PRın ləkəli tarixi

PRçıların qulağından uzaq…

PR ya da bizdə istifadə olunan, əslində elə də çox olunmayan adıyla ictimaiyətlə əlaqələr… PRın özünü demirəm, “ictimaiyətlə əlaqələr” ifadəsi bizdə çox istifadə olunmur. Yoxsa ki, PR marketing communication’un (hələlik “marketinq kommunikasiyası” ilə keçinək) ən qədim növlərindəndi və ölkədə marketinqin səviyəsindən asılı olmayaraq istifadə olunan bir mövhumdu. Sadəcə modern alətlərin istifadə olunub-olunmaması və bunun ölkə marketinqinə faydası müzakirqə oluna bilər.

İndi sizə hamının sevdiyi-saydığı, mənim də ən efektiv marketinq kommunikasiyası aləti hesab etdiyim PRın tarixindən azacıq bəhs edəcəm. Bu sözü ilk dəfə Amerikanın prezidenti Tomas Ceffersonun 1807’ci ildə tələffüz etdiyindən filan da yox a… Belə şeyləri gedin standart PR kitabından oxuyun. Hamısında var. PRı Yuli Sezar da istifadə edib, Osmanlı padşahı Fatih Sultan Mehmet də… Bunlar öz yerində…


Mən biraz PRçıların bildiyi, içində qəbul etdiyi, amma xoşlarına gəlməyən və gəlməyəcək bir məqama toxunacam.

Bəli PR xalqı bilincləndirmənin vasitəsidir. Onun məqsədi reklamdan daha təmizdi və tamamən sosial cəhətən məsuliyyəti yerinə yetirir. Amma baxır kimin əllərində. Ot kökü üstə bitər bizim atalar sözümüzdü səhv eləmirəmsə. PRın kökünə baxaq görək bu “ideal” vasitə əvvəllər nəyə vasitəçilik edib…

Buna başlamadan öncə PRın tarixini ikiyə bölüm ki, marketinq PRçıları çox dərindən tənqid etmiş olmayım. PR II Dünya müharibəsindən öncəyə qədər ticari mənada və marketinqin tərkibində demək olar istifadə olunmayıb. Xüsusilə Amerikadan yaşanan “baby boomers”dən sonra marketinqin alətinə çevrilib. Amma daha öncəsində PR indi ədəbiyatda “propaqanda” adlandırılan mövhumla demək olar eyni mənaları daşıyıb. Yəni mən nisbətən marketinq PRı bu yazıdan uzaq tuturam. Amma nisbətən…

PR tarixinin iki ən böyük ismi hamı tərəfindən İvy Ledbetter Lee və Edward Bernays qəbul edilir. Lee praktik, Bernays isə nəzəri dahilərdi. Hər biri öz çalışmalarıyla tarixə iz qoyub. Və maalesef, Türklər demiş… Onların tarixə düşməsini təmin edən işləri PR tarixini ləkələyir…

Lee 20’ci əsrin əvvəllərindən PR ilə peşəkar məşğul olan tanınan insanlardan olub. Xüsusilə I dünya müharibəsi dövründə dövlətə sambalı məsləhətlər verib. Gənclərin müharibəyə cəlb olunması və ən əsası da xalqın bu müharibəyə qoşulmağın vacibliyinə inandırılası istiqamətində… Ayrıca Teodor Ruzveltin o vaxtlar ABŞ prezidentliyinə gəlməsində əvəzsiz xidmətləri var.
Amma onu tarixin yaddaşına həkk edən hadisə bizim də yaxından tanıdığımız Rokfeller ailəsi üçün etdikləridir. Xüsusilə 1913-15 arasında xalqın gözündən düşən, oğru və yalançı, sömürcü imici qazan…maq üzərə olan Rockfeller’ləri o vaxt Lee xilas edib. Zavodlardan birində baş verən insident hələ də ört-basdır edilməyə çalışılır. Məhz Lee işçilərinin etirazlarını boğa bilməyən və dövlətə “pul atmaqda” günahlandırılan ailəni başda “publisiti” və digər efektiv PR üsullarıyla xilas edib…

Bernays isə hamının qəbul etdiyi ilk PR kitabının yazarıdır. Xüsusilə 1923’də yazdığı “Crystallizing Public Opinion” tarixə düşmüş bir kitabdır. Sonradan Hitler və məsləhətçiləri bu kitabda yazılanlardan istifadə edərək Faşist Almaniyasını quracaq və Ziqmund Froyd’un bacısı oğlu Bernays bu kitabı yazdığına görə çox peşma olduğunu açıqlayacaq…
Onun tarixə düşməsi isə bir baxıma Lee’ninkindən daha etik, digər tərəfdən baxanda isə daha mənfi bir haldır. Necə?

