Fəxrimiz bizi sevindirməyə davam edir

Amitafı tanımağa başlayır artıq Azərbaycan internet istifadəçiləri. Çox təvazökar bu sənətkar həmyerlimiz Türkiyənin ən usta fotoqraflarının toplaşdığı Fotokritik`də "Üstad" olaraq anılır. Vətənpərvərliyindən heç vaxt geri durmaz bə hər yerdə Azərbaycanın tanıtımını edər. Yaxınlarda Europhoto müsabiqəsi keçirildi. Avroviziyanın iştirakçılarından hər biri bir foto ilə qatıldı buraya. Azərbaycanımız Amitaf təmsil etdi. Bu fotoyla...Və bu foto 43 namizəd içərisində ikinci oldu. Böyük nəticədir. Amma amitaf üçün deyil təbii ki :) Onun səsinin yüksək yerlərdən gələcəyinə əminəm.
Təbrik edirəm şəxsim adına onu!

P.S. 28 May Respublika gününə də tam yaraşdı bu gözəl xəbər və hədiyyə. Çocx sağ olsun AMİTAF.

Halal Olsun!!!

Halal islama xas sözdü. Dünənki finala Azərbaycan xristian inancını əks etdirən motivlərdə bir səhnə dizaynı və mahnı ilə çıxsa da, uşaqlara halal olsun!
Bütün şərhlərdə Azərbaycanın Elnur-Samir cütlüyünün bəyənildiyi görünür. Opera, rok, pop, muğamdan bir "mix"lə Avropanın önünə çıxdılar və olduqca qənaətbəxş şəkildə də səhnədən endilər. Samirin muğam oxuyaraq şeytandan mələyə dönməsi və o yerində muğamı planlaşdırılandan uzun tutması nəyə desəz dəyərdi. Açığı yarı-qürbət Türkiyədə bunu beynəlxalq bir mənbədən seyr edəndə tüklərim biz biz oldu.
Digərlərindən Norveç və Serbiyanın əlahiddə gözəl mahnıları 4 Eurovison şou"nun gerisində qalsa da, o yerləri belə tutması yaxşı haldı. İlk 4də 3 postsovet ölkəsi var və bu artıq Eurovision üçün adi hala çevriləcək yavaş yavaş.Hamı Eurovisionla bağlı siyası şərhlər etsə də, ilk10dakı mahnılardan bircə Bosniyanın orada nə məzhəbə qulluq etdiyi bəlli deyil. Digər mahnılardan isə bircə Kalomiranın o cır səsiylə ifa etdiyi iyrənc mahnını kənara qoymaq lazımdı. Onun da PRı bəs edərdi.
Əslində marketiqin gücünə şahid olduq bir daha. Macarıstanın 12 xalını elan edəndə elə bil qurbağa gölünə daş atdılar. Zaldan səs gəlmirdi. Həə... Macarıstanın 12 xalı... Ramil Səfərov yada düşdü bu yerdə. Görəsən bu səsləri macar əhalimi verib, macar idarəçilərmi? Çoox siyasi oldu e bu...

Ən gözəli Türkiyə və Azərbaycanın 1ci yerləri bir birinə təqdim etməsi oldu. Bu olduqdan sonra, qalanı ikinci dərəcədə əhəmiyyət daşıyır. Elə sonucda da qardaşlarımız 7ci, biz 8ci olduq. Yəni biz 7 və 8ci yerləri götürdük. Ukraynanın 10 xalı əla nəticədirsə, Rusiyanın 10 xalından məmnun deyilik.
Ruslar qalib gəldi nəhayət ki. Dima Bilan artıq gələn il gəlməsə də olar. Alla Puqaçova, Alsu və Tatu kimi dünyaca məşhur ulduzların edə bilmədiyini Yevgeni Plyuşenko edə bildi. Axırda da dedi ki, mənim Olimpiya çempionluğumdan sonra daha bir titulum var! Eurovision! Sağlığına qismət.

Biz isə ilk dəfədən 8ciliyin qürurunu yaşayaq və gələn il milli motivli bir layihəylə nələr edə biləcəyimizi düşünək. Ya da çıxardaq AGBankın reklamındakı ayaqları ora, biraz da shake etsinlər Kalomira kimi qələbəyə ümidimiz artsın.

P.S. Əsas məsələ az qala yadımdan çıxırdı. Sizə ŞOK ŞOK ŞOK xəbərim var. Yarımfinalda kimin kimə nə xal verdiyini arayıram 3 gündü saytlarda. Nəhayət açıqlandı. Və ən maraqlı sual... ermənilərlə qarşılıqlı neçə xal vermişik... İnana bilməyəcəksiz amma biz "sevdiyimiz" erməni gözəlinə heç nə verməmişik. Amma ermənilər sevdikləri AZƏRBAYCAN kişilərinə 2 xal verib.

