Marketinq 20’ci əsrdə ortaya çıxmış olsa da, 21’ci əsrin marketinq əsri olacağını demək olar. Aidiyəti olan olmayan, yaşlı-cavan, kişi-qadın… Hamı! Hamı marketinqdən ya danışır, ya danışdığını düşünür, ya da danışmaq istəyir…
“Marketinq satış deyil”, “Marketinq atış da deyil”, “Marketinq həyatdı” nə bilim “Marketinq ölümdü”, yox “Bütün marketerlər yalançıdı” (sit. Seth Godin) vs. vi. b.d.a. (5 də artıq)
Bir şey qaldı – “Marketinq qlobaldı”! İnanırsız buna?
Belə baxanda ki, inanmaq olar. Marketinqi “müqəddəs qanunları” edib başının üstündə gəzdirən və uğura nail olan şirkətlərə qlobal şirkət deyillər (bax. PG, Unilever, GM vs. daha bəsdi baxdıq). Qloballıq nədən ibarətdi? PG Ariel’ini onlarla ölkədə eyni adla, eyni reklamlarla, demək olar eyni paketdə satır… və həqiqətən satır… Hə onda demək olar bütün dünyada eyni adla qəbul olunan marketinq də qlobaldı (?!). Qlobal cəhətləri var, danmıram.
Amma…
MacCarthy 1960’da hamı üçün 4P’ni müəyyən eliyib, deyib gedin özünüz aydınlaşdırın hansı P’ni necə istifadə eliyəcəksiz, hansını hara qoyacaqsız, içinə nə dolduracaqsız vs. Bu “Place” adı altında qiymətdən danışmaq demək deyil. Sadəcə deyir ki, mən “Promotion” deyəndə orda reklam, PR nə bilim nəyi nəzərdə tutmuşam, amma bu sərhəd vəya dəyişməz qanun deyil. Bəlkə sizin ölkədə reklam eləmək ağılsızlıqdı. Əminəm MacCarthy yaşasa mənimlə razılaşardı. Ya da erməni variantı yox, o biri 3 yoldan (bax “Ermeniler marka imajını kuvvetlendiriyor” yazısına) biriylə yola gətirərdim. Nəysə vacib deyil. 4P’nin atasının sümüklərini sızlatmayaq…
Nəyə gətirirəm?
Məncə marketinq qlobal bir dəyər olsa da, bütün dünyada hökmü olan tərəfləri mövcudsa da, marketinq millətlərə, cəmiyətlərə vəya dövlətlərə görə dəyişir. Sözhbət sadəcə mədəniyyətin marketinqə təsirindən getmir. Marketinq instrumentlərinin istifadəsi, təsirliliyi, tərkibi, nisbəti kimi mövzulardan gedir. Nolsun ki marketinqi dünyaya Amerika öyrədib? WOM deyilən 21’ci əsrin ən maraqlı marketinq alətlərindən birini Amerikalılar gəlsin bizdən öyrənsin. Düzdü marketerlərimiz (əsasən) bunun fərqində deyil və şirkətlərimiz bu öldürücü silahdan lazımınca yararlanmır. Bu mövzuda sonra ətraflı yazacam. Ona görə üzərindən keçirəm...
Yəni məsəl üçün…
Düzü şirkələr marketinqi efektiv istifadə eləməli olduğu üçün bu mənada vəziyətə görə özlərini tarazlyırlar. Heç universitetlərdə də ağıllı-başlı marketinq öyrədilmir. Amma vaxt gələndə əminəm ki, Kotler ya da, onun kitabını tərcümə etmiş birisinin vəsaiti tədris ediləcək. Qlobal şirkətlər işçilərini aparıb qərb ölkələrində treyninqlər keçirir. Düzdü bu dərslərin təsiri danılmazdı. İşlər də yaxşı gedirsə, satış varsa deməli əlavə sözə nə hacət? Ama elə deyil iş orasındadı ki. Bazarımız gəncdi, rəqabət azdı, nəhəng şirkətlərin yolu açıqdı, paylama (distribution) qaydasındadı, yağış da yağmır, buludlar dağılıb gedib; nə dərd nə qəm?
İş ciddiləşsin, rəqbət artsın, bazarın, istehlakçıların, insanımızın nəbzini tutan şirkətlər (inşallah yerli şirkətlər olar) peyda olsun, onda görəcəm “qlobal” etiketli divləri. “Think global, act local” “marketinq atalar sözü”ndən çıxmağın cəzasını çəkəcəkləri günü həsrətlə gözləyirəm…
P.S. Marketinqdə dəyişikliklər çox müzakirə olunur. Hamı dəyişimnən danışır amma, 4P’ni 20P`yı çevirməkdən, Rüstəmin bloqunda verdiyi siyahı kimi “marketinq”in dalına-qabağına (Türkün məsəli) söz əlavə eliyib “düzəltmə isim” quraşdırmaqdan başqa heç nə etmir. Kotler “holistic marketinq”də bwhs etdi 2006 “təvəllüdlü” kitabında. Bəlkə tərkibi gələn çapda ətraflı açıqlanacaq. Mən isə marketinqdəki dəyişimi bunda görürəm. MİLLİ MARKETİNQ!!!
