Bizdə niyə yoxdu? – DEMO

Blogumda yenilikler bir-birin əvəz edir (Marketer ki, marketer). Bundan sonra Azərbaycanda olmayan, tanınmayan və böyük ehtimalla Azərbaycanı tanımayan şirkətlərdən bir-bir bəhs edəcəyik. Beləsi də ki, oqqədəər... Bir sözlə yazmağa material çoxdu. Özü də Azəraycanda heç kim tanımır bu şirkətləri. Nə yazsam gedər… Getməz! Əvvəla özüm yazmaram (buranın reklam olduğunu anladız), üstəlik milli marketerlərimiz bu şirkətlər haqqında yalan-yanlış bilgi versəm onu anında görər (bu da PR).
“Bizdə niyə yoxdu?” rubrikasına marketinqin özüylə başlamaqdan daha düzgün bir seçim olmazdı hərhalda. Amma həmişəki bədbinliyimi bu gecə (yazını saat 4:45’də başladım yazmağa) ertələyim dedim. Çünkü bunun bir də bizdə olanlar qismi var.
Onda dedim ikiyə bölüm: marketinq bizdə hansı yönləriylə var, hansı yönləriylə yoxdu…
Bu sualı görənlər indi fikirləşə bilər ki, Azərbaycan marketinq mühitiylə bağlı hər şeyi aydınlaşdırmışam, qayıtmamışdan şirkətlərimizə konsaltinq (məsləhətçilik) verməyə başlaya bilərəm. Yox əşşi… O qədər də deyil... Nə qədərdi bəs? Deyim.
Bizdə marketinq var. Modern mi? Deyil! Rüstəmin blogundakı “tüstülü” yazısınından sonra bu kontekstdə çox da şərh lazım deyil. Marketinq deyəndə biri satış, biri PR, biri jurnalın arasına “soxuşdurulmuş” reklam anlayır. Nədənsə bunları koordinasiya edənlər azlıqdadı. Yəni hamısını birləşirib adına marketinq deyənlər. Təzaddı həqiqətən. Marketinqin ortaya çıxış və böyümə səbəbi bu eleməntləri birləşdirmək və bütünləştirmək (qərblilər buna deyir - integration) olduğu halda, biz ayırırıq. Hər şeyi ayırdığımız kimi: ölkəni rayonlara, rayonları kəndlərə…
Azərbycanın marketinqin “təkərinə çomaq soxan” xüsusiyətləri hər şeydən öncə bazarın balaca olmasıdı. Nə qədər cəbedici və qaynar pulların olduğu, o pulları da xərcləməyə hazır bir kütlənin yerləşdiyi bir məkan olsa da... Sovet dövründə öyündüyümüz yüksək təhsildən əsər qalmır. İstehləkçılarımız bilinçsizləşdikçə bilinçsizləşir. Bunu təkcə istehlakçılıq simalarıyla deyil, insanlıq, vətəndaşlıq kimi tərəflərinin koralmasıyla da göstərirlər. Bilinçli istehlakçı ilə bilinçsizə qarşı tətbiq ediləcək strategiyalar tam fərqlidi. Birində PR şirkəti xalqa sevdirməknən məşğuldusa, o birisində əfsanələşdirici alətə çevrilir. Bunu mən ən çox Azərsun’un fəaliyətlərində görürəm. Bizdə marketinqin inkişafı orta təbəqənin formalaşmasından çox asılıdır. Hər bir cəmiyətdə onlar müəyyənedicidirlər. Bizdə isə onlar heç müəyyən deyillər ki, nəyisə də müəyyən etsinlər. Daha nə deyim? Varsa əlavələriniz onları da müzakirə edərik…
Bundan sonra bir-bir Azərbaycanda peyda olmamış şirkətlərdən danışacağıq. Düzü ilk obyekt İkea idi. İdi… Çünkü dost blogların birində bu haqda yazıldı. Bəlkə əlavə və maraqlı nəsə oldu… Ümid yaxşı şeydi.

15 yorum:

Rüstəm Məmmədov dedi ki...

Mənim tüstülü yazım hələ yaxşıdır, sən gəlsən alovlu yazı yazacaqsan:)

Fikir əladır, bu yolla daha çox konkret məsələlərə toxuna bilərik. Daha çox müzakirə obyekti taparıq.

Bloglarla bəlkə də nələrəsə təsirimiz ola bilər, heç kimə də olmasa, özümüzün inkişafına təsiri olacaq. Yazmaq üçün oxumaq lazımdır axı...

Hormetle,

Vüsal Qəmbərov dedi ki...

Salam Rüstem,
men yuxudan durmamış:) commentini elave elemisen bloga. Teşekkür

Rüstem alovlu yazmaq asandı e. odu ha senin blogda biraz alovlu comment'im var. Hereket elemek lazımdı. İnsanlarımızın bilinçlenmeye ehtiyacı var. Bu mini yazının da meqsedi ele o bilinclenme texayülüdü. Mini deyirem çünkü adından göründüyü kimi bu demo versiyadı:)rubrikanın siftesidi. Bundan sonra şirketleri sayıb-tökeciyik.

