Tata haradan çıxdı?..
Azərbaycan’ın dəyərli bloggerlərindən Kisshot təxminən 1 ay əvvəl
hadisələri qabaqlayaraq blogunda “Jaguar” və “Land Rover”in satıldığı xəbərini vermişdi… O vaxt hələ şaiyə zəminində davam edən söhbətlər axırı ki, yanvarın son günlərində yekunlaşdı…
Artıq Tata’nın Jaguar ve Land Rover’i almağından xəbəri olmayan qalmıyıb. Avtomobil sənayesinin iki divi, tarixi ve simvolik dəyəri çox yüksək qiymətləndirilən, İngiltərə’nin iki gözbəbəyi Hindistanın (!) Tata (!!) şirkətinə satıldı. Kimin tərəfindən? Avtomobil sənayesində inqilabın başlanğıcını qoyan, ən böyük şəbəkəyə sahib, ən çox yerdə satış edən və ən dəyərli marka portfelinə sahib Ford Motors (!!!) tərəfindən…
Bir firma belə dəyərli “parça”nı satmağa qərar verirsə, deməli vəziyət yaxşı deyil!!!! Ya şirkətim ümumilikdə problemləri var, ya da o iki “parça” üzdə göründüyü kimi dəyərli deyil… Jaguar ve Land Rover üçün ikincini deməyə biraz “axmaq cəsarət” lazımdı (?). Avtomobil tarixi səhifələnsə ora düşən 10 marka arasında Jaguar’ın mütləq yeri olacaq. Land Rover isə hər bir avtomobil yarmarkasında diqqət mərkəzində olur… Bu belə markanın necə bilindiyi və sevildiyini göstərməyə bəsdi…
Noolub axı onda Forda? (hələ bizdə buna canına nə azar dolub? da deyirlər)
2007’ni 12 milyard dollara yaxın zərərlə qapayıb, daha nə olmalıdı? Henry Ford bu insanlara bunu mu miras buraxıb getmişdi? İlk 5, 10 ve 15 milyon satış rəqəmlərinə çatan T Modelinin “nəvə-nəticəsi” bu qədər aciz qalıb? Bazara istehlakçıya maşının rəngini diqtə edəcək qədər hökmran olan bir şirkət yeni minilliyin başlamasıyla niyə burulğanda çırpınan adamı xatırladır? Bax elə ona görə… Artıq qabağında diqtə edə biləcəyi istehlakçı qalmadığı üçün, özü isə bu xülyadan qurtula bilmədiyi üçün… 2000’lərdə oyandı ki, o da bəs olmadı… Yeni Mondeo (həqiqətən əla maşındı) belə xilas eliyə bilmədi Ford’u. Ekonomik maşın istehsalçısı gücü sayəsində dəyərli markaları bir-bir yığdı… Amma… İdarə eləməyə gələndə olmadı, bacarmadılar. Mazda marka şəxsiyətini qoruduğu üçün təcilini mühafizə edib, Zoom-Zoom’la yola davam etdi… Volvo da İsveç praqmatikliyiylə öz tempində… Amma Jaguar çoxu tərəfindən tarxin ən faciəvi X-Type modeli və inkişaf etməməsiylə, Land Rover imkanlarının sərhədinə yaxınlaşmasıyla (şəxsi fikir) Ford üçün fayda gətirən işlər deyil artıq. Bunlar sadəcə şirkətin diqqətinin dağılmasına səbəb olan markalardır… Və getdilər… Hindistana…
Tata Azərbaycanda çox az tanınan bir şirkətdi. Minik maşınları bizim millətə yaraşan (!?) tərzdə deyil. Özü də “core competence”i yük və ticari maşınlardı. Avtobusları da yaxşıdır. Şərhlər yersizdi. Deyilənə görə 2 milyard “cash”i var bu iki “parça”nı almağa. Aldı da!