Etiketler: Milli marketinq
Kaydol:
Kayıt Yorumları (Atom)
8 yorum:
Milli marketinq.. Ela..Sozun heqiqi menasinda bu cur fikri eshitmek, yeni tamamile shexsi fikri xosh idi. Dushunen insanlar demek ki, var. Holistik marketinq haqqinda men yazmaq isteyirdim..Yeni oz fikrimi deyil de,Kotlerden filan.:) Yazacam da. Amma bele gozel olmayacaq.. Yeni sizin milli marketinq kimi..
Amma WOMM niye oldurucu silah olmalidir, qavramadim.:)
Çox sağ olun Aygün xanım bu sözlere göre...
Düşünen insanlar hemişe olub, hereket eliyenler de... İş orasındadı ki, veten üçün düşünüb hereket eliyenler azdı. Men Azerbaycanda amerikan marketinq anlayışından müsteqil Milli marketinqin nezeriyesini yazacaq ve tetbiq eliyecek potensial kadrların olduğuna inanıram. He bu arada bu bir neferin eleyeceyi şey deyil. Hamıdan destek ve qatılım gözleyirem...
Wom'a gelince... evvela anlamıram bizde ona niye womm deyiller... o haqda yazacam etraflı. belke öldürücü silah sözünden ilk baxışda anlaşılan şey olmayacaq amma ifadenin içini dolduracaq arqumentler hazırlayıram... (Azerbaycanda "ölümüne" ve "heyati" ifadelerinin eyni mena üçün istifade edildiyini bilirsiz meselen)
Ikiniz birlikde "Milli Marketing" kitabi yazarsiniz inshallah, men de ONSOZ yazaram o kitaba:)) (Eslinde dil chixartmaq isharesi olsaydi onu qoyardim bura)
Zarafat bir terefe, menim "onsozum" xususen de birterefe, amma inaniram ki, birgun bu olacaq. Aygunun Marketingi nece sevdiyini ve hergun ne qeder yeni sheyler oyrendiyini bilirem, Vusalin da bilgisine ve sevgisine shubhem yoxdur. Kitab yazmaq birlikde ve ya ayri ayri olar, amma inshallah sizin kimilerin birliyi ile Milli Marketingin quvvetleneceyine inaniram. Bloglara baxin-Maashallah! Adam, oxuduqca sevinir fexr edir.
Senin blogun, Aygunun blogu, Jabrayil muellimin blogu...bunlar hamisi addimdir...
Haminiza teshekkurler,
Hormetle,
Blogların efendisi qardaşım menim, sırf seni sevindirmek üçün bloga yazmağa davam elemeye deyer:) (dil çıxartma şekli olsa da çxartmazdım bu yerde;))
fexr elemeye de ki hele tezdi. senin ve Aygün xanımın bloglarınız heqiqeten lokomotivdi. gel sen ele indiden bir önsöz yaz qoyum Milli marketinq bloguma he Rüstem:) senin önsözün menimçün fexrdi...
özü de qardaşım hara çekirsen yaxanı kenara? burda, blogda, mak'da yazmaqnan qurtarmır bu işler.. bilirsen ki Azerbaycanda marketinqi bilen, seven ve Azerbaycanı seven hamını kitab yazma işlerine celb elemeye çalışıram. Milli marketinqi birge yazacağım isimler ise demek olar formalaşıb zenimde...
kömek üçün sağ ol Rüstem..
Hörmetle
Minnətdaram! Təvəcühlərin çox yüksəkdi!
Başqa nə deyim ki....
Azərbaycanda marketinq də "milli dava" sayılır? Biznesdə hisslərə yer yoxdur deyəsən.
Hələ bu "milli marketinqin kitabını yazma" lap xoşuma gəldi.
Vüsal bəy, siz yazın Rüstəm müəllimin dediyi kitabı. İlk oxucusu (çapa getməmişdən) özüm olacam və yuxarıdakı mətndə tutduğumu 49 orfoqrafik səhvi orda düzəldəcəm... Necə deyərlər, xüsusi korrektor, Fuad ;)
Bax belə yazıları oxuyanda marketoloq olmadığım üçün ələlxüsus hefslənirəm... Qəşəng yazıdır. Aygün xanımın şərhindən sonra nə deyə bilərəm? Tabii ki, heç nə...
Fuad.
İnşallah Fuad. Korrektorumuz da ən ustasından oldu daha :) Əla. Allah razı olsun gözəl sözlərçün. Sayəndə Shared Foldersin də şərhini gördüm :)
Bu kitabı yazmaq şərt oldu. Hamı deyir yaz. Camaat ad günü arzusu olaraq deyir. Bir sözlə İNŞALLAH...
Yorum Gönder