Öyrəşdiyimiz “Bizdə niyə yoxdu” sualına cavab tapmağa çalışdıqdan sonra keçək bizdə olanlara… Beləsi çox deyil bilirəm… Neyləyək? Kasıbın olanından…
Düzü marketinqin bizdəki səviyəsi və halıynan insana nəsə danışmağa həvəs qalmır. Amma belə bir şəkildə söhbəti “fırlada bilərəm”: Bizdə marketinq ibtidai səviyədə var. O səviyədə Afrikada da var e. Hətta xatırlamadığım bir marketinq mütəxəssisi “İlk marketer şeytandı, ilk uğuru da qadağan olunmuş meyvəni Həvvaya yedirtməsidi” deyib. Yəni marketinqsiz dünya yoxdu.
Yəni… Dünyanın hər yerində marketinq var və tətbiq olunur. Yadıma Mak Forumda gedən söhbətlər düşdü lap. Ənənəvi “nəzəriyyə vs. praktika”. Niyə axı ay qadan alım, bu “versus”u biz də dünyanın inkişaf etmiş və marketinqini də beləcə inkişaf etdirmiş ölkələri kimi “&” ilə əvəz edə bilmirik?.. Hətta yazıda mümkün olsa “nəzəriyyə” ilə “praktika”nın arasına “və” qoymaq nədi, qol-boyun, yaxın dost kimi təsvir edərdim…
Bunu niyə deyirəm? Bizdə marketinq var. Reklam çəkilir, bərbəd olsa da, outdoor reklamlar çıxır “adam içinə” – ya kopiya ya da “ürəkbulandırıcı” olsa da… Marketinq araşdırması şirkəti statusunda onlarla “fiziki ve hüquqi şəxs” var… Amma soruşsan hansı sektor üçün nəyi araşdırmaq lazımdı, araşdırma nəticəsini necə yozmaq lazımdı, bu nəticlərin maksimum dəqiq olmasın üçün nə lazımdı… və bu qəbildən bir çox suala cavab verə bilməzlər. Verə bilənlər də tapılar, sözüm yoxdu… Amma elmi əsəsda iş getmir bizdə… “Lavka”ya iki dənə siqareti qoyub müştəriyə “soxuşdurmaqdı” marketinq. Var e marketinq amma belə… Bu səviyyədə. Bizim cəmiyət, iqtisadiyyat, şirkətlər bu səviyədə marketinqə hazırdı… Hələ bizə Bakcell’in Cinbala’sı kimi əslində çox də yüksək səviyyəli olmayan amma səs-küy gətirən reklamlar da çoxdu… Eeeeh!!!
Bizdə də marketinq, əsl marketinq, modern marketinq, rəqabət bazarına yaraşan marketinq olacaq nə vaxtsa… Nə vaxt görəsən? Dünya marketinqi gündəmindən düşürəndən sonra? Yoxsa dünyada bu işin hələlik marketinqin son mərhələsi görünənə sosial cavabdehlik üzərinə qurulmasından sonra?..
Bu söhbətləri qoyaq bir qırağa. Mən Azərbaycanda marketinqi olacağına ümidimi diri saxlayan məqamlardan deyim. Əvvəla ədəbiyat bizim qanımızdadı. Gözəl söz sənətini bizim millət kimi bacaranlar çox azdı. Yəni keyfiyətsiz adaptasiyalar sizi ümidsizliyə düçar etməsin…
Yaxın (nisbi anlayışdı, mən 50 ili yaxın hesab edə də bilərəm) gələcəkdə ölkəmizdə şe’r kimi axıcı sloqanlar, insanın ürəyinin tellərinə toxunan cinqllar, kino ləzzəti verən reklam filmləri olacaq… İnşallah… Dərin və uzun-uzun tələffüz edilməsi gərkən bir “inşallah”dı bu…
Azərbaycan cəmiyəti tip olaraq Amerikaya – marketinqin zirvədə olduğu cəmiyətə oxşayır. Bizdə göstəriş ön plandadı. Bunlar marketinq üçün “qızıl” dəyərində bilgilərdi. Ona görə də markalaşma çox vacib olacaq. Hələ də ölkəmizdə görünüş əsas məqam olsa da, yavaş yavaş marka ilə fərqlənmək, başqalarına “fors eləmək” yerləşir və tam yerini tutana qədər irəliləyəcək. Ona görə şirkətlərimiz Bakıda və ya Sumqayıtda “alman malı” istehsal etmək əvəzinə indidən markalaşsalar ağıllı iş görərlər. Sumqayıt şossesinə istehsal olunan “Turan” markalı şokoladlar kimi yox amma… Məhsulun keyfiyyəti hər şeydən ümdədi…
Azərbaycan ticarət ənənəsi olan bir millətdi. Bu o deməkdi ki, insanlarımız marketinq düşüncə tərzinə yiyələnə bilər. Onlar da təhsil səviyyəsini artırsa marketinq instrumentlərindən çox uğurlu istifadə edə bilərlər. Ticarəti qurma və idarəetmə bizim millət üçün asan bir prosesdi. Bu marketinq üçün həm minimumdu, həm də çox həlledicidi.
Və nəhayət, “yağlı tikə”ni saxlamışam sona. Biz çox yaradıcı düşünən millətik. Yaradıcılıq marketinqin can damarıdır. Onsuz marketinq yoxdu, onsuz artıq heç bir peşə yoxdu. Onsuz inkişaf yoxdu, onsuz heç yerində qalmaq da mümkün deyil. Ya yaradıcılığın var və qabağa gedirsən, ya da yoxdu arxaya. Ya da bizim kimi – var amma istifadə eləmirsən və yerində sayırsan…
Bəsdi yerimizdə saydıq. Sayırıq da; neçəyə kimi saya bilmişik bu yolla? Azərbaycanlı kimi yaradıcı insanların cəmləşdiyi bir cəmiyətdə niyə outdoor reklamlar standart olmalıdır, hətta standartlara belə cavab verə bilməməlidir? Niyə “dağılmısan, deməli acmısan” kimi əslində bizim folklorumuzda olmayan bir ifadə sloqan kimi ən yaxşılardan hesab olunmalıdır. Çünkü yerli şirkətlərimiz “öz pamidorumuz, öz musiqimiz” kimi absurd bir sloqanla televizora çıxmaqdan utanmırlar…
Dörd bənd sadəcə yarım saat ərzində xatırlaya bildiklərimdi. Başqa məqamlar da tapıla bilər. Hər əlavə olunan yeni məqam da normal marketinqi ölkəmizdə görmək ümidimizi artıracaq. Hələlik bunlar da yetər. Bu faktorlardan bir istifadə edək öncə…
P.S, Bu rubrikanın davamında belə “alovlu” cümlələr yox, Azərbaycanda da fəaliyət göstərən şirkətlər haqqında “ciddi” yazılar oxuyacaqsız. Ciddi… Oxuyacaqsız?
P.P.S. Nə vaxtsa bu yazılarımı oxuyub “necə ağır günlərdən keçdik; marketinqin satış sayıldığı, “başına daş düşdüyü” günlərdən” demək ümidiylə…
Etiketler: Milli marketinq
Kaydol:
Kayıt Yorumları (Atom)
3 yorum:
Bu Ivan da yaman deyib, ha..
Bu Malabeinen İvan nece dadanıblar bloguma? Ne ponemayu?...
Hahahahahahaha
Yorum Gönder