Azərbaycan maşın bazarının... dünəni, bugünü və sabahı - 1

Nə vaxtdı yazmaq istədiyim mövzudu bu. Rüstəm də istəyirmiş amma obyektiv və subyektiv, hətta primitiv və intensiv səbəblərdən dolayı qələmə ala bilməyir(b). Onda dedim madam ki, axır vaxtlar da dostlarla müzakirələrdə bu məsələ tez tez gündəmə gəlir, yazmaq lazımdı. Bəri başdan deyim ki, fikirlərim çoxuna mübahisəli gələ bilər, oxuyanda kompyuteri sındırmaq fikrini filan düşməyəsiz.

Bir də mövzu o qədər genişdir ki, haradan başlayıb, haralarda fasilə verib, çay içib, harada başımı qaşıyıb biraz düşünüb, harada da dərin nəfəs çəkib bitirəcəyimi bilmirəm. Nəysə... Başlayaq!

Azərbaycan üçün avtomobil əslində elə də köhnə bir anlayış deyil. Dəqiq bilmirəm hərhalda son 30-40 ilə qədər maşın sahibi olmaq “elita” olmağın kafi şərti sayılırdı. Amma inanın o “kafi şərtə” sahib olmaq özüylə bərabər xeyli də şərt tələb edirdi. Uzun sözün qısası heç nə demirəm “Təhminə və Zaur”un çəkildiyi dönəmlərdə belə - 20-25 il öncə Qaz-24 Azərbaycanda Lexus kimi bir şey idi. Yəni avtoya sahib olma mədəniyəti bizdə əsasən müstəqillikdən sonra yayıldı. O vaxtacan isə nə belə bir sektor, nə də bu sektorda rəqabət deyilən bir şey yox idi.

“Azərbaycan avto bazarının srağagünü” demək olar buna.

"Ağsaqqal" QAZ-24 qocalıb artıq...

Daewooooooo... Nexia. İndi maşın sayılmaz yəqin ki...

Müstəqillikdən sonra millət zəncirlərini qırdı, şirkətlər isə sərhədləri aşdı. Bir müddət daha bazarda Rus markaları “maşın oynadırdı”. Azərbaycanı ciddiyə alan ilk markalar o dövrlərdə 06 və 07”dən fərqli dizayna sahib olmağın üstünlüyü ilə əlində 5-10 qəpiyi olan Azərbaycanlını salonuna çəkə bildi. Bunlar əsasən Asiyalılar oldu. Əslində diqqət edilsə Koreya avto sənayesinin inkişafı 1990larda etibarən başlayıb... Daewoo və Hyundainin Azərbaycana qədəm qoyması ilə. Deməli Azərbaycan Asiyanın Avropaya və Dünyaya açılan qapısıdır. Ay Allah! Necə məqamdan, necə pafoslu bir cümlə çıxardım e. Nəysə... O dönəmlərdə Nissan da cəld tərpənənlərdən oldu.

Amma küçələri yenə sovet maşınları bəzəyirdi. Üstəlik də bazar üzərində savaşacaq və “qan tökəcək” (qan=pul – şirkətlər üçün) səviyədə deyildi. Daha sonra Almaniya, Hollandiya və digər Avropa ölkələrindən ikinci əl maşınları ölkəyə dartıb gətirməyin sehri kəşf olundu. Bu hələ də vaz keçilməyən, əksinə sərhəddi genişlənmiş bir üsuldur. Amma “təzə maşın”ın dadına vardıqca və ən əsası hüquqi düzənləmələrlə bu proses çətinləşdirildikcə “boz idxalat” aradan qalxacaq... Böyük ehtimal... Zaman göstərər...

Azərbaycan bazarı üçün maşın, avtoşların vazkeçilməzi: VAZ 2107

Azərbaycanda maşın bazarının bugünü 2000lərdə başladı demək olar. Elə yaşadığımız onilliyin sonuna doğru da “gün” bitəcək. 21ci əsrin başlanğıcı maşın dünyasına da yeniliklər və dinamklik gətirdi. Əslində biraz da “əcaibləşdirdi”. Bizdə isə neftin pulları “yaşıllaşdıqca” və parıldadıqca əcnəbi divlərin tamahı düşdü. Nəticə etibarilə, hamı Bakının kələ kötür asfaltlarını markasını daşıyan dördtəkərlilərlə doldurmaq həvəsinə düşdü. Nissan “köhnə qurd” kimi hamıdan təcrübəli olsa da, elə “köhnə” qaldı. İllərlə lider olmağın rahatlığı ilə yöndəmsiz marketinq birləşdi və mövqe itirildi. Hyundai qlobal dinamikliyi Azərbaycan şərtlərində kifayət qədər əks etdirə bildi. Hamı Bakıda distribyutorunun açılışına can atdı. Reklamlarda artıq maşın adlarını daha çox eşitdik. Az qala uşaq verilişlərində də sponsorluqları maşın firmaları almağa başladı. Asiyalılar və Amerikalılar bazarda hökmran olmaq üçün ölümünə yarışmaq iddiasıyla ortaya atıldı. Amma hələ də, adamın ürəyini açan marketinq göstərən markaları bir əlin barmaqlarıyla sayıb rahatca qurtarırıq.

Nissanın bir zamanlar Maximası flaqmanı idi...

