Maşın dünyasındakı əcaibliklər haqda – 2

Son günlərdə beynimi qurcalayan fikirlərdən sonra silsilənin ikinci yazısını qələmə almağa qərar verdim. Bu axıcı bir yazıdan çox sevdiyim tərzdə – bəndlərlə olacaq…

Avtomobil dünyası ilə bağlı gəldiyim nəticlərdən bəziləri:

* Artıq maşınların “duyğusal” dəyəri önəmini getdikçə itirir. Bugatti, Ferrari, Lamborghini, Maserati, Bentley, Maybach və Rolls Royce artıq gün keçdikcə suvenirə çevrilir. Onlar xüsusi maşınlar olaraq qalacaqlar amma gəlir gətirməyən markalar olacaqlar. Porsche artıq bu siyahıdan çıxıbdı. SUV ardından çıxarılmağa hazırlaşdıqları sedan Porsche’nin simasını təmiz dəyişdirdi. Rüstəmin dediyi kimi “artıq Prosche sadəcə yüksək səviyyəli bir maşındı”. Amma deyəsən elə bu da lazımdı. Gəlir əldə etmək üçün. Bir şeyi də nəzərə almalıyıq. Ferrari ilə Maserati Fiat’ın, Bugatti, Bentley ve Lamborghini Volkswagen’in, Rolls Royce BMW’nin, Maybach isə Mercedes’in “göz muncuqları”dır. Yəni bu markaların sahibləri olan şirkətlər digər markaları ilə pul qazanır bu markalarla isə “forslanır”… Porsche isə Volkswagen’lə “nişanlansa” da, birgə fəaliyyət yürütsə də, “öz əli öz başı” ilə gününü keçirməyə məcburdu. Buna görə də onları qınamaq olmaz. Pul qazanmaq lazımdı…

* Yuxarıdakı high-class “araba”lar bir kənara, artıq lüks segmentinin 2. səviyyəli markaları da simvolik dəyərlərini itirirlər. Məsələn, Mercedes… Cadillac və Lincoln… Bu siyahıda təkcə BMW’ni saya bilməyəcəm. Yeni modelərin alman mühəndislik xariqəsinin imicini hələ xeyli yüksəldəcək… Bir də Audi… Amma yox… Audi üçün simvolik dəyər qazanmağa hələ var. Amma belə davam etsə dünya avtomoil bazarında Mercedes’in taxtını laxladacaq. Lexus, Infiniti ve Acura isə “ağıllı lüks markalar”dı. Nə olmasa da, bunlar yapon markalarıdı və mədəniyyətin təcəssümü görünür…

* Lüks olmayan maşınlar artıq bazarın və istehlakçıların ehtiyacını ödəməyə başlayıb. Bu da lüks seqmentin tarazlığının pozulmasına səbəb olur. Mercedes almağa imkanı olan insanların belə Toyota Camry’yə yönəlməsi hansı məntiqlə izah edilə bilər. Bu əslində yaxşı şeydi. Yəni istehlakçılar bilinclənir… Bu seqmentdə liderliyi Ford və Chevrolet’dən alan yapon markaları Toyota, Honda və Nissan ciddi mənada hökmranlığa doğru gedir. Bu 3 marka maşın alıcısına lazım olan hər şeyi təqdim edir: imic, rahatlıq, təhlükəsizlik, dizayn. Buna ucuzluğu da əlavə edəndə Avropalı və Amerikalıların təşvişə düşməsi normaldı hətta azdı…

* Ticari məqsədli maşınların və SW’lərin gündəlik həyatda istifadəsi artır. Bu çox vacib bir məqamdı. Çünkü ticari maşınlar (hər ölçüdə Van’lar) həm daha ucuz, həm daha tutumlu, həm də daha az məsrəflidir. Hətta Amerikada yük maşınlarının minik avtomobili yerinə istifadə olunduğu bilinir… Azərbaycanda hələ də ticari maşınlar çox bahadı. Səbəb isə istifadənin yayğınlaşmamasıdır. Şəhərdə Toyota Previa’nın sükanında demək olar sadəcə yaponları (vəya başqa qıyıqgözləri) görməyimiz də çox çəkməyəcək. Bundan başqa Truck formalı “sahə maşınları” (offroad’lar) da dünyada çox populyardı. Bu seqmentinin bizim “milli mənliyimizə” sığmadığını bilirəm. Amma bunlar da böyük cüssəyə rəğmən ucuz və az məsrəflidi. Motor həcmi 2-2,5 litr olur… Mənim sevimlim Nissan Navara’dır…

Maşın dünyasındakı əcaibliklər haqda – 3’də maşın dünyasının son illərində ən uğurlu markalar, enişdə olanlar, gələcəyi parlaq görünənlər vs. vi. olacaq…
Gözləyin!!!

2 yorum:

Rüstəm Məmmədov dedi ki...

Bu "malabei" kimdi ay Vusal?:)

Lexsus haqqinda ne fikirleshirsen Vusal? Toxunub "agilli marka" demisen, amma azca da achsan sevinerdim...

Vüsal Qəmbərov dedi ki...

bilmirem sildim ona göre de nese xoşuma gelmedi...

Lexus Toyota'nın zekası ile qurulub. Mühendislik üst seviyededi. Bir maşında ne axtarsan va onda. Bazara sonradan girdikleri üçün deyişim dövründe deyesen yaxşı hesablayıblar lüks segmentin istehlekçı profilindeki inqilabı öna göre özlerini yaxşı mövqelendiribler (positioning Azerbaycancası). Yeni simvolik deyer, ne bilim müşterinin qelbine girmek, "menim biricik markam" kimi mesajlar vermiller. Eksine iz "lüks markayıq amma pulu da havaya vermirsiz" deyiller. Sen yazmışdın da motorun 450 defe test edilmeyini... Budu bax lüks markanın elemeli olduğu: talihsizliye heç bir el yeri qoymullar...
Lüks da ki öz yerinde. Teze bir modeli var nese... LX 570 ola biler. Amerikada 87 mine imiş. Azerbaycanda da iki qat qiymete... GL, X5 indiden tedbir alsa meslehetdi:)

Sen yaz e Rüstem menimçün avto deyende senin fikirlerin esasdı. Yazıda 1-2 meqam var şerhini gözleyen...