Əslində sıra “Bizdə də olanlar” rubrikasının “Demo”sundaydı. Bu gün – sevgililər günündə qarşınıza yeni rubrikanın startıyla çıxmağı planlaşdırmışdım və çox istərdim. Düzdü bunun Valentinin gününə heç bir dəxli yoxdu. Yəni Azərbaycana gələn şirkətlərə aşiq filan deyiləm. Düzü mənim lap cavanlıqdan bu Valentinlə heç aram da olmuyub...
Nəysə, mövzu nə idi?..
Maşın düyasının “əcaiblikləri” haqda bu əcaib mövzunun haradan çıxdığıyla maraqlananlar ola bilər. Olmasa da, yazım... Dost blogda 2 gün öncə yayımlanan yazının şərhləri çox maraqlı bir xarakter aldı. Aydın oldu ki, Porsche xalq arasında Jeep (Cip) deyilən SUV kateqoriyasına girəndən sonra markanın imici, şəxsiyyəti, kimliyi... bir sözlə hər şeyi dəyişdi. Bu əslində avtomobil sektorundakı dəyişikliklərin məntiqi davamıdı... deyirəm mən...
Necə?
Biraz əvvəldən başlayım. Avtomobil sənayesi 20’ci əsrin ən vacib sektorlarından biridir demək olar. Hətta bu tezisi biraz da konkretləşdirib 3 sektordan bəhs etmək mümkündür: avto, neft ve əczaçılıq… Şübhəsiz mübahisə oluna biləcək bir siyahıdı… Ən azı burada qanuni sektorların nəzərdə tutulduğu, qadın biznesi, narkotik və silah ticarətinin ayrıca mülahizə edildiyi bilinməlidir. Aydındı bir sözlə…
Təxminən son 20-25 il əvvələ qədər alman (Mercedes və BMW) və amerikan (GM, Ford və Chrysler) nəhənglərinin nəzarətində olan sektor yapon texnologiyasının yüksəlişi ilə söykəndiyi dayaqları itirmiş kimi görünür. Bunun başlanğıcı əslində Volkswgen’in Beetle ilə “yekə maşınları” arı kimi sancması (“beetle” ingilis dilində “arı” deməkdir) oldu. 1970’lər Beetle’in “kiçik hegomonluğu” kimi tarixə keçdi. O günlərdən bəri isə bazarın yeni “ağası” Corolla modeli və Toyota’dır. Keçən ilin axırına yaxın hesablamalara görə istehsala başlandığı gündən bu yana 40 il ərzində 36 milyon ədəd satılıb. Bu ağlasığmaz bir rəqəmdi…
Artıq Mercedes, BMW lüks seqmentin Ford və Chevrolet ekonomik seqmentin toxunulmaz lider markaları deyil. Audi Mercedes’in kürkünə birəni çoxdan atıb. BMW də son 2-3 ildəki dəyişimlə imici gücləndirməsə müştərilərini Lexus, Infiniti vəya başqa bir markaya “bəxş edəcəkdi”.
Ekonomik seqmentdə isə artıq yaponların “çaldığı havaya oynayırlar”. Gənc Toyota daha nə qədər böyüyəcək? İtkisiz və israfsız istehsal, qüsursuz marketinq mesajları, yapon mühəndislik dühasının məhsulu bazarı alt-üst edib. Yəqin ki, bu il 10 milyon satış ədədinə çatacaqlar…
Əslində sektorda sadəcə liderlər yoxdu. Mazda, Subaru kimi xüsusi oyunçular, Land Rover ve Cadillac kimi “özünü dartan” markalar da var… Amma dövr mü dəyişir, maşın istehlakçısının stereotipində inqilab mı baş verir, yoxsa markalar şəxsiyətlərində reviziyaya ehtiyac hiss ediblər bilinmir. Düzdü “Ford”un bu reviziyaya ehtiyacı var. Amma Porsche… Dünya tarixinin ən dəyərli markalarından biri, həqiqətən də alman maşın mühəndisliyinin nadir nümunəsi niyə idman maşını kimi qalmamağa qərar verdi? SUV’u bazara çıxardıqdan sonra çox tənqid olundular. Araşdırmalar Porsche müştərisinin buna hazır olmadığını göstərdi. Amma… Artıq hamı buna öyrəşib və Porsche SUV kifayət qədər satılır və rəğbət görür. Sedan çıxaraxaqlarmış yaxında (sit. Marketing dəftəri…). Bu Porsche’nin idman maşını imicindən qurtulmaq həvəsindən başqa bir şey deyil. Bunun yaxın dönəmdə təsiri öz yerində. Amma uzun vadədə markanı “koraltmayacaq” ki? Bu suallar cavab gözləyir…Cavabu isə heç Porsche’nin idarəçiləri də bilə bilməz. “Zaman”dan soruşmaq lazımdı. Zamanla aydın olacaq…
Əslində Porsche bu genişləmə ilə bir növ fərqliləşmə edir. Ferrari və Lamborghini də idman maşınlarıdı və heç kim Ferrari SUV təsəvvür etmir. Amma artıq Porsche SUV təsəvvür edilir. Biraz da çalışsalar Porsche sedan da məntiqsiz gəlməyəcək insanlara…
Söhbət maşından gedirsə çox şey yazıla bilər. Daha yazacam… Bu “Əcaib yazını” isə burada dayandırmaq məsləhətdi…
P.S. Fikir verin yazıda nə qədər sual var. Niyə???