Artıq Subaru, Mazda, Honda, Opel kimi markalar da bazarımızda satmaq istəyir. Marketinq əməliyatlarını yöndəmsizliyi çoxunun başının bəlasıdır. Subaru xüsusi marka olduğunu unudub reklamlara girişib. Mazda da eyni səhvi etsə heç. Nissan artıq köhnə düşüncədən xilas olmalıdır. Bazarımıza uyğun Pathfinder, Navara, Armada, Teana, Primera vs.sini normal sata bilmir və Sunny-Tiida cütlüyü ilə camaatın gözünü suluq (mazol) edib.

Prado Prado Prado!

Azərbaycan bazarının divi: Hyundai Sonata

Sabah qalsın sonraya bugünü toparlayım.

Hazırda Azərbaycan avto bazarı ən parlaq günlərini yaşayır.

Şirkətlər az qala nəyi gətirsə qısa müddətdə satır. Bəzi markalar hətta normaldan baha olan qiymətləriylə belə yüksək bilinirlik sayəsində satış sayını xeyli artırır. Bu partlayışın iki təməl səbəbi var: insanları təzə maşına olan yönəlişi və ölkədə pulun artması. Əsas məsələ isə artıq orta və ortanın üstü seqmentlərinin xeyli genişləməsidir. Bir də kreditli satışların yayılmasını məsələyə çox dəxli var...

Düzgün idarə edilsə gələcək Hondanındı

Elə növbəti yazıya da buradan davam edəcəyik...

Marketinq həzzi

Yaşasın Marketinq!!! Yazısının axırına yaxın marketinq həzzindən bəhs eləmək istədim. Amma gördüm yazı çox uzanır. Ona görə də bu yazı doğuldu. Daha doğrusu ideya doğuldu. Nəhayət yaxınlarda qələmə aldım.

O yazı üçün düşündüyüm sonluğu bunun girişi etmək olar:

Armani tuman geyməyin insana qazandırdığı özünə inam… İlginçdi… Amma insanlar belə şeylərlə hedonic ehtiyacları qarşılayır. Sırf həzz… Marketinq də bu həzzi ödəməyin həzzini yaşayır. Əccəb edir…

Marketinqçinin və marketinqin yaşadığı həzz bununla bitmir təbii ki…

Bu yazıda o həzzlərdən danışacam sizə…

Hər şey araşdırma ilə başlayır. Marketinq artıq araşdırmasız yoxdu demək olar ki. Bu araşdırmanın forması, əhatə dairəsi nə olur olsun, hansı peşəkarlıqla aparılır aparılsın. Kiçik bir araşdırma belə araşdırmasızlıqdan yaxşıdı. Çünkü əks halda insan öz hisslərinə görə qərar verir. Düzdü araşdırma nəticlərini öncədən görmək mümkündü. Elə bunun özü bir həzzdi. Amma bir də düşünün ki araşdırma edirsiz və heç kimin yuxusuna da girməyən nəticəyə gəlmisiz. İstehlakçı sizə elə bilgilər verir ki, “quzu kimi”, özünün də xəbəri olmur. Bax bu həzz nəyə desən dəyər… Anketdən çıxan bir birindən ilginc rəqəmlər. Fokus grupda söhbətlərin dərinin oxuya bilmək. Və müştərinin önünə samballı bir dosye ilə getmək.

Kopirayter üçün həzz… Onların yaşadığı ayrı aləmdi e. Afətlə Orxan desin... Düşündüyün reklam mətninin, sloqanın müzakirə olunması, bəyənilib sizə təbrik halında dönməsi, “yaradıcı düşüncənin meyvəsi” kimi “ürəyə yağ kimi yayılan” sözlərə layiq görülməsi. Bir dənə də mükafat versələr, daha nə istər ki kopirayter?... Elə bunların “integrated həzzi” yetər…

Bir marketinq menecer və onun yaradıcı heyətinin düşündüyü üsulun satışlar və bilinirliyi artırmasının ardından, bir də universitetdə case olaraq incələnmişsə… Həzzzz…

Başqa? Başqa da can sağlığı…

- Şəhərin en gözəl yerindəki bilboardlardan ikisini şirkət üçün ələ keçirmək

- Reklamların və işlərin wom etməsinə nail olmaq

- Mağazaya turşumuş sifətlə gələn müştərini məmnun vəziyətdə yola salıb, ondan sonrakı 1 ayda sizə daha 5 müştəri gətirməsini təmin etmək

- Müştəriyə “mən sizin markanızı səvirəm” dedirtmək…

Vəəə…

Finans, İstehsalat və İnsan Resursları şöbələrinə şirkətdə ağanın Marketinq şöbəsi olduğunu sübut etmək…

Bütün marketinq menecerlərə sonucunu arzu edirəm…

P.S. İşə bax e... Ciddi marketinq təcrübəm olmadığı halda ehkam kəsməyə varam da… Özü də gör bu blogu kimlər oxuyur…

P.P.S. Bıyy… Marketinq müəlliminin həzzlərini unutdum… Bir cümləyələ özətləyim: Marketinqçiləri bu həzzi yaşayacaq səviyyədə yetişdirmək…;)

“Bizdə niyə yoxdu” sualının əsl yeridir

İstanbulun Cevahiri

Sizə kimdən deyim, nədən danışım. İstanbulun göbəyində yerləşmiş bir Alışveriş mərkəzindən – Cevahir. Dünyanın ikinci ən böyük, Avropanın isə eləcə ən böyük AVMsi. Bir sözlə zırıltı bir məkan, milyonlara başa gəlmiş, az qala milyarda – 750 molyon dollar – satılmış bir pul maşını.

