Marketinq dünyası yeni Guru’sunu axtarır
Elə bildiz əcaibliklər təkcə maşın dünyasında var?.. Nırç… Qətiyyən!
Ümmiyətlə, dünyanı oxumağı bacaran insanlar insanların məskəni olan yer səthində çox böyük qəribəlikləri müşahidə edir. Coğrafi mənada yox. Psixoqrafik mənada. İdeolojik mənada, ticari mənada, tutum və davranış mənasında… Və hər mənada…
İşlə ev, solla sağ, üstlə alt vs. bu tipli qütblər arasında fərq əriyir. Artıq uğurlu insanla elə görünən insanı fərqləndirmək çətindi. İnternet neməti bilgiyə çatma yollarını önümüzdə açsa da, bilgili insanlar azalır. Başda elə “bilgi”nin içi boşalır… Bunları niyə mi yazıram? Heç özüm də bilmirəm. Hər halda dünyanın əcaibləşdiyini göstərə bilmək üçün. Amma həqiqətən əcaibləşir dünya...
Marketinq dünyası da əcaibləşir. Hamı marketinqdən danışır. Amma marketinqin əslində nə olduğuna qərar verən olmayıb. Bu qədər müəmmalı bir şeyin bu qədər müzakirə olunması da əcaibdi. Milyonlarla insanın bu müəmmanın mütəxəssisi olduğunu deməsi də... Marketinq dəhşətli dərəcədə dinamik olub. Çox dəyişir. Hər gün yeni bir marketinq termini çıxır ortaya. Yeni bir marketinq “bilici”si…
Marketinq haqda çıxan kitablar, yazılan yazılar, aparılan araşdırmalara baxırsan, hamısı bir-birinə oxşayır. Artıq marketinq haqda deyiləcək sözün qalmadığını düşünən insanlar belə var. Bunların içində professor və alimlərin, önəmli postları tutmuş marketerlərin belə olması acı haldır təbii ki. Amma tam haqsızlar mı əcaba? Yoxsa onları qınamamaq lazımdı?... Düşünmək lazımdı? Həm bu sualların cavabını, həm də əsas məsələni…
Nədi o əsas məsələ?
Əsas məsələ budur:
Bəli marketinq dünyasında bir tıxanma var. Marketinq fəaliyyətləri “orbitindən çıxmış planetə” dönübdü. Qabağına çıxan hər şeyi dağıdır və özü də aşına aşına gedir. “Marketinq hər şeydi”ni də eşitmişik artıq. Daha bundan o tərəfə yoxdu ki… Vaxtilə Kotler və dostları marketinqin sərhədlərini müzakirə etsə də, bir nəticəyə gələ bilməyib. İndi siyasətdə də, dində də, şou-biznesdə də, təhsildə də və ən pisi şəxsi münasibətlərdə də marketinq qaydaları hökm sürür… Vəya belə göstərirlir bizə. Ya da digər tərəfdən yavaş yavaş marketinqi genişləndirib həyatımızın hər nöqtəsinə soxublar…
Bu genişləmə hara gedir? Bunun nəticəsi nədir?
Cavab: elə indi baş verəndir. “Nə baş verir ki” deyənlərə..
Marketinq tıxanıb və yenilik axtarır. Qısa ifadəsi budur. Bəs bu qədər yenilənən və canını qanını yenilikdən alan bir “mövhum” necə olur bu hala düşür? Bu qədər yeniliyin içində necə yenilənməlidir?