Qadınların indi siqaret çəkməsinin ən böyük günahkarı məhz Bernaysdı (!). Bildiyiniz kimi siqaret tarix boyu indiki imicinə sahib olmayıb. Zərəri bilinməklə bərabər əczaxanalarda satılan bir “dərman” olub. Mədə və əsəblərə faydalı bir dərman… Qadınların siqaretə uzaq durduğunun görən Bernays bunu aradan qaldırmaq üçün psixoloq Frillə müraciət edib. O isə qadınların siqaret çəkməyi əslində öz azadlığı olaraq gördüyünü, sadəcə ictimai qınaqdan çəkindiyini ifadə edib. Üstəlik Frill siqarət çəkməyin qadınlarda çox xoşladıqları cinsi bir assosiasiyanı doğurduğunu da söyləyib. Bu bilgilər isə Bernaysın PRın tarixinə düşən “Torches of Liberty” (Azadlıq məşəli) kampanyasını formalaşdırmağa kifayət edib. Torches of Liberty - New York 1929

Qadınlar siqaret reklamlarında


Bu kampanya 1929’cu ildə Pasxa Paradı zamanı New York’da qadınların ələrində siqaretlərlə xalq içinə çıxmasıyla başlayıb. Bunu görən kişilər artıq siqaretə meyli qadınlarının qarşısını ala bilməyib…
Beləliklə Bernays “saf niyyətlə” daha bir “mənfi hal”ın səbəbkarı olub…

Qeyd: Yuxarıdakı şəkildə xanımın sol əlində siqaret var. Buna diqqət!!! Aşağıdakında isə sloqan çox maraqlıdı: I really don't know if I should smoke - Mən həqiqətən də siqarət çəkə biləcəyimə əmin deyiləm (təxminən).


Yazı çox uzun oldu… Bir dənə uzun Marlboro gedər üstündən:))

12 yorum:

Rüstəm Məmmədov dedi ki...

Evvela onu deyim ki, yazida indiye qeder hech eshitmediyim ve bilmediyim iki maraqli shey oyrendim. Chox sagol. Uslub da oz yerinde!

PR meselesinde menim deyesi chox da sozum yoxdur, bu mesele ile men sirf ishimin gereyi maraqlanmisham ve hech vaxt xususi genish bir arashdirmam olmayib. Odev de yazmamisham:)

Amma, menim Propaqanda ve PR-in ferqleri nedir? sualina cavab vermeyini xahish edirem. ele hesab et ki, men hech umumiyyetle ne marketingden, ne PR-dan, ne de Propaqandandan xeberdar deyilem...

Vüsal Qəmbərov dedi ki...

Sen sağ ol Rüstem. Hemişeki kimi yazı bloga çıxandan çox qısa zaman içinde oxumusan ve şerh elemisen. O iki şey hansılardı tam bilmirem, amma namizedleri texmin ede bilirem ve bunları men de öyrenende maraqlı gelmişdi...

PRnan bağlı menim de ele deyesi bir sözüm yox idi. 3-4 ay evveledek. Hardan bildin ki men PR ödevi hazırlamışam bu dönem?:))) Onda diqqeti çekmişdi bu meqamlar ve en çox da Türkiyede Marketinq PRı ile bağlı kitabın eksikliyi.

Propoqanda eslinde tebliğatdı bizim dilimizde. Sadece onun bir program şeklinde teşkili. Burda kitab cümleleri işletmek istemirem. Ona göre de bele deyim: propaqandada camaata nese deyirler. Amma PRda onunla söhbet edirler. Yeni PR bir növ 2 terefli kommunikasiyadı. Diger ferqler de var şübhesiz. Etikanın gözlenmesi baxımında ve siyasi xarakter daşıması baxımından...