Statistikalara nəzər salsaq 67 min kvadrat metr əraziyə yerləşmiş, 6 mərtəbəli (üstəgəl 4 mərtəbə avtodayanacaq) toplam 420 min kvadrat metrlik, onu da 82 mini alışverişə əlverişlə bir yer. İçərisində Avropanın ən böyük qapalə əyləncə mərkəzi Atlantis var. Atlantisə girəndən çıxan onsuz da birtəhər olursan. Bir kinoteatr, 2 teatr, bonus olaraq da kukla teatrı var.

6 mərtəbə elə gözəl bölüşdürülüb ki. İlk iki mərtəbə gənclərçün. İkinci mərtəbədə gənclərlə yanaşı ev üçün ləvazımatlar. 3-4 cib yandıran dükanlar, 5-6 ağız yandıran təamlar. Dondurma da yeyib üstündən yanğını söndürə bilirsən.

Alışveriş mərkəzi həyat tərzi pərakəndəçiliyinin zirvəsi sayılır. Bu başlayır ticarət küçələri ilə ki, bizdə ən gözəl nümunə məşhur Torqovıydı. İkinci halqa butiklərdir. Dənizkənardında düzülüblər Bakıda. Ermengildo Zegnadan tut Versaceyə, ondan da Swarovskiyə... Butiklər birləşib Depatment Store – yəni bu Azərbaycan varinatı Universal Mağazalar – olur. Son halqa isə AVMdir. Bizdə hələ də modern AVM xəyalı qurulur. İndilik ticarət küçələrininən primitiv halı olan Talkuçkalar və adını Yarmarka qoyduğumuz məkanlarla yetinirik.

Amma Türkiyədə...

Əvvəlcə pərakəndəçiliyin vəziyəti Türkiyədən xeyli irəli olan Yunanıstanda ilk AVMnin 2006da açıldığıbı söylədikdən sonra hazırda sadəcə İstanbulda 200ə yaxın AVM var deyim və vəziyət aydın olsun. Tükiyədə toplam 2000ə yaxınlaşırmış. Üstəlik il sonuna kimi AVMlərin sayının İstanbulda iki qat artması gözlənilir. Analoqu olmayan inkişaf!

Cevahir kimi bir AVMni xəyal edirəm düzü. Nə vaxtsa təbii ki, bizdə də olacaq. Amma bunun üçün əhalini müəyyən maddi rəfaha çatması və həyat tərzi alışverişi və asudə vaxtın dəyərləndirilməsinə qarşı tutumun dəyişməsi lazımdı.

Konsert çıxardırlar…

…Ya da Marketing həqiqətən Everything`miş

Dünən dərslərdən biraz başımızı açaq, müxtəlif dörd divarlarla çərçivələnmiş doktorantura həyatımıza rəng qataq, ay qadan alım bir insan görək, eynimiz açılsın deyib Avroviziya 2008də Azərbaycan adından çıxış edəcək olan Elnurla Samirin son tanıtım konsertinə getdik.

Əvvəla təmsil edəcək demirəm, çünkü o mahnı ilə Azərbaycan təmsil edilməz. Bunu qoyduq bir kənara.

Konsertdən şərhlərdi çox dərinə enməyəcəm. Eləcə deyim ki, Ruslana Lizoçko konsertin ilk bir satının necə keçdiyini hiss etdirmədi belə bizlərə. Biri birindən nəfis mahnılar və hər biri özəl və diqqətlə hazırlanmış şoular. Amma heyf ki, konsertin o qismini çooox az bir sayıda insan seyr etdi. 200-300 civarında. Parkormandakı kefdə damaqdakı ziyarətçiləri də saysaq 400ü maksimum mümkün rəqəm olar qəbul edə bilərik. Gülbən Ərgən yəqin ki, arada 1 saatı ötürmək üçün gətirilmişdi. Nə səs var, nə görüntü, nə dü bir fəaliyət. Yəni Ruslananın izləyicilərə bir modern müğənni kimi təqdim etdiyi 3 dəyərdən də yoxsun bir müqəvva var idi sanki önümüzdə. Nə isə. Sonra bizimkilər çıxdılar. Onlar da biraz əyləndirib getdilər. Mahnının özü xaricində hər şey qaneedici səviyədə. Konteksti hər kəs bəyənər yəqin – Mələk ilə Şeytanın mübarizəsi. Burada ilk dəfə gördüm ki, Mələk qalib gəlir şeytana. Bu elə ancaq kliplərdə filan olur. Yalın isə sanki konsertin baş qəhrəmanı idi. 40-50 qız necə çığırırdı. Nəysə… O da yaxşı ifa elədi.

Necə heyran olmayasan? :)

Amma… Əsas məsələ… Lap başlanğıcda Natiq-Ritm - zərb alətlərində sənət düzəldən dəstə; hamını valeh elədi. Hələ bir viedo da çəkdim. Onlardan 3 nəfəri kimin yanında Avroviziyaya göndərsələr əməlli yer tutarıq e… Eeeehhh… Nəysə.