Hə... əsas məsələ elə odu. “The Last of Mogicans” – Mogikanların sonuncusu Filip Kotler ömrünün və karyerasının bu son illərində (76 yaşı var… daha bəsdi…) Holistic Marketing’dən bəhs etdi və bu dəyişikliyi şərh etməyə çalışdı. Məncə uğursuz bir cəhddir. Vəya belə deyim – vəziyəti tam izah etmir… Ayrıca məsələ sadəcə birləşdirmə və komplektləşdirmədə deyil. Marketinq eyni ad altında həddən artıq çox şeyi birləşdirib və bu sahənin artıq bölünmə vaxtı çatıbdı… Daha sonra qayıdacam bu mövzuya. Bəlkə də burada yox “Journal of Marketing”də bir yazıyla;))
Guru məsələsinə gəlincə. Keçən il markeoloqlar arasında keçirilən sorğuya görə məşhur “bənövşəyi inək” Seth Godin 2007’nin Guru’su elan edildi. Elmi çalışmaları çox zəif olan, bloglarla yüksəlmiş, çox unikal və ekstravaqant, amma əsla yüksək səviyyəli olmayan kitablarla məşhurlaşan birinin bu ada layiq görülməsi məncə çox şey deyir. “Purple cow”sunu oxuyanlar olar. Bu şan-şöhrətə layiq olmayan bir əsərdi…
Kotlerin yerini Brand Sense (Marka hissi) kitabının yazarı Martin Lindstrom vəya Marketing Management’in 12’ci nəşrini bərabər yazdığı Kevin Lane Keller, Ogilvy’nin yerini Saatchi&Saatchi’nin CEO’su; Lovemarks kitabının müəllifi Kevin Roberts, Jack Trout’un yerinin isə Godin tuta bilməz. Bilmirlər…
Qısası. Marketinq dünyası qəribələşdiyi kimi söz sahibi insanlar və ustaların sayı azalır. Artıq hamı Guru olub. Amma əsl Guru tapmaq çətinləşib. Marketinq yaxın 5-7 ildə böyük dəyişikliklərə məruz qalacaq. Bu dəyişiklikləri öncədən görmək və hətta xəbər vermək lazımdı. Bax onda marketoloq olur Guru…
1-2 il də gözləyin özüm gəlirəm…;))
Kaydol:
Kayıt Yorumları (Atom)
23 yorum:
Vüsal əla!!! Yazına mən sənin hocan olsam 95 verərdim. Tap görüm beş balı niyə kəsdim?:)
Doğurdan çox xoşuma gəldi yazın. Şərhə də ehtiyac yoxdur. Mən sadəcə sənin yazdığın adlara başqa adlar elavə edə bilərəm, bunların başında isə Guy Kavasaki durur. Warketing-i ortaya atan adam!!!
Bir iki ilə sən gəl görək bu Marketingin axırı necə olur. Bu ölkənin heç şübhəsiz ilk iki böyük Marketing gurusu Sən və Aygün olacaqsınız. Sonra da dünyaya açılarsınız, ya da tərsinə edin, bu ölkədə hərşey tərsdən və anlaşılmaz olduğuna görə...
Hörmətlə,
Sağ ol Rüstem hem şerh, hem terif üçün... Yene men yuxudan durmamış yazmısan:)
Rüstem xalımın keslimeyine öyrenceliyem. Kef ele. Bu dönem bele 2 dersde başıma geldi - 95:)))
Hocam 5 balı isimlerin azlığına göre kesirsense, yazını şişirtmek istemedim. Rahat oxunsun deye. O Guy Kawasaki'ni de tanıyıram pirostu hele ki, onlar rangında deyil mence. Amma Godin'in "Purple Cow" dediyi marketoloqlardandı.
Men de "turqoise cow" olmaq istirem. Neter fikirdi?
Rüstem qadası o teveccühüne göre sağ ol. Arzu eliyirem dünyanın önemli marketerleri arasında Azrebaycanlılar da olsun... Olacaq inşallah. Men namizedler görürem yavaş yavaş...
Marketinqin axırı ise heqiqeten müemmalıdı. Görek de yazacam o barede. Amma belke daha uzun ve başqa yerde;))
Tersine meselesini de heqiqeten düz qeyd elemisen. Dünyaca mehşur Azerbaycanlılar var ki, ölkemizde onlar tanınmırlar...
Tanimasal problem olmaz, adam yanmaz, derd orasindadir ki, taniyirlar ancaq, fealiyyetini mehdudlashdirirlar, imkan vermirler o oz imkanlarindan Azerbaycan uchun istifade etsin...Adam buna yanir!
Narahat olma qardaşım. Hamısı düzelecek. İnşallah!!!
Sadece yaxşı düşünmek ve her addımını götür qoy elemek lazımdı...
Senin qiymetini ona gore kesmemishdim:)
Xettim pisdi? :)))))))))))
Ciddi, niye?