Amma indiki halda yazının canı ikinci yarısındadı. Milli marketinq konsepsiyamın (woww!) esası ele bu Azerbaycanda marketinqe elverişli olan neler var, engel olan neler var meselesidi.

Yavaş yavaş duruma adapte olmağa başlamışam ve abladım ki, Azerbaycanda ele de çox marketinq blogu yoxdu. Düzemelli ve davamlı yazan bloglardan danışıram. Yazı bele şeydi ki, o an ilham gelir ve belke de tekmilleşdirilse tarixe keçe bilecek ifadeler, fikirler yazırsan.

Senin ve Kisshotun bloglarını oxudum gece. Keçmiş yazılarınıza göz atdım. Orda çox deyerli melumatlar ve mütleq müzakire olunası meqamlar var idi.
Meqsedimiz AZERBAYCANDA MARKETİNQİN İNKİŞAFI VE AZERBAYCANININ MARKETİNQİNİN TEKMİLLEŞMESİDİRSE sen demiş konkret meseleleri götür-qoy elemeliyik.
Oxumaq, oxumaq yene de oxumaq

Aygün İslamzadə dedi ki...

Ela ideyadir. Bu gun nedense ichi men qarishiq hami burda olmayan brend ve shirketlerden danishir. Bu yazilari oxumaq maraqli olacaq InshAllah..
Bloqlarimi da bloqlar arasina saldiginiz uchun teshekkur edirem:)
Siz alovlu alovlu yazirsiniz da..Amma men bu olkenin marketinqini alovlu yox ee..kozermish komurlu de yazmaga hevesimi itirmishem.
Ne ise..Dushunurem ele bu haqda yazmaq lazimdir.

Vüsal Qəmbərov dedi ki...

Aygün xanım blogumu quran kimi demek olar yazmışam blogunuzu blogdaşlar arasına. Gerek men teşekküre eliyim, yaxında düşmüşem siyahıya:)..

Mövzudu da yazırıq. Azerbaycan üçün faydası olsun. İnsanlar maraqlı markaları tanısınlar. Onların hekayelerini. Nece böyüdüklerini görsünler belke bizde de kimese ilham verdi...

Menim bir derdim var. Her yerde de onu deyirem. Rüstemi artıq bununla belke de bezdirmişem:) Azerbaycanın marketinqini daha ağılla ve özümüzü tanıyaraq formalaşdırmaq..

Vüsal Qəmbərov dedi ki...

Aygün xanım yene PRçı deyecem xetirinize deyecek:)
amma bu cümleni şerh ederdiz de: "Bilinçli istehlakçı ilə bilinçsizə qarşı tətbiq ediləcək strategiyalar tam fərqlidi. Birində PR şirkəti xalqa sevdirməknən məşğuldusa, o birisində əfsanələşdirici alətə çevrilir"

Aygün İslamzadə dedi ki...

Vusal, sosiotipimi oyrenende ozum haqqinda oxumushdum ki, butun tipler zarafatimi anlamir ve dualim olan tip ise onun zarafat oldugunun hech ferqine varmir, dushunurdum ki, niye ele olsun ki. Zarafatdir da edirem. Bu gun artiq emin oldum ki, heqiqeten eleymish.:) Evvel oz bloqumda aqressivlikde ittiham olundum, herchend bele bir hiss beynimin ucundan da kechmemishdi, indi sizde de bu Prchi meselesine ve bloq meselesine rast geldim. Prchi deyib mene damga vurmayin deyende zarafat edirdim, eslinde PRchi olmaq isterdim, duzgununden, nece lazimdirsa elesinden olmaqdan sohbet gedir. Amma menim ishim sadece bu adi dashimaq idi. Hech bir ozumu memnun edecek fealiyyetim yox idi, ona gore dashimagi da mene agir idi.
Bloqumu bloqlar arasina qatmisiz deyende tam ferqli menada yazmishdim, men daha chox IMC(Integrated marketing communications)dan yaziram deye bir az daha yungul hesab edirem chekisini..Sizin ve Rustemin bloqunu ise daha professional..Deyirdim ne yaxshi bu sirada hallanib bloqumun adi.
Ne ise...
Bilincli bilincsiz meselesine geldikde ise, bilmirem o sozler kimindir, amma men deyerdim ki, bilincliye PR shirketi sevdirib ve Pr-in ne oldugunun ferqine vardirirsa, blincli olmayan birine mehsulu ve ya shirketi tanitdirib ondan potensial mushteri duzeldir. Eger sehvim varsa nedese, yardim edersiniz her halda.

Vüsal Qəmbərov dedi ki...

PR meselesinde zarafat elediyinizi anlamaq çetin deyildi. Gördüyünüz kimi hem sizin blogda hem de öz burda "emoticon"la vermişem. PRçı olmaq eladı. Men size arzu edirem. Heqiqeten de PRçılıq hiss olunur sizde.