Qəribədi. İngiltərənin mənim bildiyim 5 maşın markası var. Onlardan 3’ü ingilisləri sevməyən almanlarda (Rolls-Royce ve Mini BMW’də, Bentley Volkswagendə), 2’i isə sevmədikləri amerikalılarda idi. Artıq amerikalılarda deyil. Jaguar ve Land Rover adlı 2 “ingilis bayrağı” artıq (yenə) onları sevməyən (nisbi anlayışdı) Hindistanın tabesindədi. Maraqlıdı. Sömürücü millət ingilislərin tarix boyu ən yaxın olduğu ölkələrdən biri – Anerikadan, digəri – Hindistana köçdü markaların sahibliyi…
Tata “core competence”ində çox uzaq olan lüks markaların idarəçiliyini aparmaq üçün Ford’dan marketer transfer edəcəyini ifadə elədi. Məncə orada efekt almayan burada da almaya bilər. Təhlükəli qərardı… Amma ən azından böyüyən Hindistan və böyüyən Hind şirkətləri özünü sübut etmək üçün əla bir şansı (2 milyard dollara da olsa) ələ keçirib.
Kaydol:
Kayıt Yorumları (Atom)
5 yorum:
Avtomobil sektorundaki son dovr deyishiklikleri dogurdan da maraqlidir. TATA "haqq-hesablari"na hem Aygun, hem de sen ela toxundunuz. men bu arada bir sheyi qeyd edim ki, VOLVO-nun da Fordun elinden chixmasi muzakire olunur, helelik BMW namizeddir almaga. BMW 2007-de en chox gelir elde eden ve satish gostericilerine nail olan Premium markadir sehv etmiremse.
MAZDA bu il Fordu az-chox ayaqda tutan markadir. 2003 MAZDA krizinden sonra emelli bashli yenilikler eden Mazda bu ili gozlenilenden chox yaxshi kechirdi. Modelleri beynelxalq dereceli reytinglerde ilk 3 yerlere chox sahib oldu. Zoom-Zoom konsepti ile markaya deyer qazandirildi. CX9, Mazda2, Mazda3 ve yeni Mazda6 chox ugurlu oldu.
Men daha yazmiram:)Avtomobilden bashlayanda bitmek bilmir ki....
Hormetle,
son dövr deyende yeqin 2000den bu yananı nezerde tutursan. düzü sen olan yerde avtomobi senayesinden yazmaq heqiqeten ürek istiyir... amma neyniyek menim de böyük hevesim var "taçka"lara...
niye yazmırsan ki yaz da... Zoom-zoom mence 5 il Mazdanı saxlıyar. Amma Mazda Ford Motors'u saxlamağa bes elemez... Lincoln'un yeniden yapılandırmaya ehtiyacı var (tamappadım öz dilimizde) Ford da ki gerek kişi olsun... yeni "şexsiyet" - personality'sini möhkemletsin. yoxsa axırı heç yaxşı deyil bu Fordun...
Men amma yazacam Rüstem qoy başlayanda bitmesin ve senin olduğun yerde maşından yazmaq ürek istesin...
Hörmet öz yerinde
Fordu bundan sonra "agil"dan bashqa hech ne saxlamaz. Fordun problemi tekce modellerinde ve marketing strategiyalarinda olan eksiklikler deyil. Hetta, o cehetden olan problemler duzeldile bilmeyecek qeder derin de deyil, Fordun yeni bir formalashmaya ehtiyaci var. Mushteriden melumat toplanmasi, feedback movzularinda ne qeder yaxshi ishleyirler bilmirem, amma eminem ki, Fordun satish ve logistik sisteminde problem var. Azerbaycanadki Ford emekdashlari ile az-chox munasibetim var, esas shikayetleri sifarishler, chatdirilma, umumi ishleyishin tersliyindendir.
Personality meselesinde fikirlerinizle yuz faiz raziyam.
Hormetle,
Rüstem inan mene semimiyem. Senin kimi beş neferlik bir grupu Fordun marketinq fealiyetlerinin sükanına keçirseler şirketi dirçeldersiz...
Vusal, inan mene senin dediyin real deyil, çünkü onun altından qalxmaq çətindir.
Bu avtomobil ki vaaaaar, bu çox qəliz məsələdir:)
Yorum Gönder