Amma eminem ki, bu mövzuda bir PR mütexessisi olaraq Aygün daha doğru-düzgün melumat vere biler... Senin dediyin kimi PRdan filan xeberi olmayan birine izah eder...

Aygün İslamzadə dedi ki...

Vusal, yazin eladir. Hemisheki kimi sherhe yer qoymamisan. Rustemin sualina geldikde ise men cavab vermishdim bir yazimda, her halda qenaetbexsh olmayib ki, senden sorushur. Yazsan yaxshi olar:)

Vüsal Qəmbərov dedi ki...

Aygün sağ ol bu sözlere göre... Amma eminem ki, sen buradan maraqlı bir-iki meqam çıxara bilerdin...

Düzü dediyin şeyi tapammadım blogunda. Texminen qara piar söhbetini nezerde tutduğunu düşünürem. Amma senin de explanation'un (wow ingilis dilinde söz istifade eliyirem cümle içinde:)) qenaetbexş olmuyubsa mene deyesi söz qalmır.

Zarafat bir yana mence ortada çox da böyük bir sual yoxdu. PR daha etik, siyasi olmayan, qarşıdakıyla ünsiyyete keçilen bir vasitedi, propaqanda veya tebliğatda ise bunlar nezere alınmır ve danışanın fikirlerinin ifadesi, hetta kütleye yeridilmesinden ibaretdir...
Bunu deye bilerem ki, Rüstemin bunu bildiyinden eminem.

P.S. İnden bele çalışacam yazım ela olmasın ki, şerhe de yer qalsın:))

Aygün İslamzadə dedi ki...

Vusal, yazimin adi "mezeli benzetmeler"dir. Men de sherhlerde verilmish suali cavablandirmishdim, amma dediyim kimi, qaliba qenaetbexsh deyil. Menim fikrimce, pr da tebligatin bir formasidir. Hetta tebligati Pr-in anasi hesab elediyimi yazmisham. Ustelik gemiriciler fesilesine oxshatmisham:)). Tebligat daha genish mefhumdur sadece. Razilashmayanlar ola biler, yeni normaldir. Rustemin dediyi ise bashqa meqamdir, o qara PR-i kak takovoy qebul etmir, deyir ki, bu sadece tebligatdir. Yaniliramsa, sehvimi duzelde biler.
Yazina sozum yox idi, sherhine bir balaca var, PR-in siyasi olmadigi ile hech cur razilasha bilmerem, bele ki, oz misallarindan biri meselen Yuli Sezar defne yarpaqlarinin biznesinde her halda istifade elemeyib PR-i. PR ilk novbedi polittexnoloqlarin istifadesi uchun nezerde tutulub.

Vüsal Qəmbərov dedi ki...

Xatırladım o yazını. Getdim baxdım blogunda ve yadıma düşdü orası:) Tebliğat PRın anasıdır. Buna deyilecek söy yoxdur. İkisinin de çıxış nöqtesi bir ideologiya veya subyekti kütleye sevdirmekdi... Mence...

Siyasi PR da var. Ona da söz yox. Bir növ orda bilerekden mi desem, ya da xeberim olduğu halda mı desem yan keçdim meseleden, nüans sehvi eledim. Eslinde nezerde tutduğum marketinq PRıdı...

Amma ki propaqanda ile PRın ferqli olduğunu qebul eledikden sonra herenin bir cür şerh vermesi normaldı. Ağını çıxarmadığı müddetce:))) Hele ki, PR mövzusunda sene "müxalifet" edecek bir nöqte görmemişem... Ona göre de dediklerinle razıyam...

Men deyirem Rüstem ele axırda özü sıralayacaq bu iki Pnin ferqini hamımızın üreyi rahat olacaq:)))

Rüstəm Məmmədov dedi ki...

Ela sherhler yazilib:)

Aygun, PR meselesinde fikirlerimi bilir. Bu movzuda butun sohbetlerimiz en az 5-6 saat olub mene ele gelir ki...Dediklerinizle rziyam. Men indi dunen yashadigim bir hadiseden sonra buna aid bir movzu yazacam ve sizden de fikirlerinizi bildirmeyinizi xahish edecem. Eger orda tam basha dushsem, Propaqanda ile Pr arasindaki ince xettin ucundan tuta bilecem yeqin ki..:)

Bax bele...:)

Vüsal Qəmbərov dedi ki...