Naming meselesinde yaxşıyam a öz aramızdı. Marketoblog ne qeder cazib olub? Tökülüşübler yadelliler...
İndi de bu...:))))
Rüstem 5 xal yuxuma girir e. 95 de AA olsa da, nese 5 bal yaman düşündürür meni..:))) De görüm...
Xettim pisdi? oldurdu meni gulmekden
dehseeet....:))))))
Milli Marketing heqiqeten chox ama chox gozel ad sechimidir..Ona 100 verirem:)
Men de utanmaz utanmaz muellim kimi danishiram, eee...Hech ayib deyil senden?
5 Balini Marketingde yeni neye ehtiyac olduguna genish yer vermediyine gore kesmidhim...:)))
Yaxshi ki, ingilisce yazmirsan ay Vusal....Yoxsa senin blogda sherh yox comment yazardiq....
Rüstem hocam... Bele yüksek qiymetlendirmeler elediyin üçün heqiqeten çox sağ ol... Senin kimi bir marketoloqdan bunları eşitmek (yazdığını görmek) xoşdu... Senden yaxşı mellim?... Söz danışırsan e...
O 5 balımı da qaytar... Dedim axı lazım olan şeyleri besleyirem hele. Yazı halı salıb 1-2 ile gönderecem yuxarılara:)) Journal of Marketing qebul elemese Harvard Business Review'a. Çox yaxdım he?...
Yeni ki, telesmek istemirem. Tam müşahidemi tamamlamamışam. Amma marketinqin parçalanacağından eminem. O parçalar da neden ibaret olacaq yaxşı müeyyen elemek lazımdı.
Milli marketinq o parçalanmanın bir qoludu. Mence en önemlisi... Artıq özüme slogan da seçmişem: Global Marketinq öldü, Yaşasın MİLLİ MARKETİNQ!!!
Görürsen de siz gedib Azerbaycanda çalışırsız-vuruşursuz men de Libadiye'den oturub ehkam kesirem;))
İngilisce yazsam sen commentin elasını yazarsan Rüstem. Nece ki, hem şerh yazırsan hem yorum...;) Senden öyrenirik blogçuluğu ay Rüstem...
P.S. Aygün xanımı blogumda görmek isterdim... Eminem ki, onun da bu mövzuyla bağlı fikirleri vardır...
Vusal hech utanmadim da, sixilmadim da..Utanib sixilsaydim senin yazdiqlarindan azca da olsa ozume pay chixarmish olardim. Ne blogchulugu menden hec kim oyrenmeyeib, oyrenmeyecek-chunki oyrenesi birshey yoxdur, ne de men marketolog da deyilem...Yarimchiq ishlerle meshgulam men:) Ne marketolog deyilem, ne iqtisadchi..neyem ozum de bilmirem...
Allah axirimi xeyir elesin....Hamimizin!
Noolub ay Rüstem?...
İnden bele ele şeyler deyecem ki, cavabında tevazu elemeyesen, bele şeyler yazmayasan...
:)))
Allah hamının axırını xeyir elesin e. O öz yerinde...
Bu arada yazdıqlarını şerh elemeyecem. Sadece qetiyen razı deyilem deyim. Amma bil ki, milletimizin genclerinin öyrenmeye ehtiyacı var. Bunu da narxozun sıralarını dolduran o kiflenmiş bilgilerle dolu... eslinde boş SSRİ yadigarı mellimlere buraxmaq olmaz. Dünyanın kağız qelemle mühasibeni nostalgiya kimi xatırladığı bir hengamede bizde hele de 70lerin mühasibatlığı "xod gedir". Hamısı bizim günahımızdı. Hem yaz, hem oxu (bunları edirsen), hem de anlat Rüstem...
Hörmetle
Vusal, senin bloqundayam. Bloqunu oxumamaq mumkun deyil.
Evden mende cavab yazmaq mumkun deyildi, hech oz bloqumda qalmishdi iki sutka cavabsiz. Kommentlere basan kimi error verirdi. Chox seviyyeli internet provayderler var burada./
Bugun ise dushundum ki, indi sherh yazmaq gecdir. Fikirlerimi yazacam, oz bloqumda. Indi elimde bir yazim var, ondan sonraki yazida. Ok-mi??