İndi gələk əsas məsələyə. Marketinq!

Dünən görənlər gördü ki, “Marketing is Everything” deyəndə Regis Maccenna haqlı olub. Əslində getdiyimiz konsert məhsul (Product) olaraq ideal bir iş idi hardasa. 4 iştirakçının hər biri xüsusi bir dəyəriydi. Hər birinə görü Parkormana gələcək 100lərlə insan var idi. Amma elə oraya toplaşanları yığsan ən çox 500-600ə çatdı sona doğru. Yer (Place) – Parkorman. Pis seçim deyil. Havayı konsert keçirmək üçün elə o şəkildə geniş bir yer də tətəlb olunur. Üstəlik şəhərin çox yerindən rahat gedilir. Maslakda və o civarda tələbələr nə qədər istəsən. Price – qiymət – mövzusu aydındı. Girişler ücretsiz!

Həə. İndi gəldik ən əsas məsələyə. Dedim axı 4 iştirakçının hər biri üçün oraya yüzlərlə tamaşaçı yığmaq olardı. Bunun üçün Göztəpədə (Maslakdan xeyli uzaq bir yer) outdoorları döşəmək anlamsız bir iş idi. Bu tədbir tam gənclər üçünüydü. Oğlanlar Ruslana və dəstəsini 1 saat ağzı ayırıq seyretmək üçün qaça qaça gələrdi. Qızlar isə 40-50 nümayəndəsinin elədiyi kimi “Seni seviyoruz Yalın!!” (bunu maksimum cır səslə bir qışqırıq kimi canlandırın zehninizdə) deməyə axın edərdi Parkormana. Amma heyhat! Nə ona istiqamətlənmiş komunikasiya gördük, nə o birisinə. Kampuslar bunun üçün ideal yerlər idi.

Hələ yazası çox şey var inanın. Aparıcılar (İlham Qasımov və Ece Erken)Azəricə belə, Türkcə elə deyib bir-birini qırmaq əvəzinə Tükiyə ilə Azərbaycanın 12 xalı bir-birinə verməyə borclu olduğundan danışmalıydı. Bunu belə adam akıllı bacarmadılar. İnşallah biz ruslara, Türkiyə ermənilərə ermərik 12ni. Axırı heç yaxşı görünmür çünkü…

Bir də konsertdə diqqətimi çəkən bir məqam oldu. Ruslan 2004də İstanbuldakı Avroviziyanı qazandıqdan sonra “wild” sözünü mənimsəyib. Bütün elementlərlə ona işarə vurur. Hər yeni albomunda “wild” sözü var. Sonuncusunun adı “wild energy”di. Bir sözlə özünü belə mövqeləndirib. Mənə belə gəldi. Daha indi bilmirəm hər şeyə marketinq gözüylə baxıram ondan mı, yoxsa Maccennanın buyurduğu kimi “Marketing is everything”mi?

P.S. Onu bunu bilmirəm, bu “Day After Day” hər day after day düşür gözümdən… Marketinq lazımdı, marketinq!!!

Nurlan məni işə saldı :)

Azərbaycan blog aləminə yeni bir bomba düşübdü. Biz Azəriblog sistemində olmasaq da, Aznetin bloglarından sayılırıq. Nəysə. Deyilənən görə EsmaNurun anası bir dalğanın əsasını qoyub. Suallar tərtib olunubdu və onları cavablayıb növbəti şəxsə ötürmək lazımdı. Bu növbəti şəxsə suallar printerdən çıxarılıb əldən ötürülmür. Ona görə də həmin şəxsin blogu olsun gərək ki.


Nəysə... Sıra Səndədə sıra Nurlana gələndə bildim elə bu cavan oğlan məni işə salacaq. Onda şikayətlənməyi dayandırıb hələ bir üstünə təşəkkür də eliyib keçək cavablara. Məndən sonrakılara yeni suallar da töfhə olunur. Ona görə...

1. Adın və Soyadın

Vüsal Qəmbərov. Yəqin bu qədəri yetər...

2. Təvəllüdün

Bu yaxınlarda 25 yaşımı qeyd elədiyimə görə...

3. Nə ilə məşğulsan (sənət, peşə..)?

25 illik həyatımın 19u tələbə kimi keçib. Hərdən deyirlər mən elə ömür boyu tələbə qalacam :) Hazırda PHD ilə maşğuluq...

4. Harada yaşayırsan və hansı şəhərdə yaşamaq istərdin?

İstanbuldayam. Bakıda yaşamaq istiyirəm, deyəcəm deyəcəklər sünilik eliyir. Amma Rüstəm gedib gələndən sonra Dubrovnikə (Xorvatiya) tamah salmışam düzü...

5. Yaşam fəlsəfənizi təşkil edən sözərdən, cümlələrdən biri?

Əvvəlcə eşitdiyim cümlələr yadımda qalmır çox da. Ona görə özümdən bir şey uydurum gərək. Məsələn belə olar - Nə tapdın öyrən, kimi tapdın öyrət.