4 yorum:
Evvela blogundaki yeni uygulamalar xoshuma geldi Vusal. Top Marketers, Top 10, Deyerli Beyinler...Tebrik edirem.
Indi kechim movzuya...
Ecaip movzunu bu qeder tez yazacagini gozlemirdim. Dogurdan ecaipdir. Porsche haqqinda yazmiram artiq, chunki uzhe danishmiishiq. Ferrarinin bir yoneticisine sorushmushdular ki, Ferrari ne vaxt SUV istehsal edecek, o da "bunu hech vaxt gormeyeceksiniz" demishdi. Sonra Makla (teessuf ki blogunu sildi, evveller gozel blogu var idi) Ferrari SUV spy shot yayinladi ve men shok oldum. Dogurdan eger bele bir shey olsa men shok olacam.
Toyota ve Honda firtina kimi esir. Allah axirindan saxlasin. Ucuz markalar yuxari dogru dirmanir ve bu marklarda ishleyenler bilmirler nece etsinler ::))(menim kimi:, men de oz derdimdeyem). Bu firtina kimi esasen Toyotanin Amerika CEO-suna sorushmushdular " En chox Hondadan qorxursunuz?" Demishdi " yox Hyundaidan.". Bunu Hyundaiye xidmet uchun yazmadim, sadece Cenubi Korealilarin son illerdeki fealiyyetlerinin de onemli oldugunu qeyd etmek uchun yazdim.
Avtomobilleerde hershey chox murekkebleshib, murekkebleshmeyen sadece dizaynlardi, chunki insan beyni artiq chox extra-ordinary dizaynalr ortaya chixarmir. Conceptlerde varsa da, realda 5-6 numune ancaq gostermek olar. Bu ise esasen birleshmeler, evliliklerle elaqedardir. daha dogrusu iqtisadi sebeblere goredir.
Subarunun Imprezasi haqqinda ne fikirleshirsen Vusal? Men modelin texniki xarakteristikasindan behs etmirem, markanin strategiyasindaki yerinden behs edirem.
Hormetle,
He Rüstem senin xoşuna gelecek "Top'lu" siyahıların davamı var. Bizi izleyin;)..
men de keçim de mövzuya...
Toyota ile Honda haqqında birce dene şey deyim, onlar modellerine 10 min daha artıq qiymet qoysalar yene satılar ve dehşet de kar ederler... Amma bu yapon anlayışına ziddir. Meselen Honda Civic... Qadan alım Renault Megane hara o hara? eyni qiymeti demek olar...
Amma Toyota'nın müşteriileriynen Honda'nınkiler tama eyni deyil. Ortaq hedef kütlesi varsa da...
He Hyundai meselesine gelince... "Sizinkiler";) heqiqeten qabığını qırır ve dehşet inkişaf var. Men Getz ve Accent Era modellerini super uğurlu görürem. Elantra biraz axsıyır. Özü de Hyundai özüyle bağlı bütün algıları qırır. Modellerin bir sonrakı versiyalarını tesevvür eliyirem. Yeqin ki 2010'a doğru çıxar. Ve onlar heqiqeten Toyota'nın endişesini haqlı çıxaracaq terzde olacaqlar. Bu texmindi... Xüsusile Getz'in yeni versiyası mene maraqlıdı.
Dizaynlarda da bir növ sadelik elden getdiyi üçün ekonomik maşınlar yuxarı dırmanır. Uzay maşınlarına minmek istiyir mi insanlar. Ucuz maşınlar artıq lazım olan her şeyi temin eliyir az qala...
İmpreza'nı beyenirem. Mence Subaru'nun en uğurlu modelidi. Ümum.nen Subaru "qorxaq" strategiya yürüdür. Herhalda müşterisinin kısıtlı olmağından çekinir. Amma konkret İmprezanın strategiyasından xeberim yoxdu düzü. Bir defe de demişdim Subaru sevdiyim bir markadı... Amma inkişaf etmir nese. Axsayır...
Butun movzularda dediklerinle raziyam.
Renault ise tamamen ufurukten teyyare bir marka olub az qala. Men hazirki bazarda, Renault alan mushterileri heqiqeten de danishdirmaq isteyerdim. (Taksiler xaric, onalr aydin meseledir). Megane base option Bakida qiymeti Hyundai elantra Full Optionla eyni qiymetedir, Toyota Corolla full optiondan biraz daha ucuzdur. Ona gore de ancaq Turkler Megane alir, Bakida Megane mushterisinin belke de 90%-i turkdur. Men shexsen Reno Marketing managerinin bu yazimi oxumasini isteyerdim, bize de izah versinler bunun sebebini...
Menim Audinin fani, Subarunun da heyrani (ayri cumle oldu haa) oldugumu meni azchox taniyanlar bilir. amma, achigi son Impreza meni chox teessuflendirdi. Oxudugum qederile butun Subaru sevenleri teessuflendirib. Senin Subarudan xoshlandigini bilirdim, ona gore sorushdum gorum sen ne deyirse, bir de elbette marketolog kimi strategi yanashman necedir bilmek isteyirdim..
Renault yene Türkiye'de en çox satılan 3 maşından biri oldu. Bakıda da eyni strategiyanı yürüdüller ve sen demiş Türkler üçün...
Audiye heç toxunmayaq. O qanunauyğun tek markadı ve maşın dünyasının "altın çocuğu"du. Subaru ise nese heç hereket de göstermir... Görek de düzeler herhalda...
Yorum Gönder