Sen yaz biz fikirlerimizi memnuniyetle bildirerik...

Uje virtual alemde ana dilinde marketinq müzakiresi bes elememeye başlayır mene:( Xüsusile bundan sonra: Bu movzuda butun sohbetlerimiz en az 5-6 saat olub mene ele gelir ki...

mismayilov dedi ki...

Bu PR-Propaganda meselesi nedir bele ye?
Masallah muzakireler sengimir bu movzuda... Daha once Aygun xanimin blogunda enine boyuna muzakire olunmusdu bu mence...
Bu movzudaki fikirlerimi de genis bir sekilde bildirmisdim. Burada tekrarlamaga ehtiyac gormurem.
Eslinde Vusal bunu cox gozel ozetleyib; "propaqandada camaata nese deyirler. Amma PRda onunla söhbet edirler."
Men de elave edim ki, bu camaata nese deyenler, bunu hemcinin sisirdirler, turkler demeli carpitirlar... Neticede camaata catan bilgi esli ile eyni olmur. Bilerekden carpitilir... (Bu carpitmagin menasini veren bir soz yadima dusmedi, bilen varsa desin)
Esas meqsedi, camaatin bir movzu ile elaqeli sahib oldugu fikri deyisdirmekdir.
PR ise daha genis bir prosese verilen umumi addir. (Bunu eslinde ictimaiyyetle elaqeler olaraq adlandirib teleffuz etsek, bele suallar aglimiza gelmeyecek.)
Burada (PR-da) ise esas olan sohbet elemekdir. Burada -nezeri de olsa- sohbet duzgun melumatlar uzerinde qurulur... Qarsidakini yalandan sisirilmis melumatlarla fikirlerini tesir altina almaq yox, duzgun melumatlarin catdirilmasi yolu ile dialog gurulmasi ve bu camaatin sevgisi, simpatiyasinin qazanilmasi hedeflenir.
Bele bir sey de deyirler ki, PR da bezen ele Propogandadan istifade edir. Bunu da bizden basqa da boyuk PRci emiler, dayilar muzakire edir hele bir terefe cixarabilmeyibler. Ola bilsin cixariblar men gormemisem.

Neyse sohbeti cox uzattim her halda...

Bu arada, Vusal PR-in tarixi inkisafi ile elaqedar melumatlar maraqli idi.

Vüsal Qəmbərov dedi ki...

Heqiqeten çox gözel qeydler elemisen Müzeffer... Yazımın gözelliyi barede:)))))
Zarafat eliyirem. PR-Propaqanda meselesinin menasız yere bele şişirdildiyini men de düşünürem...

Burda 2 esas mesele var: bu iki qavram arasındakı ince ferq ve toyuq-yumurta meselesi... Ona göre de here bir fikir seslendirir ve bir türlü, Türkler demiş, ortaq mexrece gelinmir. İnanmıram da ki, gelinsin...

Amma men meselenin danışmaq-söhbet etmekden elave bir de, etik ve qeyri etik yanaşmada gizlendiyini ve obyekte hörmet edilmesi meselesinde axtarılması gerekdiyin düşünürem. Amma bunlar da şübhesiz ferqi izah etmek üçün yetersizdi...

Müzeffer yüksek deyerlendirmen üçün sağ ol...

Adsız dedi ki...

Super, Vüsal əfəndi! Fuad
Eks Perezaqruzka

NIgar dedi ki...

Cox gozel melumatlardir. cox sagholun. mende PRyla yeni maraglanmagha bashlamisham ve bu melumatlarda cox maragli geldi. Sigmund Freudun adi chekilmishdi onada nezer yetirdim. ilk tefe Psixoanaliz elminin banisi olmushdur. Adolf Hitlernende elagesi ondan yranibki Hitler ualice ucunFreudun klinikasina getmishdir. yeni men ele tercume etdim) ingilisceydi. bele melumatlar yazin her zaman) cox razi qaldim men.