağol, işlər yaxşı gedir, ayağınız deyəsən düşərlidi :)
Siz Asyadasınız o zaman.. uzağıq :) 70 km :)
Yemek ve Esma Nur ise.. kımm.. küüm.. qaldım ne deyim :)
Salam kişi ;)
Sağ ol. Səninkilərdən maraqlı olmasa da, özünə görə cavablarıydı ;) Bundan sonra isə mənə artıq nə sən, nə siz, birbaşa Zat-i aliləri ya da Cənab Qəmbərov deyərsən... Siz e... :) Müəllim də gedər a. Gərək öyrəşim də indidən ;)
Sən də tutmusan "savadlı uşaq" imicim getdi, yox "Nurlan mədəniyətsizdi" nə bilim nə... ;) Yox qadası sən hələ də "mədəni", "savadlı", "Lotu" Nurlansan. Davam elə beləcə;)
Ayşə Nur xanım hər həftə dərs üçün Bahçelievlerə 50 kmi 2 saat yarıma gedən adamı 70 kmnən qorxudursuz?? :) Uzağı Bahçeşehirdəsiz də. Heç nə öyrənmədiyi dərs üçün səhər 7.20də evdə çıxan adam yəqin ki o blogdakı təamları dadmaq üçün 20 km artığa razı olar :) Əsas da bir "çilekli pasta" var Esma Nur adlı. Allah saxlasın onu!
Zarafat bir kənara. Bu ideya üçün sizə və topu mənə ötürdüyü üçün Nurlan qardaşıma təşəkkürlər!
Hörmətlə,
Tevafukun böylesi.. Bahçelievlerde oturuyorum desem :) Yeni Bosna Bahçelievlerden mi behs edirsiniz?
Men teşekkür edirem,cavablarınızı oxumaq ve sizi yaxından tanımaq mene maraqlı idi.
salam ve dua ile..
Bəli, bəli... Elə orası :)
Deyirlər, İstanbul böyük bir kənddir. Oralarda Əsma balanı görsəm mütləq ki, tanıyacam. :)
Qarşılıqlı salam və dua...
Salam, Vüsal! Topu gec də olsa tutdum. Çox sağ ol.
Yorum Gönder