6. Sənin üçün blog nədir?

Blog nədi? Bütün gün oxumağa məcbur olan biri üçün camaatın necə səfehliklərlə Professor olduğunu görüb də sinəndə partlayan sözləri əks elətdirəcəyin yer. Təkcə ona görə də dəli olmur təbii ki insan. Amma şəxsən dolduqdan sonra bir şeylə yazmağa 19 yaşımda qəzetə girdikdən sonra adət eləmişəm. Elə o vaxt bu vaxtdı haralardasa yazıram.

7. Bloq həyatında nə qədər və necə bir yer tutur?

Düzünü deyim blog açmağımın da baiskarı Rüstəmdi. Amma artıq blog hər gün 5-6 dəfə ziyartə etdiyim bir əsərimdi...

8. Nəyə görə blog yazırsan?

Yuxarıdakılara əlavə bircə şey deyim. Blog yazmaq maraqlıdı və yeni insalar tanıdım bu sayədə...

9. Fərz edək ki, Allah sənə öz xalqının konkret bir xasiyyətini əlindən almaq qüdrəti verdi. Onun hansı cəhətini ləğv edərdin?
Tənbəllik və başqasının uğurunu gözü götürməmək.

10. Sizcə, hər bir insan öz cütünü axtararkən gələcək həyat yoldaşından daha çox nə umur?
Qarşılıqlı anlayış!!!
11. Öz həyatınızdan nəyi çıxarmaq və nəyi əlavə etmək istərdiniz?
Bu kompüteri çıxarmaq istərdim, çox vaxt alır:)

(Nurlandan aldım. dəyişmirəm :))

12. İndiki ağıl və dünyagörüşü yeniyetməlik vaxtı olsaydı, o zaman hansı peşəni seçərdiniz?
Yəqin indi peşman olduğum bircə şeyi edərdim.

Əvvəlcədən akademik karyera üçün çalışardım.

13. Sizcə, pulun hansı yolla qazanılmasının fərqi varmı?

Halal olsun, necə qazanılır qazanılsın. Amma beyin gücüylə pul qazanmağın yeri var
14. Master Yoda kimdir? Ona münasibətiniz :)
Tanımıram. Amma müəllimlərlə aram yaxşıdı. Mənə bir hərf öyrədənin 40 il köləsi olmağa razı olan insanlardanam. Faydalı elmə qapımız həmişə açıqdı.

Nurlan sağ ol bir daha. Özümü tanıdım e. İnsan gərək hərdən özünə belə sualla versin. Elə öyrəşmişik nə var nə yox Google"dan soruşmağa. Ay qadan alım belə görürəm birazdan google bizi bizdən yaxşı tanıycaq e. Onda elə google"çular siz davam edin.

Təzə təzə isti isti halalca suallara gəldi sıra...

15. Millət olaraq Tarix dərsindən nəsə öyrəni bilirik mi?

16. Azərbaycan furbolunun inkişafının reseptini bilirsənmi?

17. Hansı millətin nümayəndəsi olmaq istiyərdin? Niyə?

Atalar üçdən deyib. Amma mən daha əlavələr edərdim.

Bu arada sualların hamısına cavab vermək şərt deyilmiş

Mən topu ötürmək istiyirəm Hər şeydən yazan Ramin Həsənəlizadə və bu aralar heç nədən yazmayan Aygün İslamzadəyə. Birinci Azərbaycan blog sisteminə yeni daxil olsa da, maraqlı yazır və aktivləşməsi yaxşı olardı. İkincini isə özündən dinləyək...

Zaman maşınım olsa...

Biri birindən fərqi olmayan saysız hesabsız müsahibədə bu sualla qarşılaşmış olarsız yəqin – “Zaman maşının olsa nə edərdin?”

Yəqin ki satıb yaxşı pul qazanardım. Nəyimə gərəkdi ki? Amma ona yaxşı pul verəsi adam xeyli tapılar. Amma satmadan əvvəl bir dənə vacib məsələni həll eləmək üçün maşının yeni sahibindən icazə alardım. Nədi o vacibə məsələ?

Məcburiyətdən xeylicənə məqaləni gözdən keçirməli oluram. Tarixlər 1956, 1958, 1960 və o civarda digər illəri əhatə edən məqalələrə baxanda xımışlığım tutur yaman. Oturub 5-6 səhifəni kağıza keçib tarixə keçiblər. Nə bir ədəbiyat istifadəsi, nə də metodologiya. Nə bir anket, nə bir başqa əziyət. Sadəcə “seqmentasiya”, “marketinq miyopluğu”, “sosial marketinq”, “product lyfe cycle” kimi terminlərdən birini ilk istifadə etməkdi fərqi. O sayədə də kimlər kimlər tarixə düşüb. Nə ola bir zaman maşını “minəsən” uçasan 1950yə filan bu terminlərdən 3-4nə imzanı atıb çıxıb gələsən. İndi də gündə bir termin bəxş edilir e ədəbiyata. Əvvəla bu terminlərdən 95 faizi elə ancaq müəllifinin gözündə dəyərli olur. Üstəlikdə ki, bir məqalə yazmaq üçün aylar xərcləməli olursan.

