Biri birindən fərqi olmayan saysız hesabsız müsahibədə bu sualla qarşılaşmış olarsız yəqin – “Zaman maşının olsa nə edərdin?”
Yəqin ki satıb yaxşı pul qazanardım. Nəyimə gərəkdi ki? Amma ona yaxşı pul verəsi adam xeyli tapılar. Amma satmadan əvvəl bir dənə vacib məsələni həll eləmək üçün maşının yeni sahibindən icazə alardım. Nədi o vacibə məsələ?
Məcburiyətdən xeylicənə məqaləni gözdən keçirməli oluram. Tarixlər 1956, 1958, 1960 və o civarda digər illəri əhatə edən məqalələrə baxanda xımışlığım tutur yaman. Oturub 5-6 səhifəni kağıza keçib tarixə keçiblər. Nə bir ədəbiyat istifadəsi, nə də metodologiya. Nə bir anket, nə bir başqa əziyət. Sadəcə “seqmentasiya”, “marketinq miyopluğu”, “sosial marketinq”, “product lyfe cycle” kimi terminlərdən birini ilk istifadə etməkdi fərqi. O sayədə də kimlər kimlər tarixə düşüb. Nə ola bir zaman maşını “minəsən” uçasan 1950yə filan bu terminlərdən 3-4nə imzanı atıb çıxıb gələsən. İndi də gündə bir termin bəxş edilir e ədəbiyata. Əvvəla bu terminlərdən 95 faizi elə ancaq müəllifinin gözündə dəyərli olur. Üstəlikdə ki, bir məqalə yazmaq üçün aylar xərcləməli olursan.
Təkcə bu olsa nəydi ki? Əsas məsələni edərdim e imkan olsa. Sidney Levy ilə görüşüb dəstəkləyərək marketinqə gətirdiyi Filip əmidən cəld tərpənib Marketinq Menecment kitabı yazmağı tövsiyə edərdim. Levittə də deyərdim daha taktikalı davranardı. Yoxsa ki nolsun e “product lyfe cycle”, “differentiation”, “bazarların qloballaşması”, “müştəri mərkəzli marketinq” düşüncələrini ortaya qoyub? Əvvəlcədən onun bunun fikirlərini də dəstələyib bir yerə yığaydı ki sonra yada salan olsun.
Pearson və Spearmanın dövrünə getməyə həvəs yoxdu. Amma Cronbachı görmək pis olmazdı. Deyərdim bu alfa dəyərinin hansı şərtlərdə neçə olsa qəbul edilməsi gərəkdiyini də müəyyən edərdi. Yoxsa o getdi, Nunnaly çıxdı ortaya. O da hər gecə yuxuda bir rəqəm görüb səhər onu elan elədi. Təsəvvür eliyin 0,50`dən 0,90`a qədər aralıqları ifadə edib e kişi. Deyirəm özgə malı can dərmanı e. Cronbachındı da əmsal nəticədə. Nunnalynin nə vecinə, istədiyi kimi davranır. Onun ucbatından Cronbachın alfasını şübhəli sayanlar belə var.
Bir də bu marketinqdə heç qəbul edə bilmədiyim bir şey var. Brand value – marka dəyəri – markanın maliyə dəyəri; Brand equity – marka qiyməti - isə maliyə+simvolik dəyəri sayılır. Halbuki dəyər – value – sözü, qiymətdən – equity`ni belə çevirmək olar – daha genişdi. İnterbrand və FT Keller ve Aakeri qabaqladığı üçün daha gözəl səslənən Brand value`nu götürüb. Bax buna da əngəl olardım.
Nəysə. Zaman maşınını aparım verim yeni sahibinə. Gələcəyə getmiyən də yeri var e əslində. Görərdim, Milli Marketinin aqibətini... Sonra bu xəyal elədiyim “Made in Azerbaijan” etiketindən nə xəbər var... Markalardan hansıları gəlibdi Azərbaycana, Nar Mobile axırı ki doğru düzgün marketinqə başlayıb mı, bizdə hələ də Satış vs. Marketinq prinsipi davam edir mi, Şadlıq evlərinin marketinqində nə yeniliklər var... Baho nə qədər çox şey istəyirmişəm! Qaldı gələcəyə bunları görmək. İndi çalışmaq zamanıdı...
6 yorum:
tez-tez blogunuzu ziyarət edirəm,ancaq marketinq mənlik deyil deyib,şərh yazmaq istəsəmdə yazmırdım:D
amma oxuduqca daha da maraqım artır.
çox gözəl yazılarınız var.
bir qeyd etmək istəyirəm,mövzudan kənar olsa da:)forumlarda blogumu tanıtmağınıza hələ də inana bilmirəm,çox təşəkkür edirəm.nə qədər təşəkkür etsəmdə azdır.
Hörmətlə..
Hələ bu nədi ki amitaf? Biz ölkə marketinqçiləri əl bir olub sənin istdadını tanıtmalıyıq...
Bloga gəlməyinə sevindim. Şərh yazmağından isə çoox məmnun oldum.
Dərin Hörmətlə,
Uslubuna heyranam senin!
Sen mence kechmishe chox da bash qoshma, geleceye bax. termin chixarmasan da, termin tekminleshdir ve bir de kechmishde ortaya atilan bir neche iddiani churut. Hetta indi ortaya atilan iddiaya qarashi chix (tebii ki, eger qarshisansa, yoxsa sirf qichik olsun deye yox). Bu da olsun bele....The World is Flat vs The World is Not Flat...Biri hechine hechi de birine deymeyen iki eserdir meselen:)Insanliq adina hechbir faydasi olmayan, bosh soz yigincagi iki eser...
Bax bele...O ki qaldi, made in Azerbaijan ve diger meselelere...Markalar Azerbaycana gelib ve gelir, bundan narahat olma..
Shadliq evleri moddan dushecek, bundan da narahat olma...
NAR da bashinin charesine baxacaq, bunun da derdini chekme..
Bir sozle, kef ele, kefine bax, milletin derdini chek...
Hormetle,
Bu arada amitaf, shekilleriniz eladir..Men de choxdandi izleyirem sizin blogu..Bu yashda bu meharet....!!!
Rüstəm qadası mən hara termin çıxartmaq hara, nəzəriyə çürütmək hara? Olsa olsa bir iki meyvə çürüdərəm mən :)
Amma keçmişə ancaq dərs almaq üçün baxmaq olar elə. Görək də nə olacaq bu Milli Marketinqin axırı...
amitafın blogunu tanımağımın baiskarı olduğunu bilirsən də Rüstəm? Sənə təşəkkür düşür. Artıq amitaFanatam ;)
Bilirem, amma buna gore teshekkur dushmur Vusal...Men inaniram ki, geleceyin en yaxshi fotograflarindan biri olacaq amitaf ve hech olmasa Reza Deqqeti kimi olkemizin adini tanidacaq.
Hormetle,
Yorum Gönder