Diger meselede de zarafat terefi yerinde qalmaqnan sadece yanlış anlaşılma var. Neyse bele şeyler düzeler.

Sizin blogun sadece IMC blogu olmağına gelince... Bunu mence limitlendirmeyin. Çünkü Azerbaycanda marketinqin her bir sahesiyle bağlı maariflenmeye ehtiyac var. Amma diger terefden yaxşı bir positioning de etmiş olursuz.
Bu arada sizce positioning Azerbaycan dilinde nece olar? (tanış gelir bu mövzu?)
Herhalda seçim size aiddir. Her iki halda uğurlar dilemek ve elimizden gelen desteyi teqdim etmek qalır bize.

Bilinçli bilinçsiz meselesi de menim düşüncemdi, sadece PRın praktikasıyla meşğul olanların fikri maraqlıdı...

P.S. men sehv anlaşılanda ve xüsusile sehv anlayanda birini çox üzülürem. Üzr...

Aygün İslamzadə dedi ki...

Movqelendirme ve ya pozisiyalashdirma. MOvqelendirme sozunu chox beyenirem, amma anlashilan olsun deye pozisiyalashmadan daha chox istifade edirem.
Amma bloqumu IMC kimi movqelendirmek istemezdim, tam eksi-ciddi bir sheyler, arashdirmalar ve s. gormek isteyirem. Baxaq da..Inshallah gelecekde.
Sehv anlashilmaqdan eybi yox, esas mesele bunun uze chixmasi uchun sheraitin olmagidir.

Vüsal Qəmbərov dedi ki...

Mövqelendirme 5-6 aydı fırlanır zehnimde. Keçen defe diger deyerli Azerbaycanlı marketinqçiden (?!)soruşdum o da "mövqelendirme" deyince çaşdım... İndi de siz...

Herhalda en yaxşısı budu. Amma menim burda deqiqleşdirmek şansım yoxdu. Mövqelendirme Azerbaycan dilinin leksikonuna uyur mu? Jurnalist kimi fealiyet gösterdiyimden bir müddet, bu meselelerle qarşılaşmışam. Mence olamamalıdı. Amma yene de öyrene bilsez ela olar...

IMC ciddi deyil?:) Menim ixtisaslaşmam IMC ve Retailingdi bu arada..

Aygün İslamzadə dedi ki...

Sorry.. Ciddi meselesine gore..:) Dushunurem ki, IMC marketinqin en eylenceli terefidir. Men de isterdim ixtisaslashim bele olsun.
Movqelendirme demek olar, movqeleshdirme ve ya yerleshdirme.Her cehetden AZerbaycan dilinin leksikonuna uyur.

Vüsal Qəmbərov dedi ki...

Deyerdim ki, marketinq ele IMCdi. Ferqi yoxdu adı marketing communicationdu yoxsa Promotiondu. Yeni meşhur PR, reklam ve co. Esl marketinq instrumentleri bunlardı.

Men akademik menada deyirdim. Siz onsuz da IMCde ixtisaslaşırsız da. Karyera olaraq. Day ne qalıb? BTL de size verecekler yaxında olacaq tamam:)) inşallah

Rüstem qadası haralardasan. Sesin gelsin. Yene iş?

Aygün İslamzadə dedi ki...

Incimeyin, amma hech razilasha bilmerem bu sozlerle. IMC marketinqdir, amma marketinq tek IMC deyil axi. Bes marketinq arashdirmalari ve marketinq idareetmesini hara yazaq. Bes marketinqle iqtisadiyyatin elaqesini onda nece gosterek?

Vüsal Qəmbərov dedi ki...

İncimek? esla...

Düzgün reaksiyadı... Bunu müzakire elemek lazımdı. Burda sadece bir qismini yazmaq olar. Marketinqin instrumentleri (esas) IMCden ibaretdi demek isteyirem (bu da mübahise mövzusudu o ayrı...). Yoxsa ki marketinqin canı eslinde marketing research'dü. Onsuz marketinq ola bilmez.. Heresinin öz yeri var. Yoxsa yazının içindekilernen zidd olar burda seslenen fikir...

Marketinqle iqtisadiyatın elaqesine toxunmanız ise meni sevindirdi. Bir seminarda Levent Erden (kim olduğunu forumda yazmışdım, lazım olsa yene yazaram...) demişdi ki, marketinqen meşğul olanlar bir an önce finance öyrenmelidir. Yeni sadece "marketinq bilirik"nen olmaz. Bunun iqtisadi terefi var. ve davam edirdi...

Aygün İslamzadə dedi ki...

Axa, ele mende finance mezunuyam:)))

Vüsal Qəmbərov dedi ki...

Menim daha sözüm yoxdu...

Bir marketere ne lazımdı? Marketinq düşünce terzi, finance bilgisi ve psixoloqluq... Hamısı var. Bir de nacizane meslehet Aygün xanım - PHD...