Niyə avtomobil?

Forumda soruşdular məndən ki bəz hansı sektorlarda işləmək istərdim. Yəqin ki marketinqinin maraqlı olması baxımından soruşulub deyə düşündüm və Avto FMCG dedim. Yoxsa ki qazanclılığına qalsa “Yaşasın Razın Talkuşkası!!”

Həə. Deməli. Avto və FMCG (fast moving consumer goods – İstehlak malları). Əslində Amerika kəşf eləmədim bu cavabla. Kimə soruşsan bu sektorları deyər. Demirsə ya elə dediyi sektorda işləyir, özünü sındırmamaqçün bunları demir, ya marketinqdən çox xəbəri yoxdu, ya da istisnai hallarda da ki zövq məsələsi var da...

Bu sektorların qara qaşı, qara gözü məsələsinə gəlincə. Səbəbləri qısaca rəqabət və dinamika ilə açıqlamaq olar. Xüsusilə FMCGdə rəqabət zirvədədi. Üstəlik Araşdırma və İnnovasiyanın (R&D) müdaxiləsi, istehlak partlaması ilə də FMCGnin dinamikliyi xeyli artıb. Amma dərinə getməyək çünkü başlıqdakı suala uyğun olmur onda. Avto sektorunun və təmsilçilərinin xətrinə dəyə bilər axı...

Amma mənim sevimlim Avtomobil sektorudur. Maşınlara heyranlığım bir kənara bu sektorun canlılığı və kompleksliyi nəyə desən dəyər. Rəqabət, dövriyyədəki pul, marketinq alətlərinin istəfadəsi... Daha nələr nələr....

Məsələn marketinq ədəbiyatında tonla termin var. Amma onların çoxu tətbiqdə heç kimə lazım da deyil. Lakin iş maşınlara gələndə dəyişir. Bir çox marka öz şəxsiyətinin qeydinə qalmır. Hətta yeri gəlsə düz də edir. Mövqelənmə ilə işi bitirir. Amma maşınlar bu elementlərdən hansı birini nəzərdən qaçırsa bütünlük pozulur. Maşın bazarının istehlakçısı da fərqlidi. 5-7 ildən bir davranışında maraqlı dəyişmələr olur. Sizə “Xalqlar Dostluğu”nun aşağısındakı maşın bazarından demirəm a. Xalqların ümüumi maşın bazarından deyirəm. Düzünə qalsa elə Babək prospektindəki maşın bazarında da ciddi dəyişikliklər var. Amma onlar haqda daha sonra yazacam.

Maşın sektorunu maraqlı edən o qədər şey var ki. Onları bir yazıya yığmaq da çətindi. Maşınlarda çox sayıda option var. İşıqlarını ölçüsü, oturacağının dizaynı, Hava yastıqlarının sayı və s. o qədər xırdalıq rəqabətdə müəyyənedici olur ki bunları bütün bir şəkildə idarə etmək oğul istəyir. Logonun yerləşdiyi yer belə imicə və qiymətə təsir edə bilir. Maşın müasir dünyada insanların bir-birinə hava atmasının ən rahat vasitəsidir. Məşhurların qazancını və prestijini ölşmək üçün gedəb qarderobunu eşələmək əvəzinə mindiyi “taçka”nın marka və modeli kontrol edilir və tamam.

Maşın artıq insanların şəxsiyətlərinin müəyyənedicisi də olub. Qrup yoldaşımın yoldaşı (yoldaşımın yoldaşı... maraqlı gəldi) Honda fanatı imiş. Amma bizim “qız”a Honda Civic (Civiiiiiccc... No. 1) alsa da özü BMW sürür. Niyə? Sürət, imic, stil, prestij...