Yazi ise superdir.
Rustemin ise o ne iqtisadchiyam, ne markletoloq sozlerine gore elini yandirmaq lazimdir.. Yaxshi ki, yazib, demeyib..Yoxsa dilini yandirmali olardiq..
Xoş gördük sizi blogumda Aygün.
Xoş sözlere göre teşekkür...
Burda teşekkür eden smaylik var?:))))
Men eslinde qorxdum ki, dediyinizi edirsiz. 22 fevral günortadan sonra heç yerde şehiniz yox idi... Dedektivem he yaxşı?:)))
Yazını, hetta bu fikirleri etrafl müzakire ederik. Mence düşünen marketerlerimiz marketinqde bir yeniliyin vaxtının çatdığının ferqindedi...
Rüstem mövzusunda ise gelin bu defe xeberdarlıq edek. Onun barmaqları hele lazımdı bize. Yoxsa o gözel yazılarını... Söz vermişdim axı Rüstem sene tevazu elemeye material vermeyecem... Vermirem!!!
Yazınızı dörd gözle gözleyirem...
Bundan sonra derslerden başımı götürüb qaçacağım yerleri müeyyen elemişem - marketing defteri ve Kisshot blog ve...
lit.az
Derin hörmetle
Uau! deyir, belə olanda ingilislər..
Görün kimləri görürəm:
VÜSAL AYDIN..
Tanıdım səni gözlərindən =)
Bir yerdə çiyin-çiyinə verib döyüşdüyümüz vaxtlar yadıma düşdü. Yox, dayan görüm. Axı mən əsgərliyə getməmişəm hələ =)
Yox, cümlə belə olmalıydı:
Bir yerdə qələm-qələmə verib "Futbol+"ə yazdığımız yazılar düşdü yadıma.. =)
Bir az da yaddaşında "Search" eləsən tapacaqsan mən kiməm =)
Amma adımı deşifrə etməmək şərtiylə.
Hardasan İzmirdə, yoxsa Azərbaycanda?
Salamlar, qardaş!
imza: sabiq iş yoldaşın
Eleyke salam... qardaş...
Mene qardaş deyirsense qardaşsan... Çiyin çiyine döyüşmüşükse de yoldaşsan...
Demeli bizim adamsan Az-ya
Bu deyqe ne İzmirde ne Azerbaycanda - İstanbulda çoxuna menasız görünen doktorantlıqla meşğul...
Düzü fikirleşirem kim varıydı axı bu qezetde esger getmeyen... hmmmm... ağlım AU gelir... Alternativ Media seviyesinde samballı bir blogun altında önemli bir imza olmalıdı.
Amma men hele ki XOŞ GELDİN BLOGUMA SABİQ İŞ YOLDAŞIM!!! deyim...
İnisiallar mene çox kömek ederdi bax...
Ok RP...
I catch it...
Vusal? daha bu sozleri dedinse bizim de borcumuz olar ki, sene derslerden qachacaq yeri teshkil edek.. Yeni bloqlarimizda mutemadi shekilde yazilari yenileyek..
Muzakire InshAllah ederik, amma men azaciq bashqa movqede olacam. Turkler demish, amma menim sizden eshitdiyim affola:)))
Diqqetiniz üçün derin teşekkür.. Oxucularınız çoxdu.. Onlar da mene qoşular yeqin;)
Ela!!! Ölmürem menle eyni mövqede olmayan insanla müzakire aparmaqdan ötrü?... Daha çox şey öyrenmek imkanım olur... Böyük memnuniyetle...
Aygün türk diliynen yaxşısız. Gözel istifade eliyirsiz. Amma axırıncı cümleni başa düşmedim:))))
Tapdın Vüsal, tapdın.
Ruslar demiş, с собственной персоной! =)
MSN: az-ya@cimbom.gs
Əlaqə saxla, danışaq bir az.
Ok Az-ya hele söhbet eliyeciyik...
Özü de deyerem hardan tapdım... ultraslan...;)
Blogun da qeşengdi a bu arada...
Yorum Gönder