Təkcə bu olsa nəydi ki? Əsas məsələni edərdim e imkan olsa. Sidney Levy ilə görüşüb dəstəkləyərək marketinqə gətirdiyi Filip əmidən cəld tərpənib Marketinq Menecment kitabı yazmağı tövsiyə edərdim. Levittə də deyərdim daha taktikalı davranardı. Yoxsa ki nolsun e “product lyfe cycle”, “differentiation”, “bazarların qloballaşması”, “müştəri mərkəzli marketinq” düşüncələrini ortaya qoyub? Əvvəlcədən onun bunun fikirlərini də dəstələyib bir yerə yığaydı ki sonra yada salan olsun.

Pearson və Spearmanın dövrünə getməyə həvəs yoxdu. Amma Cronbachı görmək pis olmazdı. Deyərdim bu alfa dəyərinin hansı şərtlərdə neçə olsa qəbul edilməsi gərəkdiyini də müəyyən edərdi. Yoxsa o getdi, Nunnaly çıxdı ortaya. O da hər gecə yuxuda bir rəqəm görüb səhər onu elan elədi. Təsəvvür eliyin 0,50`dən 0,90`a qədər aralıqları ifadə edib e kişi. Deyirəm özgə malı can dərmanı e. Cronbachındı da əmsal nəticədə. Nunnalynin nə vecinə, istədiyi kimi davranır. Onun ucbatından Cronbachın alfasını şübhəli sayanlar belə var.

Bir də bu marketinqdə heç qəbul edə bilmədiyim bir şey var. Brand value – marka dəyəri – markanın maliyə dəyəri; Brand equity – marka qiyməti - isə maliyə+simvolik dəyəri sayılır. Halbuki dəyər – value – sözü, qiymətdən – equity`ni belə çevirmək olar – daha genişdi. İnterbrand və FT Keller ve Aakeri qabaqladığı üçün daha gözəl səslənən Brand value`nu götürüb. Bax buna da əngəl olardım.

Nəysə. Zaman maşınını aparım verim yeni sahibinə. Gələcəyə getmiyən də yeri var e əslində. Görərdim, Milli Marketinin aqibətini... Sonra bu xəyal elədiyim “Made in Azerbaijan” etiketindən nə xəbər var... Markalardan hansıları gəlibdi Azərbaycana, Nar Mobile axırı ki doğru düzgün marketinqə başlayıb mı, bizdə hələ də Satış vs. Marketinq prinsipi davam edir mi, Şadlıq evlərinin marketinqində nə yeniliklər var... Baho nə qədər çox şey istəyirmişəm! Qaldı gələcəyə bunları görmək. İndi çalışmaq zamanıdı...

Olmur, Olmur, Olmur!!!

Dərs üçün ödəv hazırlayıram. Qarşıma çıxan bir məsələyə görə oxumağa ara verib keçdim yazmağa. Mövzu STPdi. Kotler babanın kitabına işim düşüb yenə. Amma Kotler deyir yeni seqmentasiya anlayışına görə 4 növ istehlakçı seqmenti var:

  • Young Digerati
  • Beltway Boomers
  • The Cosmopolitans
  • Old Milltowns

Bilmirəm bunlar nədi. Bəlkə oxudum. Amma fərqi yoxdu e. Neyse ne... Bunlar Amerikada keçərlidi. Mənim nəyimə lazım axı? Niyə oxumalıyam bunu.? Amma bunun əvəzinə nə istifadə edək? Sovet mirası müəllimlər Kotlerin kitabına heyran heyran baxıb özləri ortaya bir əsər qoya bilməyəcəyinə görə, dilimzidəki əsərlər ya tərcümə, ya oğurluq olduğuna görə yazıq tələbə neyləsin axı? Cosmopolitan görməyib ömründə bəlkə də. İşə girəndə də işinə yaramayacaq. Belə çıxır ki bizdə yaramaz Marketinq təhsil edilir?

Hər şeydə də belədi. Biz özümüzün marketinqini elə ancaq xəyal edəcəyik? Bezdirir e bu suallarım özümü də. Belə də baxıram bu sualların cavabını verəcək adam da yoxdu. Heç bu sualları yönləndirəcəyimiz instansiya da...

Eeeehh..

Can ay, Milli Marketinq! Adını qoyduq, amma özün yoxsan ortalıqda. Səni yazan da yox, oxuyan da, adam sayıb tətbiq edən də...

Yahoo`ya müraciət edəcəm ürəyi ağrıyan smaylik düşünsünlər. Biz isə bu dəqiqə Milli Marketinqimizi düşünməliyik...

Niyə avtomobil?

Forumda soruşdular məndən ki bəz hansı sektorlarda işləmək istərdim. Yəqin ki marketinqinin maraqlı olması baxımından soruşulub deyə düşündüm və Avto FMCG dedim. Yoxsa ki qazanclılığına qalsa “Yaşasın Razın Talkuşkası!!”

Həə. Deməli. Avto və FMCG (fast moving consumer goods – İstehlak malları). Əslində Amerika kəşf eləmədim bu cavabla. Kimə soruşsan bu sektorları deyər. Demirsə ya elə dediyi sektorda işləyir, özünü sındırmamaqçün bunları demir, ya marketinqdən çox xəbəri yoxdu, ya da istisnai hallarda da ki zövq məsələsi var da...