Maşın marketinqini maraqlı edən ən vacib məqam isə sözün həqiqi mənasında “Full Marketing” tətbiq edilməsidi. 4Pnin hər birini iliklərinə qədər hiss edirsən maşın marketinqində. Digər sektorların əksərində Product – Məhsulundan xəbərin olmadan bir təhər yola verə bilirsən. Amma maşın bir ehtirasdır. Axşam faralarından maşının markasını müəyyən edəcək qədər maşınları tanımırsansa ya bu sektorda olmamamlısan, ya da bunu ən qısa vaxtda öyrənməlisən. Qiymət... Qiymət yox e Qiyamət... Maşınların qiymətlə rəqabət aparmadığı düşünüldü bir müddət. Amma artıq hər şey göz qabağındadı. Daha yer seçimi və dağıtım kimi məsələlərdən və bu sektorun canı olan Marketinq Kommunikasiyalarından demirəm.

Qısası, Maşın sektorunda marketinq həqiqətən marketinqdi. Araşdırmasıyla, reklamıyla, sponsorluq fəliyətləriylə, korporativ və marka imicinin formalaşdırılmasıyla, dağıtımdakı maraqlı yönləriylə, qiymətdəki ilginc rəqabət strategiyalarıyla...

Deyim Niyə avtomobil?

Buna görə...

Buna görə...

Buna görə...

Buna görə!!!

P.S. Deyirlər bir nəfər P.S.lərim üçün darıxıb. :)

P.P.S. Sualı tam başa düşə bilmədiyim üçün bu iki cavabı vermiş də ola bilərəm. Ona görə də özümü sığortalayım. Əslində ən gözəl sektor meyvə-tərəvəz bazarlarıdı. 4 yox 12 P belə var orda. Özü də bazar sektorunda Plər əməlli başlı böyük hərflə yazılır. Üstəlikdə ki marketinin ən şirin yeri müştəriylə üzbəüz ünsiyətdi. Amma müştəriyə sırıdığın 2 turş limon üçün 2 cüt acı söz eşidənəcən...

3 yorum:

Rüstəm Məmmədov dedi ki...

Babek prostepektindeki Mashin bazarinin ele ozu deyishib ay Vusal, neinki icherisindeki deyishiklikler. Mashin bazarinin ureyi Babek kochurulur Badamdar qesebesine....

Ancaq, babek yene de mashin almaq isteyen haminin demek olar ki bir girib chixdigi yerdir.

Avto sektor chox maraqlidir. yazdiqlarinla yuz faiz raziyam.
Honda fanati oldugunu bilirem. Consumer Reports neticelerine baxmisan bu ilki? honda butun modelleri ile en meslehetli marka sechildi..Biz de sevinirdik ki, Hyundai tarixinde ilk defe ozu de birbasha iki modeli ile bu siyahiya girdi.

Avtomobilin bele gozellikleri de var..
o ki, qaldi shexsiyyet meselesine. Burada inanilmaz baglantilar var. Guyclu. hetta ele avtiomobiller var ki, fanat derecede, insan ona baxana sanki ozune aid xususiyyetleri gorur.
Menim de neyi fanat derecede sevdiyimi hami bilir..Meni taniyan hami...

Hormetle,

Vüsal Qəmbərov dedi ki...

Rüstəm ürəyimdən keçən amma yazmadığım o qədər şey var ki. Yazını uzatmaq istəmədim

Avto elə bir sektordu ki adam bütün gün danışsın o haqda yenə bezməz. Sən voobşe :) Yeri gəlsə qarşıdakını da ən son bezdirəcək sektordu ;)

Avtomobilə aksesuar erasında insanların ən böyük aksesuarı demək də olar mən bilən. İstehlakçı cəmiyətinin ən önəmli görstəricisi.

Honda isə heç də... Əvvəl axır bir baş çəkməliyəm e ora :) AUDİ isə ayrı aləmdi ;)

rsh dedi ki...

Həqiqətəndə avtomobil sektoru haqda deyiləsi şey çoxdur. Həm də adam bilmir hardan başlasın, nəyi təhlil etsin, və ya sənin kimi bu sektoru nə üçün seçdiyini izah etmək üçün yüzlərlə səbəb sadalamaq olar.

Honda Civic sürməmişəm ona görədə heç bəyənmirəm.

BMW ni sevsəmdə, Rüstəm bilir Hyundai həvəskarıyam ;)

P.S fotoda göstərdiklərindən 4də bakışəhərində vardı, yalnız birini idarə etmişəm elə bəyəndiyimdə odur - Mercedes CLS V8 Kompressor