Bu sektorların qara qaşı, qara gözü məsələsinə gəlincə. Səbəbləri qısaca rəqabət və dinamika ilə açıqlamaq olar. Xüsusilə FMCGdə rəqabət zirvədədi. Üstəlik Araşdırma və İnnovasiyanın (R&D) müdaxiləsi, istehlak partlaması ilə də FMCGnin dinamikliyi xeyli artıb. Amma dərinə getməyək çünkü başlıqdakı suala uyğun olmur onda. Avto sektorunun və təmsilçilərinin xətrinə dəyə bilər axı...

Amma mənim sevimlim Avtomobil sektorudur. Maşınlara heyranlığım bir kənara bu sektorun canlılığı və kompleksliyi nəyə desən dəyər. Rəqabət, dövriyyədəki pul, marketinq alətlərinin istəfadəsi... Daha nələr nələr....

Məsələn marketinq ədəbiyatında tonla termin var. Amma onların çoxu tətbiqdə heç kimə lazım da deyil. Lakin iş maşınlara gələndə dəyişir. Bir çox marka öz şəxsiyətinin qeydinə qalmır. Hətta yeri gəlsə düz də edir. Mövqelənmə ilə işi bitirir. Amma maşınlar bu elementlərdən hansı birini nəzərdən qaçırsa bütünlük pozulur. Maşın bazarının istehlakçısı da fərqlidi. 5-7 ildən bir davranışında maraqlı dəyişmələr olur. Sizə “Xalqlar Dostluğu”nun aşağısındakı maşın bazarından demirəm a. Xalqların ümüumi maşın bazarından deyirəm. Düzünə qalsa elə Babək prospektindəki maşın bazarında da ciddi dəyişikliklər var. Amma onlar haqda daha sonra yazacam.

Maşın sektorunu maraqlı edən o qədər şey var ki. Onları bir yazıya yığmaq da çətindi. Maşınlarda çox sayıda option var. İşıqlarını ölçüsü, oturacağının dizaynı, Hava yastıqlarının sayı və s. o qədər xırdalıq rəqabətdə müəyyənedici olur ki bunları bütün bir şəkildə idarə etmək oğul istəyir. Logonun yerləşdiyi yer belə imicə və qiymətə təsir edə bilir. Maşın müasir dünyada insanların bir-birinə hava atmasının ən rahat vasitəsidir. Məşhurların qazancını və prestijini ölşmək üçün gedəb qarderobunu eşələmək əvəzinə mindiyi “taçka”nın marka və modeli kontrol edilir və tamam.

Maşın artıq insanların şəxsiyətlərinin müəyyənedicisi də olub. Qrup yoldaşımın yoldaşı (yoldaşımın yoldaşı... maraqlı gəldi) Honda fanatı imiş. Amma bizim “qız”a Honda Civic (Civiiiiiccc... No. 1) alsa da özü BMW sürür. Niyə? Sürət, imic, stil, prestij...

Maşın marketinqini maraqlı edən ən vacib məqam isə sözün həqiqi mənasında “Full Marketing” tətbiq edilməsidi. 4Pnin hər birini iliklərinə qədər hiss edirsən maşın marketinqində. Digər sektorların əksərində Product – Məhsulundan xəbərin olmadan bir təhər yola verə bilirsən. Amma maşın bir ehtirasdır. Axşam faralarından maşının markasını müəyyən edəcək qədər maşınları tanımırsansa ya bu sektorda olmamamlısan, ya da bunu ən qısa vaxtda öyrənməlisən. Qiymət... Qiymət yox e Qiyamət... Maşınların qiymətlə rəqabət aparmadığı düşünüldü bir müddət. Amma artıq hər şey göz qabağındadı. Daha yer seçimi və dağıtım kimi məsələlərdən və bu sektorun canı olan Marketinq Kommunikasiyalarından demirəm.

Qısası, Maşın sektorunda marketinq həqiqətən marketinqdi. Araşdırmasıyla, reklamıyla, sponsorluq fəliyətləriylə, korporativ və marka imicinin formalaşdırılmasıyla, dağıtımdakı maraqlı yönləriylə, qiymətdəki ilginc rəqabət strategiyalarıyla...

Deyim Niyə avtomobil?

Buna görə...

Buna görə...

Buna görə...

Buna görə!!!

P.S. Deyirlər bir nəfər P.S.lərim üçün darıxıb. :)

P.P.S. Sualı tam başa düşə bilmədiyim üçün bu iki cavabı vermiş də ola bilərəm. Ona görə də özümü sığortalayım. Əslində ən gözəl sektor meyvə-tərəvəz bazarlarıdı. 4 yox 12 P belə var orda. Özü də bazar sektorunda Plər əməlli başlı böyük hərflə yazılır. Üstəlikdə ki marketinin ən şirin yeri müştəriylə üzbəüz ünsiyətdi. Amma müştəriyə sırıdığın 2 turş limon üçün 2 cüt acı söz eşidənəcən...